Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-22/2023 09.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Qalıncaq bələdiyyəsinin 23 noyabr 2010-cu il tarixli 23 saylı iclas protokolonun qərarı ilə Xanagah kənd yaşayış sahəsindən satılmış 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayonu Qalıncaq bələdiyyəsinin 23 noyabr 2010-cu il tarixli 23 saylı iclas protokolonun qərarı ilə Xanagah kənd yaşayış sahəsindən satılmış 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək iddia ərizəsinin geri götürülmüş sayılmasını və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə aşağıdakı kimi əsaslandırılmışdır: - üçüncü şəxs Ədalət İbrahimovla iddiaçı arasında razılaşma yaranmışdır. Yaranmış razılığa görə Ədalət İbrahimov faktiki istifadəsində olan torpaq sahəsinə görə iddiaçıya pul məbləği ödəyəcəkdir. Odur ki, hazırkı mərhələdə mübahisəyə mahiyyəti üzrə baxılmasını istəmir. Gələcəkdə aralarındakı razılaşma pozularsa yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir. İddia ərizəsinin geriyə götürülməsi ilə bağlı fikir özünə aiddir. Məhkəmə tərəfindən bununla bağlı ona təklif və tövsiyə verilməmişdir. Əvvəllər Ali Məhkəməyə etdiyi müraciətlər və Şəki İnzibati Məhkəməsinə etdiyim müraciətlərdəki iddia ərizəsinə baxılmaması ilə bağlı mövqeyini müdafiə edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını dair ərizəyə etiraz etmədiyini bildirdi. Üçüncü şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı ilə aralarında faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı razılaşma yaranmışdır. Belə ki, o, müəyyən iddiaçıya pul məbləği ödəcəyini öhdəsinə götürmüşdür. Odur ki, mübahisənin öz aralarında həll ediləcəyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddiaçının tərəfindən təqdim edilmiş, “iddia ərizəsinin geri qaytarılması barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçı hazırki mərhələdə iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Qalıncaq bələdiyyəsinin 23 noyabr 2010-cu il tarixli 23 saylı iclas protokolonun qərarı ilə Xanagah kənd yaşayış sahəsindən satılmış 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-22/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-22/2023
09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver