Məhkəmə qərarları › İş №2-1(116)-222/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-222/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-222/2025 13.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaraviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Balakən rayonu Şərif kəndində X11 tərəfindən 1967-ci ildə inşa edilmiş, xx.xx.2019-cu ildə ********** nömrə ilə hüququların dövlət qeydiyyatı haqqında çıxarış verilmiş, hal-hazırda istifadəyə yararsız vəziyyətdə olan 0,254778 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82,1 kv.metr olan fərdi yaşayış evinin yenidən tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayonu Şərif kəndində X11 tərəfindən 1967-ci ildə inşa edilmiş, xx.xx.2019-cu ildə ********** nömrə ilə hüququların dövlət qeydiyyatı haqqında çıxarış verilmiş, hal-hazırda istifadəyə yararsız vəziyyətdə olan 0,254778 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82,1 kv.metr olan fərdi yaşayış evinin yenidən tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Balakən rayonu, Şərif kəndində iddiaçının atası X11 tərəfindən 1967-ci ildə çay daşından və yerli tikinti materialı olan kirəcdən fərdi yaşayış evi inşa edilmişdir. Həmin yaşayış evi keçən müddət ərzində iddiaçının istifadəsində olmuş və o xx xxxxxx 1972-ci ildə həmin evdə doğulmuşdur. Məlum olduğu kimi, 2010-cu ildə ölkənin bir sıra ərazilərində, o cümlədən Balakən rayonunda güclü zəlzələ baş vermişdir. Həmin zəlzələ nəticəsində hal-hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə ciddi ziyan dəymiş və nəticədə həmin fərdi yaşayış evi yararsız vəziyyətə düşmüşdür. Keçən müddət ərzində tərəfimizdən dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, həmin müraciətləri heç bir halda cavablandırılmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən verilən 15 avqust 2022-ci il tarixli 37/X-02539 nömrəli məktubda göstərilmişdir ki, Zaqatala, Balakən və Qax rayonlarında baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərən Nazirliyin komissiyaları tərəfindən Balakən rayonu ərazisində yerli icra orqanlarının təqdim etdiyi siyahılar əsasında zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin akta əsasən X9 məxsus fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ziyan dəymədiyinə görə iddiaçı tərəfindən hər-hansı bir tədbirin görülməsinə əsas yoxdur. Halbuki, 06 noyabr 2023-cü ildə Balakən rayonu Şərif Bələdiyyəsinin iddiaçıya ünvanladığı 47 nömrəli cavab məktubunda göstərilmişdir ki, “Balakən rayon Şərif bələdiyyəsi sizin 11 oktyabr 2023-cü il tarixli ərizə ilə tanış oldu. Məlumat üçün bildiririk ki, həqiqətən 2012-2013-cü illərdə Balakən-Zaqatala bölgələrində 5-6 bal gücündə zəlzələ baş vermişdir. Çay daşından tikilmiş evlərin 80-90% deformasiyaya uğramışdır. Kənd sakinlərinin kənd İcra nümaydəliyinə yazılı və şifahi müraciətlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin komissiyası evlərə baxış keçirərək evlərin qəzalı olub-olmaması barədə rəy vermişlər. Həmin rəy əsasında Dövlət evlər tikilmiş və ya evlərin bərpası üçün müvafiq vəsait vermişdir. Ancaq məlumat üçün qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2012-ci il tarixli, 117s nömrəli Sərəncamına əsasən 2012-ci ilin mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələlər nəticəsində Şəki şəhərində Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000,0 (iyirmi milyon) manat məbləğində vəsait əyrilmişdir. Bələdiyyənin həmin məktubunu aldıqdan sonra tərəfindən müvafiq ərizə ilə hazırki iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinə müraciət edilmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, 2012-ci ilin may ayının 7də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X5 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmiş, həmin tədbirlər çərçivəsində 58.338 fərdi yaşayış evinə, 302 çoxmənzilli binalara və 516 ictimai sosial obyektlərə baxışlar keçirilmiş, onlardan 5.263 fərdi yaşayış evi, 36 məktəb və 2 uşaq bağçası sökülüb yenidən tikilmiş və zəlzələdən ziyan çəkmiş 7.478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. Nəzərinizə çatdırırıq ki,iddiaçıya məxsus evə baxış keçirilmiş və 13 may 2013-cü il tarixində tərəfimizdən baxış aktı atası X8 adına tərtib olunmuşdur. Həmin Akta uyğun olaraq iddiaçının evi təmir kimi qeyd olunub. Vətəndaşın 2022-ci və 2023-cü il tarixli müraciətlərinə əsasən Nazirliyin Tikintidə X1 məxsus fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ziyan dəymədiyinə görə tərəfimizdən hər hansı tədbirin görülməsi mümkün olmadığı bildirilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh etiraz məktubunun məzmuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Balakən rayon Şərif Bələdiyyəsinin xx.xx.2023 tarixli 47 nömrəli məktubun surəti.

3. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli məktubun surəti.

4. Balakən rayon İcra Hakimiyyəti Başçısının Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 751 nömrəli arayışı.

5. ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.254778 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

6. X10 xx.xx.2023-cü il tarixli məktubun surəti.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 8 nömrəli sərəncamının surəti.

Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Balakən rayonu Şərif kəndində X11 tərəfindən 1967-ci ildə inşa edilmiş, xx.xx.2019-cu ildə ********** nömrə ilə hüququların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,254778 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82,1 kv.metr olan fərdi yaşayış evinin yenidən tikilməsi barədə qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin : Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən Yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar (bundan sonra - yanında olan orqanlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra - tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti orqanlarının ( Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2010-cu ildə baş vermiş zəlzələ nəticəsində Balakən rayonu Şərif kəndində X11 tərəfindən 1967-ci ildə inşa edilmiş fərdi yaşayış evinə ziyan dəymiş, dəymiş ziyanın texniki vəziyyəti araşdırılaraq cavabdeh tərəfindən müvafiq akt tərtib edilmiş, tərtib olunmuş aktda fərdi yaşayış evinin qəzalı olması qeyd edilmişdir. İddiaçı, fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirərək, cavabdeh orqandan fərdi yaşayış evinin sökülərək yenisi ilə əvəz edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın sözügedən fərdi yaşayış evinin qəzalı olaraq qiymətləndirməsi o demək deyildir ki, onun yeni yaşayış sahəsi tikmək öhdəliyi vardır. Belə ki, qüvvədə olan qanunvericilik aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin 2019-cu ildə Ağsu rayonunda baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə istinad etməsi həmin evin təmir olunması üzrə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddianın təmin olunması üçün yetərli sayıla bilməz. İddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. Həmçinin Mənzil Məcəlləsinin 28-ci maddəsinin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar inzibati mübahisə üzrə 2-1(102)-1924/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-281/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2-1(102)-1301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe əks olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Balakən rayonu Şərif kəndində X11 tərəfindən 1967-ci ildə inşa edilmiş, xx.xx.2019-cu ildə ********** nömrə ilə hüququların dövlət qeydiyyatı haqqında çıxarış verilmiş, hal-hazırda istifadəyə yararsız vəziyyətdə olan 0,254778 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82,1 kv.metr olan fərdi yaşayış evinin yenidən tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar