Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-222/2020 30.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X21 qızının katibliyi, iddiaçının nümayəndəsi X5iştirakı ilə İddiaçı Unibank KB ASC-nin cavabdeh İsmayıllı Rayon Polis şöbəsinə (üçüncü şəxslər: X14, X10, X18, X19, X6, X11, X15, X16, X20, X23) qarşı “X14, X10, X18, X19, X6, X11, X15, X16, X20, X17 İddiaçı-nin mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4-də, 0.06 ha həyatyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması barədə qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İsmayıllı Rayon Məhkəməsinin 27.12.2016-cı il tarixli 2(037)-1272/2016 saylı qətnaməsi ilə İddiaçı-nin iddiası qismən təmin edilməklə cavabdehlər X14, X10, X19 və X1 müştərək qaydada 23187.95 ABŞ dolları əsas borc, 6649.69 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə olmaqla, cəmi 30037 ABŞ dolları məbləğində kredit borcunun və 27 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması, tutmanın açıq hərracdan satılmaqla ipoteka ilə yüklü edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-nin MH seriyalı ******* nömrəli çıxarışa əsasən cavabdeh X7 mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4-də, 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə (torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 88000 manat müəyyən edilməsi, fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə satıldıqdan sonra X14, onun arvadı X10, oğlanları X18 və X19, gəlini X6, 2009-cu il təvəllüdlü nəvəsi X15, 2011-ci il təvəllüdlü nəvəsi X16 və 2013-cü il təvəllüdlü nəvəsi X12 bir ay ərzində evdən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(107)-795/2017 saylı qətnaməsinə əsasən isə İsmayıllı Rayon Məhkəməsinin 27.12.2016-cı il tarixli, 2(037)-1272/2016 saylı qətnaməsi İddiaçı-yə və cavabdeh X7 münasibətdə dəyişdirilmədən, İddiaçı-nin nümayəndəsi X3 və cavabdeh X4 nümayəndəsi X8 apellyasiya şikayətləri isə təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.03.2018-ci il tarixli, 2(102)- 1384/2018 saylı qətnaməsi ilə İddiaçı-nin kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-795/2017 nömrəli iş üzrə 25.04.2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə hərrac təşkilatı arasında bağlanmış protokola və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqaviləyə əsasən X27oğlununmülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4-də, 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı-yə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01.02.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4-də, 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı-nin tam mülkiyyətindədir. Belə ki, hərracın nəticələrinə əsasən və eyni zamanda İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 25.02.2019-cu il tarixli 908 saylı arayışından görünür ki, X14, X10, X18, X19, X6, X11, X15, X16, X20 və X23 hazırda İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4-də, 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində daimi pasport qeydiyyatında qalmışdırlar. Bu da İddiaçı-nin mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Buna görə də ərizə ilə İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edilərək X14, X10, X18, X19, X6, X11, X15, X16, X20 və X17 İddiaçı-nin mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4də, 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmaları xahiş edilmişdir. İsmayıllı rayon Polis Şöbəsinə bu barədə 18.06.2019-cu il tarixli məktubla rəsmi müraciət edilməsinə baxamayaraq, inzibati orqan tərəfindən inzibati aktın qəbulu ilə bağlı hər-hansı hərəkət həyata keçirilməmiş və nəticədə inzibati orqanın hərəkətsizliyi iddiaçı olaraq hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, qeyd edilən üçüncü şəxslərin hazırki tarixədək iddiaçının mülkiyyətində olan evdə pasport qeydiyyatında olmaları iddiaçının mülkiyyət hüququnun pozulması kimi ehtiva edilir. Məhkəmə iclasında iddiaçınıın nümayəndəsi iddianın təmin edilməsi xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara DƏDRXnin RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.03.2018-ci il tarixli 2(102)-1384/2018 nömrəli qərarı,İsmayıllı Rayon Məhkəməsinin 27.12.2016-cı il tarixli 2(037)-1272/2016 nömrəli qətnaməsinin təsdiqlənmiş surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və 3-cü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 27.12.2016-cı il tarixli 2(037)- 1272/2016 nömrəli Qətnaməsindən görünür ki, İddiaçı X31 Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı) cavabdehlər X14, X10, X19, X13, X18 və X2 qarşı cavabdehlər X14, X10, X19, X1 müştərək qaydada İddiaçı-nin xeyrinə 23187,95 ABŞ dolları əsas, 6649,69 ABŞ dolları kredit borcunun və 30 AZN vəsaitin tutulması, tələbin cavabdeh X4 mülkiyyətində ipoteka predmeti olan, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4-də yerləşən 0,06 ha torpaq sahəsi və həmin sahəsində olan 7 saylı fərdi yaşayış evinə yönəldiləməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi və əmlak satıldıqdan sonra ipoteka qoyan Ramiz Mahmudov və onunla birlikdə yaşayan ailə üzvüləri X10, X9 tutduqları yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmaları tələbinə dair iddiası qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 25.04.2017-ci il tarixli 2(107)-795/2017 nömrəli qətnaməsi ilə İddiaçı və cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, İsmayıllı rayon məhkəməsinin 27.12.2016-ci il tarixli (037)-1272/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 25.04.2017-ci il tarixli 2(107)-795/2017 nömrəli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.03.2018-ci il tarixli 2(102)- 1384/2018 nömrəli Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-795/2017 nömrəli iş üzrə 25.04.2017-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4, ev 7 ünvanında yerləşən ümumi sahəsi 255.3 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Unibank KB ASC-nin adına qeydiyyata alınmışdır. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh İsmayıllı Rayon Polis şöbəsinin üzərinə üçüncü şəxslər X14, X10, X18, X19, X6, X11, X15, X16, X20, X17 iddiaçı Unibank KB ASC-nin mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4, ev 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-222/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-222/2020
30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver