Məhkəmə qərarları › İş №2-1(116)-2233/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2233/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2233/2022 20.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "xəsarətlərinə görə əlillik pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə açıq hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "xəsarətlərinə görə əlillik pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin nəticəvi hissəsindən görünür ki, İddiaçı iddia tələbi ona əlillik pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə "əlillik pensiyası" anlayışı mövcud deyil. Əgər iddiaçı "əlillik pensiyası" dedikdə, "əlilliyə görə əmək pensiyası"nı nəzərdə tutmuşdursa, bu halda, iddia ərizəsində cavabdeh orqan düzgün seçilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ümumiyyətlə pensiya təyin etmək səlahiyyəti yoxdur. Ona görə də hazırkı iddia mümkün sayıla bilməz. Lakin bununla yanaşı, iddia ərizəsinin əsaslandırıcı hissəsindən və iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı əldə etmək istədiyi hüquqi nəticə ona əlilliyin təyin olunmasından ibarətdir. Belə ki, o, xx.xx.2021ci ildə tibbi-sosial ekspert komissiyasında əyani müayinə olunmuş və nəticədə ona əlillik təyin olunmasından imtina edilmişdir. Belə olan halda, İddiaçı yeni iddia ərizəsi tərtib edərək, öz iddia tələbini ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi ifadə etməlidir. Məhkəmə bunu da bildirir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilə bilməsi üçün ilk növbədə onun əlilliyi müəyyən edilməlidir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə bu çatışmazlıqlar iddiaçının diqqətinə çatdırılmış, onların aradan qaldırılması, bu təkliflə razılaşmadığı halda isə, bunu məhkəməyə yazılı şəkildə bildirməsi üçün iddiaçıya 20 gün müddət təyin edilmişdir. Lakin təyin olunmuş müddət ərzində iddiaçı məhkəmənin təklifinə cavab verməmişdir. Bundan sonra göstərilən çatışmazlıqlar məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə təkrarən iddiaçının diqqətinə çatdırılmış, həmçinin, əlavə olaraq, ona bildirilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və hazırda iş materiallarında olan "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" adlanan sənəddə onun çap tarixi kimi xx.xx.2022-ci il, iddia ərizəsinin məhkəməyə göndərildiyi poçt zərfinin üzərindəki ştampda isə xx.xx.2022-ci il göstərilmişdir. Bu isə onu deməyə əsas verir ki, imtina barədə yazılı məlumat iddiaçıya xx.xx.2022-ci ildə verilsə də, o, iddianı həmin vaxtdan 30 gün müddətindən gec, yəni xx.xx.2022-ci ildə vermişdir. Belə olan halda, əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia da mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmənin sözügedən xx.xx.2022-ci il tarixli yardım məktubunda məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamında sadalanan çatışmazlıqların aradan qaldırılması, habelə iddia müddətini buraxıb-buraxmadığının yazılı şəkildə məhkəməyə bildirilməsi, əgər müddət onun təqsiri olmadan buraxılmışdırsa, bunun səbəblərini, eləcə də müddətə əməl olunmasına mane olan halların hansı tarixdə aradan qalxdığını bildirməklə məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edilməsi üçün iddiaçıya 5 gün müddət təyin edilmişdir. Lakin iddiaçı məhkəmənin həmin məktubuna da cavab verməmişdir. Ona görə də xx.xx.2022-ci ilə məhkəmə iclası təyin edilərək iddiaçı dəvət edilmiş, yuxarıda sadalanan hallar bilavasitə özünə izah edilmiş, lakin iddiaçı verdiyi iddiaya baxılıb qərar çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddianın mümkün sayılması üçün əsaslar mövcud deyil. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "xəsarətlərinə görə əlillik pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar