Məhkəmə qərarları › İş №2-1(116)-221/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-221/2020

03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-221/2020 03.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi ilə İddiaçı cavabdeh Ağdaş rayon Qeydiyyat Şöbəsinə qarşı “yeni doğulan övladları Mikayıla doğum haqqında şəhadətnamə verilərkən ata babasının soyadı olan Həsənov (Həsənli) soyadının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Ağdaş rayonu C.Cabbarlı küçəsi ev 3/1 sakini X2 ilə nikaha daxil olub evlənmişdir. Həyat yoldaşı onun soyadını daşıyır. 26.07.2019-cu il tarixdə Mikayıl adlı oğulları anadan olmuşdur. Yeni doğulan övladları Mikayıla doğum haqqında şəhadətnamə verilərkən ata babasının soyadı olan Həsənov (Həsənli) soyadının verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə, o və həyat yoldaşı X2 ərizə ilə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh xahişin yerinə yetirilməsindən 25.09.2019-cu il tarixli 345 nömrəli məktubla imtina etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 17481759 nömrəli, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, Cavabdeh 25.09.2019-cu il tarixli 345 nömrəli məktubu, AZ-İİ seriyalı 282070 nömrəli Nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, 29.07.2019-cu il tarixli 103 nömrəli Doğum haqqında tibbi şəhadətnamənin təsdiqlənmiş surəti, Cavabdeh 07.02.2020-ci il tarixli 05/Q-03 nömrəli məktubu, 13.02.1989-cu il tarixli 10 nömrəli Doğum haqqında akt qeydinin təsdiqlənmiş surəti, 28.08.2018-ci il tarixli AZ-İİ seriyalı 282070 nömrəli Nikah haqqında akt qeydinin təsdiqlənmiş surəti, 28.08.2018-ci il tarixli 209 nömrəli Nikaha daxil olmaq haqqında ərizənin təsdiqlənmiş surəti, 28.07.2018-ci il tarixli 678 nömrəli, 28.07.2018-ci il tarixli 679 nömrəli Nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən keçdiyi barədə Arayışın təsdiqlənmiş surətləri, AZE seriyalı 17596507 nömrəli, AZE seriyalı 17138648 nömrəli şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surətləri, Şəki Şəhər Rayon Polis Şöbəsinin 17.02.2020-ci il tarixli ***-*******0 nömrəli məktubu və ona əlavə olunmuş tələbnaməsi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı uşağının soyadının ata babasının soyadı olan Həsənov (Həsənli) soyadı kimi qeyd olunması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə görə, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3-cü maddəsinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2-ci bəndinə əsasən uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3-cü bəndinə əsasən valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. İş materiallarında olan 13.02.1989-cu il tarixli 10 nömrəli Doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçının əri X1 əvvəlki adı Rövşən, soyadı isə Həsənov olmuş, sonradan 21.02.2018-ci il tarixində dəyişdirilərək adı Rəhman, soyadı Hacıyev olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 282070 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 və İddiaçı 28.08.2018-ci il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin 08-ci ayının 28-ci günündə 209 nömrəli qeyd edilmişdir. İddiaçının əri X2 nikaha daxil olmamışdan əvvəl adını və soyadını dəyişdirdiyi üçün onun əvvəlki soyadının uşağına verilməsini tələb etməyə hüquqi əsas qalmamışdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara və iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, inzibati məhkəmə icraatı çərcivəsində məhkəmə tərəfindən inzibati orqanlarının hərəkət və ya hərəkətsizliyinin qanuni olubolmaması araşdırılır. Hazırki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının uşağının soyadının ata babasının soyadı olan Həsənov (Həsənli) soyadının qeydə alınmasından imtina etməkdə haqlı olmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın soyadının yalnız digər valideynin soyadına uyğun dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur ki, bu da uşağın mənafeyi nəzərə alınmaqla yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının razılığı ilə mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı uşağının soyadının öz soyadlarına uyğun deyil, “Həsənov (Həsənli)” kimi qeyd olunmasını arzu edir ki, bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir və tələbin hüquqi əsası mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Ağdaş rayon Qeydiyyat Şöbəsinə qarşı “yeni doğulan övladları Mikayıla doğum haqqında şəhadətnamə verilərkən ata babasının soyadı olan Həsənov (Həsənli) soyadının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar