Məhkəmə qərarları › İş №2-1(116)-219/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-219/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-219/2025 07.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya X1rşı “X4 ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 75% pozulmasına dair qəbul qərarın dəyişdirilərək orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına dair qərar qəbul edilməsi və X4 müddətsiz 1-ci qrup əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X4 ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 75% pozulmasına dair qəbul qərarın dəyişdirilərək orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına dair qərar qəbul edilməsi və X4 müddətsiz 1-ci qrup əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) 07 aprel 2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X4 ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 75% pozulmasına dair qəbul qərarın dəyişdirilərək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasının müəyyən edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsasladırılmışdır: İddiaçının xx.xx.2004-cü il təvəllüdlü övladı X5 anadan gəlmə “daun sindromu” ilə doğulmuşdur. 18 yaşına qədər sağlamlıq imkanının məhdudluğuna görə övladına pensiya almışdır. 18 yaşı bitdikdən sonra əlillik dərəcəsinin təyin olunması məqsədi ilə göndəriş sistemə daxil edilmiş, xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 75 faiz pozulmasına görə İİ dərəcə əlillik təyin edilmişdir.Övladının 18 yaşı tamam olduğundan və hüquqlarını müstəqil şəkildə həyata keçirmək imkanı mövcud olmadığından, öz hərəkətinin mahiyyətini dərk etmədiyindən Balakən Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək xx.xx.2004-cü il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən rayon Məhkəməsinin 2(019)-680/2023 saylı xx.xx.2023-cü il saylı qətnaməsinə əsasən İddiaçı oğlu 2004-cü ildə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilmişdir. Eyni zamanda övladına təyin olunmuş əlillik qiymətləndirilərkən övladının diaqnozu F72 Ağır dərəcəli əqli gerilik, Q90.121-ci tosomun trisomiyası, mozaisizm (mitotik aytılmama), daun xəstəliyi mozaik forma, Z74.1 özünə xidmət zamanı köməyə ehtiyac, şəxslərin qulluğuna ehtiyacı olması qeyd olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi sabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, əlillik vəziyyətinə sonuncu dəfə Zaqatala Rayon Mərkəzinin göndərişi əsasında əlavə əyani müayinə edilərək səbəbi: Ümumi xəstəlik; Diaqozun mətni: F72 Ağır dərəcəli əqli gerilik, Ağır dərəcəli əqli gerilik F72 Ağır dərəcəli əqli gerilik, Ağır dərəcəli əqli Gorelik Q90.121 -ci xromosomun trisomiyası, mozaisizm (mitotik ayrılmama) , Daun xəstəliyi mozaik forma Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac, Kənar şəxslərin qulluğuna psixi və davranış pozuntuları => Əqli gerilik => Daun sindromu => İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması OFP yekun faizi 75% olmaqla müddətsiz əlillik dərəcəsi verilmişdir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestTnə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, X5 barəsində forma 88 göndərişi xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. Cavabdehin etirazı və ona əlavə olunan sənədlər.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1331/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

4. Balakən Rayon Məhkəməsinin 2(019)-680/2023 saylı xx.xx.2023-cü il saylı qətnaməsi.

5. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 314 nömrəli rəyi.

Əsaslandırma hissəsi:

İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır.Məhkəmə iş hallarına qiymət verərək aşağıdakı normaları işin faktiki hallarına tərbiq edərək hesab edir ki,iddia təmin edilməlidir. Hazırkı iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı X5 barəsində forma 88 göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş orqanizmin funksiyalarının 75% pozulmasının müəyyən edilməsinə dair cavabdehin qərarının dəyişdirilməsinə nail olmaqdan ibarətdir. İddiaçının “qərarın dəyişdirilərək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasının müəyyən edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi ifadə etməsindən müəyyən edilir ki,ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı övladına İ dərəcə əliliyin təyin edilməsidir.İddiaçı hesab edir ki, övladı X3 orqanizmin funksiyalarının pozulmasının dərəcəsi hazırda qüvvədə olan meyarlara əsasən İ dərəcə əlilliyin tələbləri çərçivəsindədir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1331/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.Təqdim edilmiş rəyə əsasən müəyyən edilmişdir : İş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi üçün vətəndaş V.F.Quliyevin adına tibb müəssisəsində doldurulub göndərilmiş son göndərişdə qeyd edilmiş "F72 Ağır dərəcəli əqli gerilik. Q90.1 21-ci xromosomun trisorniyast, mozaisizm (mitotili ayrılmama), Daun xəstəliyi mozaik forma. Z74.1 Ozünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxslərin qulluğuna ehtiyac vardır" diaqnoz nəzərə alınmaqla, əyani müayinədə aşkar edilmiş ağırlaşmalar Azerbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 sayh qararı ile təsdiq edilmiş "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi ve müddətinin təyinində olan meyarlara görə İ qrup əlilliyə uyğun gəldiyinden müvafiq tibb müəssisəsində yeni Forma 088 resmiləşdirilməlidir. İşin hallarından müəyyən edilir ki, iddiaçının övladına xx.xx.2023-cü il qiymətləndirmə tarixli forma 88 göndərişi əsasında xx.xx.2023-cü il tarixindən müddətsiz orqanizmin funksiyasının pozulması faizi 75% dərəcəsi müəyyən edilməklə əlilliyi müəyyən edilmişdir. Qiymətləndirmə nəticəsində “F72 Ağır dərəcəli əqli gerilik, Q90.121-ci tosomun trisomiyası, mozaisizm (mitotik aytılmama), daun xəstəliyi mozaik forma, Z74.1” diaqnozu qoyulmuşdur. Məhkəmə X4 qoyulmuş diaqnoz və təyin edilmiş əlilik dərəcəsinə əsasən aşağıdakıları qeyd edir. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın (həmin vaxt qüvvə olmuş redaskiyasına əsasən) 7.2-ci bəndində “Ağır dərəcəli əqli gerilik F72” və “Daun sindromu Q90” diaqnozları təsbit edilmişdir.Həmin Diaqnozların qiymətləndirici əlaməti kimi 7.2.3-cü bənddə “ağır dərəcəli əqli gerilik” İQ 20-34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması” göstərilmişdir.Həmin diaqnoza əsasən xəstəyə OFP-nın 85-90 dərəcəsi və müddətsiz əliliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi V.F.Quliyevin adına tibb müəssisəsində göndərilmiş Forma 88 göndərişində qeyd edilmiş diaqnoz və onun sağlamlıq vəziyyəti şəxs barəsində yuxarıda qeyd olunan İ dərəcə əliliyin müəyyən edilməsinə əsas verdiyi halda, inzibati orqan tərəfindən orqanizmin funksiyasının pozulması 75% faiz dərəcəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nın məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin (həmin dövrdə qüvvədə olmuş redaskiyasında) 7.2.3-cü bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 85-90% aralığında təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının OFP-nin 85-90% aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. Buna görə də, məhkəmə, iddiaçının övladının OFP-nin İ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə hüquqi məsələlənin həll edilməsini məqbul hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki, cavabdehin 19 mart 2023-cü il tarixli Əlilliyin qiymətləndirməsi barədə nəticəsi əsassız olmuşdur. Odur ki,iddia təmin edilməli, X4 həmin tarixdən İİ dərəcə əlillik təyin edilməlidir. “İnzibati icraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. X4 ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 75 faiz pozulmasına dair qərarın dəyişdirilərək, X3 OFP-nin İ dərəcəsinin müəyyən olunması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar