Məhkəmə qərarları › İş №2-1(116)-2237/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2237/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2237/2022 20.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə X1rşı “pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, xx.xx.2022-ci ildə məhkəmə iclasında tələbi dəqiqləşdirərək “pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ümumi və xüsusi əmək stajını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri nəzərdə tutulmuşdur. İddiaçı mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC “Azərbaycan istilik Elektrik Stansiyası" MMC-nin ona dair 24 iyun 2022-ci il tarixli 07-64 nömrəli arayışında xx.xx.1992-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan İES MMC-nin X3 qatar tərtibatçısı işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi ‘Azərenerji” ASC "xxxx" MMC yuxarıda qeyd olunan magistral dəmiryolları sahəsinə aid deyil. Buna görə də iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında güzəştli arxiv arayışında qeyd edilmişdir ki, xx xxxxxx 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983cü ildə (əmr № 151-ok, xx.xx.1983-cü il) "Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Mingəçevir daimi təmir sahəsinə elektrik qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.1989-ci ildə (Əmr № 09-1, xx.xx.1989-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilib. "xxxx"ASC-nin ATÜ/442№-li xx.xx.2015-ci il tarixli Əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəsilinə əsasən elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 05 il, 02 ay, 07 gün təşkil edir. Məlumat üçün bildiririk ki, “Azbaşenerji” nin xx.xx.1978-ci il №-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir adlandırılıb. Azərenerji” ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx"MMC yaradılmışdır. "xxxx"ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC “Azərenerjixüsusitəmirsazlama“ MMC adlandırılmışdır. "xxxx"ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx"MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx"ASC adlandırılıb. - 126573 №-li diplomdan və Mingəçevir Peşə Məktəbinin xx.xx.2022-ci il tarixli 19 №-li arayışından görünür ki, iddiaçı Mingəçevir şəhər 39 №-li X10 Məktəbinin əyani elektrik qaz qaynaqçısı ixtisası üzrə xx.xx.1977-xx.xx.1980-ci illərdə texniki peşə təhsili almışdır. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında arayışında qeyd edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı aşağıda göstərilən dövrlərdə qeyd olunan zərərli və ağır iş şəraiti olan vəzifələrdə çalışmışdır: xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək və xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək "xxxx"-nin ("xxxx" MMC) Tikinti Quraşdırma İdarəsinin armatur sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir (Əmr №132, xx.xx.1980). a) Müəssisənin fəaliyyət istiqaməti: Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı, b) İstehsalat sahəsi: Tikinti Quraşdırma İdarəsi c) İşlədiyi vəzifə: 3-cü dərəcəli elektrik qaz qaynaqçısı d) Həyata keçirdiyi işin xarakteri (yerinə yetirdiyi işlər): müxtəlif qaynaq əməliyyatlarının tələblərinə uyğun olaraq, texniki prinsiplərə əsasən, tikintinin xüsusiyyətlərindən və tələb olunan metoddan asılı olaraq müxtəlif diametrli borularda, xüsusi hissələrdə, ayrı birləşmələrdə və dirsəklərdə şaquli “yuxarı” və şaquli “aşağı” qövs qaynaq əməliyyatlarının həyata keçirilməsi; düz, üfüqi, şaquli, əngəlli və ya yuxarı mövqelərdə, güzgü ilə qaynaq işlərinin aparılması; boru, flyans birləşmələrinin, implus xəttlərinin, siyirtmələrin, kəsilmiş hissələrin və digər zəruri avadanlıqların qaynaq çubuğu ilə qaynaq edilməsi; yüksəkkarbonlu mürəkkəb olan detalların qaynaq vasitəsi ilə kəsilməsi; istehsalatda avadanlıqlar vasitəsilə qaynaqlama və kəsmə əməliyyatlarının həyata keçirilməsi; müvafiq əməliyyatların tələblərinə uyğun olaraq spesifikasiyalara əsasən qaynağın xüsusiyyətlərindən və tələb olunan metoddan asılı olaraq detalların qaynaq edilməsi və digər işləri. e) Tutduğu vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahıya uyğunluğu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Ümumi peşələr” adlı 33-cü bölməsinin “a” bəndinin 46-cı abzasına - “23200000—19756 - kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları” vəzifəsinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının “Ümumi peşələr” adlı 35ci bölməsinin 64-cü - kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları vəzifəsinə uyğundur. xx.xx.1992-ci ildən xx.xx.2022-ci ilədək "xxxx"-nin ("xxxx" MMC) X3 (YNS) “lokomotiv briqadasında” qatar tərtibatçısı vəzifəsində işləmişdir (Əmr № 474/k, xx.xx.1992). a) Müəssisənin fəaliyyət istiqaməti: Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı b) İstehsalat sahəsi: X7 X7 (YNS) stansiyanın dəmir yol nəqliyyatı təsərrüfatını istifadə edir və "xxxx" MMCnin mülkiyyətində olan dəmir yollarının (respublika dəmir yolları şəbəkəsinin tərkib hissəsidir) istismarını, təmirini və xidmətini həyata keçirir. Həmin dəmir yollarının istismarı və xidmətində çalışan sex işçilərindən teplovoz maşinistlərinin və köməkçilərinin, qatar tərtibatçılarının, dispetçerlərin, çilingərlərin və s. əmək funksiyaları respublika tabeçiliyində olan digər dəmir yollarında eyni peşələrdə çalışan işçilərin əmək funksiyaları və iş şəraiti ilə eynilik təşkil edir. c) İşlədiyi vəzifə: Qatar tərtibatçısı d) Həyata keçirdiyi işin xarakteri (yerinə yetirdiyi işlər): "xxxx" MMC-nin ünvanına gələn bütün yüklərin (mazut, çən-vaqon və başqa yük vaqonları) daşınması zamanı manevr işində iştirak edən işçilərin hamısının, o cümlədən də lokomotiv briqadasının tam tərkibdə öz yerlərində olmasına rəhbərlik edilməsi, vaqon qruplarının açılması və tərtib edilməsi, işi və onların yerinə yetirilməsi qaydaları ilə tanış etməklə vaqonların hərəkəti sahəsində mane olan yad əşyaların olub-olmamasının yoxlanılması, saxlanc başmaqlarmın qoyulmasını təmin etməklə vaqonların düzgün verilib-verilməməsini, boşalmasını və bağlanmasını yoxlamaqla vaqonların bir-biri ilə bağlı olmasına əmin olmadan qatarın hərəkətinə imkan verilməməsi, vaqonların qatarlara qoşulması və açılması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya və parkdan parka ötürülməsi, manevr işi aparılan zaman onda iştirak edəcək işçilərin şəxsi təhlükəsizliyinin, həmçinin hərəkət qatarının bütövlüyünün təmin edilməsi, vaqonların çeşidlənməsi və boşalmış yük vaqonlarının geri qaytarılması, çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması və digər işləri. e) Tutduğu vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahıya uyğunluğu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Nəqliyyat” adlı 28-cü bölməsinin “l”-ci bəndinin 18-ci abzasına - 23001000—18726 - qatar tərtibçiləri vəzifəsinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘‘‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının “Nəqliyyat” adlı 21 -ci bölməsinin 21.4-cü bəndinin 20-ci abzasına - qatar tərtibçiləri vəzifəsinə uyğundur. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək və xx.xx.1983-cü iən xx.xx.1983-cü ilədək işlədiyi müddət ərzində zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3 - təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, toz, havanın hərəkət surətinin və iş arində havanın temperaturunun normadan yüksək, nisbi rütubətin normadan yuxarı olması, karbon azı, əməyin ağırlığı, yeksənəkliyi (monotonluğu), əsəb, emosional və intellektual gərginlik faktorları rövcud olan iş şəraitində işləmişdir. Qatar tərtibatçısı növbətçilik cədvəli üzrə 12 saatlıq normalaşdırılmış iş gününə malikdir, İddiaçı işlədiyi xx.xx.1992-ci ildən xx.xx.2022-ci ilədək olan müddət ərzində zərərli sahədə 12 saatlıq iş günündə ağır və zərərli sahədə çalışmışdır. İş şəraiti ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi xx.xx.1980- c ildən xx.xx.1980-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək və xx.xx.1992-ci ildən xx.xx.2022-ci ilədək olan müddət ərzində hər ay aylıq məvacibinin 12%-i miqdarında əlavə əmək haqqı ödənilmiş və ağır və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən əmək məzuniyyətinə 6 təqvim günü ödənişli əlavə məzuniyyət verilmişdir. İddiaçı "xxxx" MMC-də zərərli iş şəraitində işlədiyi iş stajı 30 il 11 gün təşkil edir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası’’ "xxxx") - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. Arayış müvafiq peşə üzrə vəzifə təlimatları, X4 əsasnaməsi, texniki istismar qaydaları və əmək şəraitinə görə iş yerinin attestasiya xəritəsi əsasında tərtib edilmişdir. - H34835266 nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980 – xx.xx.1982-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur:  xx.xx.1980 – xx.xx.1980,  xx.xx.1983 – xx.xx.1983,  xx.xx.1983 – xx.xx.1989,  20.01.1989 – xx.xx.1990,  10.10.1990 – xx.xx.1991,  12.09.1991 – xx.xx.1992,  xx.xx.1992 – xx.xx.1992,  xx.xx.1992 – xx.xx.2022. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. - iddiaçının cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətdən görünür ki, müraciət xx.xx.2022-ci il tarixdə edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığortastajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqanın iddia tələbinə etirazının əsas dəlili - iddiaçının iddiaçının işlədiyi ‘Azərenerji” ASC "xxxx" MMC-də qatar tərtibçisi vəzifəsinin magistral dəmiryolları sahəsinə aid olmaması ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşının bitdiyi xx.xx.2019-cu il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 27 il 5 ay 8 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. İddiaçının xüsusi iş stajına münasibətdə idə müəyyən edilir ki, xx.xx.1983xx.xx.1989-cu illərdə (5 il 2 ay 7 gün) iddiaçı "Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Mingəçevir daimi təmir sahəsində elektrik qaynaqçısı peşəsində çalışmışdır. Həmçinin iddiaçının xx.xx.1980 – xx.xx.1980 və xx.xx.1983 – xx.xx.1983-cü illərdə işlədiyi peşə də elektrik qaz qaynaqçısı olmuşdur. Təhsil aldığı ixtisas üzrə elektrik qaz qaynaqçısı olan iddiaçının işlədiyi elektrik qaynaqçısı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları - peşəsinə uyğun gəlir. Eyni zamanda, ixtisasca məhz elektrik qaz qaynaqçısı olan iddiaçının əmək kitabçasında qeyd olunan peşələrin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRİ və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). İşdə olan, güzəştli arayış və işin xarakteri barədə arayışlarla iddiaçının işlədiyi sahənin zərərli sahə olması birmənalı olaraq müəyyən edilir. İddiaçının xx.xx.1992-xx.xx.2006-cı illərdə (13 il 2 ay) "xxxx"-nin ("xxxx" MMC) X3 (YNS) “lokomotiv briqadasında” qatar tərtibatçısı vəzifəsində işlədiyi müddət ağır və zərərli sahəyə aid olduğundan və qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Nəqliyyat” adlı 28-cü bölməsinin “l”-ci bəndinin 18-ci abzasına - 23001000—18726 - qatar tərtibçiləri vəzifəsinə uyğun olduğundan iddiaçının xx.xx.2006-cı ilədək xüsusi iş stajının 12 il 6 aydan çox olması müəyyən olunur. Cavabdeh orqanın etirazının dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qatar tərtibçisi vəzifəsinin magistral dəmiryolları sahəsinə aid olması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət fərqli təsnifat nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək xüsusi stajı tələb olunan 12 il 6 aydan, ümumi iş stajı 25 ildən çox olduğundan, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibatiicraathaqqında”AzərbaycanRespublikasıQanununun19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə X8 Filialının üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar