Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-22/2021 17.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, iddiaçıların nümayəndəsi və vəkili X26 Üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X16, Üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Cavabdehnə qarşı (üçüncü şəxslər: X15, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi, X27) “Şəki şəhəri, Güləhli küçəsi ev 20 ünvanında yerləşən 0.0946 ha (946 kv.m) ölçüdə torpaq sahəsinin vətəndaş X4 ilə bağlı Cavabdeh 11 saylı iclas protokolu ilə qəbul edilmiş 28.09.2007-ci il tarixli 73 saylı qərarının qismən – ümumi mülkiyyətlərində olan həmin ünvandakı 20 saylı evin 1341.9 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin sərhədləri (koordinatları) daxilində yerləşən 741.9 kv.m hissəsində ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Cavabdehnə qarşı (üçüncü şəxslər: X15, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi, X27) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki şəhəri, Güləhli küçəsi ev 20 ünvanında yerləşən 0.0946 ha (946 kv.m) ölçüdə torpaq sahəsinin vətəndaş X4 ilə bağlı Cavabdeh 11 saylı iclas protokolu ilə qəbul edilmiş 28.09.2007-ci il tarixli 73 saylı qərarının qismən – ümumi mülkiyyətlərində olan həmin ünvandakı 20 saylı evin 1341.9 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin sərhədləri (koordinatları) daxilində yerləşən 741.9 kv.m hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 07.08.2019-cu il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki şəhəri, Güləhli küçəsi ev 20 ünvanında yerləşən fərdi yaşayış evi 1984-cü ildə vərəsəlik yolu ilə X32 və X28 paylı mülkiyyətinə keçmişdir. Hər iki şəxs 12.11.2006-cı il tarixdə vəfat etmişdir. Vəfatından əvvəl Rəşid Hacıyev öz payını qardaşı Fuad Hacıyevdən xəbərsiz iş üzrə üçüncü şəxs X5. Beləliklə fərdi yaşayış evinin 1/2 hissəsi T.Abdurahmanovanın, 1/2 hissəsi isə Fuad Hacıyevin mülkiyyətində qalmışdır. Əslində T.Abdurahmanova İddiaçı4 məxsus əmlak payının həqiqi alıcısı olmamışdır. Belə ki, bu pay Beynəlxalq Bankın keçmiş rəhbəri olmuş hazırda məhbus olan Cahangir Hacıyev tərəfindən yatırım olaraq alınmışdır. İddiaçılar 26.09.2015-ci il tarixdə adlarına yeni çıxarış alanda məlum olmuşdur ki, sənəddə torpaq sahəsi 0.06 ha olaraq qeyd edilmişdir. Bununla bağlı dəfələrlə müxtəlif orqanlara müraciət edərək torpaq sahəsi ilə bağlı məlumat almağa çalışmış, lakin DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 15.08.2017-ci il tarixli cavab məktubundan onlara məlum olmuşdur ki, evin 1/2 hissəsi satılarkən qanuni istifadədə olan torpaq sahəsi, yəni evin yerləşdiyi tikintialtı sahə və həyətyanı torpaq sahəsinin ümumi ölçüsü 1341.9 kv.m olmuşdur. T.Abdurahmanovanın adına verilmiş 26.01.2009-cu il tarixli çıxarışda isə evin 0.06 ha ölçüdə mülkiyyətdə olan torpaq sahəsində yerləşməsi qeyd edilmişdir. Abdurahmanova Turxanə və havadarları 1341,9 kv.m ölçülü torpaq sahəsinin 600 kv.m-dən əlavə yerdə qalan 741,9 kv.m-lik hissəsini bələdiyyə sənədləri əsasında öz adlarına sənədləşdirməyə cəhd etmiş, bununla bağlı saxta və qanunsuz sənədləşmə işləri aparmış, lakin həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına nail ola bilməmişlər. Çünki, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsindən bilirdilər ki, bu torpaq sahəsi bələdiyyə torpaq sahəsi deyil, xüsusi mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsidir. Həyətyanı torpaq sahələri isə 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Qanuna əsasən bu torpaq sahələrinə qanuni əsaslarla sahiblik edən şəxslərin mülkiyyətinə verilmişdir. Məhz iddiaçıların çoxsaylı və israrlı şikayət və digər müraciətləri əsasında 12 saylı Şəki Ərazi İdarəsi 741,9 kv.m. torpaq sahəsinin Abdurahmanova Turxanənin adına rəsmiləşdirməmişdir. Hal-hazırda cavabdeh bələdiyyə orqanının Abdurahmanova Turxanənin adına tərtib olunmuş, onların hüquqlarını məhdudlaşdıran bələdiyyə qərarı vardır. Belə ki, Şəki Bələdiyyəsinin 08.07.2019-cu il tarixli, 568 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanda ünvan 3lkiyyətinə satılmış 0,0946 ha torpaq sahəsi də olmaqla cəmi 0,13 ha (sənədlər X35 filialına təhvil verilmişdir) torpaq sahəsi X11 adına və Qoqol küçəsi, 2 saylı ünvanda yerləşən 0,0366 ha torpaq sahəsi X11 və Hacıyev Fuadın adların vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cavabdeh 28.09.2007-ci il tarixli 11 saylı qərarı ilə paylı mülkiyyətçisi olduqları evin 1341,9 kv.m torpaq sahəsindən 741,9 kv.m-i qonşuluqda yerləşən sahibsiz 204,1 kv.m sahə ilə birləşdirilərək “qərarsız istifadə olunan torpaq sahəsi” adı ilə Abdurahmanova Turxanəyə “qərarsız istifadə olunan torpaq sahəsi’’ adı ilə satılmışdır. Qərara əlavə edilmiş və vəkil sorğusu əsasında arxivdən alınmış sxemdən isə görünür ki, bələdiyyə torpağı kimi sənədləşdirilmiş 946 kv.m torpaq sahəsinin 741,9 kv.m-i iddiaçılara və Abdurahmanova Turxanəyə məxsus ümumi mülkiyyətdə olan evin ümumi mülkiyyətdə istifadə və sahiblikdə olan həyətyanı torpaq sahəsinin ərazisini əhatə edir. Həmçinin, Abdurahmanova Turxanənin bələdiyyənin iddiaçılara təqdim etdiyi sənədlər içərisində olan 05.09.2007-ci il tarixli ərizəsindən görünür ki, o, bələdiyyə orqanına yanlış məlumat verərək mübahisəli evin həyətyanı sahəsini boş və istifadəsiz (zəbt olunmuş) torpaq sahəsi kimi təqdim etmişdir. Halbuki, o, bilirdi ki, həmin torpaq sahəsi evə məxsusdur, çünki onun əlində evin həyətyanı sahəsinin əks olunduğu Texniki Pasport var idi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı2 ünvanladığı 27.02.2019-cu il tarixli, **********82 nömrəli məktubda qeyd edilir ki, Şəki şəhəri, Giləhli küçəsində yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin X29 məxsus 1/2 hissəsi 14 sentyabr 2005-ci il tarixli 249263 nömrəli alqı-satqı müqaviləsi ilə vətəndaş X1. Adıçəkilən alqı-satqı müqaviləsində fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsi 0,13419 ha, həmin yaşayış evinə dair tərtib olunmuş 26 yanvar 2009-cu il tarixli 296 inventar nömrəli texniki texportda isə 0,1546 ha kimi göstərilmişdir. Texniki pasportda torpaq sahəsinin sənəd üzrə sahəsi 0,06 ha göstərildiyindən yaşayış evinin 1/2 hissəsi üzərində X9 mülkiyyət hüququ qeydiyyata alınarkən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0,06 ha kimi göstərilmişdir. 23 oktyabr 2014-cü il tarixli 2V-817 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X28 adıçəkilən fərdi yaşayış evindəki payı vərəsəlik qaydasında vərəsələrinə keçmişdir. Vərəsə İddiaçı1 müraciəti əsasında fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması zamanı yoxlama-ölçü işlərinin aparılmasına şərait yaradılmadığından texniki pasport hazırlanmamış və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 26 sentyabr 2015-ci il tarixli **********4 qeydiyyat nömrəli çıxarış 26.01.2009-cu il tarixdə qeydiyyata alınmış ölçülərə müvafiq olaraq tərtib edilmişdir. Cavabdeh orqan Cavabdeh məhkəmənin 09.08.2019-cu il tarixli sərəncamında iddia tələbinə rəsmi münasibət (etiraz) bildirilməsi tələb edilməsinə baxmayaraq iddia tələbinə rəsmi münasibət (etiraz) bildirməmişdir. Üçüncü şəxs Turxanə Abdurahmanovanın nümayəndəsi və vəkili Vəkil 02.04.2021ci il tarixli məktubunda iddia tələbinə etiraz olaraq qeyd etmişdir ki, iddia ərizəsi aşağıda qeyd ediləcək arqumentlərə əsasən qanunsuzdur: Əvvəlla, həm iddiaçılarda, həm də hazırkı mübahisə üzrə üçüncü şəxs- X6 daşınmaz əmlakla bağlı təqdim edilmiş Çıxarışlara əsasən, ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 5 otaqlı, 85.85 m2 yaşayış, 170.6 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətindədir. Məlumat üçün qeyd edir ki, həmin ünvanda yerləşən 946 m2 torpaq sahəsi Cavabdeh 11 saylı iclas protokolu ilə qəbul edilmiş 28.09.2007-ci il tarixli 73 saylı qərarına əsasən, X2. Bu torpaq sahəsi iddiaçıların və hazırki mübahisə üzrə üçüncü şəxs X13 təqdim edilmiş Çıxarışlarda qeyd edilmiş ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. İddiaçılar tərəfindən hazırki mübahisənin məhkəmə araşdırması zamanı Cavabdeh 28.09.2007-ci il tarixli 73 saylı qərarına əsasən, X7 946 m2 torpaq sahəsi ilə bağlı onların sübyektiv hüquqlarının olması və ya sözügedən torpaq sahəsinin üçüncü şəxsə satılması onların qanunla qorunan mənafeylərini pozması ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilmədi. X11 adına verilmiş 26.01.2009- cu il tarixli 296 inventar nömrəli texniki pasportda faktiki torpaq sahəsi 0.1546 ha (yəni 1546 m2) olması təsdiqlənir. Həmin Texniki pasportda həmçinin 946 m2 torpaq sahəsi zəbt edilmiş kimi qeyd edilir. X13 946 m2 torpaq sahəsinin satılması barədə Cavabdeh 28.09.2007-ci il tarixli 73 saylı qərarı iddiaçıların qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını pozmur, bu əsasdan məlum iddia tələbi təmin edilməməlidir. Bundan başqa iddiaçılar məlum iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək barədə sübyektiv hüquqlarına malik deyildirlər. Məhkəmə iclasında iddiaçılar və vəkilləri iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X11 nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şəki İnzibati Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2-1(116)-104/2020 nömrəli qərardadı ilə X27 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0.0610 ha həyətyanı torpaq sahəsi X17 mülkiyyətindədir. İş materiallarında olan ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, 30.10.2013-cü il tarixli müqavilə ilə X23 0.0610 ha torpaq sahəsini X20 adından etibarnamə ilə çıxış edən X21 iştirakı ilə X8. İş materiallarında olan 12 saylı Şəki Ərazi İdarəsinin 09.09.2019-cu il tarixli, **********01 nömrəli məktubunda qeyd edilir ki, 0.0946 ha torpaq sahəsi X9 adına qeydiyyata alınaraq, Şəki 1 saylı DNK-nın 30 oktyabr 2013-cü il tarixli, 4Ə-3/1261 saylı alqı-satqı müqaviləsi ilə X10, digər torpaqlarla birləşərək 0.277 ha torpaq sahəsinə sonuncunun adına 21 noyabr 2013-cü il tarixdə **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan X35 filialının 31.07.2019-cu il tarixli, 109 nömrəli məktubuna əlavə edilən sənədlərdən görünür ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatı Tikinti və memarlıq şöbəsi 10.09.2007-ci il tarixli 905/528 nömrəli məktubla və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şəhər şöbəsi 10.09.2007-ci il tarixli 3136 nömrəli məktubla T.Abdurahmanovaya məxsus evin həyətində qərarsız istifadə etdiyi 946 kv.m torpaq sahəsinin ayrılmasına etiraz etməmişdir. Bundan sonra Cavabdeh 28.09.2007-ci il tarixli 11 saylı iclasında 73 nömrəli qərarla Güləhli küçəsi 20 saylı ünvanda qərarsız istifadə etdiyi 946 kv.m torpaq sahəsinin X3 qərara almışdır. Bundan sonra Cavabdeh ilə X15 arasında 30.09.2009-cu ildə “torpaqların alqı-satqısına dair” akt tərtib edilmiş və akt Şəki rayon torpaq şöbəsində 30.09.2009-cu il tarixdə 102 nömrə ilə qeydə alınmışdır. Bununla bağlı 0.0946 ha torpaq sahəsinə dair Turxanə Abdurahmanovanın adına 003340 nömrəli 18.11.2009-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi və MH seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. T.Abdurahmanova isə 30.10.2013-cü il tarixli ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən 0.0946 ha torpaq sahəsini X8. İş materiallarına üçüncü şəxs 12 saylı Ərazi İdarəsinin 02.10.2019-cu il tarixli, **********03 nömrəli məktubu ilə əlavə edilən sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, əvvəllər ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi 29.05.1984-cü il tarixli “qeydəalma vəsiqəsi”nə əsasən X32 və X28 mülkiyyətində olmuşdur. Sonradan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi X11, 1/2 hissəsi isə X28 mülkiyyətinə ayrılmışdır. İnventar nömrəsi 296 olan 26.01.2009-cu ildə tərtib edilən texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 0.1546 ha, sənəd üzrə 0.06 ha olaraq qeyd edilmişdir. Məktuba əlavə edilən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmədən görünür ki, iddiaçılar mərhum X28 vərəsələridir. İş materiallarında olan 12 saylı Şəki Ərazi İdarəsinin 15.12.2019-cu il tarixli, **********58 nömrəli məktubunda qeyd edilir ki, sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi X14 tərəfindən Şəki Notariat Kontorunun 14 sentyabr 2005-ci il tarixli, 4Ə-1/156 saylı alqısatqı müqaviləsi ilə X25 alqı-satqı edilmiş, 16 sentyabr 2005-ci il tarixdə Şəki Rayonlararası Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqların Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 3944/5495 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 26 yanvar 2009-cu il tarixdə X9 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən 01 avqust 1985-ci il tarixli, 296 inventar nömrəli texniki pasportda sənəd üzrə olan 0.06 ha torpaq sahəsinə qeydiyyat aparılmışdır. 0.06 ha torpaq sahəsinin hansı əsaslarla sənəd üzrə göstərilməsi barədə 01 avqust 1985ci il tarixli, 296 inventar nömrəli texniki pasportda qeyd aparılmamış və arxiv qovluğunda məlumat mövcud deyildir. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evi bağlı olduğundan, həyətdə ölçü işləri aparmaq mümkün olmamışdır. Elektron baza məlumatlarına və peyk çəkilişlərinə əsasən həmin ünvanda yerləşən fərdi yaşayış evinin sənəd üzrə olan 0.06 ha həyətyanı torpaq sahəsinin koordinatları məktuba əlavə olunur. İş materiallarında olan MH seriyalı ******* nömrəli 26.01.2009-cu il tarixli çıxarışdan görünür ki, Şəki şəhəri, Güləhli küçəsi ev 20 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində tikilən 1-(2) mərtəbəli, 5 otaqlı, 85.85 kv.m yaşayış, 170.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 1/2 hissəsi X12, 1/2 hissəsi isə X28 paylı mülkiyyətinə verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, Güləhli küçəsi ev 20 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi X11, digər 1/2 hissəsi isə iddaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Belə ki, 20.10.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçılar sözügedən fərdi yaşayış evinin 1/2 hissəsinin paylı mülkiyyətçisi olmuş mərhum X28 vərəsələri olaraq müəyyən edilmişdir. İş materiallarında olan X35 filialının 10.04.2019-cu il tarixli, 465 nömrəli məktubuna əlavə edilən sənədlərdən görünür ki, X15 29.12.2007-ci il tarixdə ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin əsaslı təmir olunaraq rekanstruksiya olunması üçün sərəncam verilməsini xahiş etmişdir. Bununla bağlı Şəki ŞİH-nin başçısına Tikinti və memarlıq şöbəsi rəy verərək, evin əsaslı təmir edilərək rekonstruksiya olunmasını məqsədəmüvafiq hesab etmişdir. Bundan sonra Şəki ŞİH başçısının 30.12.2007-ci il tarixli 1/308 nömrəli sərəncamı ilə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin əsaslı təmir edilərək rekonstruksiya olunmasına icazə verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş suətindən görünür ki, ünvan 9 ünvanında yerləşən 0.2720 ha həyətyanı torpaq sahəsi X20 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 12 saylı Şəki Ərazi İdarəsinin 04.08.2020-ci il tarixli, **********93 nömrəli məktubunda qeyd edilir ki, 0.0946 ha torpaq sahəsi X9 adına qeydiyyata alınaraq, Şəki 1 saylı DNK-nın 30 oktyabr 2013-cü il tarixli, 4Ə-3/1261 saylı alqı-satqı müqaviləsi ilə X10, digər torpaqlarla birləşərək 0.277 ha torpaq sahəsinə sonuncunun adına 21 noyabr 2013-cü il tarixdə **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan 12 saylı Şəki Ərazi İdarəsinin 28.08.2020-ci il tarixli, **********96 nömrəli məktubunda qeyd edilir ki, 26 yanvar 2009-cu il tarixli, 296 inventar nömrəli texniki pasport və ********** qeydiyyat nömrəli çıxarışa əsasən sözügedən fərdi yaşayış evi 1/2 hissə Abdurahmanova Əhmədiyyə qızının və 1/2 hissə X28 adlarına olduğundan 0.06 ha sənəd üzrə sahədən 0.03 ha, 0.0946 ha zəbt torpaq sahəsindən 0.0473 ha hissə iddiaçıların payına düşməli idi. İddiaçıların iddia etdiyi torpaq sahəsinin 473 kvadrat metri bələdiyyə qərarı ilə satılmış 946 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Məktuba əlavə edilən sözügedən evin 296 nömrəli texniki inventarizasiya kartasında fərdi yaşayış evinin 1885-ci ildə tikildiyi, ümumi torpaq sahəsinin 1341.9 kv.m, tikinti sahəsinin isə 225.8 kv.m olduğu qeyd edilmişdir. İş materiallarında olan X35 filialının 18.09.2020-ci il tarixli, 127 nömrəli məktubuna əlavə edilən sənədlərdən görünür ki, Nuxa Şəhər ZDS İcraiyyə Komitəsinin 09 yanvar 1953-cü il tarixli qərarı ilə Nuxa şəhəri ərazisində ayrı-ayrı vətəndaşların istifadəsində olan normadan artıq torpaq sahələrinin kəsilib təşkilatların istifadəsinə verilməsi qərara alınmışdır. Arxiv arayışına əlavə edilən “ayrı-ayrı vətəndaşların artıq torpaq sahələrinin kəsilib idarə-müəssisələrin istifadəsinə verilməsi haqqında” Siyahıdan görünür ki, vətəndaşların istifadəsində olan artıq torpaq sahələri kəsilərək (vətəndaşlarda 600 kv.m torpaq sahəsi saxlanılmaqla) müxtəlif idarə və təşkilatların balansına verilmişdir. Həmin siyahıda Giləhli küçəsi, (keçmiş Qoqol) ev 20 ünvanı yoxdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara Şəki Rayon Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2(075)-14/2020 nömrəli qətnaməsinin surəti, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin 13.01.2020-ci il tarixli qərarının surəti, Şəki Rayon Məhkəməsinin 23.08.2019-cu il tarixli, 2(075)-319/2019 nömrəli qərardadının surəti, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin 13.05.2019-cu il tarixli qərarının surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2019-cu il tarixli, 2(102)-1700/19 nömrəli qərarının surəti, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli, 2(107)-2227/2018 nömrəli qətnaməsinin surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10.07.2018-ci il tarixli, 2(102)-4816/18 nömrəli qərarının surəti, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.02.2018-ci il tarixli, 2(107)-184/2018 nömrəli qətnaməsinin surəti, Şəki Rayon Məhkəməsinin 12.10.2017-ci il tarixli, 2(075)-4805/2017 nömrəli qətnaməsinin surəti, 19.06.2019-cu il tarixli 5449 nömrəli ekspert rəyinin surəti, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 14.01.2020-ci il tarixli, 2(005)-410/2020 nömrəli qətnaməsinin surəti, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.06.2020-ci il tarixli 2(103)-4421/2020 nömrəli qətnaməsinin surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçılar bələdiyyənin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərarın iddiaçılara qəbul olunduğu vaxt təqdim olunmasına dair sübut yoxdur. İddiaçılar qərardan çıxarışı əldə etdikdən 30 gün ərzində məhkəməyə müraciət etmişlər. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamandan azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 16.3-cü maddəsinə görə bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndində isə təsbit edilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, bələdiyyənin mübahisəli qərarı ilə 3-cü şəxsə satılmış 946 kv.m torpaq sahəsinin 741.9 kv.m hissəsi şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan 12 saylı Şəki Ərazi İdarəsinin 28.08.2020-ci il tarixli, **********96 nömrəli məktubunda qeyd edilir ki, 26 yanvar 2009-cu il tarixli, 296 inventar nömrəli texniki pasport və ********** qeydiyyat nömrəli çıxarışa əsasən sözügedən fərdi yaşayış evi 1/2 hissə Abdurahmanova Əhmədiyyə qızının və 1/2 hissə X28 adlarına olduğundan 0.06 ha sənəd üzrə sahədən 0.03 ha, 0.0946 ha zəbt torpaq sahəsindən 0.0473 ha hissə iddiaçıların payına düşməli idi. İddiaçıların iddia etdiyi torpaq sahəsinin 473 kvadrat metri bələdiyyə qərarı ilə satılmış 946 kv.m torpaq sahəsi ilə üstüstə düşür. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunmuş 1341.9 kv.m torpaq sahəsinin 600 kv.m hissəsinə dair mülkiyyət hüququ qeydə alındığı üçün qeydə alınmayan hissə 741.9 kv.m təşkil edir. (1341.9-600=741.9) yerdə qalan 204.1 kv.m (946- 741.9=204.1) torpaq sahəsinə iddiaçıların hüququ olmadığı üçün xidmətin məktubunda qeyd etdikləri hazırki iş üçün yanlız torpaq sahəsinin üst-üstə düşməsi barədə məlumat verilməsi hissəsində əhəmiyyət kəsb edir. 741.9 kv.m torpaq sahəsinə dair hissədə paylar müəyyən olunmadığı üçün, həmçinin payların naturada bölünməsi həyata keçirilmədiyi üçün ümumi 741.9 kv.m hissəyə iddiaçıların mülkiyyət hüququ mövcuddur. Bələdiyyə həmin ərazinin iddiaçılara məxsus olmasını, həmin torpaq sahəsinin iddiaçıların birgə mülkiyyətində olmasını araşdırmadan mübahisəli qərarı qəbul etmişdir. Məhkəmə araşdırması zamanı həmin ünvana dair artıq torpaq sahələrinin alınmasına dair heç bir qərarın olmadığı da müəyyən olunmuşdur. (Nuxa Şəhər ZDS İcraiyyə Komitəsinin 09 yanvar 1953-cü il tarixli qərarı ilə Nuxa şəhəri ərazisində ayrı-ayrı vətəndaşların istifadəsində olan normadan artıq torpaq sahələrinin kəsilib təşkilatların istifadəsinə verilməsi qərara alınmışdır. Arxiv arayışına əlavə edilən “ayrı-ayrı vətəndaşların artıq torpaq sahələrinin kəsilib idarə-müəssisələrin istifadəsinə verilməsi haqqında” Siyahıdan görünür ki, vətəndaşların istifadəsində olan artıq torpaq sahələri kəsilərək (vətəndaşlarda 600 kv.m torpaq sahəsi saxlanılmaqla) müxtəlif idarə və təşkilatların balansına verilmişdir. Həmin siyahıda Giləhli küçəsi, (keçmiş Qoqol) ev 20 ünvanı yoxdur.) Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli qərarı ilə iddiaçıların istifadəsində və mülkiyyətində olan torpaq sahəsinin 741.9 kv.m hissəsi qanunsuz olaraq 3-cü şəxsin mülkiyyətinə verildiyi üçün iddia təmin olunmalı, cavabdeh Şəki bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 11 saylı iclas protokolunun 73 saylı qərarı qismən - iddiaçıların ümumi mülkiyyətlərində olan həmin ünvandakı 20 saylı evin 1341.9 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin sərhədləri (koordinatları) daxilində yerləşən 741.9 kv.m hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Şəki şəhəri, Güləhli küçəsi ev 20 ünvanında yerləşən 0.0946 ha (946 kv.m) ölçüdə torpaq sahəsinin X4 ilə bağlı Cavabdeh 11 saylı iclas protokolu ilə qəbul edilmiş 28.09.2007-ci il tarixli 73 saylı qərarı qismən – ümumi mülkiyyətlərində olan həmin ünvandakı 20 saylı evin 1341.9 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin sərhədləri (koordinatları) daxilində yerləşən 741.9 kv.m hissəsində ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-22/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-22/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver