Məhkəmə qərarları › İş №2-1(116)-2183/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2183/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2183/2022 27.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehna qarşı "xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehna qarşı "xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi Azərbaycan Respublikası Cavabdeh Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətinə aiddir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli imtina məktubundan göründüyü kimi, həmin məktub da göstərilən orqan tərəfindən verilmişdir. Belə olan halda, İddiaçı iddiası Azərbaycan Respublikası Cavabdeh Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı yönəlməli və iddia ərizəsində cavabdeh kimi həmin orqan göstərilməlidir. Lakin İddiaçı iddia ərizəsində cavabdeh kimi səhvən Azərbaycan Respublikası Cavabdeh göstərmiş və müavinətin ödənilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Bu isə iddianın mümkünlüyünü istisna edir. Şəki inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə bu çatışmazlıq İddiaçı diqqətinə çatdırılmış və izah edilmişdir ki, o, yeni iddia ərizəsi tərtib edərək, cavabdeh kimi Azərbaycan Respublikası Cavabdeh Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialını göstərməli və öhdəliyin də məhz həmin orqanın üzərinə qoyulmasını xahiş etməlidir, hazırkı iddia isə mümkün sayıla bilməz. Məktubda iddiaçı tərəfindən çatışmazlığın aradan qaldırılması, bu təkliflə razılaşmadığı halda isə, fikrini yazılı şəkildə məhkəməyə bildirməsi üçün 10 gün müddət təyin edilmişdir. Yardım məktubu İddiaçı xx.xx.2022-ci ildə şəxsən imza etdirilməklə təqdim olunmuş, lakin təyin olunmuş müddətdə və ondan sonra ötən günlərdə iddiaçı yuxarıda şərh edilən çatışmazlığı aradan qaldırmamış və məhkəmənin təklifinə yazılı münasibət bildirməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Lakin bununla yanaşı, İddiaçı eyni tələblə yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehna qarşı "xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar