Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2197/2025 15.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçının vəkili Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iyul 2018-ci il tarixdə xidmətdə irəli çəkilərək kameral vergi yoxlamaları şöbəsinn rəisi təyin olunmuşdur, 16 fevral 2022-ci il tarixdən isə Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. Hazırda həmin şöbədə, şöbə rəisi kimi çalışır. 12 aprel 2023-cü il tarixdə rəisi olduğu şöbənin 2022-ci ilin 4-cü rübü üzrə fəaliyyətinin yoxlanması barədə məktub daxil olmuş və həmin məktubda şöbənin fəaliyyətində bəzi nöqsanlara yol verildiyi göstərilmişdir. Bununla bağlı 17 aprel 2023-cü il tarixdə izahat verərək bildirdi ki, bu şöbədə qısa müddətdir ki, işləyir və şöbənin qiymətləndirilən xidmət kriteryalarını tam mənimsəməmişdir. İzahatında gələcəkdə nöqsanları aradan qaldırmaqla bu kimi nöqsanlara yol verilməsinin qarşısını alacağına söz verdi. Lakin şöbədə qısa müddət ərzində işləməyi nəzərə alınmadan, xətanı törədən əməkdaşlar barədə heç bir araşdırma görülmədən yalnız xəbərdarlıq olundu. Eyni zamanda 2023-cü ilin 2-ci rübü yoxlanan zaman yoxlamanın 12 aprel 2023-cü il tarixdən sonrakı dövrü əhatə etməli olduğu halda yenidən həmin tarixdən əvvəlki dövrdən, yəni 10 aprel 2023-cü il tarixdə göndərilmiş bildiriş qiymətləndirilmişdir. Eyni ilə 2023-cü ilin 2-ci rübünün yoxlamasına dair daxil olmuş məktubda aşkar olunmuş nöqsan barədə heç bir araşdırma aparmadan yenədə yalnız intizam tənbeh tədbiri olan töhmət verilmişdir. Bu hallar şöbənin əməkdaşlarını məsuliyyətdən kənarda qoyur, bütün nöqsanlara görə yalnız cəzalandırılır və şöbənin nöqsana yol verən əməkdaşlarının məsuliyyətsizliyinin dahada artmasına səbəb olur. Dövlət vergi orqanlarında xidmət haqqında əsasnamənin 50-ci maddəsinə (50. İntizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Vergi orqanının vəzifəli şəxsinin.məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraat vaxtı bu müddətə daxil edilmir.) və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən İntizam tənbehi intizam xətasını törətmiş əməkdaşa verilməlidir. Göründüyü kimi Əsasnamənin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrində intizam xətasını törətmiş əməkdaşa cəzanın verilməsi nəzərdə tutulmasına baxmayaraq həmin əməkdaş barədə heç bir tədbir görülməmişdir. İddiaçı hesab edir ki, izahat vediyi zaman yaranmış nöqsanın 11 vergi ödəyicisinə göndərilmiş bildirişlər nəticəsində yarandığını qeyd etməyinə baxmayaraq, həmin əməkdaşdan izahat alınmamış, onun bu xətanı törətməsinin səbəbləri araşdırılmamışdır və barəmdə qərəzli şəkildə töhmət intizam tənbeh tədbiri görülmüşdür. Əmək Məcəlləsinin və Dövlət vergi orqanlarında xidmət haqqında əsasnamənin "tədbir görülməli əməkdaş barədə" tələbləri pozulmuşdur. Baş İdarə rəisinə yazdığı xx.xx.2024-cü il tarixli **********324300 nömrəli məktubda barəsində görülmüş olan intizam tənbeh tədbirinin əsassız və ləğv edilməli olduğunu və hesablanmamış əməkhaqqına əlavələrin hesablanmasını xahiş etməyinə baxmayaraq, xx.xx.2024-cü il tarixli **********915700 nömrəli məktubla "tərəfindən nöqsanlara yol verilməsini təkzib edən faktlar" təqdim etmədiyi üçün əmrin ləğv edilməsinin mümkün olmadığını bildirmiş və məktubda qeyd etdiyi faktlar, tənbeh tədbiri görülən zaman yol verilmiş pozuntu halları Əmək Məcəlləsinin, Əsasnamənin və Qaydaların tələblərinə müvafiq olaraq tam və ətraflı araşdırılmamışdır. Ona görədə intizam tənbeh tədbirinin ləğv edilməməsi üçün göstərilmiş səbəb tamamilə əsassız və ədalətsizdir. İddiaçı xx.xx.2025-ci il tarixdə təqdim etdyi ərizəsinə əlavədə aşağıdakıları bildirmişdir: 1.Əmr hazırlanarkən tələbləri pozulmuş hal kimi qeyd edilmiş və öz hüquqi qüvvəsini itirmiş qanunvericilik aktına (Dövlət vergi orqanlarında daxili xidməti intizam qaydalarının 4.1-ci və 4.9-cu maddələrinə) istinad edərək intizam tənbeh tədbiri olan töhmətin verilməsinin qanunsuz olması barədə olan əsaslı fakt barədə, cavabdeh tərəfindən hansı səbəbdən qüvvədən düşmüş normativ akta əsaslanmağı haqqında heç bir tutarlı səbəb bildirilə bilməmiş, əksinə müxtəlif fikirlər bildirirək əsas məsələdən yayınmağa çalışmışdır.
2. Mövcud olmayan qanunvericilik aktına (Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydalarının Dövlət vergi orqanları əməkdaşlarının etik davranış qaydalarının 3.1.2-ci yarımbəndi) istinad edərək intizam tənbeh tədbiri olan töhmətin verilməsinin qanunsuz olması barədə olan əsaslı fakt barədə, müxtəlif fikirlər səsləndirilmiş, sonda isə əmr hallanarkən durğu işarəsi olan vergüldən istifadə etmədiyi üçün qeyd olunan halın yarandığı bildirilərək məsələdən yayınmağa çalışmışdır. 3.Əmr hazırlanarkən İddiaçı işini vicdansızcasına yerinə yetirdiyi qeyd edilmişdir, iclas zamanı vəkil Sevda xanım Bəkirova tərəfindən cavabdehə qeyd olunan məsələlərdə vicdansızlığın nə olması barədə sual verilmiş, lakin cavabdeh tərəfindən töhmət verilərkən pozuntu halı kimi qeyd olunmuş vicdansızlıq halı heç bir halda əsaslandırıla bilməmişdir.
4. Əmr hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunları və daxili intizam, xidməti informasiya və rəftar qaydalarının pozulduğu qeyd olunmuşdur, lakin iclas zamanı cavabdeh tərəfindən Konstitusiyanın hansı maddəsinin, hansı informasiya, hansı rəftar qaydalaıının pozulması barədə heç bir tutarlı səbəb bildirilə bilməmişdir. Göründüyü kimi töhmət verilərkən İstinad olunan 4 halın heç biri barədə əsaslandırılmış fikirlər bildirilməmiş və istinad olunan halların müdafiə edilməsi mümkün olmamışdır. 5.İddia ərizəsində göstərilmiş tənbeh verilməsi üçün müəyyən olunmuş 6 aylıq müddətin buraxılınası faktı barədə, hansı səbəbdən İntizam xətasına görə intizam tənbehinin verilməsi müddətinin 2 il olması barədə fikirlərini əsaslandıra bilməmiş, tənbeh tədbirinin görülməsi üçün nəzərdə tutulan 2 illik müddətin intizam xətasına görə deyil, Müəssisənin maliyyə- təsərrüfat fəaliyyətinin auditinin nəticələri ilə aşkar edilmiş pozuntulara görə tətbiq edilə biləcəyin cavabdehin diqqətinə çatdırılmışdır. 6.2023-cü ilin 2-cl rübündə göstərilmiş analoji nöqsanların 11 saylı ƏVBİ-i ilə eyni zamanda digər 2 ərozidədə müəyyən olunduğunu, lakin digər ərazilərdə analoji nöqsanların ağırlıq dərəcəsi, xətanın xoraqteri nəzərə alınaraq heç bir intizam tənbeh tədbiri görülməmiş, yalnız 11 saylı ƏVBİ tərəfindən intizam tənbeh tədbiri olan töhmət verilmişdirf İddiaçı). Bu hal da inzibati icraatda bərabərlik prinsipinin pozulması deməkdir.
7. İntizam tənbeh tədbiri olan töhmət verilməzdən əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan Resursları Baş İdarəsinin rəisi Aytən xanım Kərimovanın əmrin dərkənarında olan rəyi, yəni məktubda qeyd olunun nöqsanlara görə töhmət tədbirinin ağır olduğu və töhmət intizam tənbehi tədbirinin görülməsini biı daha nəzərdən keçirilməsi təklif edilməsinə baxmayaraq hansı səbəblərdən /kı> İdarə rəisinin rəyinin nəzərə alınmaması barədə əsaslandırın heç bir tutarlı səbəb göstərilə bilməmişdir, İddiaçı rəisi olduğu şöbənin yoxlamasının ilk dəfə 12,04.2023-cü il tarixdə aparıldğını, qeyd olunan nöqsanlar barədə xx.xx.2023 cü il tarixdə izahat verərək nöqsanlarla tanış olduğunu və bundan sonrakı dövr üzrə şöbənin fəaliyyətində qeyd olunan istiqamətlər üzrə düzəlişlərin aparılacağı bildirilməsinə baxmayaraq, yenidən xx.xx.2023-cü il tarixdən əvvəl, yəni analoji nöqsanların baş verdiyi xx.xx.2023-cü il tarixli sənədin hansı səbəbdən yoxlanması barədə heç bir tutarlı səbəb göstərilə bilməmişdir.
8. Cavabdeh tərəf məhkəmə iclası zamanı iddia ərizəsində töhmətin əsassız verildiyingöstərən faktlar barədə təkzib edici sübutlar təqdim edə bilməməsi ilə bərabər, töhmətin verilməsi üçün 3 əsas səbəb qeyd etmişdir: 1) Vergi ödəyicisinə göndərilmiş bildirişdə linkin səhv olması, 2) Vergi ödəyicisinə göndərilmiş məktubda sosial sığorta barədə güzəştlərin göstərilməməsi, 3) Qiymətləndirmə zamanı nəticənin vergi orqanları işində sonuncu olması.
9. Cavabdehin göstərdiyi hər 3 əsasın əsassız olduğu, hər 3 halın töhmət kimi ağır bir cəzanın verilməsinə səbəb ola bilməyəcəyi, eyni zamanda qeyd olunan nöqsanlara görə 6 ay ərzində əmək haqqının və ona əlavələrin verilməməsinə səbəb ola bilməyəcəyi və Qiymətləndirmə zamanı müəyyən olunan hədəfə çatmadıqdan sonra qiymətləndirmədə sonuncu, 5-ci vəya 6-cı olmağının heç bir əhəmiyyət kəsb etmədiyi, hədəfə çatmayan bütün vergi orqanlarının xidmət strukturunun rəislərindən izahatlar alındığı, lakin fərqli cəza növlərinin tətbiq edildiyi cavabdehin diqqətinə çatdırılmış və vahid pəncərə olmasına baxmayaraq müxtəlif cəzaların hansı səbəblərdən tətbiq edilməsinin səbəbləri soruşulduqda isə Baş İdarə rəisi Vüsal Məmmədovun mövqeyinin töhmət olduğu bildirilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən sözügedən xidməti məktubun icrası ilə bağlı Baş İdarə üzrə 2022-ci ilin 4-cü rübündə görülmüş işlərdən təsadüfi olaraq seçilərək araşdırma aparılmış və müəyyən edilmiş nöqsanlara görə məktubların göndərilməsinə cavabdeh olan vəzifəli şəxs Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi İddiaçı xx.xx.2023-cü il tarixdə izahatı alınmış və keyfiyyət göstəricisi 80%-dan aşağı olmasına baxmayaraq, əvvəlki rüblə müqayisədə keyfiyyət göstəricisində 7,5 bal artım olmasını və əməkdaşın həmin şöbəyə rəhbərlik etdiyi müddətin çox olmaması və vergi ödəyicilərinə xidmət sahəsi üzrə təcrübəsinin az olması nəzərə alınaraq onun barəsində xx.xx.2023-cü il tarixli **********130500 nömrəli yazılı xəbərdarlıq edilmişdir. Daha sonra Dövət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xx.xx.2023-cü il tarixli **********376800 nömrəli xidməti məktubuna əsasən 2023-cü ilin 2-cü rübü üzrə araşdırma və təhlillər aparıldığı, yazışmaların orta keyfiyyət göstəricisi təkrar olaraq 80%-dan aşağı olan vergi ödəyicilərinə xidmət strukturlarının rəhbərlərinin izahatları alınaraq barələrində məsuliyyət və digər tədbirlərin görülməsinə dair tapşırıqlar verilmişdir. Bununla bağlı Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi İddiaçı xx.xx.2023-cü il tarixdə izahatı alınmış, xidməti məktubda göstərilən nöqsanlarla əlaqədar olaraq yol verilmiş hər bir pozuntu üzrə əməkdaşa sual təqdim olunmuş, verilmiş cavablar qiymətləndirilmiş, eyni zamanda xidməti məktubda göstərilən göstəricilər müqayisə edilən zaman 11 saylı ƏVBİ üzrə yazışmaların orta keyfiyyət göstəricisinin Respublika üzrə vergi idarələri arasında 62,2 bal (əvvəlki qiymətləndirmə ilə müqayisədə 7,1 bal azalma) göstərici ilə ən aşağı nəticə ilə sonuncu olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən yol verilmiş intizam pozuntusunun xarakteri, ağırlıq dərəcəsi, oxşar nöqsana təkrar yol verməsi, intizam pozuntusuna yol verildiyi zaman mövcud olmuş hallar nəzərə alınaraq əməkdaşa xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmrlə intizam tənbehi olaraq “töhmət” verilmişdir. İddiaçının bildirdiklərindən də göründüyü kimi onun həmin vəzifəyə təyin olunduğu vaxtdan qiymətləndirilmə aparıldığı dövr 2022-ci ilin 4-cü rübünə qədər 7 (yeddi) aydan artıq vaxt keçmişdir. Ancaq nəzərə alsaq ki, əməkdaş barəsində sınaq müddəti müəyyən edilməsi nəzərdə tutulmasa da Əmək Məcəlləsinə əsasən işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Göründüyü kimi əməkdaşın 7 ay müddətində şöbə rəisi vəzifəsində çalışmasına baxmayaraq, özünün də bildirdiyi kimi işi tam mənimsəyə bilmədiyini bildirməklə yanaşı xətanı törədən əməkdaşlar barədə heç bir araşdırma aparmadan və hər hansı bir tədbir görmədən yalnız ona xəbərdarlıq edilməsini bildirməsi biri digərinə əks fikirlərdir. Bununla bağlı qeyd olunmalıdır ki, 2022-ci ilin 4-cü rübü üzrə aşkar edilmiş nöqsanların hər biri xx.xx.2023cü il tarixli **********226300 nömrəli xidməti məktubla araşdırılmış və nöqsan aşkar edilmiş məktubların tarixi, nömrəsi, nöqsanın nədən ibarət olması və düzgün həlli yolu həmin xidməti məruzədə konkret göstərilmişdir. Odur ki, iddiaçının araşdırma apanlmadığını bildirməsi iş materialları üzrə sənədlərlə təkzib olunur. Belə ki, yazışmaların keyfiyyətinin qiymətləndirilməsi aparılmış və nöqsan aşkar edilmiş məktubların (xx.xx.2022-ci il **********446900, xx.xx.2022-ci il **********578200, xx.xx.2022-ci il **********802200, 28.11,2022-ci il **********986800, xx.xx.2022-ci il **********708200, 02.11,2022-ci il **********190300) hər biri əməkdaşlar tərəfindən hazırlanmış, baxılması və viza verilməsi üçün şöbə rəisi olaraq Ruhun Vəliyevə verilmiş, lakin nöqsanları gördüyü və görməli olduğu halda, sözügedən məktublarda olan nöqsanların aradan qaldırılması üçün tədbirlər görmədən və yaxud vizasına verilmiş məktubları yoxlamadan işinə məsuliyyətsiz yanaşaraq həmin məktubları yuxarı rəhbər vəzifəli şəxslərin viza və imzasına verməsi ilə nöqsana yol vermişdir. Nəzərə alınmalıdır ki, yazışmaların keyfiyyətinin qiymətləndirilməsi əməkdaşların fərdi olaraq qiymətləndirilməsi üçün deyil, vergi orqanları üzrə ümumi göstəricilərin hansı səviyyədə olması, nöqsanların təkrarlanmaması və keyfiyyətin yüksəldilməsi üçün aparılır. Nəticə etibarı ilə fərdi olaraq əməkdaşların nöqsanlara yol verməsinin yekunda Baş idarə üzrə ümumilikdə qiymətləndirmə aparılan zaman 11 saylı ƏVBİnin keyfiyyət göstəricilərinin aşağı olmasına səbəb olmuş və bu hal birbaşa həmin sahə üzrə məsul şəxs olan şöbə rəisinin vəzifəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər Baş İdarələrinin Əsasnaməsi ilə müəyyən edilmiş qaydada icra etməməsi və əməkdaşlar tərəfindən görülən işlərə nəzarət etməməsi nəticəsində yaranmışdır. İddiaçının yuxarıda qeyd etdiyi fikirlərdən də göründüyü kimi iddiaçı Baş İdarənin mühüm struktur vahidi olan Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi olduğu halda özünü tabeliyində olan əməkdaşlardan biri kimi hesab edərək məsuliyyətdən yayınmaq üçün yol verilmiş nöqsanları birbaşa rəhbəri olduğu şöbənin əməkdaşları ilə bölüşməklə özünün heç bir məsuliyyətinin olmadığı qənaətindədir. İddiaçının bildirdiyi fikrə münasibətdə qeyd etmək lazımdır ki, 1-ci qiymətləndirmə 2022-ci ilin 4-cü rübünü əhatə etmiş (2022-ci ilin oktyabr, noyabr, dekabr) və xx.xx.2023-cü il tarixli **********226300 nömrəli xidməti məktubla rəsmiləşdirilmişdir. 2-ci qiymətləndirmə isə 2023-cü ilin 2-ci rübünü əhatə etmiş və iddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli **********182200 nömrəli məktub isə məhz 2-ci rübdə göndərilmiş məktubdur ki, buradan da görünür ki, iddiaçı illər üzrə rübləri müəyyənləşdirməkdə düzgün nəticəyə gələ bilməmişdir. İddiaçının iddia ərizəsinin 2-ci bəndində “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 50-ci bəndinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinin tələblərinin pozulması ilə bağlı əsaslarına münasibətdə bildiririk ki, iddiaçı göstərilən qanunvericilik aktlarının tələblərini öz vəzifəsinin icrasını başa düşdüyü və yerinə yetirdiyi tərzdə yarımçıq halda qeyd etmişdir. Belə ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 50-ci bəndinə əsasən intizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Vergi orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraat vaxtı bu müddətə daxil edilmir. Əmək Məcəlləsinin 187ci maddəsinin 3-cü bəndinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə- təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Göründüyü kimi qanunvericilik aktında müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra intizam tənbehi tətbiq edilə bilmədiyi qeyd olunmuşdur. Bundan başqa, iddiaçının bildirdiyi kimi onun barəsində intizam tənbehi təkcə xx.xx.2023-cü il tarixli məktuba görə deyil, xx.xx.2023-cü il tarixli **********976100 nömrəli, xx.xx.2023-cü il tarixli **********134700 nömrəli, xx.xx.2023-cü il tarixli **********182200 nömrəli və xx.xx.2023-cü il tarixli **********329400 nömrəli məktublarda yol verilmiş nöqsanlara və qiymətləndirmənin nəticəsinə görə 11 saylı ƏVBİ-nin yazışmaların keyfiyyət göstəricilərinin Respublika üzrə vergi idarələri arasında ən aşağı göstərici olmasına görə verilmişdir. Qeyd olunanlardan da göründüyü kimi iddiaçının həmin məsələ ilə bağlı gətirdiyi arqument əsassız və qanunvericiliyin tələbinə tam zidd olan dəlillərdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında Xidməti Məktubun surəti.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi 1-ci dərəcəli müfəttiş İddiaçı töhmət verilməsi barədə .
3. İlkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixə təyin edilmiş, həmin tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatı tərəfindən “Mediasiya haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir.
4. Yevlax Rayon Məhkəməsi tərəfindən qeyd edilən məsələyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması səbəbilə mülki işin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixdə qərardad qəbul edilmişdir.
5. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubu ilə iddiaçıya xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin qəbul edilməsinə əsas olmuş nöqsanların aradan qaldırılmasını vacib edən halların olmaması səbəbindən əmrin ləğvi üçün əsas yoxdur. Eyni zamanda mükafatların hesablanmaması ilə bağlı bildirilmişdir ki, “Vergi orqanlarında işçilərin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.5.6-cı bəndinə əsasən barəsində intizam tənbehi tədbiri görülmüş işçilərə tənbeh qüvvədə olduğu dövr üçün aylıq vəzifə maaşı əlavələr hesablanmır.
6. Cavabdehin xx.xx.2025-ci il traixli etirazı və ona əlavə edilən sənədlər.
Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İddia ərizəsi Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmadan məhkəməyə göndərildiyindən mümkünlük şərtinə riayət edilmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia mümkün olsa da, əsassızdır. İşin müəyyən edilən hallarına görə iddiaçı 16 fevral 2022-ci il tarixdən xidmətdə “Vergi ödəyicilərinə xidmət şöbəsi”nin rəisi təyin edilmişdir. Dövət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xx.xx.2023-cü il tarixli **********226300 nömrəli xidməti məktubuna əsasən 2022-ci ilin 4-cü rübü üzrə “Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydalan”nın 2.3-cü bəndinə əsasən vergi ödəyicilərinə xidmət sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur vahid tərəfindən yazışmaların keyfiyyətinin qiymətləndirilməsi üçün araşdırma və təhlillər aparıldığı, yol verilmiş nöqsanlarla bağlı keyfiyyət göstəricisi 80%-dan aşağı olan məktubların göndərilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları alınaraq barələrində məsuliyyət tədbirinin görülməsi barədə və digər tapşırıqlar verilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən sözügedən xidməti məktubun icrası ilə bağlı Baş İdarə üzrə 2022-ci ilin 4-cü rübündə görülmüş işlərdən təsadüfi olaraq seçilərək araşdırma aparılmış və müəyyən edilmiş nöqsanlara görə məktubların göndərilməsinə cavabdeh olan vəzifəli şəxs Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi İddiaçı xx.xx.2023-cü il tarixdə izahatı alınmış və keyfiyyət göstəricisi 80%-dan aşağı olmasına baxmayaraq, əvvəlki rüblə müqayisədə keyfiyyət göstəricisində 7,5 bal artım olmasını və əməkdaşın həmin şöbəyə rəhbərlik etdiyi müddətin çox olmaması və vergi ödəyicilərinə xidmət sahəsi üzrə təcrübəsinin az olması nəzərə alınaraq onun barəsində xx.xx.2023-cü il tarixli **********130500 nömrəli yazılı xəbərdarlıq edilmişdir. Bundan sonra Dövət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xx.xx.2023-cü il tarixli **********376800 nömrəli xidməti məktubuna əsasən 2023-cü ilin 2-cü rübü üzrə araşdırma və təhlillər aparıldığı, yazışmaların orta keyfiyyət göstəricisi təkrar olaraq 80%-dan aşağı olan vergi ödəyicilərinə xidmət strukturlarının rəhbərlərinin izahatları alınaraq barələrində məsuliyyət və digər tədbirlərin görülməsinə dair tapşırıqlar verilmişdir. Bununla bağlı xidməti məktubda göstərilən göstəricilər müqayisə edilən zaman 11 saylı idarə üzrə yazışmaların orta keyfiyyət göstəricisinin Respublika üzrə vergi idarələri arasında 62,2 bal (əvvəlki qiymətləndirmə ilə müqayisədə 7,1 bal azalma) göstərici ilə ən aşağı nəticə ilə sonuncu olduğu müəyyən edilmiş və yol verilmiş intizam pozuntuya görə iddiaçıya xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmrlə intizam tənbehi olaraq “töhmət” verilmişdir. İddiaçı həmin əmrin qanunsuzluğunu yuxarıda qeyd edilən arqumentlərlə əsaslandırmışdır. Hazırda iddiaçının hüquqi marağı həmin əmrin ləğv edilməsi və əmr qüvvədə olduğu müddətdə ona ödənilməyən əmək haqqına əlavələrin və mükafatların ödənilməsindən ibarətdir. Məhkəmə iddiaçının dəlillərini əsaslı hesab etmir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Həmin Qanunun 18-ci maddəsində dövlət qulluqçusunun əsas vəzifələri, 20-ci maddəsində dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər müəyyən olunmuşdur. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Qanunverici 25.2-ci maddənin tələblərinə əsasən, “töhmət” intizam tənbehinin tətbiq edilməsinin əsaslarının qəti dairəsini müəyyən etməklə, bu halları Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblərin pozulması ilə şərtləndirmişdir. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sahəsi sayılır və qanunvericiliklə müəyyən olunmuş xüsusi dövlət qulluğu rejiminə tabedir. Bununla əlaqədar dövlət qulluqçularına münasibətdə qanunvericiliklə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gələn tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə, etik davranış qaydalarına əməl etməyə və qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməyə borcludur. Həmçinin nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilərkən şəxs eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu rejimi ilə bağlı tələblərə və məhdudiyyətlərə əməl edəcəyinə dair öhdəlik götürür və həmin öhdəliyin onun təqsirli davranışı nəticəsində pozulduğu təqdirdə, yarana biləcək hüquqi nəticələr də onun məsuliyyət dairəsi ilə əhatə olunur. Mübahisə predmeti olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 23,10.2023-cü il tarixli **********343700 nömrəli əmrin verilməsinə əsas Dövət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xx.xx.2023-cü il tarixli **********376800 nömrəli xidməti məktubunda olunan məsələlərin araşdırması olmuşdur. Belə ki, Ərazi Vergilər Baş İdarələri və İdarələri Vergi ödəyicilərinə xidmət şöbəsinin “Şöbə rəisi”nin “Vəzifə təlimatı”nı ilə Ərazi Vergilər Baş İdarələri və İdarələrinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisinin vəzifə öhdəliklərini, kvalifikasiya tələblərini, səriştə səviyyələrini, məsuliyyətini, hüquq və səlahiyyətlərini müəyyən edilmişdir. Həmin təlimatın 2.23-cü, 2.23.1-ci, 2.23.2-ci və2.24-cü bəndlərinə əsasən “Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları” ilə müəyyən edilmiş hallarda və qaydada yazışma xidmət kanalı vasitəsi ilə məlumatlandırma işlərinin həyata kecirilməsinə rəhbərlik və nəzarət etmək; daxil olmuş müraciətlərin cavablandırılmasına rəhbərlik və nəzarət etmək; vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisinə məlumatların göndərilməsinə rəhbərlik və nəzarət etmək; yazışmaların keyfiyyətinin artırılması üçün qarşıya çıxan problemlərin aradan qaldırılması və təkrar baş verməməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək xidmət şöbəsinin rəisinin vəzifə öhdəliklərindən biri kimi müəyyən edilmişdir. Cavabdeh tərəfindən yazışmaların keyfiyyətinin qiymətləndirilməsi aparılmış və nöqsan aşkar edilmiş məktubların (xx.xx.2022-ci il **********446900, xx.xx.2022-ci il **********578200, xx.xx.2022-ci il **********802200, xx.xx.2022-ci il **********986800, xx.xx.2022-ci il **********708200, xx.xx.2022-ci il **********190300) hər biri əməkdaşlar tərəfindən hazırlanmış, baxılması və viza verilməsi üçün iddiaçıya verilmiş, lakin sözügedən məktublarda olan nöqsanların aradan qaldırılması üçün tədbirlər görülmədiyi aşkar edilmişdir. Bununla yanaşı iş üzrə mübahisəsiz halda təsdiq olunur ki, Baş İdarə üzrə ümumilikdə qiymətləndirmə aparılan zaman 11 saylı ƏVBİ-nin keyfiyyət göstəriciləri aşağı olmuşdur. Bu halın mövcudluğu iş üzrə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********226300 nömrəli “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xidməti məktubda əksini tapmışdır. Cavabdeh tərəfindən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi ilə bağlı iddiaçının mövqeyinə dair qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İPM-in 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə hesab edir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Belə ki, Dövət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin “Yazışmaların keyfiyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” xx.xx.2023-cü il tarixli **********376800 nömrəli xidməti məktubunda digər məsələlərlə yanaşı “yazışmaların keyfiyyətinin qiymətləndirilməsi nəticəsində xidməti məktuba əlavə olunan hər bir kənarlaşma ilə bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin, 3 saylı Ərazi Vergilər İdarəsinin, 4 saylı Ərazi Vergilər İdarəsinin, 11 saylı Ərazi Vergilər İdarəsinin, 12 saylı Ərazi Vergilər İdarəsinin, 13 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət strukturunun rəhbərlərinin (orta keyfiyyət göstəricisi 80%-dan aşağı olan), Zəngilan, Ağdam və Kəlbəcər rayon Vergilər Şöbələrində keyfiyyət göstəricisi 80%-dan aşağı olan məktubların göndərilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları alınaraq barələrində məsuliyyət tədbirilərnin görülməsi” qeyd olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.1-24.4-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İddiaçı barəsində aparılmış araşdırma yuxarıda qeyd olunan məktubda göstərilən hallarla bağlı olmuş və bu zaman qanunla cavabdehə verilmiş səlahiyyətlərdən kənara çıxması halının mövcudluğu iş üzrə müəyyən olunmamışdır. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergİ orqanlarında xİdmət haqqında” Əsasnamənin 46-cı maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi bu Əsasnamənin 10-cu və 34-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda), onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. Göründüyü kimi qanunverici törədilən əməlin ağırlıq dərəcisəndən asılı olaraq intizam tənbehləri növlərindən hansının tətbiq edilməsi ilə bağlı seçim hüququnu müvafiq işəgötürənə vermişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, hazırkı iddianın predmetini intizam tənbehləri növünə aid olan verilmiş töhmət təşkil edir. Yəni mübahisə mahiyyətcə tərəflər arasında mövcud olan əmək münasibətləri, konkret olaraq əmək və icra intizamının pozulması ilə bağlıdır. Subyektiv mənada əmək intizamı işçinin əmək hüquq münasibətinin elementi və onun idarəədaxılı nizam qaydalarına, əmək intizamına əməl etmək vəzifəsidir. Bu anlayış mövcud hüquq normaları ilə müəyyən olunmuş qaydalara əmək prosesinin bütün iştirakçıları tərəfindən ciddi əməl olunmasını nəzərdə tutur. Hüquq normalarının insanların davranışına təsiri onun vasitəsi ilə əldə edilir ki, normalar hüquq münasibətlərinin bir tərəfi üçün dövlət müdafiəsi ilə təminat verilən müəyyən mümkün davranış növü və həddini müəyyən edir. Digər tərəf üçün isə dövlət tərəfindən müəyyən edilmiş hüquqlarda zəruri hallarda işəgötürəni lazımi davranışın müəyyən növünə və həddinə məcbur edir, lazımi (məcburi) davranış və mümkün (səlahiyyətli) davranış hüquq normasına uyğun olmalıdır, yəni qanunauyğun olmalıdır. Beləliklə, subyektiv mənada əmək intizamı konkret işəgötürənlə hüquq münasibətləri hüdudunda əmək prosesi iştirakçılarının subyektiv hüquq və vəzifələrinin lazımi səviyyədə realizəsi zamanı əmək prosesinin bütün iştirakçılarının qanının uyğun davranışıdır. Əmək intizamı istənilən müəssisədə hər bir işçinin səlahiyyətlərini həyata keçirməsi və vəzifələrini ciddi və şüurlu olaraq yerinə yetiriliməsində ifadə olunan hüquq qaydası tələblərinə tabe olma deməkdir. Əmək intizamının subyektiv cəhətinə, həmçinin işəgötürənin vəzifələri də aid edilməlidir, çünki əmək hüquq münasibəti ikitərəfli münasibətdir. Əmək intizamı təsbit olunmuş qaydadır və həmin qayda qorunmadan müəssisələrdə işçilərin birgə əmək prosesində uzlaşdırılmış fəaliyyətini təmin etmək mümkün deyildir. Hüquqi kateqoriya kimi əmək intizamının əhəmiyyəti ondan ibarətdir ki, o, birincisi, ayrıca götürülmüş işçinin və bütövlükdə bütün istehsalın yüksək keyfiyyətli əmək nəticələrinin əldə etməsinə kömək edir; ikincisi, işçiyə tam qüvvə ilə işləməyə, əməkdə ağıllı təşəbbüs və yenilik göstərməyə imkan verir; üçüncüsü, istehsalın səmərəliliyi və hər bir işçinin əmək məhsuldarlığı artır; dördüncüsü, əmək fəaliyyəti müddətində sağlamlığın mühafizəsinə, hər bir işçinin va bütövlükdə bütün kollektivin əməyinin mühafizəsinə kömək edir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək, əmək intizamına konkret işəgötürənlə hüquq münasibətləri hüdudunda əmək prosesi iştirakçılarının subyektiv hüquq və vəzifələrinin lazımi səviyyədə realizəsi zamanı əmək prosesinin bütün iştirakçılarının qanunauyğun davranışı kimi nəzərə almaq olar. Əmək intizamı bütün işçilərin müvafiq qanunvericiliklə və müəssisədaxili intizam qaydaları ilə müəyyən edilmiş davranış qaydalarına mütləq tabe olmalarıdır. İcra intizamı əmək kollektivi üzvləri və ya ayrı-ayrı işçilər tərəfindən əmək vəzifələrinin, işəgötürənlərin (sərəncamların, təlimatların, göstərişlərin) vaxtında və dürüst yerinə yetirilməsidir. İntizam xətasına onu digər hüquq pozuntularından fərqləndirən və hu anlayışın məzmununu əks etdirən bir sıra əlamətlər xasdır. Birincisi, intizam xətası ictimai təhlükəli əməl deyildir, çünki yalnız cinayət qanunu ilə qadağan olunmuş əməl ictimai təhlükəli əməldir. İntizam xətası konkret müəssisədaxili (idarədaxili) intizam qaydalarının işəgötürənə bu və yaxud digər zərər yetirmiş pozuntudan ibarətdir. İkincisi intizam xətası yalnız həmin işəgötürənlə əmək hüquq münasibətlərində olan işçilər tərəfindən törədilə bilər. Əmək vəzifələrinin pozulmasının intizam xətası olub olunması üçün işçi əmək hüquq fəaliyyət qabiliyyətinə və delikt qabiliyyətinə, yəni törətdiyi hüquq pozuntusuna görə şəxsi məsuliyyət daşımaq qabiliyyətinə malik olmalıdır. Üçüncüsü, intizam xətası işçinin onun üzərinə əmək müqaviləsi müəssisədaxili intizam qaydalarını tənzimləyən normativ aktlar və əmək hüququnun digər normaları ilə qoyulmuş əmək vəzifələrini hüquqazidd olaraq təqsirli surətdə icra etməməsində, yaxud lazımınca icra etməməsində ifadə olunur. Dördüncüsü, intizam xətasına görə məsuliyyət, bir qayda olaraq, həmin təşkilatın işəgötürənləri qarşısında, yaxud yuxarı orqan qarşısında yaranır. Bu zaman intizam xətası intizam tənbehi tədbirlərinin, işəgötürənin əmlakına zərər yetirildikdə isə təsbit olunuş qaydada maddi məsuliyyətin tətbiqini şərtləndirir. İntizam məsuliyyətini hüquqi məsuliyyətin digər bir növü olan inzibati məsuliyyətdən də fərqləndirmək lazımdır. Onlar bu və ya digər məsuliyyətin yaranmasını şərtləndirən hüquq pozuntularının xarakterinə, tənbeh tədbirləri tətbiq etmək səlahiyyətinə malik olan subyektlərə, məsuliyyətə cəlb oluna biləcək şəxslərin dairəsinə, eləcə də onlara qarşı tətbiq olunan tənbeh tədbirlərinin növlərinə görə fərqlənirlər. İntizam məsuliyyətinin əsasını intizam xətası təşkil etdiyi halda, inzibatibati məsuliyyətin əsasını inzibati xəta təşkil edir. İntizam tənbeh tədbirləri işçinin əmək hüquq münasibətlərində olduğu işəgörürən tərəfindən tətbiq olunur. İnzibati tənbeh tədbirlərini tətbiq etmək hüququ xüsusi səlahiyyət verilmiş orqanlara, yaxud hüquq pozucusu ilə əmək hüquq münasibətində olmayan şəxslərə (məsələn, dövlət əmək müfəttişliyi xidməti, polis, ıııəh kəmə orqanları və s.) verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, yalnız 11 saylı ƏVBİ üzrə yazışmaların orta keyfiyyət göstəricisinin Respublika üzrə vergi idarələri arasında 62,2 bal (əvvəlki qiymətləndirmə ilə müqayisədə 7,1 bal azalma) göstərici ilə ən aşağı nəticədnin olması və bu halın təkrar baş verməsi iddiaçı tərəfindən əmək və icra intizamı qaydalarına lazımi səviyyədə əməl etmədiyini təsdiq edir. Buna görədə məhkəmə hesab edir ki, iddiaçıya töhmət növündə intizam tənbeh tədbiri adekvat seçimdir. Mübahisəli əmrdə hüquqi qüvvəsini itirmiş qanunvericilik aktına istinad olunması ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci və 61.2-ci maddələrinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd olunan normalardan belə müəyyən olunur ki, yazılı şəkildə əsaslandırılmalı olan inzibati aktda işin faktiki və hüquqi halları, bu halları təsdiq və ya rədd edən sübutlarla yanaşı, inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Mübahisəli əmrdə Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə, “Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları”na “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci yarımbəndinə, “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.1-ci və 4.9-cu bəndinə, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü bəndinin 1-ci və 5ci abzaslarına “Ərazi Vergilər Baş İdarələrinin Əsasnaməsi”nin 5.7.11-ci bəndini və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyini yanında Dövlət Vergi Xidmətinin rəis müavinlərinə və digər vəzifəli şəxslərinə insan resurslarının idarə olunması sahəsində bir sıra səlahiyyətlərin verilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********771200 nömrəli əmrinə istinad olunmuşdur. Əmrdə “Dövlət vergi orqanlarında daxili xidməti intizam qaydaları”nın qüvvədən düşən bəndinə istinadın əsas etibarı ilə əmrin mahiyyıtini və tənzimlədiyi münasibətin xarakterinə təsir etmir. Belə ki, sözügedən Qaydaların 4-cü bölməsi xidmət əməkdaşlarının “Xidməti intizam”la bağlı məsələlərinə aiddir. Tömət tənbeh tədbiri isə "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən verilmişdir. Bu anlamda hazırda formal olaraq əmrdə hər hansı normanın qeyd edilib-edilməməsi işin faktiki və hüquqi hallarını dəyişmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə işin məhkmə araşdırılması ilə cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmrinin cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilməsi iş üzrə müəyyən edilmədiyindən sözügedən akt ləğv edilə bilməz. İddia tələbinin “2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin bu hissəsi bilavəsitə xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmrin qanuniliyi ilə bağlı olan məsələdir. Yəni ödənişlərin verilməsini tələb etmək hüququ sözügedən əmr yalnız ləğv ediləndən sonra hasıl olur. Hazırkı halda isə məhkəmə xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmrin ləğv edilməsini əsaslı hesab etmədiyindən ödənişlərin hesablanaraq verilməsi ilə bağlı tələbidə əsaslı saymır və bununla bağlı əlavə məhkəmə araşdırılmasına lüzum görmür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilə bilməz. İnzibati Prossesual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.