Məhkəmə qərarları › İş №2-1(116)-219/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-219/2020

21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-219/2020 21.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x4, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı x14rşı "mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Zaqatala Bələdiyyəsinin 16.11.2004-cü il tarixli 07 nömrəli qərarı ilə Şabanova Tövrüz Nurullah qızına tikinti məqsədilə 0,03 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-0005 kod 40201004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Şabanova Tövrüz Nurullah qızı həmin 0,03 ha torpaq sahəsini 11.07.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə x1. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 24.08.2005-ci il tarixli 244 nömrəli sərəncamı ilə x5 mülkiyyətindəki həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 85,7 kv.m, yaşayış sahəsi 48,6 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. ünvan 1 ünvanındakı 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58,9 kv.m yaşayış, 38,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə x5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21.06.2006-cı ildə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin evlə bağlı x5 adına 19.06.2006-cı ildə texniki pasport da tərtib edilmişdir. x9 göstərilən 0,03 ha torpaq sahəsini və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evini 27.06.2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10.08.2006-cı ildə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı həmin fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərinin (texniki pasportun) tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 03.10.2019-cu il tarixli **********85 nömrəli məktubla bildirmişdir ki, texniki pasportun verilməsi nəzərdə tutulan fərdi yaşayış evinin 6 kv.m hissəsi JN- 0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,03 ha torpaq sahəsinin cizgilərindən kənarda yerləşdiyi üçün ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, onun qeyd olunan əmlak üzərində mülkiyyət hüququ 10.08.2006-cı ildə qeydiyyata alınmış və bu barədə ona MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Buna baxmayaraq cavabdeh əsassız olaraq texniki pasportun hazırlanmasından imtina etmişdir. Cavabdeh iddiaya 07.11.2019-cu il tarixli etirazında imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, iddiaçının faktiki fiziki sərhədlər daxilində istifadəsində olan 0,0284 ha torpaq sahəsi mövcuddur. Lakin iddiaçı özünə məxsus olan 0,03 ha torpaq sahəsinin yerində əksik olan 16 kv.m hissəsini JN-0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən ölçülərə uyğun olaraq həmin torpaq sahəsinə bitişik olan fiziki sərhəd daxilində qonşusu x11 faktiki istifadəsində olan torpaq sahəsindən verilməsini tələb edir. İddiaçı qonşusu x17 həmin hissənin iddiaçıya verilməsinə etiraz edir. İddiaçının qonşusu x11 və digərlərinin fiziki sərhəd daxilində olan 0,08845 ha torpaq sahəsinin 0,07995 ha hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqları 07.03.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həm iddiaçı, həm də cavabdeh məhkəməyə yazılı şəkildə müraciət edərək, mübahisənin şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən həll olunmasına razı olduqlarını bildirdiklərinə görə Azərbaycan Respublikası İPM-in 16.2-ci maddəsinə əsasən, hazırkı qərar şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən çıxarıldı. Məhkəmənin 04.02.2020-ci il tarixli qərardadı ilə x17, x7 və x21 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. x17 məhkəməyə göndərdiyi 18.02.2020-ci il tarixli yazılı etirazında bildirmişdir ki, o, ünvan 2 ünvanında yaşayır, qızı x21 ailə quraraq Bakı şəhərində yaşayır, qayınanası x7 isə 4 ay əvvəl vəfat etmişdir. ünvan 4 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi onun qaynının arvadı Şabanova Tövrüz Nurullah qızının mülkiyyətində olmuş, alıcılar 2 dəfə alqı-satqı etmiş, sonunda torpağın 0,5 sot hissəsinin dəyəri satıcı Tövrüzə ödənilməmişdir. Məhkəməyə üçüncü şəxs qismində əslində Şabanova Tövrüz Nurullah qızı dəvət edilməlidir. İddiaçının onunla heç bir qonşuluq əlaqəsi yoxdur və sözügedən Kiçikxanlı küçəsi 35 ünvanında yerləşən evin inventarlaşdırılmasının aparılması ilə əlaqədar onun və qızının heç bir etirazı yoxdur. x17 həmin yazılı izahatında işə onun iştirakı olmadan baxılmasını da xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 27.06.2006-cı il tarixli 4Ə-174 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, x2 şəhəri Kiçikxanlı küçəsi ev 35 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evini İddiaçı satmışdır. - İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10.08.2006-cı ildə qeydiyyata alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,07995 ha torpaq sahəsinə x11, x3, x18 ümumi birgə mülkiyyət hüququ, həmin torpaq sahəsində olan fərdi yaşayış evinə x11 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 07.03.2019-cu ildə qeydiyyata alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı x16 07.11.2019-cu il tarixli **********92 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının faktiki fiziki sərhədlər daxilində istifadəsində olan 0,0284 ha torpaq sahəsi mövcuddur. Lakin iddiaçı özünə məxsus olan 0,03 ha torpaq sahəsinin yerində əksik olan 16 kv.m hissəsini JN-0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən ölçülərə uyğun olaraq həmin torpaq sahəsinə bitişik olan fiziki sərhəd daxilində qonşusu x11 faktiki istifadəsində olan torpaq sahəsindən verilməsini tələb edir. İddiaçı qonşusu x17 həmin hissənin iddiaçıya verilməsinə etiraz edir. İddiaçının qonşusu x11 və digərlərinin fiziki sərhəd daxilində olan 0,08845 ha torpaq sahəsinin 0,07995 ha hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqları 07.03.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 23.03.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, x12 və qeyrilərinin adına olan JN-1880A kod 40201004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi və Şabanova Tövrüz Nurullah qızının adına olan JN-0005 kod 40201004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,03 ha torpaq sahəsi üst-üstə düşmür. Şabanova Tövrüz Nurullah qızının adına olan JN-0005 kod 40201004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,03 ha torpaq sahəsi x5 adına olan 19.06.2006-cı il tarixli texniki pasportda göstərilən 300 kv.m torpaq sahəsinin 277 kv.m hissəsi ilə üst-üstə düşür. JN-1880A kod 40201004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi x11 adına olan 28.02.2019-cu il tarixli texniki pasportda göstərilən 0,07995 kv.m torpaq sahəsinin 549 kv.m hissəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. İşdən göründüyü kimi, cavabdeh iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi fərdi yaşayış evinə onun mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almış, lakin evin inventarlaşdırılmasını aparmaqdan və texniki pasport tərtib etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 12.05.2020-ci ilədək qüvvədə olmuş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 2.0.3-cü bəndinə görə, daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasının və texniki sənədlərin tərtib edilməsinin təmin olunması həmin Xidmətin fəaliyyət istiqamətlərindən biridir. Əsasnamənin 3.0.24-cü bəndinə görə, Xidmətin vəzifələrindən biri fərdi yaşayış evlərinin inventarlaşdırılmasının həyata keçirilməsi, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsinin təmin olunmasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"nin 3.0.23-cü bəndinə görə, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarının hazırlanması Xidmətin vəzifələrinə aid edilmişdir. Sadalanan normalardan görünür ki, istər əvvəlki, istərsə də indiki Əsasnamədə daşınmaz əmlakın inventarlaşdırılmasının aparılması və texniki sənədlərin, o cümlədən texniki pasportun hazırlanması cavabdehin vəzifəsi kimi nəzərdə tutulmuşdur. İddiaçıya texniki pasport verməkdən imtina ilə bağlı cavabdehin dəlilləri bundan ibarətdir ki, iddiaçının evinin 6 kv.m hissəsi Şabanova Tövrüz Nurullah qızının adına olan JN-0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,03 ha torpaq sahəsinin cizgilərindən kənarda yerləşir. Həmin dövlət aktında qeyd olunan 0,03 ha torpaq sahəsinin sənəd üzrə və faktiki ölçüsü 0,0284 ha olan sahələrin arasında uyğunsuzluq vardır. İddiaçı fiziki sərhədlər daxilində istifadəsində olan 0,0284 ha torpaq sahəsi mövcuddur. İddiaçı 0,03 ha torpaq sahəsinin əksik olan 16 kv.m hissəsini JN-0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən ölçülərə uyğun olaraq həmin torpaq sahəsinə bitişik olan, fiziki sərhəd daxilində qonşusu x11 faktiki istifadəsində olan torpaq sahəsindən verilməsini tələb edir, x17 isə buna etiraz edir. İşdən görünür ki, iddiaçının adına olan 0,03 ha torpaq sahəsi əvvəl Zaqatala Bələdiyyəsinə məxsus olmuş, Bələdiyyə tərəfindən Şabanova Tövrüz Nurullah qızına, onun tərəfindən x6, sonuncu tərəfindən isə iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi ilə bağlı Şabanova Tövrüz Nurullah qızının adına JN-0005 kod 40201004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı", x5 adına MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" və 19.06.2006-cı il tarixli texniki pasport tərtib edilmişdir. Mütəxəssis rəyi ilə müəyyən edildi ki, Şabanova Tövrüz Nurullah qızının adına olan JN-0005 kod 40201004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,03 ha torpaq sahəsi x5 adına olan 19.06.2006-cı il tarixli texniki pasportda göstərilən 300 kv.m torpaq sahəsinin 277 kv.m hissəsi ilə üst-üstə düşür. Yəni cavabdeh tərəfindən x5 adına verilmiş texniki pasportda torpaq sahəsinin konfiqurasiyası həmin torpağa aid olan "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən konfiqurasiyadan fərqli qeyd edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, cavabdehin hazırda iddiaçıya texniki pasport vermək məqsədilə apardığı ölçmə işlərində meyar kimi yenidən həmin "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na istinad etməsi və özünün yaratdığı uyğunsuzluğa görə məsuliyyəti iddiaçının üzərinə qoyması qanuni sayıla bilməz. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 08.06.2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair Texniki Təlimat"ın 1.4-cü bəndində deyilir ki, daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işləri nəticəsində əldə edilmiş məlumatlar əsasında torpaq sahəsinin planı və ölçüsü (kadastr planı), onun üzərində yerləşən daşınmaz əmlak obyektinin texniki pasportu tərtib edilir. x20 4.2-ci bəndində deyilir ki, texniki inventarlaşdırma işləri aparılarkən aşkar edilmiş özbaşına tikili, üzərində hüquqların dövlət qeydiyyatına alındığı daşınmaz əmlakın ayrılmaz tərkib hissəsi olduğu təqdirdə inventarlaşdırılır. Bu zaman həmin özbaşına tikili (eləcə də zəbt torpaq sahələri), üzərində hüquqların dövlət qeydiyyatına alındığı daşınmaz əmlaka dair tərtib olunan texniki pasportda qırmızı xətlərlə göstərilərək ştrixlənir. Özbaşına tikili ayrıca daşınmaz əmlak obyekti kimi mövcud olduqda, onun inventarlaşdırılmasına yol verilmir. Göründüyü kimi, iddiaçının evinin 6 kv.m hissəsinin Şabanova Tövrüz Nurullah qızının adına olan JN-0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,03 ha torpaq sahəsinin cizgilərindən kənarda yerləşməsinin iddiaçıya texniki pasport verilməsinə mane olması barədə cavabdehin dəlili tamamilə əsassızdır. İddiaçıya texniki pasport verilməsinə onun qonşusu x11 etiraz etməsi barədə cavabdehin dəlili isə x11 məhkəməyə göndərdiyi yazılı izahatla təkzib edilir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya məxsus olan fərdi yaşayış evinin inventarlaşdırılmasını aparmaqdan və texniki pasport tərtib etməkdən imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı x16 üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar