Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-22/2022 07.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 2003-cü il tarixli 110 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən və A seriyalı 127434 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 603.02 kv.m həyətyanı təyinatlı torpaq sahəsi üzərində koordinatların dəyişdirilməsi, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 2003-cü il tarixli 110 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən və A seriyalı 127434 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 603.02 kv.m həyətyanı təyinatlı torpaq sahəsi üzərində koordinatların dəyişdirilməsinə, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-221/2021 nömrəli qərardadı ilə iş üzrə X5 üçüncü şəxs qismində adi qaydada inzibati məhkəmə icraatına cəlb edilmiş, Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Həmçinin Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı vəsatəti təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin cavabdehlər sırasından çıxarılmasını və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 2003-cü il tarixli 110 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən və A seriyalı 127434 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 603.02 kv.m həyətyanı təyinatlı torpaq sahəsi üzərində koordinatların dəyişdirilməsinə, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində aqrar islahat keçirilən zaman iddiaçı və ailəsinin qanuni istifadəsində olan 0.12 ha həyətyanı torpaq sahəsi və ailənin digər iki nəfər üzvünə adambaşına 0.40 ha olmaqla cəmi 1.90 ha torpaq payı mülkiyyətə verilmişdir. Zaqatala rayon AİK-nın qərarı ilə iddiaçı və ailə üzvlərinə 0.12 ha həyətyanı torpaq sahəsi və 1.20 ha pay torpaq sahəsinin verilməsinə baxmayaraq, onların adına Dövlət aktları tərtib edilməmişdir. İddiaçıya həyətyanı torpaq sahəsi kolxozun idarə heyətinin qərarına əsasən 1994-cü ildə verilmiş və torpaq islahatı vaxtında da onun mülkiyyətinə verilmişdir. Lakin iddiaçının qardaşı Nuribəy Dadayev 2010-cu ildə onun xəbəri və razılığı olmadan iddiaçının mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsini saxta sənədlər əldə etməklə X3 adına rəsmiləşdirmiş və 0.12 ha həyətyanı torpaq sahəsinin Rövşən Dedeyevin mülkiyyətində olmasına dair sənəd əldə etmişdir. İddiaçı qeyd edilən nöqsanın aradan qaldırılması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan xx.xx.2019-cu il tarixli **********46 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Aqrar İslahat Komissiyasının qərarında dəyişikliklərin edilməsi, həmin qərar əsasında DT və XK tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəlişlərin edilməsi və ya onların ləğv edilməsi, həmin sənəd əsasında dövlət reyestrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət reyestrindən çıxarışın iddiaçının ərizəsi əsasında ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyildir. İddiaçı aiddiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının adına Zaqatala rayonu Mazıx kəndində yerləşən fərdi yaşayış evinə dair AR Zaqatala RİH başçısının Mazıx ərazi nümayəndəsinin xx.xx.2007-ci il tarixli, 308 saylı arayışına əsasən xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli “Daşınmaz Əmlakın Texniki Pasportu” tərtib edilmişdir. İddia ərizəsində qeyd olunan, Zaqatala rayonu Mazıx kəndində yerləşən 603 kv.m həyətyanı torpaq sahəsi Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə iddiaçıya verilmiş və həmin qərar əsasında onun adına ləğv edilmiş DTXK-si tərəfindən A№127434 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmamışdır. İşdə olan, Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının hazırda naturada istifadə etdiyi torpaq sahəsi Zaqatala rayonu Mazıx kəndinin kompleks yerquruluşu layihəsində 0.12 ha pay torpağı kimi (JN290F) iddiaçının atası X2 adına işlənmişdir. Həmin torpaq sahəsinə ləğv edilmiş DT və XK-si tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi **********0753 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır. İddiaçının adına 2009-cu ildə işlənmiş **********0132 nömrəli (A№127434) “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0.06 ha həyətyanı torpaq sahəsi digər yerdə Balakən-Zaqatala şosse yolunun cənub-qərb hissəsində yaşayış məntəqəsindən kənarda yerləşir. İşdə olan, Zaqatala RİH Mazıx kənd İƏD-nin xx.xx.2020-ci il tarixli 403 saylı arayışında qeyd olunmuşdur ki, iddiaçının adına 06 №-li təsərrüfatbaşına kitabın 166-cı səhifəsində 1988-ci ildə tikilmiş, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin və 0.06 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İşdə olan, A 127434 nömrəli, Torpaq Kadastrı kitabında xx.xx.2009-cu ildə 132 nömrə ilə uçota alınmış DT və XK tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə 603.02 kv.m həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan, Zaqatala rayonu Mazıx kəndini üzrə torpaq payı almaq hüququ olan subyektlər siyahısından görünür ki, İddiaçı adının qarşısında qanuni istifadədə olan həyətyanı torpaq sahəsi qrafasında 0.06 qeydi icra edilmişdir. İşdə olan A 460901 nömrəli, DT və XK tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə 1161 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X2 mülkiyyətinə verilmişdir. İşdə olan A 115990 nömrəli, DT və XK tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə 2016.66 kv.m həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İşdə olan, Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi Elektron məlumat bazasına əsasən Zaqatala rayonu Mazıx kəndi ərazisində yerləşən X2 adına işlənmiş 290F/0 12 ha yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş pay torpaq sahəsi və 290A/0.20 ha yaşayış məntəqələri torpaqlarına aid həyətyanı torpaq sahələrinin cizgiləri daxilində yerləşir. A seriyalı, 127434 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin koordinatlarına əsasən həmin 603 02 kv.m torpaq sahəsi Zaqatala şəhərinin hüdudları daxilində yerləşən X4 adına DƏDRX-nin tərtib etdiyi reyestr nömrəsi **********90 olan Çıxarışın cizgiləri daxilində yerləşir. İddiaçı məxsus 24 05.2007-ci il tarixdə tərtib edılmtş Zaqatala rayonu Mazıx kəndində yerləşən fərdi yaşayış evinin Texniki pasportunda qeyd olunan torpaq sahəsi ilə A senyalı, 127434 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsi üst-üstə düşmür. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə A seriyalı, 127434 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsi üst-üstə düşmür. İşdə olan, AZ-İ 286757 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, 1927ci il təvəllüdlü X5 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan 603 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına nail olmaqdır. İddiaçı tələb hüququnu həmin torpaq sahəsinin Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə onun mülkiyyətinə verilməsi ilə əsaslandırır və bildirir ki, 603.02 kv.m həyətyanı torpaq sahəsinə A 127434 nömrəli, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilsə də, həmin sənədin koordinatları düzgün qeyd edilməmiş və faktiki istifadəsində olan, ona verilməsi nəzərdə tutulan torpaq sahəsinə yox, digər torpaq sahəsinə işlənmişdir. Məhkəmə tərəfindən iş üzrə cəlb edilmiş mütəxəssisin verdiyi rəy əsasında müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi X2 adına tərtib edilmiş 1161 kv.m və 2016.66 kv.m həyətyanı torpaq sahəsinin qeyd olunduğu A 460901 və A 115990 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş torpaq sahələri ilə üstüstə düşür. Belə olan halda iddiaçı, hüquqi marağına uyğun olaraq ilk növbədə hüquqlarının dövlət qeydiyyatına alınmasını arzuladığı, faktiki istifadəsində olan torpaq sahəsinə tərtib edilmiş A 460901 və A 115990 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədlərini üstüstə düşən hissədə mübahisələndirməli, müvafiq plan-ölçü sənədlərinin ləğvinə nail olduqdan sonra isə Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsi üçün tərtib edilmiş A 127434 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun dəyişdirilərək, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməlidir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsinə izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 2003-cü il tarixli 110 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən və A seriyalı 127434 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 603.02 kv.m həyətyanı təyinatlı torpaq sahəsi üzərində koordinatların dəyişdirilməsi, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-22/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-22/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver