Məhkəmə qərarları › İş №2-1(116)-2240/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2240/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2240/2025 27.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X4ə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X4ə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “barəsində müvafiq müharibə əlilliyinin müəyyən edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - O, xx xxxxxx 1998-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 2017-ci ilin oktyabr ayında hərbi xidmətə yollanmış, 2019-cu ilin aprel ayında hərbi xidmətdən təxris olunmuşdur. 21 sentyabr 2020-ci ildə SHXÇDX-nın Ağdaş rayon şöbəsi tərəfindən hərbi təlimlərə cəlb edilmişdir. Daha sonra 2020-ci ilin sentyabr ayının 27-si başlayan 44 günlük Vətən Müharibəsində torpaqların düşmən işğalından azad edilməsi üçün hərbi təlimlərdən birbaşa hərbi əməliyyatalara qoşulmuş və N nömrəli hərbi hissənin tərkibində torpaqların düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərə qoşulmuşdur. Cəbhənin Ağdərə-Talış-Suqovuşan istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüşlərin gedişində 01 oktyabr 2020-ci ildə Ağ uçuq istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində ''Sol boyun nahiyyəsinin qəlpə yaralanması” xəsarətini almışdır. 01 oktyabr 2020-ci ildən 04 oktyabr 2020-ci ilə kimi Göyçay RMX-da “Sol boyun nahiyyəsinin qəlpə yaralanması” diaqnozu ilə stasionar müalicədə olmuş, 04 oktyabr 2020-ci ildə isə xidmət etdiyi hərbi hissənin tibb məntəqəsinə köçürülmüşdür. 09 dekabr 2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 2353 nömrəli sərəncamı ilə “Cəsur döyüşçü”, 24 iyun 2021-ci il tarixli, 2720 nömrəli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2022-ci ıl tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Hərbi xidmətdən təxris edildikdən sonra səhhətində olan problemlər səbəbli ilk olaraq Ağcəbədi RMX-ya müraciət etmiş, 10 dekabr 2020-ci il tarixdən 11 dekabr 2020-ci il tarixə kimi ambulator, 11 dekabr 2020-ci il tarixdən 17 dekabr 2020-ci il tarixə kimi isə kəllə beyin travması, baş beyin qapalı kəllə beyin travması diaqnozu ilə stasionar qaydada müayinə və müalicə olunmuşdur. Daha sonra xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Göyçay RMX-da, xx.xx.2022- xx.xx.2022-SN Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022xx.xx.2022-ci il tarixədək Mingəçevir ŞMX-da, xx.xx.2022-xx.xx.2022, xx.xx.2024xx.xx.2024, xx.xx.2024-xx.xx.2024. 31.07 2024-xx.xx.2024-SN X1. 21,10.2024-MN MHPda müayinə və müalicədə olmuşdur. Həmin vaxtdan sonra ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” X4 professoru Fuad İsmayılov tərəfindən “fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla F62.0” diaqnozu təyin edilmişdir. Daha sonra o, müvafiq əlillik təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, ancaq cavabdeh orqan tərəfindən müayinə zamanı onun barəsində “diaqnozun öz təsdiqini tapmaması”, “diaqnozun təsdiqlənməməsi” barədə qərar qəbul edilmişdir. Halbuki həmin vaxt ona qoyulan diaqnozda, “fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla” olmuşdur. Bu səbəbdən də ona müvafiq əlillik təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi həmin imtinanı tamamilə qanunsuz və əsassız hesab edir. Həmçinin onun xəstəlik haqqında 07 noyabr 2024-cü ildə verilmiş 10434 nömrəli şəhadətnaməsində belə göstərilmişdir ki, “xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağ uçuq istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Sol boyun nahiyəsinin qəlpə yaralanması” xəsarətini almışdır (əsas: N nömrəli hərbi hissənin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 3032 nömrəli travma haqqında arayışı). xx.xx.2020xx.xx.2020-ci il tarixədək Göyçay RMX-da 'Sol boyun nahiyəsinin qəlpə yaralanması” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: çıxarış epikrizi). xx.xx.2020-ci ıl tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Şikayətləri davam etdiyi üçün ixtisaslı müayinə və müalicə məqsədi ilə 11 03.2022-ci il tarixdə SN Respublika Psixiatrıya Xəstəxanasına göndən imiş. xx.xx.2022-xx.xx.2022-cı ıl tarixədək "Posttravmatık stress pozuntusu" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 3055/22 nömrəli çıxarış epıkrızı). xx.xx.2022-ci il tarixdə MN MHP-da şəhadətləndirilərək "Xəstəliklər cədvəli"nin 17b maddəsinin İİ qrafasına əsasən, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" qərarı verilmişdir (əsas: 7484 nömrəli xəstəlik haqqında şəhadətnamə). xx.xx.2020-xx.xx.2020-ci il tarixədək GöyçayRMX-da.xx.xx.2022xx.xx.2022-SN Respublika Psixiatriya Xəstəxanasında, 08 10.2022-xx.xx.2022-ci il tarixədək Mingəçevir SMX-da, xx.xx.2022-xx.xx.2022, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-SN X2, 21 10.2024-MN MHP-da müayinə və müalicədə olmuşdur. 08 10 2022-xx.xx.2022-ci il tarixədək Mingəçevir ŞMX-da “Ümumi generalizə olunmuş epilepsiya, təkrarlanan qıcolma tutmaları ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 505506/6905 nömrəli çıxarış epikrizi). 23.11 2022-ci il tarixdə “Psixi Sağlamlıq Mərkəzində direktor müavini, t.f.ü.d Gülnarə Musabəyova tərəfiindən “Posttravmatik stress pozuntusu F 43.1 Dissosiativ-konversion pozuntu F 44.7" diaqnozu təyin olunmuşdur (əsas: 11076 nömrəli rəy). 23,11.2022-xx.xx.2022-ci il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu. Anamnezində epilepsiya tutmaları” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 13453/22 nömrəli çıxarış epikrizi). xx.xx.2023-cü il tarixədək Ağdaş RMX-da “Posttravmatik ensefalopatiya. Stressə qarşı kəskin reaksiya. Boyun nahiyəsinin qəlpə yaralanmasından sonrakı vəziyyət" diaqnozu ilə müalicədə olmuşdur (əsas: 015499 nömrəli çıxarış epikrizi). 01 05 2024-xx.xx.2024- cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Fəlakət (İİ Qarabağ müharibəsi keçirdikdən sonra) davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalara” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 6877/24 nömrəli çıxarış epikrizi). xx.xx.2024- cü il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə idarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub:” Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalara." diaqnozu təyin olunmuşdur (əsas: 5291 nömrəli rəy). xx.xx.2024-xx.xx.2024- cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalara" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas 9977/24 nömrəli çıxarış epikrizi). xx.xx.2024xx.xx.2024-cü il tarixədək SN Respublika Psixiatrıya Xəstəxanasında “Fəlakət (U Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalara" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 11907/24 nömrəli çıxarış epikrizi). xx.xx.2024-xx.xx.2024-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında 'Fəlakət (İİ Qarabağ müharibəsi keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalara" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 14274/24 nömrəli çıxarış epikrizi). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir MN BKH-nın baş psixiatrı ilə konsultasiya olunmuşdur. MN BKH-nın baş nevroloqu və baş psixiatrı ilə konsultadiya olunmuşdur.” Həmin şəhadətnamədə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı olaraq göstərilmişdir ki, “DİAQNOZ:’T 90.5, G 90, G 93 Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması. baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya. F 07.0 Fəlakət (müharibə) keçirdikdən sonrakı depressiv daxilolmalar, funksional tutmalarla müşayiət olunan şəxsiyyətin ağır dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi . Y 36.2 Sol boyun nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı”. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinin sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Mingəçevir PND-nin 13 dekabr 2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Ağdaş rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024cü il tarixli 10434 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya. Fəlakət (müharibə) keçirdikdən sonrakı depressiv daxilolmalar, funksional tutmalarla müşayiət olunan şəxsiyyətin ağır dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Sol boyun nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Zəif qidalanma BÇİ-18.0. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 3055/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 11076 nömrəli Tibbi rəyində diaqnoz “Posttravmatik stress pozuntusu. Dissosiativkonversion pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 13453/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu. Anamnezində epileptiform tutmalar” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 6874/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçiridkdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4981 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 12843869 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 13032308 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 13304907 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında ağrılar, əsəbilik, özündən getməsindən şikayətlənmişdir. Dərman adlarını sadalaya bilməmişdir. Zahirən səliqəli, düşüncəsi aydın olmuşdur. Bələdliyi qorunmuşdur. İnstrumental müayinə nəticələri şikayətlərini təsdiqləməmişdir. Özünə və ətrafa xəsarəti olmamışdır. Heç bir xəstəlik əlamətləri təqdim edə bilməmişdir. Patoloji affekt izlənilməmişdir. Emosional stabil olmuşdur. Yaddaşı qorunmuşdur. Zehni inkişaf səviyyəsi yaşına, həyat tərzinə uyğun olmuşdur. Heç bir psixi xəstəlik əlamətləri müşahidə edilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Müharibə fəlakəti ilə bilavasitə əlaqəsi olmayan psixi vəziyyət” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Hesab edirik ki, birinci instansiya məhkəməsi etirazda qeyd edilən halları nəzərə almalı və iddianı təmin etməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. II. X6: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. M a d d ə 69. Məhkəmə qərarının forması və məzmunu 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası”. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları. İİİ. Məhkəmənin Mövqeyi: İddianın mümkünlüyü: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə “diaqnoz öz təsdiqini tapmaması” əsası ilə imtina cavabı verilmişdir. İddiaçı, xx.xx.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağdaş şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Ağdaş şəhəridir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. İddia tələbi əlilliyin təyin edilməsi şəklində ifadə edilsə də, məhkəmə hesab edir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 10434 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Diaqnoz “T90.5, G90, G93 Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya. F07.0 Fəlakət (müharibə) keçirdikdən sonrakı depressiv daxilolmalar, funksional tutmalarla müşayiət olunan şəxsiyyətin ağır dərəcədə ifadə olnmuş davamlı dəyişikliyi . Y36.2 Sol boyun nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı”. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. DİAQNOZ: “E46 Zəif qidalanma BÇİ 18.0. H52.2 Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla”. Ümumi xəstəlikdir səbəbli əlaqəsi ilə təsdiq olunmuşdur. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli 5291 nömrəli Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4981 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3- 28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz; Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dayişikliyi, depressiv daxilolmalar, funkslonalk tutmalarla F 62.0. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-2240/2025 nömrəli qərardadı ilə məhkəmə- psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi”-nin ekspertlərinə həvalə edilmişdir. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi”-nin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunmuş 5487 nömrəli ekspert rəyindən görünür ki, Motivləşdirici hissə:Yoxlanılan şəxs İddiaçı hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallannda olan tibbi sənədlər və halhazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamenestik məlumatlara görə könüllü olaraq İİ Qarabağ müharibəsində iştirak etdiyi zaman gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində dalğası zərbəsi və qəlpə yaraları alması, aldığı travma ilə əlaqədar psixiatrik xəstəxanada bir neçə dəfə və MN BKH- nin psixiatriya bölməsində müalicələrdə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü ii 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə (Psixi Sağlamlıq Mərkəzinin direktoru professor Fuad İsmayılovun iştirakı ilə) müayinə olunaraq onda “Fəlakət'^ll Qarabağ müharibəsi) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla” diaqnozunun müəyyən edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, aldığı müalicələrə baxmayaraq psixi vəziyyətində yaxşılaşma olmamasını bildirməsi, onda əsəbilik/daxili gərginlik, qıcıqlara dözümsüzlük, yuxusuzluq, yaddaş zəifliyi, ətraflarında qıcolmaların olması, yuxuda müharibənin qorxulu səhnələrini görüb yuxudan yarımçıq diksinib oyanmasını bildirməsi, aparılan söhbət gedişatında tez yorulması, astenizasiya olunması, onda əhval-ruhiyyənin aşkar enməsi və s.) sübut edir. Yekun hissə: İnzibati iş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakıları bildirir: 1-ci sual: İddiaçı qoyulmuş “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Fəlakət (İİ Qarabağ müharibəsindən sonra) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksionlar tutmalarla” və əyani müayinəsi zamanı diaqnozda qeyd edilmiş xəstəliklər aşkar edilirmi? 2-ci sual: İddiaçıya qoyulmuş diaqnoz düzgün deyilsə onun hazırki sağlamlıq vəziyyətinə uyğun müəyyən edilən diaqnoz nədir? 1-ci və 2-ci suallara cavab: İddiaçı hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsindən sonra) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksionlar tutmalarla (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. İş materiallarında olan Mingəçevir Şəhər Psixo-Nevroloji Dispanserinin xx.xx.2025-ci il tarixli 526 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı Əlilliyin müəyyən olunması Meyarları"nın 7.5.1.1 bəndi uyğun gəlir: 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 2. İnsan orqanizminin funksiyalarının itirilmə faizi 35-60 % (2 il müddətinə). Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. F62.0 kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.7-ci bənddə (Spesifik şəxsiyyət pozuntuları) nəzərdə tutulmuşdur. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.7-ci bənddə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. 7.7.1.1-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60 % (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski), 7.7.1.2-ci bəndə isə münasibətdə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % (bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz və barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları nəzərə alınmaqla onun sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndi əsasında qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) müəyyən edilmişdir. Məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında iddiaçının əlillik vəziyyətinin Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin göndərişi əsasında qiymətləndirildiyini bildirmişdir. Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (diaqnozun öz təsdiqini tapmaması) formal mülahizələrə söykənən haldır. Daha dəqiq desək, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində 7.7.1-ci maddəsinin (bənd 7.7.1.1) F-62.0 XBT kodu altında nəzərdə tutulur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq iddiaçıya müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 35 – 60 % pozulması ilə) müəyyən edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 10434 nömrəli “Xəstəlik haqqında” Şəhadətnamədə iddiaçıya qoyulmuş “T90.5, G90, G93 Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya. F07.0 Fəlakət (müharibə) keçirdikdən sonrakı depressiv daxilolmalar, funksional tutmalarla müşayiət olunan şəxsiyyətin ağır dərəcədə ifadə olnmuş davamlı dəyişikliyi . Y36.2 Sol boyun nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əlilik səbəbi Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.5.2.1 yəni Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nın İ dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar OFP-nın 35-60 faizinin müəyyən olunması öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar