Məhkəmə qərarları › İş №2-1(116)-220/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-220/2021

06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-220/2021 06.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “13 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-ci il tarixli **********162866 nömrəli, həmçinin müəyyən edilmiş vergilərə azalma aparılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2020-ci il tarixli **********138564 nömrəli qərarlarının ləğv edilməsi və 2014-2016-cı illər üzrə artıq ödənilmiş 65485.75 manat əmlak vergisinin vergi ödəyicisinin ödəməli olduğu digər vergi öhdəlikləri ilə əvəzləşdirilməsi barədə yeni qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-ci il tarixli **********162866 nömrəli qərar, həmçinin müəyyən edilmiş vergilərə azalma aparılmş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2020-ci il tarixli **********138564 nömrəli qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 14.09.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 saylı Ərazi Vergilər İdarəsinin 15.09.2017-ci il tarixli **********112004 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-də vergilər və digər icbari ödənişlərə dair yoxlanılması məqsədi ilə 01.08.2014-cü il tarixdən 01.08.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 19.07.2018-ci il tarixli **********125186 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı ilə mənfəət vergisinin 2015-ci ildə 63964,95 manat, 2016-cı ildə 71595,95 manat, əlavə dəyər vergisinin 2014-cü ildə 163846,02 manat, 2015-ci ildə 417751,49 manat, 2016-cı ildə 331656,69 manat, 2017-ci ildə 217179,46 manat olmaqla, ümumilikdə 1265994.56 manat az hesablanması aşkar edilmişdir. 13 saylı Ərazi Vergilər tərəfindən səyyar vergi yoxlaması aktı əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-cu il tarixli **********162866 nömrəli qərarla vergi ödəyicisinə ümumilikdə 1703322,21 manat olmaqla, 1265994,56 manat əlavə vergi hesablanmış və 437327,65 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, "X7" MMC-də keçirilən səyyar vergi yoxlaması nəticəsində hesablanmış 1265994,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 26.11.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İstintaq dövründə Cəmiyyətdə aparılan yoxlamanın gəldiyi nəticə və əlavə hesablanmış vergilər öz əksini tapmamışdır. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə müstəntiqin “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 23.10.2019-cu il tarixli qərarının icrası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilmişdir. Eyni zamanda 26.11.2018-ci il tarixdə başlanılmış ********* nömrəli cinayət işinin icraatı 25.10.2019-cu il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsi ilə dayandırılmışdır. 13 saylı Ərazi Vergilər İdarəsinin 17.12.2019-cu il tarixli **********194850 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən Cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair yoxlanılması məqsədi ilə 01.08.2014-cü il tarixdən 01.08.2017ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 17.06.2020-ci il tarixli **********196578 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı ilə mənfəət vergisinin 2015-ci ildə 63964,95 manat, 2016-cı ildə 71595,95 manat, əlavə dəyər vergisinin 2014-cü ildə 36403,29 manat, 2015-ci ildə 257213,55 manat, 2016-cı ildə 134769.76 manat, 2017-ci ildə 2196,94 manat olmaqla, ümumilikdə 566144,44 manat artıq hesablanması aşkar edilmiş və bunun nəticəsi olaraq maliyyə sanksiyası da 202708.12 manat azaldılmışdır. 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən səyyar vergi yoxlaması aktı əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2020-ci il tarixli **********138564 nömrəli qərar qəbul olunmuşdur. Cavabdeh orqan məhkəməyə ünvanladığı 27.11.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı MMC-nin iddia ərizəsində irəli sürdüyü iddia tələbinə qarşı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə, aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, cəmiyyət heyvandarlıq və quşçuluqla məşğul olduğundan istehsal etdiyi yem məhsulunu öz təsərrüfatında, heyvanların və quşların yedizdirilməsi üçün istifadə edir. İstifadə edilmiş məhsulun artıq qalan hissəsi cəmiyyət tərəfindən hüquqi və fiziki şəxslərə satılmış və vergisi tam ödənilmişdir. Onu da əlavə etmişdir ki, Cəmiyyət istehsal etdiyi kənd təsərrüfatı məhsullarını onların təbii formasını dəyişdirmədən satışını həyata keçirmişdir. Buna görə də iddia edir ki, vergilər düzgün qaydada hesablanmamışdır Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Qeyd olunan hallarla əlaqədar bildiririk ki, 13 saylı ƏVİ-nin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 15.09.2017-ci il tarixli, **********112004 nömrəli qərarına əsasən İddiaçı MMC-də 01.08.2014-cü ildən 01.08.2017-ci il tarixədək olan dövr əhatə edilməklə, növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 02.10.2017-ci il tarixdə başlanmışdır. İddiaçı MMC yoxlama ilə əhatə olunan dövrdə vergiyə cəlb edilməli olan fəaliyyət növü, yəni mal-qara üçün müxtəlif növ hazır yemlərin istehsalı və satışı, eyni zamanda qismən kənd təsərrüfatı məhsullarının istehsalı (mal-qara saxlanılması və bitkiçilik məhsullarının becərilməsi) ilə məşğul olmuşdur. Müəssisə eyni zamanda kənd təsərrüfatı məhsullarının, yəni heyvandarlıq və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olmasına baxmayaraq, bu fəaliyyət növləri üzrə ayrıca uçot təşkil edilməmiş və yoxlama ilə əhatə olunan dövrdə aparılan təsərrüfat əməliyyatları mühasibat uçotu sənədlərində və hesabatlarda tam əks etdirilməmişdir. Həmçinin yoxlama zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 15.09.2017-ci il tarixli, **********112042 nömrəli tələbnamə təqdim edilmişdir. Lakin tələbnamə təqdim edilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən yoxlayıctya iddia ərizəsində qeyd etdiyi formada, yəni təsərrüfatında olan heyvanların və quşların saxlanması və onların yemlənməsinə dair hec bir təsdiqedici sənədlər (mühasibat- uçot sənədləri və digər sənədlər) təqdim edilməmişdir. 20.04.2018-ci il tarixdə başa çatdırılmış səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş **********125186 nömrəli akt vergi ödəyicisinə təqdim edilmiş, lakin müəssisə rəhbəri aktın bir nüsxəsini qəbul etsə də, aktda göstərilənlərə etirazını bildirərək akta imza etməkdən imtina etmişdir. Daha sonra 13 saylı ƏVl-nin "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” 04.06.2018-ci il tarixli, **********152589 nömrəli qərarına əsasən müəssisədə aparılan səyyar vergi yoxlaması davam etdirilmişdir. 13 saylı ƏVİ-nin "Mütəxəssisin dəvət edilməsi haqqında" 06.06.2018-ci il tarixli, **********152764 nömrəli Qərarına əsasən "xxxx" MMC-dən (VÖEN **********) yenidən mütəxəssis dəvət edilmiş və mütəxəssis qarşısında yoxlama ilə əhatə olunan dövrdə müəssisənin yem emalı zavodunda elektrik enerjisinin sərfiyyatına görə mal-qara üçün hazır yem məhsullarının ayrı-ayrı növlərinin istehsal həcminin müəyyən edilməsinə dair sual qoyulmuşdur. Dəvət edilmiş mütəxəssis 12.06.2018-ci il tarixdə müəssisənin yem emalı zavodunda olmuş və müəssisə rəhbəri, digər nümayəndələrin iştirakı ilə müvafiq araşdırmalar aparmışdır. Yem zavodunda mütəxəssis tərəfindən ölçmə və hesablama işləri müvafiq normativ sənədlərin tələblərinə uyğun aparılmış və araşdırmanın nəticələrinə dair mütəxəssis rəyində tam və ətraflı şəkildə əsaslandırılmışdır. Yem zavodunda istehsal gücü, elektrik enerjisinin sərfiyyatı və itkilər, digər göstəricilər əsas götürülərək mütəxəssis tərəfindən yoxlama ilə əhatə olunan dövrdə aylar üzrə məhsul növlərinin istehsal həcmi müəyyən edilmişdir. Müəssisədə aparılan səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminə görə hesablamalar aparılaraq ümumi dövriyyə müəyyən edilmiş və vergilər hesablanmışdır. Mütəxəssis rəyinə əsasən müəyyən edilmiş istehsal həcminə görə dövriyyə məbləğləri müəyyən edilərkən yoxlama zamanı müəssisə tərəfindən yoxlamaya təqdim edilən ayrı-ayrı yem növlərinin ümumi istehsalda xüsusi çəkisi, yem məhsullarının maya dəyəri və satış qiymətləri barədəki məlumatlara istinad edilmişdir. Səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş 19.07.2018-ci il tarixli, **********125186 nömrəli aktın bir nüsxəsi 19.07.2018-ci il tarixdə sifarişli poçtla müəssisənin hüquqi ünvanına göndərilmişdir. Sonda isə 13 saylı ƏVİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-ci il tarixli, **********162866 nömrəli qərarına əsasən vergi ödəyicisinə 135560,90 manat mənfəət vergisi, 1130433,66 manat ƏDV hesablanmış və 437327,65 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin yaranmış vergi borcunun alınması məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən yoxlama materialları Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən “X7“ MMC üzrə açılmış cinayət işi üzrə vergi ödəyicisində Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən avqust 2014-iyul 2017 vergi dövrü üzrə (o cümlədən avqust 2014-iyul 2017 dövrü yenidən yoxlanılmaqla) növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar 13 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 17.12.2019-cu il tarixli, **********194850 nömrəli Qərarına əsasən İddiaçı MMC- də avqust 2014-iyul 2017 dövrü əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində 17.06.2020-ci il tarixli, **********196578 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Aktda əvvəlki səyyar vergi yoxlaması ilə hesablanmış 578178.97 manat vergi məbləğinin azaldılması və tətbiq edilmiş 275692.58 manat maliyyə sanksiyasının ləğv edilməsi, eyni zamanda hazırkı yoxlama ilə 24812.64 manat əlavə vergi məbləğinin və 12406.33 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edildi. Tərtib olunmuş akta əsasən İddiaçı MMC barəsində 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2020-ci il tarixli, **********138564 nömrəli Qərarına əsasən səyyar vergi yoxlaması aparılan zamanı yol verilmiş müəyyən nöqsanlar nəzərə alınmaqla vergi ödəyicisinə 20552.01 manat əlavə vergi məbləği hesablanmışdir, eyni zamanda əvvəlki yoxlama ilə hesablanmış 586696.45 manat vergi məbləği azaldılmış və ona uyğun tətbiq edilmiş 200708.12 manat maliyyə sanksiyası ləğv edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-ci il tarixli, **********162866 nömrəli qərar “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq, 12 sentyabr 2018-ci il tarixdə poçtla göndərilmiş və 17 sentyabr 2018-ci il tarixdə iddiaçıya sifarişli poçt vasitəsi ilə çatdırılmışdır (Xəbərnamənin təsdiq olunmuş surəti etiraza əlavə edilir). Belə ki, xəbərnamə rəsmi qaydada, vergi orqanında olan mənbəyi bəlli məlumatlara əsasən müəssisənin icraçı direktoru X3 tərəfindən 17 sentyabr 2018-ci il tarixdə imzalanaraq qəbul edilmiş və məhz həmin tarixdən müddətin axımı başlanmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mubahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 qun müddətində qaldırıla bilər. Yuxarıdan göründüyü kimi vergi ödəyicisi inzibati aktın mübahisələndirmə müddətini ötürmüşdür. Belə ki, 11.09.2018-ci il tarixli, **********162866 nömrəli qərar 17 sentyabr 2018-ci il tarixdə təqdim olunmasına baxmayaraq, iddiaçı xeyli gecikdirilmis qaydada məhkəməyə müraciət etmiş (10 yanvar 2019-cu il tarixdə) və bununla da məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsinə yol vermişdir. Buna görə də hesab edirik ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-ci il tarixli, **********162866 nömrəli qərarı mübahisələndirmək imkanını itirdiyindən onun iddiası mümkün sayıla bilməz. Məhz buna görə də iddiaçının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-ci il tarixli, **********162866 nömrəli qərarın ləğv edilməsi barədə iddia tələbi Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hal-hazırda isə Şəki İnzibati Məhkəməsinin) 2-1(84)-361/2019 nömrəli, 04.07.2019-cu il tarixli qərardadı ilə mümkün sayılmamışdır (Qərardad etiraza əlavə olunur). Keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması nəticəsində isə 566144 manat əsas vergi və 200707 manat maliyyə sanksiyası məbləği olmaqla, ümumilikdə 766851 manat məbləğində vergilər azaldılmışdır. Göründüyü kimi, qəbul edilmiş son “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2020-ci il tarixli, **********138564 nömrəli qərarla vergi ödəyicisinin vergi öhdəliyi yüngülləşmiş və vergi yükü xeyli azalmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 1.1-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması ücün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu, məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Daha sonra qeyd olunur ki, məhkəmələr eyni zamanda İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini yoxlamalıdır. Həmin Qərarın 4.1-ci bəndinə görə İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7-ci maddəyə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Cavabdeh orqanın 05.07.2021-ci il tarixli “27.11.2020-ci il tarixli etiraza əlavə” məktubunda qeyd edilir ki, 13 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 15.09.2017-ci il tarixli, **********112004 nömrəli qərarına əsasən İddiaçı MMC-də 01.08.2014-cü ildən 01.08.2017-ci il tarixədək olan dövr əhatə edilməklə, növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 02.10.2017-ci il tarixdə başlanmışdır. Müəssisədə aparılan səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminə görə hesablamalar aparılaraq ümumi dövriyyə müəyyən edilmiş və vergilər hesablanmışdır. Mütəxəssis rəyinə əsasən müəyyən edilmiş istehsal həcminə görə dövriyyə məbləğləri müəyyən edilərkən yoxlama zamanı müəssisə tərəfindən yoxlamaya təqdim edilən ayrı-ayrı yem növlərinin ümumi istehsalda xüsusi çəkisi, yem məhsullarının maya dəyəri və satış qiymətləri barədəki məlumatlara istinad edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-ci il tarixli, **********162866 nömrəli qərar “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq, 12 sentyabr 2018-ci il tarixdə poçtla göndərilmiş və 17 sentyabr 2018-ci il tarixdə iddiaçıya sifarişli poçt vasitəsi ilə çatdırılmışdır (Xəbərnamonin təsdiq olunmuş surəti ilkin etiraza əlavə edilmişdir). Belə ki, xəbərnamə rəsmi qaydada, vergi orqanında olan mənbəyi bəlli məlumatlara əsasən müəssisənin icraçı direktoru X3 tərəfindən 17 sentyabr 2018-ci il tarixdə imzalanaraq qəbul edilmiş və məhz həmin tarixdən müddətin axımı başlanmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıdan göründüyü kimi vergi ödəyicisi inzibati aktın mübahisələndirmə müddətini ötürmüşdür. Belə ki, 11.09.2018-ci il tarixli, **********162866 nömrəli qərar 17 sentyabr 2018-ci il tarixdə təqdim olunmasına baxmayaraq, iddiaçı xeyli gecikdirilmiş qaydada məhkəməyə müraciət etmiş (10 yanvar 2019-cu il tarixdə) və bununla da məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsinə yol vermişdir. Buna görə də hesab edilmişdir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-ci il tarixli, **********162866 nömrəli qərarı mübahisələndirmək imkanını itirdiyindən onun iddiası mümkün sayıla bilməz. Məhz buna görə də iddiaçının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-ci il tarixli, **********162866 nömrəli qərarın ləğv edilməsi barədə iddia tələbi Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hal-hazırda isə Şəki İnzibati Məhkəməsinin) 2-1(84)-361/2019 nömrəli, 04.07.2019-cu il tarixli qərardadı ilə mümkün sayılmamışdır (Qərardad əvvəlki etiraza əlavə olunmuşdur). Həmçinin yaranmış vergi borcunun alınması məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən yoxlama materialları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən “X7“ MMC üzrə açılmış cinayət işi üzrə vergi ödəyicisində Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən avqust 2014-iyul 2017 vergi dövrü üzrə (o cümlədən avqust 2014-iyul 2017 dövrü yenidən yoxlanılmaqla) növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar 13 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 17.12.2019-cu il tarixli, **********194850 nömrəli Qərarına əsasən İddiaçı MMCdə avqust 2014-iyul 2017 dövrü əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində 17.06.2020-ci il tarixli, **********196578 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Aktda əvvəlki səyyar vergi yoxlaması ilə hesablanmış 578178.97 manat vergi məbləğinin azaldılması və tətbiq edilmiş 275692.58 manat maliyyə sanksiyasının ləğv edilməsi, eyni zamanda hazırki yoxlama ilə 24812.64 manat əlavə vergi məbləğinin və 12406.33 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edildi. Tərtib olunmuş akta əsasən İddiaçı MMC barəsində 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2020-ci il tarixli, **********138564 nömrəli Qərarına əsasən səyyar vergi yoxlaması aparılan zamanı yol verilmiş müəyyən nöqsanlar nəzərə alınmaqla vergi ödəyicisinə 20552.01 manat əlavə vergi məbləği hesablanmışdir, eyni zamanda əvvəlki yoxlama ilə hesablanmış 586696.45 manat vergi məbləği azaldılmış və ona uyğun tətbiq edilmiş 200708.12 manat maliyyə sanksiyası ləğv edilmişdir. Keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması nəticəsində isə 566144 manat əsas vergi və 200707 manat maliyyə sanksiyası məbləği olmaqla, ümumilikdə 766851 manat məbləğində vergilər azaldılmışdır. Göründüyü kimi, qəbul edilmiş son “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2020-ci il tarixli, **********138564 nömrəli qərarla vergi ödəyicisinin vergi öhdəliyi yüngülləşmiş və vergi yükü xeyli azalmışdır. Həmçinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 26 fevral 2021-ci il tarixli qərarı ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmiş və həmin qərar əsasında vergi ödəyicisinin şəxsi hesab vərəqəsində (müvafiq mütəxəssis rəyi nəzərə alınmaqla) müvafiq düzəlişlər nəticəsində azalmalar aparılmış və sonda şəxsi hesab vərəqəsində qalan vergi borcu məbləği vergi ödəyicisi tərəfindən ödənilmişdir. Bununla da vergi ödəyicisi bir növ borcun qanuniliyini qəbul etmişdir (Cinayət işi üzrə icraata xitam verilmə barədə qərar və müvafiq mütəxəssis rəyi 25 iyun 2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir). Yuxarıda qeyd olunanlardan göründüyü kimi 05.08.2020-ci il tarixli. **********138564 nömrəli qərar vergi ödəyicisinin şəxsi hesab vərəqəsində aparılmış azalmalar nəticəsində bir növ ilkin 11.09.2018-ci il tarixli qərarı qüvvədən salmışdır. Yəni 05.08.2020-ci il tarixli qərar vergi ödəyicisini yükləməmişdir (əlverişsiz (yükləyici) inzibati akt deyildir). Əksinə qeyd olunduğu kimi vergi öhdəliyini yüngülləşdirərək, vergi yükünü xeyli azaltmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkoməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 1.1-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin sərt onun mümkün olmasıdır. 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu, məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Daha sonra qeyd olunur ki, məhkəmələr eyni zamanda İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7-ci maddəyə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Cavabdeh orqan 05.07.2021-ci il tarixli “27.11.2020-ci il tarixli etiraza əlavə” məktubunda iddia tələbinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi “iddia ərizəsinə əlavə” başlıqlı ərizə təqdim etmişdir. Ərizədə qeyd edilir ki, hazırda iddia ərizəsinə dəqiqləşdirmə verərək iddia tələbinin artırılması zərurəti yaranmışdır. Belə ki, 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən yoxlama keçirilərkən tərtib edilmiş 11.06.2020-ci il tarixli səyyar vergi yoxlaması aktında müəssisənin yoxlamanın əhatə etdiyi dövr ərzində (2014-2016-cı illər) 65485.75 (altmış beş min dörd yüz səksən beş manat yetmiş beş qəpik) manat əmlak vergisi üzrə ödənilmiş öhdəliyi olduğunu və heç bir kənarlaşma aşkar edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin məlum fərmanı və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.9-cu maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi yuxarıda qeyd olunanları əsas gətirərək iddia tələbində dəqiqləşdirmə apararaq tələbin həcmini artırmış və “13 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-ci il tarixli **********162866 nömrəli qərarı, həmçinin müəyyən edilmiş vergilərə azalma aparılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2020-ci il tarixli **********138564 nömrəli qərarların ləğv edilməsi və 2014- 2016-cı illər üzrə artıq ödənilmiş 65485.75 manat əmlak vergisinin vergi ödəyicisinin ödəməli olduğu digər vergi öhdəlikləri ilə əvəzləşdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etdi. Protokol qərardadı ilə “iddia ərizəsinə əlavə”yə dair ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi bildirdi ki, mübahisəli qərarlar üzrə vergi borcu ödənilmiş, 05.08.2020-ci il tarixli **********138564 nömrəli qərarda olan pulun 2014-cü ilə aid ƏDV üzrə maliyyə sanksiyası və ona hesablanan dəbbə məbləği ödənilməmişdir. İş materiallarında olan 13 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-ci il tarixli **********162866 nömrəli qərarından görünür ki, həmin qərarla iddiaçıya 135560.90 manat mənfəət vergisi, 1130433,66 manat ƏDV hesablanmış və 437327,65 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2020-ci il tarixli, **********138564 nömrəli Qərarından görünür ki, səyyar vergi yoxlaması aparılan zamanı yol verilmiş müəyyən nöqsanlar nəzərə alınmaqla vergi ödəyicisinə 20552.01 manat əlavə vergi məbləği hesablanmış, eyni zamanda əvvəlki yoxlama ilə hesablanmış 586696.45 manat vergi məbləği azaldılmış və ona uyğun tətbiq edilmiş 200708.12 manat maliyyə sanksiyası ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin “cinayət işi üzrə icraata xitam verilməsi barədə“ 26.02.2021-ci il tarixli, Q2100545 nömrəli qərarından görünür ki, 26.01.1951-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı MMC-nin baş direktoru X1 əməlində cinayət tərkibi olmadığından, ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin 22.01.2021-ci tarixli **********17200 nömrəli mütəxəssis rəyində göstərilənlər nəzərə alınmaqla 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən müvafiq düzəlişlərin aparılması və düzəlişlər nəticəsində sonrakı dövrlər üzrə yaranacaq mümkün borc öhdəlikləri üzrə müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 18.03.2021-ci il tarixli, **********145498 nömrəli qərardan görünür ki, 05.08.2020-ci il tarixli, **********138564 nömrəli qərarda olan pulun 2014-cü ilə aid ƏDV üzrə maliyyə sanksiyası və ona hesablanan dəbbə məbləği ödənilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçının hazırkı tələblə iddia qaldırmasında hüquqi marağı 11.09.2018-ci il və 05.08.2020-ci il tarixli qərarların ləğv edilməsi və 2014-2016-cı illər üzrə artıq ödənilmiş 65485.75 manat əmlak vergisinin vergi ödəyicisinin ödəməli olduğu digər vergi öhdəlikləri ilə əvəzləşdirilməsinə nail olmaqdan ibarətdir. İddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-ci il tarixli **********162866 nömrəli qərarının ləğv edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, qərar 12 sentyabr 2018-ci il tarixdə poçtla göndərilmiş və 17 sentyabr 2018-ci il tarixdə iddiaçıya sifarişli poçt vasitəsi ilə çatdırılmışdır. Belə ki, xəbərnamə rəsmi qaydada, vergi orqanında olan mənbəyi bəlli məlumatlara əsasən müəssisənin icraçı direktoru X3 tərəfindən 17 sentyabr 2018-ci il tarixdə imzalanaraq qəbul edilmiş və məhz həmin tarixdən müddətin axımı başlanmışdır. İddia tələbinin yuxarıda qeyd olunan hissəsi ilə bağlı məhkəmə iş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.07.2019-cu il tarixli, 2-1(84)-361/2019 nömrəli qərardadına əsasən qeyd edir ki, həmin qərardaddan görünür ki, iddiaçı vergi orqanının 11.09.2018-ci il tarixli, **********162866 nömrəli qərarını 10.01.2019-cu il tarixdə Şəki İnzibati Məhkəməsinə daxil olan iddia ərizəsi ilə mübahisələndirmiş, lakin iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən müddətin ötürülməsi səbəbi ilə mümkün sayılmamışdır. İddia tələbinin “müəyyən edilmiş vergilərə azalma aparılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2020-ci il tarixli **********138564 nömrəli qərarın ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının həmin qərardan narazılığının səbəbi yanlız 2014-cü ilə aid ƏDV üzrə maliyyə sanksiyası və ona hesablanan dəbbə məbləğinin 2014-2016-cı illər üzrə artıq ödənilmiş 65485.75 manat əmlak vergisi ilə əvəzləşdirilməsindən ibarətdir. İddiaçı mübahisələndirdiyi ilk qərar üzrə müddəti ötürmüş, ikinci qərar üzrə isə borc məbləğini ödəmişdir. Onun yanlız 2014-cü ilə aid ƏDV üzrə maliyyə sanksiyası və ona hesablanan dəbbə qədər ödənilməmiş borcu qalmışdır ki, iddiaçı həmin borcun artıq ödənildiyini iddia etdiyi əmlak vergisi ilə əvəzləşdirmək istəyir. Bu onun məhkəməyə təqdim etdiyi iddianın həcminin artırılması barədə ərizəsindən də müəyyən olunur. İddia tələbinin “2014-2016-cı illər üzrə artıq ödənilmiş 65485.75 manat əmlak vergisinin vergi ödəyicisinin ödəməli olduğu digər vergi öhdəlikləri ilə əvəzləşdirilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin tələblə cavabdeh orqana müraciət edilmədiyi üçün iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia tələbinin qeyd olunan hissəsi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). İddiaçı arzuladığı nəticəyə çatmaq üçün artıq ödənilmiş vergilərin hesablanmış vergi ilə əvəzləşdirilməsi barədə cavabdeh inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən onun müraciəti təmin olunmayacağı halda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “13 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11.09.2018-ci il tarixli **********162866 nömrəli, həmçinin müəyyən edilmiş vergilərə azalma aparılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2020-ci il tarixli **********138564 nömrəli qərarlarının ləğv edilməsi və 2014-2016-cı illər üzrə artıq ödənilmiş 65485.75 manat əmlak vergisinin vergi ödəyicisinin ödəməli olduğu digər vergi öhdəlikləri ilə əvəzləşdirilməsi barədə yeni qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar