Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2221/2023 18.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-164M saylı Dövlət Aktının və 382B saylı Dövlət Aktının özünə məxsus fındıq bağına düşən hissələrinin koordinatlarının dəyişdirilməsi, Oğuz rayon Bayan kəndində yerləşən 0.12 ha həyətyyanı torpaq sahəsinə mərhum əri X2 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “JN-164M saylı Dövlət Aktının və 382B saylı Dövlət Aktının özünə məxsus fındıq bağına düşən hissələrinin koordinatlarının dəyişdirilməsi, Oğuz rayon Bayan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mərhum əri X2 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, koordinatlarına düzəliş edilməsi tələb edilən kod 40501028, JN-164 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 1.60 ha torpaq sahəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarı əsasında Oğuz rayon Bayan kənd sakini X1 mülkiyyətinə (3 nəfər ailə üzvü ilə birlikdə) kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmişdir. X5 koordinatlarına düzəliş edilməsi üçün ilk növbədə onun verilməsinə əsas olmuş sənədlər (Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərar) mübahisələndirilməlidir. Müvafiq qərar mübahisələndirilmədən onun əsasında verilmiş sənədlərə dəyişiklik edilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. İddiaçı, Vartaşen XDS İK-nin xx.xx.1988-ci il tarixli 12 №-li iclas protokoluna əsasən Bayan kənd sakini X3 5 №-li Tütünçülük sovxozunun xx.xx.1983-cü il tarixli 59 №-li əmri ilə 0.12 ha torpaq sahəsinin ayrılmasını bildirir və hesab edir ki, həmin qərarla ayrılmış torpaq sahəsi JN-164 saylı və JN-382B saylı Dövlət Aktında qeyd edilmiş torpaq sahələri ilə üst-üstə düşür. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsi tələbdə qeyd edilmiş Dövlət Aktları ilə üst-üstə düşdüyü və müvafiq Dövlət Aktlarının tərtibində səhvə yol verildiyi halda iddiaçı, sözügedən Dövlət Aktlarını həmin sənədlərin tərtib edildiyi və torpaq sahəsinə faktiki sahibliyi həyata keçirdiyi vaxtdan mübahisələndirməli idi. Belə ki, iddiaçı, faktiki istifadəsində olan torpaq sahələrinə dair hüquqi sənədlərin tərtib edilib-edilməməsindən məlumatlı olmalı, müvafiq sənədlər tərtib edilmədiyi və ya düzgün tərtib edilmədiyi halda isə yuxarıda qeyd edildiyi kimi cavabdeh orqanın hərəkətlərini mübahisələndirməli idi. İddiaçı, müvafiq Dövlət Aktlarının tərtibindən 17 il keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının, koordinatlarına düzəliş edilməsini tələb etdiyi JN-164 saylı Dövlət Aktı əvvəlki məhkəmə araşdırmasının predmeti olmuş və həmin sənəddə qeyd edilmiş torpaq sahəsinin verildiyi subyektlərin dairəsi müəyyən edilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş cavabdeh orqanın imtina məktubundan görünür ki, iddiaçının tələbi JN-164 saylı Dövlət Aktının yerinin dəyişdirilməsi ilə bağlı olmuşdur. Bununla belə məhkəməyə təqdim edilmiş iddia ərizəsində əlavə olaraq 382B saylı Dövlət Aktının fındıq bağına düşən hissəsinin koordinatlarının dəyişdirilməsi tələbi də irəli sürülmüşdür. İlkin müraciətdə öz əksini tapmamasına və iddia ərizəsinə əlavə edilməməsinə baxmayaraq, məhkəmə bir daha qeyd edir ki, JN-164 saylı Dövlət Aktının koordinatlarının dəyişdirilməsi ilə bağlı tələbin mümkünsüzlüyünə aid olan hallar digər dövlət aktlarına da aid olduğundan iddia tələbi hər bir halda mümkünlük şərtlərinə cavab vermir. İddia tələbinin “Oğuz rayon Bayan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mərhum əri X2 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə isə məhkəmə izah edir ki, vəfat etmiş şəxsə münasibətdə hüquqların dövlət qeydiyyatına alınması tələbi yox, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun məxsusluğu tələbi irəli sürülə bilər. Lakin, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələb olduğundan, tələbdə qeyd olunmuş Dövlət Aktlarının koordinatları dəyişdirilmədən iddia olunan torpaq sahəsinə dair irəli sürülmüş tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Odur ki, iddiaçı, ilkin tələbin müsbət həllinə nail olduqdan sonra, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhuma məxsusluğu barədə ərizə ilə cavabdeh orqana, müraciəti təmin edilmədiyi (və ya cavabsız saxlanıldığı) halda isə anoloji qaydada məhkəməyə iddia ərizəsi müraciət etməlidir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. İddiaçı, xx.xx.2023-cü il tarixli münasibətində məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadığını bildirmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-164M saylı Dövlət Aktının və 382B saylı Dövlət Aktının özünə məxsus fındıq bağına düşən hissələrinin koordinatlarının dəyişdirilməsi, Oğuz rayon Bayan kəndində yerləşən 0.12 ha həyətyyanı torpaq sahəsinə mərhum əri X2 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2221/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2221/2023
18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver