Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-221/2023 29.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN 1034A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsinin cizgisinin mərhum Nina Kotiyevanın faktiki istifadəsində olmuş torpaq sahəsinə uyğunlaşdırmaqla həmin torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun və 1305 inventar nömrəli texniki pasportda qeyd edilmiş, naturada mövcud olan 1890 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun X12 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 2669,1 kv.m həyətyanı torpaq sahəsinə mərhum anası X10 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-221/2023 nömrəli qərardadı ilə Oğuz Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirərək, "JN 1034A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsinin cizgisinin mərhum Nina Kotiyevanın faktiki istifadəsində olmuş torpaq sahəsinə uyğunlaşdırmaqla həmin torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun və 1305 inventar nömrəli texniki pasportda qeyd edilmiş, naturada mövcud olan 1890 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun X12 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 2669,1 kv.metr həyətyanı torpaq sahəsinə yanvar 1983-cü il tarixli 1305 inventar nömrəli Texniki Pasport və təqdim etdiyi digər sənədlər əsasında mərhum anası X10 vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən Çıxarış verilməsini cavabdehdən xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Qeyd edilən evin yanvar 1983-cü il tarixli 1305 inventar nömrəli Texniki Pasportunda həyətyanı torpaq sahələrinin ölçüsü 2669,1 kv.metr göstərilmişdir. Hal-hazırda həmin 2669,1 kv.metr həyətyanı torpaq sahəsi qapalı həyət kimi iddiaçının istifadəsindədir və heç bir mübahisə yoxdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Qumbaraşvili Mixail Aleksandroviç ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 2669.1 ha həyətyanı torpaq sahəsinin 0.06 ha hissəsinə dair “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnamə təqdim edildiyi təqdirdə 2069.1 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını iddia edilə bilər. İddiaçı müraciətində qeyd etdiyi fərdi yaşayış evi miras əmlakı olduğu üçün vərəsəlik dairəsinin müəyyənləşdirilməsinə dair müvafiq sənəd təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 1305 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 2669.1 kv.m, ev sahibi X15, fərdi yaşayış evinin tikildiyi il 1908-ci il qeyd edilmişdir. - AZ-İİ 224258 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2022ci il tarixdə vəfat etmişdir. - JN-1034A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə X13 və 4 nəfər ailə üzvünə 0,06 ha torpaq sahəsi ayrılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, JN-1034 A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi 1305 inventar nömrəli texniki pasportda qeyd edilmiş 2669,1 kv.metr (0,26691 ha) torpaq sahəsi ilə 0,0214 hektar hissədə üst-üstə düşür, 1305 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi yerləşən ərazi Oğuz şəhərində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən Oğuz şəhər İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqları olmaqla uqodiyası çoxillik əkmələrdir və Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən torpaq sahəsinin 0,2490 hektar hissəsi iddiaçının istifadəsindədir, 1035 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi iddia olunan torpaq sahəsi ilə eyni ərazidir. - Oğuz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 77 nömrəli məktubdan görünür ki, xx.xx.1967-ci il tarixdı Oğuz rayonunda anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X7” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: ata: X1-xx.xx.1972-ci ildə vəfat etmişdir. ana: X15xx.xx.2022-ci il, bacı: X2- xx.xx.1961-ci il. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN 1034A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsinin cizgisinin mərhum Nina Kotiyevanın faktiki istifadəsində olmuş torpaq sahəsinə uyğunlaşdırmaqla həmin torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun və 1305 inventar nömrəli texniki pasportda qeyd edilmiş, naturada mövcud olan 1890 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun X12 məxsus olması barədə arayışın (elektron çıxarışın) cavabdeh orqan tərəfindən verilməsinə nail olmaqdır. 1305 inventar nömrəli texniki pasportda iddia olunan torpaq sahəsinin ölçüsü 2669.1 kv.m qeyd edilsə də, mütəxəssis rəyi ilə müəyyən edilir ki, torpaq sahəsinin naturada mövcud olan faktiki ölçüsü 0.2490 hektardır. Torpaq islahatı aparılan zaman iddiaçının mərhum anasına 4 nəfər ailə üzvü ilə birlikdə 0,06 ha torpaq sahəsi ayrılmış və JN-1034A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində sözügedən Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin 0.0214 ha hissəsinin 1305 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilir. Həmin mütəxəssis rəyinə əlavə edilmiş yeruquruluşu planından görünür ki, iddia olunan torpaq sahəsinin döngə nöqtələri götürülmüş və həmin torpaq sahəsi 1305 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə eyni ərazidir. Belə olan halda 1305 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi mərhum Nina Kotiyevanın qanuni istifadəsində olduğundan torpaq islahatı aparılan zaman ona ailə üzvləri ilə birlikdə verilmiş torpaq sahəsi də məhz həmin torpaq sahəsinin hüdudları daxilində olmuşdur. Yəni, JN-1034A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hissəvi olaraq yox, tamamilə 1305 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşməli idi. Yəni, JN-1034A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 1305 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə qismən üst-üstə düşməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, "X8 Uçotu informasiya Sistemi" proqramına torpaq sahələri ilə bağlı məlumatlar subyektlərin faktiki istifadəsinə uyğun olaraq daxil edilsə də, bu zaman Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndinin tələbləri mütləq şəkildə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X8 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X8 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından Şəhadətnamənin cizgisində qeyd edilmiş torpaq sahəsinin məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Hər bir halda nəzərə alınmalıdır ki, sözügedən torpaq sahəsi torpaq islahatı aparıldığı vaxtdan mütəxəssis rəyində qeyd olunan ölçülərdə faktiki istifadədə olmuşdur. JN 1034A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi Nina Kotiyeva ilə birlikdə onun ailə üzvləri olan X3, X11, X5 və X4 ümumi birgə mülkiyyətinə verildiyindən iddiaçı JN 1034A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsinin cizgisinin mərhum Nina Kotiyevanın faktiki istifadəsində olmuş torpaq sahəsinə uyğunlaşdırılmaqla həmin torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun Nina Kotiyevaya məxsus olması barədə arayışın verilməsini cavabdeh orqandan tələb etməkdə haqlıdır. İddia tələbinin “1890 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun X12 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsinin mərhum Nina Kotiyevanın qanuni istifadəsində olması işdə olan 1305 inventar nömrəli texniki pasportla sübuta yetirilir. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin 0,06 ha hissəsinin mərhum Nina Kotiyevanın ümumibirgə mülkiyyətinə verilməsi ilə bağlı Şəhadətnamə tərtib edilsə də, qalan torpaq sahəsinə münasibətdə müvafiq sənədlər tərtib edilmədiyindən, iddiaçı “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə istinad etməklə faktiki olaraq mərhum Nina Kotiyevanın qanuni istifadəsində olmuş, naturada mövcud olan 1890 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun ona (Nina Kotiyevaya) məxsus olması barədə arayışış verilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İddiaçı JN 1034A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsinin cizgisinin mərhum Nina Kotiyevanın faktiki istifadəsində olmuş torpaq sahəsinə uyğunlaşdırmaqla həmin torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun və 1305 inventar nömrəli texniki pasportda qeyd edilmiş, naturada mövcud olan 1890 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-221/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-221/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver