Məhkəmə qərarları › İş №2-1(116)-2232/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2232/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2232/2025 07.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, cavabdehin nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - X5 Məcid oğlu N9 fevral NNN4-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra NNN manat ailə başçısının itirilməsinə görə sosial müavinət təyin edilmişdir. Bir müddət sonra o, atasının əmək stajını təsdiq edən sənədləri toplayaraq ailə başçısının itirilməsinə görə əmək pensiyasını təyin etməsini xahiş etmişdir. Cavabdeh orqan ona rədd cavabı verərək bildirmişdir ki, mərhum atasının 9 ildən yuxarı əmək stajı tələb olunduğu halda, onun cəmi 7 il N ay əmək stajı vardır. Hesab edir ki, cavabdehin cavabı qanunsuzdur, əsassızdır və aşağıda göstərilən dəlillərə görə onun hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon İdarəsinin Arayışından görünür ki, atası N98N-ci ildə anadan olmuşdur. X5 Məcid oğlu xx.xx.NNNN-ci ildən xx.xx.NNNN-ci ilədək N nömrəli hərbi hissədə baş atıcı, xx.xx.NNN5-ci ildən xx.xx.NNN5-ci ilədək kursant, xx.xx.NNN5-ci ildən xx.xx.NNN5- ci ilədək dinləyici, N4.N N.NNN5-ci ildən xx.xx.NNN6-cı ilədək N nömrəli hərbi hissədə, xx.xx.NNN6-cı ildən xx.xx.NNN7-ci ilədək 7N5 nömrəli hərbi hissədə, NN,NN.NNN7-ci ildən xx.xx.NNNN-cu ilədək N85 saylı hərbi hissədə, xx.xx.NNN9-cu ildən xx.xx.NNN9-cu ilədək 5NN nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. Bu hissədə ümumi 7 il, 8 ay, 8 gün təşkil edir. Qeyd etmişdir ki, atası N999-cu ildə Bakı Dəmir Yolu Nəqliyyat Texnikumuna daxil olmuş və N5 fevral NNNN-ci ildə oranı bitirmişdir. Üç il də burada təhsil almışdır.( NN il 8 ay 8 gün) N9 oktyabr NNNN-ci ildən N4 iyul NNN3-cü ilədək X4 və Texnologiya Kollecində N il 8 ay təhsil almışdır. Beləki NN il 4ay 8 gün. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Mərkəzi Filial tərəfindən xx.xx.NNN5-ci il tarixli 3-N7-N/3-N-3696N/NNN5 nömrəli məktubla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsas kimi qeyd edilmişdir ki, iddiaçının mərhum X5 Məcid oğlunun sosial sığorta stajı (7 il N ay) qanunvericiliklə tələb olunan (9 il) sığorta stajından azdır. Aşağıda qeyd olunanlara əsasən N-N(NN6)-N48N/ NNN4 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun N4.N.N.3-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu N3 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Bildirilmişdir ki, iddiaçının təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin xx.xx.NNN4-cü il tarixli 58 nömrəli arayışının surətində olan məlumata əsasən mərhum Mehrəliyev Məhərrəm Məcid oğunun xx.xx.NNNN-ci il tarixindən xx.xx.NNNN-ci il tarixinədək, xx.xx.NNN5-ci il tarixindən xx.xx.NNNN-cu il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı ümumilikdə 7 il N ay N5 gün təşkil edir. Nəzərə çatdırılmışdır ki, Mehrəliyev Məhərrəm Məcid oğlunun cəmi sığorta stajı 7 il N ay olmaqla (Qanunun NN-N.N.3- cü maddəsinə əsasən) qanunvericiliklə tələb olunan 9 ildən azdır. Həmçinin bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən iddiaçının mərhum atasının xx.xx.NNN9-cu il tarixindən xx.xx.NNN9-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin xx.xx.NNN4-cü il tarixli 58 nömrəli arayışının surətində qeyd olunmuş həmin dövrün sığorta stajına daxil edilməsi mümkün deyildir. Həmçinin iddiaçı iddia ərizəsində mərhum M.Mehrəliyevin N999-cu ildən xx.xx.NNNN-ci il tarixinədək Bakı Dəmir yolu Nəqliyyat Texnikumunda, xx.xx.NNNN-ci il tarixindən xx.xx.NNN3-cü il tarixinədək X4 və Texnologiya Kollecində təhsil aldığı dövrün sığorta stajına daxil edilməsini xahiş etmişdir. Bakı Dəmir yolu Nəqliyyat Texnikumunda təhsil aldığı dövrə münasibətdə nəzərə çatdırılmışdır ki, iddiaçının təhsil dövrü ilə hərbi xidmətdə olduğu dövr eyni dövrdə olduğu üçün sığorta stajına daxil edilməmişdir. X4 və Texnologiya Kollecində təhsil aldığı dövrə münasibətdə nəzərə çatdırılmışdır ki, qüvvədə olan Əmək Pensiyaları haqqında Qanunda təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hər hansı norma mövcud olmadığından sözügedən dövrün sığorta stajına daxil edilməmişdir. Belə ki, Qanunun NNci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sığortaolunanın sığorta stajına bu Qanunun NN.N-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: -İşçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; -Yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, N99N-ci il yanvarın N-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; Müddətli həqiqi hərbi (alternativ) xidmət (N99N-ci il yanvarın N-dək keçmiş SSRİ- nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 8N-NNN faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 7N-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti;-İşsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət; İstehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 6N-NNN faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; Zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan ıərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə əri iri ilə yaşadıqları müddət; Şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgöti rənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. Hərbi xidmət müddəti (N99N-ci il yanvarın N-dək keçmiş SSRl-nin ərazi ;ində hərbi xidmət dövrü daxil olmaqla). Göründüyü kimi, “Əmək pensiyaları haqqında" Qanunun qüvvədə olan redaksiyasında təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı norma mövcud deyildir. Əlavə olaraq bildirilmişdir ki, dürüstləşmə olub xx.xx.NNN6-cı il tarixdən xx.xx.NNN6-cı il tarixinədək və xx.xx.NNN9-cu il tarixindən xx.xx.NNN9-cu il tarixinədək olan pensiya kapitalı fərdi şəxsi hesabın sığorta hissəsində öz təsdiqini tapdığı halda 7 il 8 ay 8 gün olacaqdır ki, bu da qanunvericiliklə tələb olunan sığorta stajının tamamlanmasına kifayət etmir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.N.N.N-ci maddəsinə əsasən vəfat etmiş şəxsin uşaqlarının -N8 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin N3 yaşdan çox olmamaqla) ailə başçısını itirməyə görə osial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.NNN4-cü il tarixindən NNN manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı gəlməmişdir. İddiaçı xx.xx.NNN5-ci il tarixdə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.NNN5-ci il tarixli imtina məktubu, SHÇDX-nin Bakı şəhəri Xətai rayon idarəsinin xx.xx.NNN4- cü il tarixli arayışı, ABN76468 nömrəli diplom, AZ-İİ 4NNN7N nömrəli Ölüm haqqında şəhadətnamədən, AQ ******* nömrəli hərbi bilet, AAN899N7 nömrəli diplom, İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ. M a d d ə 3 8 . Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. Maddə 6N. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə NN5. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ N. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə NN.N. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur; Maddə N5.N. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə N7. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N4. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri N4.N. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: N4.N.N. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: N4.N.N.N. N8 yaşına çatmamış; N4.N.N.N. N8 yaşına çatanadək əlilliyi müəyyən olunmuş N8 yaşından yuxarı əlilliyi olan şəxs; N4.N.N.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu N3 yaşına çatanadək; N4.N.N. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 6N-8N faiz və ya 8N-NNN faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; N4.N.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə; M a d d ə NN-N. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı NNN6-cı il yanvarın N-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri NN-N.N. NNN9-cu il yanvarın N-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində NNN8-ci ilin N iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, NNN6-cı il yanvarın N-dək olan sığorta stajı bu Qanunun NN-N.N-ci maddəsinə uyğun olaraq hesablanır. NN-N.N. NNN9-cu il yanvarın N-dən etibarən sağortaolunanın NNN6-cı il yanvarın N-dək olan sığorta stajı, bu Qanunun NN-N.N-ci və NN-N.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: NN-N.N.N. NNN9-NNN5-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun NNN6-cı il yanvarın N-dək olan sığorta stajı N5 il, NNN6-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;[ NN-N.N.N. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun NNN6-cı il yanvarın N-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; NN-N.N.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin NNN6-cı il yanvarın N-dək olan sığorta stajı bu Qanunun NN- N.N.N-ci maddəsinə uyğun olaraq hesablanır. NN-N.3. Əmək pensiyası hüququ olan şəxslərin NNN6-cı il yanvarın N-dək faktiki sığorta stajı bu Qanunun NN-N.N.N – NN-N.N.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N.N. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə N.N.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.N.N. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.N-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 5N. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.N. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.N. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 8N.N. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in N.N.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin N.N, N.N və N.N.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan SHÇDX-nin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən XN verilmiş xx.xx.NNN4- cü il tarixli arayışdan və AONN43N36 nömrəli hərbi biletin surətindən görünür ki, onun vəfat etmiş həyat yoldaşı N98N-ci il təvəllüdlü ehtiyatda olan gizir Mehrəliyev Məhərrəm Məcid oğlu həqiqətən xx.xx.NNNN-ci ildən xx.xx.NNNN-ci ilədək N nömrəli hərbi hissədə baş atıcı, xx.xx.NNN5-ci ildən xx.xx.NNN5-ci ilədək kursant, xx.xx.NNN5-ci ildən xx.xx.NNN5-ci ilədək dinləyici, xx.xx.NNN5-ci ildən xx.xx.NNN6-cı ilədək NN5 hərbi hissədə, xx.xx.NNN6-cı ildən xx.xx.NNN7-ci ilədək 7N5 nömrəli hərbi hissədə, xx.xx.NNN7-ci ilədən xx.xx.NNNN-cu ilədək N85 nömrəli hərbi hissədə, xx.xx.NNN9-cu ildən xx.xx.NNN9-cu ilədək 5NN nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin müavininin xx.xx.NNN9-cu il tarixli N78 gm nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İş materiallarında olan ABN76468 nömrəli diplomdan görünür ki, M.Mehrəliyev N999xx.xx.NNNN-ci illərdə X7 texnikumunda təhsil almışdır. İş materiallarında olan AZ-İİ 4NNN7N nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Mehrəliyev Məhərrəm Məcid oğlu xx.xx.NNN4-cü ildə vəfat etmişdir. İş materiallarında olan AAN899N7 nömrəli diplomdan görünür ki, M.Mehrəliyev xx.xx.NNNN-ci il tarixdə X4 və Texnologiya Kollecinə daxil olmuş, xx.xx.NNN3-cü il tarixdə bitirmişdir. İşdən görünür ki, cavabdeh orqan iddiaçının atası mərhum Mehrəliyev Məhərrəm Məcid oğlunun sığorta stajının qanunvericiliklə tələb olunan 9 ildən az olmasını əsas gətirərək iddiaçıya imtina cavabı vermişdir. Belə ki, cavabdeh orqan tərəfindən mərhum Mehrəliyev Məhərrəm Məcid oğunun xx.xx.NNNN-ci il tarixindən xx.xx.NNNN-ci il tarixinədək, xx.xx.NNN5-ci il tarixindən xx.xx.NNNN-cu il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə nəzərə alınaraq mübahisələndirilməyən sığorta stajı ümumilikdə 7 il N ay N5 gün nəzərə alınmışdır. İşin araşdırılan hallarından görünür ki, cavabdeh orqan mərhumun Bakı Dəmir yolu Nəqliyyat Texnikumunda təhsil aldığı dövrü onun hərbi xidmətdə olduğu dövrlə üst-üstə düşdüyündən sığorta stajına daxil etməmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, təhsil dövrü və hərbi xidmət dövrü hesablanarkən eyni müddətlərin iki dəfə sosial sığorta stajına hesablanmasına yol verilmir. Belə ki, “Əmək pensiyaları haqqında Qanunun NN.N-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Lakin iş materiallarında olan N7646 B nömrəli diplomun surətindən görünür ki, iddiaçının mərhum atası N999-cu ildə Bakı Dəmir Yolu Nəqliyyat Texnikumuna daxil olmuş və xx.xx.NNNN-ci ildə oranı bitirmişdir. xx.xx.NNNN-ci ildən xx.xx.NNNN-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan SSR təhsil qanunvericiliyinə əsasən, tədris ili rəsmi olaraq sentyabr N-i başlayıb 3N mayda başa çatırdı. Odur ki, iddiaçının mərhum atasının xx.xx.N999-cu ildən xx.xx.NNNN-ci ilə qədər olan 4 ay 5 gün təhsil müddəti və xx.xx.NNNN-ci ildən xx.xx.NNNN-ci ilə qədər olan 7 ay N7 gün təhsil müddəti onun sığorta stajına daxil edilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının mərhum X5 Məcid oğlunun sosial sığorta stajı (8 il N ay N7 gün) qanunvericiliklə tələb olunan (9 il) sığorta stajından azdır. Məhkəmə hesab edir ki, mərhumun sığorta stajı 9 ildən az olduğundan iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmuşdur. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 8N.N, 85.N,NNN.N-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 3N (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 3N (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar