Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2190/2025 03.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” X2rşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “doğum akt qeydində düzəliş edilərək ata adı qrafasında “X9” kimi yazılmış adın düzəliş edilərək “X10” kimi qeyd edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, “iddiaçı xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. X11 10 yanvar 1973-cü ildə X10 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan övladları olmuş və onlardan biri də Vəliyeva (Məmmədova) Elmira Dursun qızıdır. Hazırda mübahisəli bir vəziyyət yaranmışdır. Belə ki, əri (atası) X10 xx.xx.2024-cü ildə vəfat etmiş və vəfalından sonra miras əmlakın qəbulu ilə bağlı problemlər yaranmışdır. Buna səbəb atasının sənədlərində soyadının bəzi sənədlərdə “Məmmədov” olduğu halda digər sənədlərdə “Mamedov” yazılmasıdır. Bundan əlavə ata adı isə bəzi sənədlərdə “Sədi” olduğu halda “Sadıq” kimi qeyd edilmişdir. Bu səbəbdən də Mingəçevir Regional ASAN Xidət X6 müraciət etdi. Cavabdeh orqan tərəfindən ona xx.xx.2024-cü il tarixdə məktub ünvanlararaq sözügedən düzəlişlərin düzəldilməsinin onların səlahiyyətlərinə aid olmaması səbəbindən məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. X7 məxsus əsas şəxsiyyəti müəyyən edən sənədlər demək olar eynilik təşkil edir. Lakin onlara aid sənədlərdə səhvlər var və düzəldilməsi mütləqdir. Bununla əlaqədar bütün sənədləri təqdim edir və sözügedən sənədlər əsasında işə baxılmasının qanuna müvafiq olaraq təmin olunacağını bildirirlər. Akt qeydində olan səhvə görə öz hüquqlarından istifadə edə bilmirlər. Ümumilikdə bu cür səhvlər iddiaçıya sənədləşmələrdə problemlər yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilmişdir ki, Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının adının dəyişdirilməsi barədə yazılmışdır. Lakin iddiaçı ad dəyişmə deyil akt qeydində düzəliş etmək istəyir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təstiq edilmiş Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.13-cfi maddəsində göstərilmişdir ki, akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa akt qeydində dəyişiklik aparılması qaydası izah olunmalıdır. Akt qeydində düzəliş isə məhkəmə səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təstiq edilmiş Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.13-cü maddəsinə əsasən Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. Həmin Qaydaların 6.18-cİ maddəsinə əsasən Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır. Qanunvericiliyin tələbindən də görünür ki, sözügedən imtina məktub şəklində deyil qərar şəklində olmalıdır. Bundan əlavə akt qeydində düzəlişin edilməsi birbaşa göstərilmişdir.”. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi imtina məktubu ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir.
2. X8 məxsus 172843 seriya nömrəli attestatın surəti.
3. İ-CЛ 253665 seriya nömrəli doğum haqqında şəhadətnamənin surəti.
4. İ-CЛ 302483 seriya nömrəli doğum haqqında şəhadətnamənin surəti.
5. İ-CЛ 421217 seriya nömrəli doğum haqqında şəhadətnamənin surəti.
6. İ-CЛ 160329 seriya nömrəli doğum haqqında şəhadətnamənin surəti.
7. AZ-İİ 427636 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surəti.
8. 7596600 yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surəti.
9. P4425094 seriya nömrəli X7 məxsus xarici pasportub surəti.
10. X7 məxsus ******* seriya nömrəli hərbi biletin surəti.
11. X7 məxsus ЛT-İ ******* seriya nömrəli əmək kitabçasının surəti.
12. 1992-ci il tarixli Qeydiyyat Şəhadətnaməsinin surəti.
13. İ-ЗЖ 314643 seriya nömrəli nihak haqqında şəhadətnamənin surəti.
14. Cavabdehin xx.xx.2025-ci il tarixli nömrəli məktubun surəti.
15. Mingəçevir Regional “Asan Xidmət” X3 saxlanılan xx.xx.1998-ci il tarixli 90 №-li nikahın bağlanması haqqında akt qeydinin surəti.
16. Mingəçevir Regional “Asan Xidmət” X3 saxlanılan xx.xx.1999-cu il tarixli 371 №li doğum haqqında akt qeydinin surəti.
17. Mingəçevir Regional “Asan Xidmət” X3 saxlanılan xx.xx.1998-ci il tarixli 369 №li nikahın bağlanması haqqında akt qeydinin surəti.
Əsaslandırma hissə:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin iddia əsaslıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli Qərarının 9.1-ci və 9.2-ci bəndlərində qeyd olunmuşdur ki, “X1 qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən X1 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud X1 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. X1 qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır.”. Hazırkı iddianın predmetini doğum akt qeydinin bərpa edilərək, düzəliş edilməsi təşkil edir. İddiaçı xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. Ermənistan Respublikasının Amasiya rayonu, Mağaracıq kənd soveti tərəfindən ll-CЛ seriyalı 160329 nömrəli 05 12.1976-cı il tarixdə tərtib olunmuş 39 nömrəli doğum haqqında şəhadətnamədə onun atasının ata adı “Sadıq” qeyd edilmişdir. İşin müəyyən edilən hallarına görə Mingəçevir qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli “doğum haqqında akt qeydi”ndə xx.xx.1955-ci il təvəllüdlü Məmmədov Dursununun ata adı “Sədi” kimi qeyd edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli “ölüm haqqında akt qeydi”ndə onun ata adının “Sədi” olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən X1 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X1 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.12-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq idarəsi ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu akt qeydlərinin saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X1 Reyestri Xidmətinə sorğu verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydaları”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Yuxarıda qeyd edildiyi kimi iddiaçının atasının bütün rəsmi sənədlərində ata "Sədi" kimi göstərilmişdir. Yəni iddiaçının atasına məxsus bütün sənədlərdə adının “Sədi” olması öz təsdiqini tapmışdır. Lakin iddiaçının doğum haqqında şəhadətnaməsində ata adında “Sadıq” qeyd edilməsi yanlışlıqla yazıldığından iddiaçının hüquqlarını sərbəst həyata keçirməsinə mane olur.Odur ki, iddia əsaslı olduğundan iddia təmin olunmalı, doğum haqqında akt qeydinə düzəlişlərin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilir. Cavabdeh Mingəçevir Regional “Asan Xidmət” X4 üzərinə İddiaçı doğum akt qeydi bərpa edilərək, ata adı qrafasında “X10” kimi qeyd olunaraq yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.