Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-223/2020 30.01.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) doğum tarixinin 12.03.1993-cü il, doğum yerinin Qəbələ rayonu Tikanlı kəndi, soyadının Nəzirova, adının Pərvanə, ata adının Ramiz və ata qrafasında atasının soyadı Nəzirov, adı Ramiz, ata adı İsmayl, ana qrafasında anasının soyadı Nəzirova, adı Qızqayıt, ata adı Rza kimi qeyd olunmaqla doğum akt qeydlərinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) doğum tarixinin 12.03.1993-cü il, doğum yerinin Qəbələ rayonu Tikanlı kəndi, soyadının Nəzirova, adının Pərvanə, ata adının Ramiz və ata qrafasında atasının soyadı Nəzirov, adı Ramiz, ata adı İsmayl, ana qrafasında anasının soyadı Nəzirova, adı Qızqayıt, ata adı Rza kimi qeyd olunmaqla doğum akt qeydlərinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 12.03.1993-cü ildə Qəbələ rayonu Tikanlı kəndində doğulmuşdur. Soyadı Nəzirova, adı Pərvanə, ata adı Ramiz, atası X3, anası X2r. İddiaçıya 290616 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin bununla bağlı doğum akt kitabında heç bir qeyd olunmayıb. Bu səbələdə o bugünə qədər şəxsiyyət vəsiqəsi ala bilmir. O, doğum akt qeydlərini bərpa etmək üçün Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdehndən ona 26 iyul 2019-cu il tarixli imtina məktubu verərək bildirmişlər ki, şəxsiyyət vəsiqəsi olmadığı üçün doğum akt qeydinin bərpası mümkün deyil. Dövlət Miqrasiya Xidməti onun 12 mart 1993-cü il tarixdə Qəbələ rayon Tikanlı kəndində doğulmağının, adının Pərvanə, soyadının Nəzirova, ata adının Ramiz olması barədə 15.07.2019-cu il tarixli ******* nömrəli qərarı qəbul etsə də o yenə şəxsiyyət vəsiqəsi ala bilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının şəxsiyyət vəsiqəsi yoxdur. İddiaçının ərizəsində qeyd etdiyinə görə iddiaçıya 290616 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin bununla bağlı doğum akt kitabında heç bir qeyd olunmayıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 14-cü bəndinə əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq yoxdur ki, iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsini seçməyərək düzgün olmayan iddia vasitəsi ilə düzgün olmayan məhkəməyə müraciət etmişdir. Məhkəmə iddaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən (doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi) yaşadığı yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə doğumunun qeydə alınması faktının, habelə atasına və anasına aid mənşəyinin müəyyən edilməsi barədə ərizə ilə müraciət etməlidir. Həmin məhkəmə tərəfindən qeyd olunan faktlar müəyyən ediləcəyi təqdirdə qeydiyyat orqanı tərəfindən qətnamə əsasında müvafiq hərəkətlər olunacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Qərarın 4.2-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçının istədiyi məqsədinə nail ola bilməsi üçün onun doğum akt qeydinin bərpa edilməsi məqsədi ilə yaşayış yeri üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməli olması onun diqqətinə çatdırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) doğum tarixinin 12.03.1993-cü il, doğum yerinin Qəbələ rayonu Tikanlı kəndi, soyadının Nəzirova, adının Pərvanə, ata adının Ramiz və ata qrafasında atasının soyadı Nəzirov, adı Ramiz, ata adı İsmayl, ana qrafasında anasının soyadı Nəzirova, adı Qızqayıt, ata adı Rza kimi qeyd olunmaqla doğum akt qeydlərinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-223/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-223/2020
30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver