Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-219/2021 03.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2N11-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2N11-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı Ali Birləşmiş Komandirlər Məktəbində, xx.xx.1995-ci il tarixdən xx.xx.2NN1-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2NN1-ci il tarixdən xx.xx.2N1N-cu il tarixədək N saylı hərbi hissədə, xx.xx.2N1N-cu il tarixdən xx.xx.2N12-ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında, xx.xx.2N12-ci il tarixdən xx.xx.2N13-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.2N13-cü il tarixdən xx.xx.2N14-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.2N14-cü ildən xx.xx.2N16-cı il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2N16-cı il tarixli N29N nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2N16-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsində hərbi qeydiyyatdadır. İddiaçı cavabdeh orqana dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilir ki, Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və ödənilmiş hərbi vəzifəlilərin dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2N18-ci il tarixli 63 nömrəli əmrilə yaradılmış komissiya tərəfindən sözügedən hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən onların adlarının dövlət vəsaiti hesabına mənzil təminatıyla əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir. Cavabdeh orqan xx.xx.2N2N-ci il tarixli, 11/49N4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçı öz iddia ərizəsində qeyd edib ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2N16-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir və ümumi xidmət illəri 23 il təşkil edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2N11-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2N təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alsaq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2N11-ci il tarixli 569 №-li Fərmanına uyğun deyildir. Səbəbdə odur ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin xx.xx.2N15-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Qeyd edilənlər “İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmayıb. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2N2N-ci il tarixli, 21 nömrəli arayışında qeyd edilir ki, o həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı Ali Birləşmiş Komandirlər Məktəbində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1995-ci il tarixdən xx.xx.2NN1-ci il tarixdək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2NN1-ci il tarixdən xx.xx.2N1N-cu il tarixdək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2N1N-cu il tarixdən xx.xx.2N12-ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2N12-ci il tarixdən xx.xx.2N13-cü il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2N13-cü il tarixdən xx.xx.2N14-cü il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2N14-cü il tarixdən xx.xx.2N16-cı il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2N16-cı il tarixli N29N nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2N16-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin hərbi qeydiyyatındadır. İş materiallarında olan vəsiqələrin surətlərindən müəyyən edilir ki, iddiaçı “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N2N-ci il tarixli Sərəncamı ilə iddiaçı “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2N2N-ci il tarixli, 846 nömrəli məktubunda qeyd edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin hərbi qeydiyyatında olan xx.xx.1976-cı il təvəllüdlü, ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N2N-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.2N2N-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək xx.xx.2N2N-ci il tarixdə şəxsi işi ilə birgə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Bu səbəbdən ehtiyatda olan polkovnik-leytenant İddiaçı şəxsi işinin surətini Şəki İnzibati Məhkəməsinə təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin 1-(N95)-186/2N15 nömrəli, xx.xx.2N15-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 7NN (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin iddiaçıya ünvanlanan xx.xx.2N2N-ci il tarixli, 22N nömrəli məktubunda qeyd edilir ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2N15-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsinə əsasən 7NN (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə olunmuş qəbzdən görünür ki, xx xxxx 2N15-ci il tarixdə təyin olunmuş cərimə dövlət nəfinə tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Hazırkı iş üzrə iddiaçının məhkumluğu ödənilmiş hesab edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2N11-ci il tarixli 569 nömrəli Fərmanı:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2N təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Azərbaycan Respublikasının xx xxx 2NN2-ci il tarixli, 333-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamə:
1. Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 1N, 15 və 2N təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.
2. Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: Qüsursuz xidmətə görə” 1ci dərəcəli medal - Silahlı Qüvvələrdə 2N təqvim ili xidmətə görə; Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 1N təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın hər üç dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2NN5-ci il tarixli əmri ilə 3-cü dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2NN9-cu il tarixli əmri ilə 2-ci dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2N14-cü il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, iddiaçının 2N təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2N11-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən, həmin Fərman ona da şamil edilməlidir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin xx.xx.2N15-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2N15-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsinə əsasən 7NN (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə olunmuş qəbzdən görünür ki, xx xxxx 2N15-ci il tarixdə təyin olunmuş cərimə dövlət nəfinə tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Hazırkı iş üzrə iddiaçının məhkumluğu ödənilmiş hesab edilmişdir. Bundan başqa iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N2N-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.2N2N-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək xx.xx.2N2N-ci il tarixdə şəxsi işi ilə birgə müvafiq hərbi hissəyə təhvil verilmiş, N günlük vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N2Nci il tarixli Sərəncamı ilə iddiaçı “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2N2N-ci il tarixli 2-1(1N2)-1297/2N2N saylı və xx.xx.2N2N-ci il tarixli 2-1(1N2)-1887/2N2N saylı qərarlarında da oxşar mövqe sərgilənmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə xx xxxxxx 2N11-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 11N.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2N11-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 3N (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 3N (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlqar Cabbarov