Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2211/2022 01.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə və maraqlı tərəf X5 qarşı “Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 nömrəli qərarı ilə X4 mülkiyyətinə verilmiş 2.3 ha pay torpaq sahəsindən özünüzə düşən torpaq payının JN- 103 kod 40317028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş sıra nömrəsi ilə naturada ayrılıb verilməsi öhdəliyinin cavabdehin və maraqlı tərəfin üzərinə qoyulması” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə və maraqlı tərəf X5 qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək “Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 nömrəli qərarı ilə X4 mülkiyyətinə verilmiş 2.3 ha pay torpaq sahəsindən özünüzə düşən torpaq payının JN-103 kod 40317028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş sıra nömrəsi ilə naturada ayrılıb verilməsi öhdəliyinin cavabdehin və maraqlı tərəfin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə “hüquqi yardımın gösətərilməsinə dair” məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Odur ki, iddiaçının hüquqi marağı JN-103 kod 40317028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş 2.3 ha pay torpaq sahəsindən özünüzə düşən hissənin naturada ayrılması ilə bağlı olduğundan, Dövlət Aktında adları qeyd edilmiş digər şəxslərə qarşı müvafiq tələblə Qax rayon Məhkəməsində iddia qaldırmalıdır. İddia ərizəsinə əlavə edilmiş JN-103 KOD 40317028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 saylı qərarı ilə kənd təsərrüfatı məqsədilə X9, X1, X7, X2 və X3 torpaq sahəsi verilmişdir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Hazırkı iddia üzrə cavabdehlə iddiaçı arasında yaranan hüquq münasibətləri mülki hüququn tənzimetmə predmetinə aiddir. Odur ki, hazırkı iddia tələbi üzrə işə inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.2-ci bəndinə müvafiq olaraq eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmçinin iddiaçıya izah olunur ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün aidiyyəti üzrə müraciət etmək, yəni bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun 5.1.m.). Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi üçün iddiaçıya 3 gün müddətində vaxt təyin edilmiş, lakin bugünədək münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə və maraqlı tərəf X5 qarşı “Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 nömrəli qərarı ilə X4 mülkiyyətinə verilmiş 2.3 ha pay torpaq sahəsindən özünüzə düşən torpaq payının JN- 103 kod 40317028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş sıra nömrəsi ilə naturada ayrılıb verilməsi öhdəliyinin cavabdehin və maraqlı tərəfin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2211/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2211/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver