Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-222/2021 09.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı X1rşı "13 saylı X2 xx.xx.2020-ci il tarixli **********140770 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “13 saylı X2 xx.xx.2020-ci il tarixli, **********197982 nömrəli SVY aktının ləğv olunması və qanunsuz hərəkətlərin edilməsinin qadağan edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdən icraata götürülmüş sayılmışdır. İddiaçıya xx.xx.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, səyyar vergi yoxlama aktı inzibati akt deyildir. İnzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçıya izah edilmişdir ki, o, həmin yoxlama nəticəsində qəbul olunmuş qərarı mübahisələndirilə bilər. Yardım məktubunu aldıqdan sonra iddiaçı iddia tələbində dəqiqləşmə aparmış və "13 saylı X2 xx.xx.2020-ci il tarixli **********140770 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2020-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş və məhkəmənin xx.xx.2020-ci il tarixli 2- 1(116)-1417/2020 nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir. Sözügedən qərardaddan Vəkil tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət işlə birlikdə baxılması üçün xx.xx.2020-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra Vəkil Şəki Apellyasiya Məhkəməsinə ərizə göndərərək Dövlət Vergi Xidmətinin 13 saylı X2 xx.xx.2020-ci il tarixli, **********197982 saylı qərarının ləğv olunmasına dair müvafiq qərar qəbul edilməsi” tələbinə dair iddiasına baxılmamasını istəmiş, cavabdeh tərəflə əldə etdikləri razılıq və qanunvericiliyin onlara tanıdığı imkanlardan istifadə edərək apellyasiya şikayətinin geri götürülməsini qeyd etmiş və buna görə də Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-49/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. İş Apellyasiya Məhkəməsinin icraatında olduğu zaman, yəni xx.xx.2020-ci il tarixdə Vəkil Şəki İnzibati Məhkəməsinə ərizə göndərərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı X1rşı "13 saylı X2 xx.xx.2020-ci il tarixli **********140770 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə cavabdeh tərəflə razılığa gəldiklərini qeyd edərək tələbdən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Lakin iş materiallarında olan olan AR-İİ№140023 nömrəli etibarnaməni nəzərdən keçirərkən məlum olmuşdur ki, İddiaçı tərəfindən Vəkil verilən səlahiyyətlər arasında “nümayəndənin tələbdən imtina etmək səlahiyyəti” qeyd olunmamışdır. Bundan sonra iddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixli ərizə ünvanlayaraq cavabdeh tərəflə əldə etdikləri razılığa əsasən qərar vergi orqanı tərəfindən ləğv edildiyindən, mübahisə predmeti aradan qalxdığından və işlə bağlı tələbinin olmaması səbəbindən 13 saylı X2 xx.xx.2020-ci il tarixli **********140770 saylı qərarının ləğv edilməsi barədə iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur.) və iddiadan imtina edilməsi hazırkı halda cavabdehin iradəsindən asılı olmadığına görə, yəni iddiaçı şifahi məhkəmə baxışına qədər imtina etdiyi üçün imtina qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə ərizəni iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından araşdırıb hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün hazırkı işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55.5 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı X1rşı "13 saylı X2 xx.xx.2020-ci il tarixli **********140770 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-222/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-222/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver