Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-216/2022 16.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Ə.A.Ansuxski adına X6” ASC-nin maliyyə hesabatlarının birləşdirilmiş (konsolidasiya edilmiş) maliyyə hesabatları formasında qəbul edilməsi, “Ə.A.Ansuxski adına X6” ASC-yə aid olunan məlumatları və vergi bəyannamələrinin təsdiq olunmuş surətlərini ona təqdim etməkdən imtinasının qanunsuz hesab edilməsi, “Ə.A.Ansuxski adına X6” ASC-nin (VÖEN **********) 2019- 2020-ci illər üzrə “Mənfəət vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Əmlak vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Gəlir vergisinin bəyannaməsi və onun Əlavələri”nin, "xxxx"nin, "xxxx" MMC-nin “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış, ”BALACANS” MMC-nin (VÖEN **********) 2019-2020-ci illər üzrə “Mənfəət vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Əmlak vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Gəlir vergisinin bəyannaməsi və onun Əlavələri”nin, "xxxx"nin, "xxxx" MMCnin “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış, “Ə.A.Ansuxski adına X6” ASC tərəfindən təsis edilmiş “Aqroferma” müştərək müəssisə haqqında məlumatlar, 2011-2021ci illərdə “Ə.A.Ansuxski adına X6” ASC-də səyyar vergi yoxlaması keçirilməsi barədə, vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri, habelə vergi borclari haqqında məlumatların verilməsi öhdəliyinin qoyulması” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ə.A.Ansuxski adına X6” ASC-nin maliyyə hesabatlarının birləşdirilmiş (konsolidasiya edilmiş) maliyyə hesabatları formasında qəbul edilməsi, “Ə.A.Ansuxski adına X6” ASC-yə aid olunan məlumatların və vergi bəyannamələrin təsdiq olunmuş surətlərinin ona təqdim etməkdən imtinasının qanunsuz hesab edilməsi, “Ə.A.Ansuxski adına X6” ASC-nin (VÖEN **********) 2019-2020-ci illər üzrə “Mənfəət vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Əmlak vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Gəlir vergisinin bəyannaməsi və onun Əlavələri”nin, "xxxx"nin, "xxxx" MMC-nin “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış, ”BALACANS” MMC-nin (VÖEN **********) 2019-2020-ci illər üzrə “Mənfəət vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Əmlak vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Gəlir vergisinin bəyannaməsi və onun Əlavələri”nin, "xxxx"nin, "xxxx" MMC-nin “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış, “Ə.A.Ansuxski adına X6” ASC tərəfindən təsis edilmiş “Aqroferma” müştərək müəssisə haqqında məlumatlar, 2011-2021-ci illərdə “Ə.A.Ansuxski adına X6” ASC-də səyyar vergi yoxlaması keçirilməsi barədə, vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri, habelə vergi borclari haqqında məlumatların verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, 15.02.2005-ci il tarixində Milli Depozit Mərkəzi tərəfindən verilmiş “depo hesabından çıxarış”dan, o cümlədən 10.02.2020-ci il tarixli “Qiymətli kağız mülkiyyətçilərinin reyestri”ndən görünür ki, iddiaçı “Ə.A.Ansuxski adına X6” ASC-nin (bundan sonra Cəmiyyət) 336 səhiminin sahibidir. “Ə.A.Ansuxski adına X6" ASC-nin rəhbərliyi Cəmiyyətin maliyyə vəziyyəti barədə iddiaçıya tam həcmdə məlumat vermədiyinə görə, 2018-ci ildə iddiaçı Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra İdarə) müraciət edərək, İdarədə olan informasiyanı (sənədləri) ona təqdim etməyi xahiş etmişdir. Lakin İdarə, iddiaçı tərəfindən tələb edilən sənədlərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə vergi sirrinə aid edilmiş məlumatları əks etdirildiyini bildirərək, həmin məlumatların iddiaçıya verilməsindən imtina etmişdir. Bundan sonra, iddiaçı Cəmiyyətin rəhbərliyi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi İdarəsi tərəfindən onun hüquq və qanuni maraqlarının pozulması ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsi iddiaçının iddia ərizəsini icraata qəbul edib. Balakən Rayon Məhkəməsində iddiaçının 2(019)-254/2019 saylı mülki işinə baxılarkən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsi iddiaçının tələbini məhkəmədən kənarda icra edib. Ona görə də iddiaçı 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia tələbindən imtina edilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Bundan sonra Balakən Rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli, 2(019)- 254/2019 saylı qərardadı ilə qərarı aldı ki, İddiaçı cavabdehlər “Ə.A. Ansuxski adına X6“ ASC-nə, “Ə.A.Ansuxski adına X6” ASC-nin Müşahidə Şurasının sədri X2, “Ə.A.Ansuxski adına X6” ASC-nin İdarə Heyətinin sədri X5, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi üzrə işin icraatına Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi Vergilər İdarəsinin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi. Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə “Ə.A. Ansuxski adma X6” ASC-nin qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən “Ə.A. Ansuxski adına X6” ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; “Ə.A.Ansuxski adma X6“ ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri, habelə vergi ödənşləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; “Ə.A.Ansuxski adına X6” ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb yaradılmaması barədə məlumatların və "xxxx" ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 2014-2018ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim etməsi öhdəliyinin qoyulmasına dair hissədə xitam verilsin. Belə ki, 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş 25.02.2019-cu il tarixli “Kommersiya qurumunun dövlət reyestrindən çıxarışından məlum olub ki, "xxxx" MMC 26.07.2006-cı il tarixində dövlət qeydiyyata alınmış və hüquqi ünvanı: AZ0800, Balakən şəhəri, Heydər Əliyev prospekti, 54-dır. "xxxx" MMC-nin təsisçisi və nizamnamə kapitalının 99,5 faizi “Ə.A.Ansuxski adına X6” ASC-yə məxsusdur. Bundan əlavə 27.02.2019-cu il tarixində İdarə “Ə.A.Ansuxski adına X6” ASC-nin və “BALACANS" MMC-nin 2014-2017-ci illər üzrə mənfəət vergisi bəyannamələrinin təsdiq edilmiş sürətləri iddiaçıya təqdim etmişdir. Beləliklə, iddiaçının vergi orqanından əldə etdiyi “Ə.A.Ansuxski adına X6” ASC-nin 2015-ci il üzrə "xxxx"dən görünür ki, ASC-nin maliyyə göstəricələri aşağıdakılardır: “cəmi aktivləri” - 2,556,590.83 manat məbləğdə, “digər aktivlər” - 2,127,093.00 manat məbləğdə, 106,784.64 manat məbləğdə “digər aktivləri” silinmişdir, “sair kredit borcları” - 2,274,633.93 manat məbləğdə, 142,755.74 manat məbləğdə "xxxx" silinmişdir. “Ə.A.Ansuxski adına X6” ASC-nin "xxxx"ndən görünür ki, ASC-nin 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri var. Habelə “Daşınmaz əmlakın texniki pasportu”ndan və “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, “Ə.A.Ansuxski adına X6” ASC-nin mülkiyyətində olan əmlak kompleksi 10 hektar xüsusi torpaq sahəsində yerləşir. Digər tərəfdən vergi orqanından iddiaçının əldə etdiyi "xxxx" MMC-nin 2015-ci il üzrə "xxxx"-dən görünür ki, MMC aşağıdakı maliyyə göstəricilərinə malikdir: “cəmi aktivləri” - 19,886,743.00 manat məbləğdə, “kredit borcları” - 760,287.00 manat məbləğdə, "xxxx" - 19,126,356.00 manat məbləğdə (bax. əlavə 9). Həmçinin MMC-nin "xxxx"ndən görünür ki, MMC 471.120 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə malikdir. Lakin 25.11.2020-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolunda qeyd edilir ki, Cəmiyyətin əmlakı yararsızdır və fəaliyyəti göstərmir, yalnız daşınmaz əmlakı icarəyə verilir. Cəmiyyətin daşınmaz əmlakın icarəyə verilməsindən əldə olunan gəliri - 5085 AZN, xərcləri: torpaq vergisi - 1450 AZN, əmlak vergisi - 1520 AZN, cəmi xərcləri 22731 AZN. Digər tərəfdən protokolunda göstərilir ki, “Ə.A.Ansuxski adına X6” ASC-nin Cəmiyyətin Müşahidə Şurasının sədri Abdulqədir Ansuxskiyə 2,266,883.93 manat məbləğində “kredit borcu” olduğuna görə “Cəmiyyətin yaranmış kreditor borclarının qaytarılması” və “müəssisənin ləğv” məsələləri ümumi yığıncağının gündəliyinə daxil edilib. Bundan əlavə 25.05.2017-ci il tarixli, 01/A №-li icarə müqaviləsindən görünür ki, cəmiyyətə məxsus olan 1204.2 m2 qeyri-yaşayış sahəsi hər ay üçün 250 manat məbləğində olmaqla 2027-ci ilə qədər "xxxx" MMC-yə icarəyə verilir. Halbuki “BALACANS" MMC-nin internet saytından aşağıdakıları göstərilir ki, “... şirkətin istehsal etdiyi məhsulun keyfiyyəti ən müasir avadanlığla təchiz olunmuş yüksək texnologiyalı laboratoriyalarda yoxlanır... Hal hazırda "xxxx" MMC-nin istehsalatda 200 işçi çalışır, bunlardan 120 nəfər şirkətin ştatında fəaliyyat göstərən işçi heyətidir. İstehsalatın nəzdində mövcud olan 10 hektarlıq sahənin 2.4 hektarı iş sahəsidir. "xxxx" MMC-nin həmçinin Bakıda da 150 işçi, 1000 kv metrlik zirzəmi sahəsi, ofis, avto park və bir neçə onlarla yük maşınları təşkil edən nümayəndəliyimiz var. Nümayəndəlik əsasən bütün Azərbaycan üzrə paylaşdırma və marketinq fəaliyyəti ilə məşğuldur. Həmçinin “BALACANS" MMC Rusiyada Moskva şəhəri, Andropov küç., ev 22-də yerləşən "ANDİGA” MMC-nin rəsmi təmsilçisidir. X11 Xidmətinin 13.10.2020-ci il tarixli “X7 Dövlət Reyestrindən çıxarış”ında da həmin fakt öz əksini tapmışdır. Eyni zamanda, Şəki Apellyasiya Məhkəməsinin 07.07.2020-ci il tarixli, 2(107)- 690/2020 saylı qərardadında göstərilir ki, Cəmiyyətin İdarə Heyətinin sədri X4 18.06.2020ci il tarixli ərizədə aşağıdakıları göstərmişdir: “düz 1 (bir) ildir ki, Şəki Apellyasiya Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(107)-2069/2019-cu iş nömrəli qərardadına əsasən real bazar dəyəri olduqca yüksək olan “Ə.A.Ansuxski adına X6” ASC-nin bütün aktivlərinin (daşınar-daşınmaz əmlakı, bank hesabları və s.) üzərinə həbs qoyulmuşdur ki, bu da cəmiyyətin digər səhmdarların dividend almaq hüququnu məhdudlaşdırmış, bank hesablarına qadağa qoyulduğu üçün 1 (bir) ildir ki həmin müəssisədə işləyən işçilərin əmək haqlarının ödənilməsinin qarşısını almış, cəmiyyətin müqavilə üzrə öhdəlik götürdüyü digər xarici və yerli hüquqi və fiziki şəxslər qarşısında arzuolunmaz vəziyyətə qoymuş, həmçinin maliyyə sanksiyalarına məruz qoymuş, bank hesabı və əmlakları üzərinə həbs qoyulmaqla cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirməsini mümkünsüz etmişdir”. Bununla yanaşı, ASC-nin İdarə Heyətinin sədri X4 18.06.2020-ci il tarixli ərizəyə əlavə olaraq 52 vərəqdə sənədləri təqdim edib. Belə ki, həmin sənədlər arasında olan 2019-cu ildə "xxxx" MMC ilə “Wasm X9” LLC arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MMC “Wasm X9” LLC-yə 700.000 ABŞ dolları məbləğində mal göndərməlidir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, "xxxx" MMC tərəfindən icarəyə götürülmüş 1204,2 kv.m qeyri-yaşayış sahəsi deyil, “Ə.A.Ansuxski adına X6” ASC-nin 2,4 hektarında yerləşən bütün aktivlər (daşınar və daşınmaz əmlakı) təşkil edir. Bundan əlavə, Cəmiyyətin rəhbərliyi hesab edir ki, Cəmiyyətə məxsus olan əmlak kompleksi real bazar dəyəri olduqca yüksək olan aktivdir. Hərçənd, “Ə.A.Ansuxski adına X6” ASC-nin 24.000 kv.m yerləşən əmlak kompleksi üzrə əmlak vergisi ildə cəmi 1520 manat ödənilir. Göründüyü kimi, “Ə.A.Ansuxski adına X6” ASC tərəfindən vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri mövcuddur. Beləliklə Cəmiyyətin İdarə Heyətinin sədri X13 Apellyasiya Məhkəməsinə məlumat verir ki, “Ə.A.Ansuxski adına X6" ASC-nin “real bazar dəyəri olduqca yüksək olan aktivlər" var. Digər tərəfdən, o, Cəmiyyətin maliyyə hesabatlarında “əsas vəsaitlərin dəyəri” 162,461.53 manat məbləğdə olduğunu əks etdirir. Belə ki, 21.04.2021-ci il tarixində 13 saylı Ərazi Vergilər İdarəsi tərəfndən Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş “Ə.A.Ansuxski adına X6” ASC-nin 2019-cu il üzrə "xxxx"-də göstərilir ki, Cəmiyyətin “əsas vəsaitlərin dəyəri” 162.461,53 manat təşkil olunur. Göründüyü kimi, “Ə.A.Ansuxski adına X6" ASC-nin "xxxx"-də Cəmiyyətə məxsus olan bütün aktivlər, o cümlədən "xxxx" MMC-nin və müştərək müəssisənin aktivləri əks olunmayıb. Halbuki Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 29.12.2007-ci il tarixli i-130 nömrəli əmri ilə təsdiq edilmişdir “X1 və Birləşdirilmiş (Konsolidə Edilmiş) Maliyyə Hesabatları üzrə” Kommersiya Təşkilatları üçün 19 №-li Milli Mühasibat Uçotu Standartının 18-ci bəndində göstərilir ki, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayarkən müəssisə, analoji aktiv, öhdəlik, kapital, gəlir və xərc maddələrini sətirbəsətir toplamaqla əsas müəssisənin və onun törəmə müəssisələrinin maliyyə hesabatlarını birləşdirməlidir. Bundan əlavə, iddiaçı 31.08.2020-ci il tarixində 13 saylı Ərazi Vergi İdarəsinə yazıb xahiş etmiş ki, idarənin sərəncamında olan ''Ə.A.Ansuxski adına X6" ASC-nin və törəmə şirkətinin “BALACANS" MMC-nin 2019-cu il üzrə “Mənfəət vergisinin bəyannaməsi və onların əlavələrinin, “Əmlak vergisinin bəyannaməsi və onların əlavələrinin, “Gəlir vergisinin bəyannaməsi və onların əlavələri”nin, həmçinin 2019-cu il üzrə “Torpaq vergisinin bəyannaməsi və onların əlavələri”nin təsdiq olunmuş surətləri iddiaçıya göndərilsin. Lakin 13 saylı Ərazi Vergi İdarəsi 14.09.2020-ci il tarixli, **********913900 saylı məktubu ilə iddiaçıya tələb etdiyi sənədləri təqdim etməkdən imtina edərək bildirib ki, qeyd etdiyi bəyannamələrin surətləri Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən kommersiya və (və ya) vergi sirri hesab edilən məlumatlar olduğu üçün ona təqdim edilə bilmir. Həmin Məcəllənin 30.8-ci maddəsinə əsasən vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər. Bundan sonra 08.01.2021-ci il tarixində iddiaçı ərizə ilə cəmiyyətin rəhbərliyinə müraciət etmişdir. Cəmiyyətinin rəhbərliyi ərizədə göstərilən maliyyə hesabatlarından ona yalnız 31 dekabr 2019-cu il üzrə “müəssisə balansı”nı təqdim edib. Lakin Cəmiyyətin 31 dekabr 2019-cu il üzrə “müəssisə balansında əks olunan maliyyə göstəriciləri 2019-cu il üzrə "xxxx"-də əks olunan maliyyə göstəriciləri ilə ümumiyyətlə üst-üstə düşmür. İddiaçı cavabdeh orqana müraciət edərək, iddia tələbində qeyd edilən sənədlərin təsdiq edilmiş surətlərinin və məlumatların verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 05.07.2021-ci il tarixli, **********668400 saylı imtina məktubunda qeyd etmişdir ki, sənədlər təqdim ediləcəyi təqdirdə Vergi Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsasən vergi ödəyicilərinə aid vergi sirri təşkil edilən məlumatların açılması halları baş verə bilər. Cavabdeh orqan 20.10.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddia tələbi əsassızdır, təmin edilməməlidir. İddia tələbinin birinci hissəsi, yəni cavabdeh vergi orqanı tərəfindən maliyyə hesabatlarının birləşdirilmiş (konsolidasiya edilmiş) maliyyə hesabatları formasında qəbul edilməsi tələbi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsində belə bir anlayış (və ya hər hansı texniki imkan) nəzərdə tutulmamışdır və qeyd olunan məsələnin icrası vergi orqanlarının səlahiyyətləri xaricindədir. İddia tələbinin digər hissəsi, vergi ödəyiciləri “Ə.A.Ansuxski adına X6" ASC və “BALACANS" MMC-yə məxsus bir sıra məlumatların və sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunması tələbi ilə bağlı isə bildirilmişdir ki, araşdırma zamanı həmin məlumatların vergi sirri təşkil edən məlumatlar olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 30.1-ci maddəsinə görə vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında; 30.2.5. vergi ödənişləri üzrə borclar; 30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). Vergi Məcəlləsinin 30.3-cü maddəsinə görə “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. 30.5-ci maddəsinə görə isə kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 30.8-ci maddəsinə əsasən vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər. 13 saylı ƏVİ tərəfindən ASC və MMC-yə rəsmi olaraq müraciət olunaraq, həmin müəssisələrə aid və vergi sirrini təşkil edən məlumatların iddiaçıya təqdim edilibedilməməsi barədə ssorğu verilmişdir. Qeyd edilən hər iki müəssisə yazılı formada onlara aid vergi sirrini təşkil edən məlumatların iddiaçıya verilməsinə razılıq verməmişdir. Həmçinin iddiaçının məhkəmyə təqdim etdiyi iddia ərizəsində irəli sürdüyü tələblər digər məhkəmələr tərəfindən araşdırılmış və hər üç məhkəmə instansiyası tərəfindən iddiaçının iddia tələbi təmin edilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi isə etiraz məktubunda qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş Milli Depozit Mərkəzi tərəfindən verilmiş Depo hesabından çıxarışdan görünür ki, İddiaçı “Ə.A.Ansuxski adına X6” ASC-nin 336 səhminin sahibidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçının müraciətinin cavablandırılması barədə 14 sentyabr 2020-ci il tarixli **********913900 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, iddiaçının qeyd etdiyi bəyannamələrin surətləri Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən kommersiya və ( və ya ) vergi sirri hesab edilən məlumatlar olduğu üçün Sizə təqdim edə bilmirik. Həmin məcəllənin 30.8-ci maddəsinə əsasən vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər. Əlavə məlumat almaq üçün 13 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinə və ya Balakən və Qax rayonlarında fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. Məhkəmə qanunvericiliyin aşağıda sadalanan normalarına əsasən iddia tələbinin əsassız olduğunu qeyd edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.1-ci maddəsinə görə vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında; 30.2.5. vergi ödənişləri üzrə borclar; 30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla); 30.2.7. vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında; 30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıbdayandırılmaması haqqında; 30.2.9. vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında. 30.3-cü maddəsinə əsasən “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır; 30.5-ci maddəsinə görə Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 30.8-ci maddəsinə əsasən vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bildiyi müəyyən edilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, vergi orqanı tərəfindən 01 iyul 2019cu il tarixdə iddiaçının oxşar müraciəti əsasında tələb etdiyi 2014-2018-ci illər üzrə təqdim edilmiş əmlak vergisi, 2018-ci ilin mənfəət və torpaq vergisi bəyənnamələrinin təsdiqlənmiş surətləri təqdim edilmişdir. Hazırkı münasibətlərdə mövcud vergi qanunvericiliyinin istinad olunan normalarının tələbi baxımından vergi orqanı tərəfindən “Ə.A.Ansuxski Adina X6” ASC-yə və "xxxx" MMC-nə müraciət olunaraq həmin müəssisələrə aid vergi sirrini təşkil edən məlumatların iddiaçıya verilib-verilməyəcəyi barədə sorğu göndərilmiş, qeyd edilən müəssisələr tərəfindən 29.04.2020-ci il tarixli məktubla onların vergi sirri təşkil edən məlumatlarının iddiaçıya verilməsinə razılıq vermədikləri bildirilmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının şikəyət ərizəsində qeyd edilən və onu maraqlandıran məlumatların qanunvericiliyə uyğun olaraq "Ə.A.Ansuxski adına X6” ASC-nin səhmdarlarının ümumi yığıncağında əldə edilə biləcəyi tövsiyə olunaraq haqlı olaraq müraciətini təmin etməkdən imtina edilmişdir. O cümlədən, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi ilə məlumatın kommersiya sirrinə aid edilməsinin meyarları öz əksini tapmışdır. 3.0.1. kommersiya dəyərinə malik olması (başqa şəxslərə məlum olmadığına görə fəaliyyət sahəsində üstünlük qazanmaq və mənfəət əldə etmək baxımından əhəmiyyətlidir, digər şəxslərə bütövlükdə, yaxud hissələrlə satıla, bağışlanıla, müqavilə əsasında, yaxud varislik qaydasında verilə bilər və s.); 3.0.2. məlumatın məxfiliyinin qorunması məqsədilə sahibi tərəfindən hüquqi, təşkilati, texniki və digər tədbirlərin həyata keçirilməsi; 3.0.3. bu məlumatların sərbəst əldə olunmasının qanuni əsaslarla məhdudlaşdırılması. Həmin Qanunun 4-cü maddəsinə əsasən kommersiya sirri hesab edilən məlumatları təsbit etməkdədir. 4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.1. dövlət sirrini təşkil edən məlumatlar; 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla); 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar; ... 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar; ... 4.1.11. hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar; ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır: ... 49-1.1.4. hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs; ... 49-1.1.6. hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs; 49-1.1.7. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs... Digər tərəfdən, yuxarıda qeyd olunan normanın tələbindən də göründüyü kimi, qanunverici hüquqi şəxslərə aidiyyəti olan şəxsləri şəxsin hüquqi şəxsdə və ya hüquqi şəxsə aidiyyəti olan digər hüquqi şəxsdə iştirak payı ilə şərtləndirməkdədir. İddiaçıya münasibətdə isə məhkəmə araşdırması ilə və iddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-də 336 səhmə malikdir. Səhmin nominal dəyəri 15.02.2005-ci il tarixə 10.000 manat, yəni “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 7 fevral 2005-ci il tarixli 189 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın - manatın denominasiyası həyata keçirildikdən sonra, yeni manata keçid zamanı 1 yeni manatın 5000 köhnə manata bərabər tutulması nəzərə alınmaqa, 2 Yeni Azərbaycan Manatına (AZN) bərabər olmuşdur. ASC-nin nizamnamə kapitalının həmin dövrə olan manat nominalı ilə ********** (bir milyard dörd yüz doqquz milyon yeddi yüz doxsan min) manat olduğu nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçının malik olduğu səhmlərin ümumi dəyəri onun mülki qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxsə aidiyyəti olan şəxs olmasına əsas verən faiz payına malik olmadığını göstərir. Bu isə iddiaçını mülki qanunvericiliklə aidiyyəti şəxslərə verilən hüquqlardan istifadə imkanınından məhrum edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələblərin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Ə.A.Ansuxski adına X6” ASC-nin maliyyə hesabatlarının birləşdirilmiş (konsolidasiya edilmiş) maliyyə hesabatları formasında qəbul edilməsi, “Ə.A.Ansuxski adına X6” ASC-yə aid olunan məlumatları və vergi bəyannamələrinin təsdiq olunmuş surətlərini ona təqdim etməkdən imtinasının qanunsuz hesab edilməsi, “Ə.A.Ansuxski adına X6” ASC-nin (VÖEN **********) 2019- 2020-ci illər üzrə “Mənfəət vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Əmlak vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Gəlir vergisinin bəyannaməsi və onun Əlavələri”nin, "xxxx"nin, "xxxx" MMC-nin “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış, ”BALACANS” MMC-nin (VÖEN **********) 2019-2020-ci illər üzrə “Mənfəət vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Əmlak vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Gəlir vergisinin bəyannaməsi və onun Əlavələri”nin, "xxxx"nin, "xxxx" MMCnin “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış, “Ə.A.Ansuxski adına X6” ASC tərəfindən təsis edilmiş “Aqroferma” müştərək müəssisə haqqında məlumatlar, 2011-2021ci illərdə “Ə.A.Ansuxski adına X6” ASC-də səyyar vergi yoxlaması keçirilməsi barədə, vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri, habelə vergi borclari haqqında məlumatların verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-216/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-216/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver