Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2175/2024 03.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçıya verilmiş 0.60 ha pay torpaq sahəsinə dair Çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçıya verilmiş 0.46 ha pay torpaq sahəsinə dair Çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçıya verilmiş 0.60 ha pay torpaq sahəsinə dair Çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir. İddia ərizəsinin əsaslarına görə, X8 Komissiyasının qəraraına əsasən iddiaçıya həyətyanı və pay torpaq sahəsi ayrılmışdır. Həyətyanı torpaq sahəsinə dair iddiaçıya JN- 016F saylı Çıxarışı verilmişdir. Pay torpaq sahəsinə dair Çıxarışı isə əldə edə bilmir. Bunula bağlı o "xxxx" MMC-yə müraciət etdi. Həmin orqanın məlumatına əsasən iddiaçının pay torpaq sahəsinə dair subyektlər siyahısında adının mövcudluğunu öyrəndi. Hazırda torpaq sahəsi iddiaçının istifadəsində olsa da, cavabdeh orqan həmin sahənin çıxarışını və plan-ölçü sənədini iddiaçıya verməkdən boyun qaçırır. Xələftala üzrə üzrə subyektlərə verilmiş pay torpaq sahəsinin norması 0,46 hektardır. İddiaçı həmin torpaq sahəsinə çıxarışın və plan ölçü sənədinin alınması məqsədilə cavabdehə müraciət etmişdir.Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinin plan ölçüsü sənədi və çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ərizəyə əlavə olunan sənədlərin yoxlanılması zamanı təqdim edilmiş Qax rayon Ş.Rustaveli adına kolxozun yerli aqrar islahat komissiyasının 10 iyul 2000-ci il tarixli 3 nömrəli iclas protokolunda və həmin protokolun təsdiq edilməsi barədə Qax rayon aqrar islahat komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli iclas protokolundan çıxarışda kolxozun əmlakından pay almaq hüququ olan təsərrüfat üzvləri İddiaçı və arvadı X4 pay torpaq sahəsinin ayrılması barədə hər hansı bir qeyd olmadığından, İddiaçı və X4 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılması barədə rayon və yerli aqrar islahat komissiyasının hər hansı qərarı təqdim olunmadığından, aqrar islahat komissiyasının qərarına əsasən əlavə verildiyi iddia olunan cəmi 0,58 ha torpaq sahəsi ilə bağlı İddiaçı və X1 adına “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilməsi barədə məlumat aşkar edilmədiyindən, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində iddiaçı tərəfindən tələb olunun ölçüdə torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilmədiyi müəyyən edildiyindən ərizəçilərə xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-KOL-020-8/2023 Ne-li imtina məktubu verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Rustavelli adına kolxozunun xx.xx.2000-ci il tarixli 07 nömrəli iclas protokolunun surəti.
3. Qax rayon Dövlət Arxivinin xx.xx.20244-cü il tarixli məktubuna əlavə etdiyi Qax rayonu Qaxingiloy kənd ƏİN-nin (Xələftala kəndi üzrə) 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabınlarından görünür ki, İddiaçı adı qeyd edilmişdir.
4. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1056/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-214/2023 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 1056/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək yenidənn baxılması üçün göndərilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı və Ş.Rustavelli adına kolxozun yerli Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 3 saylı qərarının surəti.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-3176/2024 nömrəli məktubuna əlavə edilmiş məktubundan görünür ki, ərazi idarəsinin mütəxəssisləri xx.xx.2024-cü il tarixdə Qax rayonu Xələftala kəndində yerləşən İddiaçı iddiasında qeyd etdiyi 0.46 ha pay torpaq sahəsinə naturada baxış keçirərkən məlum olmuşdur ki, sözügedən əraziyə Qax Rayon Məhkəməsinin 2(024)-720/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkarlar X5 və X2, X4 və İddiaçı qarşı “JN-26F, kod:40309088 saylı torpağa mülkiyyət hüququna dair Şəhadətnaməyə əsasən onlara məxsus olan 0.29 ha torpaq sahəsinin istifadəsi üçün yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərin həmin torpaq sahəsində məcburi çıxarılması tələbinə dair mülki iş üzrə 0.29 ha torpaq sahəsinin naturada koordinantları tanıdılmışdır, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi faktiki olaraq 1466 kv.metrdir. Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 0.60 ha pay torpaq sahəsinə dair Çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdır. İddiaçı tələbini sözügedən torpaq sahəsinin Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarına əsasən ayrılması və JN-016F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin tərtib edilməsi ilə əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax rayon AİK-in xx.xx.2000ci il tarixli 3 saylı qərarı ilə ayrılmış torpaq sahələrindən istifadə etmiş, ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsinə JN-016F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Lakin, tələbdə qeyd edilmiş 0.60 ha pay torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd tərtib edilməmiş, sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı iddia olunan 0,60 ha torpaq sahəsinin təsərrüfatbaşına kitabda qeydiyyatına istinad edərək həmin qeyd əsasında mülkiyyət hüququnun qeydə alınmasını tələb edir.İddiaçının sübutuna münasibətdə məhkəmə aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı :
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; Yuxarıda qeyd olunan normalardan göründüyü kimi “təsərrüfatbaşına kitablardan çıxarış” ifadəsi bütün torpaq sahələrini deyil,yalnız yaşayış məntəqəsi təyinatlı torpaq sahələrinin mülkiyyətə verilməsini nəzərdə tutmuşdur.Həmin torpaq sahələrinə dair isə yalnız iki əsas nəzərdə tutulmuşdur:
1. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə;
2. yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair. Göründüyü kimi iddiaçının istinad etdiyi təsərrüfatbaşına kitabdan qeyd onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması əsası kimi çıxış edə bilməz.Qax rayon Qaxingiloy kənd ƏİN-in 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarışda 0,60 ha qeydinin qarşısında “çoxillik əkmələr” yazılmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarı ilə təsdiq edilmiş “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına” dair göstərişə əsasən təsərrüfatbaşına uçotun ilkin sənədləri şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri tərəfindən aparılır. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün 1 №-li formanın İV.bölməsində təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan torpaq sahələrinə dair faktiki vəziyyətə dair qeydlərin aparılmasını nəzərədə tutur. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Beləliklə, iddia olunan torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından,habelə iddia olunan torpaq sahəsinə dair iddiaçının istinad etdiyi “təsərrüfatbaşına kitablardan çıxarış” iddia olunan torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ yaratmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçıya verilmiş 0.60 ha pay torpaq sahəsinə dair Çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə