Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-225/2024 12.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair” JN-0714 saylı (kod ********) Dövlət Aktına əsasən X3 mülkiyyətində olan miras əmlak, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində yerləşən ticarət obyekti tikmət təyinatlı 0,21 ha torpaq sahəsi üzərində məhdudiyyət və yüklülük haqqında dövlət reyestrindən arayışın (“Forma 1”) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair” JN-0714 saylı (kod ********) Dövlət Aktına əsasən X3 mülkiyyətində olan miras əmlak, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində yerləşən ticarət obyekti tikmət təyinatlı 0,21 ha torpaq sahəsi üzərində məhdudiyyət və yüklülük haqqında dövlət reyestrindən arayışın (“Forma 1”) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, “Torpağa mülkiyyət hüququna dair” JN 0714 nömrəli Dövlət Aktına əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, ticarət obyekti tikmək təyinatlı 0,21 ha torpaq sahəsi iddiaçının həyat yoldaşı X4 mülkiyyətindədir. İddiaçının həyat yoldaşı X6 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən, onun müraciəti üzrə Qəbələ Regional "ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2020-ci il tarixdə, 12 nömrəli vərəsəlik işi açılmış və İddiaçı mərhum həyat yoldaşı Müsabir Gülməmmədovun vərəsəsi müəyyən edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2121/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilmiş dövlət aktında qeyd olunan torpaq sahəsi üzərində başqa mülkiyyətçiyə məxsus qeyri-yaşayış binası mövcuddur. Torpaq sahəsi üzərində mübahisə var. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2772/2023 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə yazılı münasibətini bildirmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin sorğusu əsasında mübahisəli torpaq sahəsinə dair tərtib olunmuş mütəxəssis rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddia tələbində qeyd edilən, Qəbələ rayonu Qəbələ bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə X5 Qəbələ şəhəri ərazisindən ticarət obyekti tikmək məqsədilə ayrılmış 0,21 hektar torpaq sahəsi X9 X11 (TEKUİS) əsasən Qəbələ şəhər inzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası inzibati müəssisə təşkilat altında olan torpaq olmaqla Dövlət mülkiyyətinə aid olan ərazidir. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,4170 hektar torpaq sahəsi Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən yaşayış məntəqəsi torpaqları olmaqla uqodiyası tikintialtı torpaqlar, X9 X11 (TEKUİS) əsasən Qəbələ şəhər inzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası inzibati müəssisə təşkilat altında olan torpaq olmaqla Dövlət mülkiyyətinə aid olan ərazidir. JN-0714 (kod ********) nömrəli Dövlət Aktında göstərilmiş 0,21 hektar torpaq sahəsi barədə X9 X10 (TEKUİS) məlumat mövcud deyildir. X3 adına tərtib edilmiş JN-0714 (kod ********) nömrəli Dövlət Aktında göstərilmiş 0,21 hektar torpaq sahəsi faktiki naturada ölçülmüş 0,4170 hektar torpaq sahəsinin sərhədləri daxilində yerləşir. 0,4170 hektar torpaq sahəsinin kənarları daş hasar və metal tor ilə bərkidilmiş və məktəbəqədər təlim tərbiyə müəssisəsi, uşaq bağçası kimi istifadə olunur. Sözügedən torpaq sahəsinin üzərində bir ədəd uşaq bağçası və bir ədəd təsərrüfat tikilisi mövcuddur. Torpaq sahəsi üzərində mövcud olan tikili üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Cavabdeh tərəfindən məhkəmənin əlavə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-5459/2023 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi 2005-ci ilədək Qəbələ bələdiyyəsinin mülkiyyətində olmuşdur. X9 X13 (TEKUİS) tərtib edilərkən sözügedən torpaq sahəsinin üzərində məktəbəqədər təlim-tərbiyə müəssisəsi, uşaq bağçası yerləşdiyinə görə dövlət mülkiyyətinə aid edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-225/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. İş materiallarında olan: JN-714 kod 40601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Qəbələ rayon Qəbələ bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 08 saylı qərarı ilə 0,21 ha torpaq sahəsi ticarət obyekti tikmək məqsədilə X1. Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 107 nömrəli məktubuna əlavə olunmuş Qəbələ bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 8 saylı iclas protokolunun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, həmin iclasda X5 0,21 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə satılmışdır. Qəbələ bələdiyyəsinin 397 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, X4 adına olan, ticarət obyekti tikmək təyinatlı 0,21 ha torpaq sahəsi Qəbələ bələdiyyəsinin uçot kitabında qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş, Şəki İnzibati Məhkəməsinin icraatında olmuş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1ndə yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 100 yerlik uşaq bağçasının üzərinə "xxxx" MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair 2-1(116)-1692/2023 nömrəli iş materiallarından surətləri götürülmüş, Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-59-4/2-393/2023/172 nömrəli məktubuna əlavə olunmuş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 41 nömrəli sərəncamının surətinə əsasən müəyyən edilir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 1077 nömrəli rəyi nəzərə alınsın və ünvan 1 ünvanındakı X15 aid torpaqlardan 100 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi üçün 0,29 ha torpaq sahəsi Qəbələ Rayon İcra Hakimiyyətinin istifadəsinə verilsin. Sözügedən iş materiallarından surəti götürülmüş cavabdeh DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinin iddiaçı "xxxx" MMC-yə ünvanladığı imtina məktubundan görünür ki, iddiaçı cavabdehə Qəbələ şəhərində yerləşən 0,41 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin müraciət təmin olunmamışdır. Həmin iş üzrə cavabdehin xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd olunmuşdur ki, ərazi idarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, iddiaçının iddia etdiyi faktiki torpaq sahəsinin bir hissəsi (0,21 ha) X4 adına tərtib edilmiş JN-714 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə üst-üstə düşür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinə sözügedən sənədlər elan edildikdən sonra nümayəndə iddiaçının mərhum həyat yoldaşı X2 analoji tələblə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə tərəfindən 2-1(84)-350/2019 nömrəli iş materialları götürülərək hazırkı işin araşdırılması həmin iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə aparılmışdır. İş materiallarına əlavə olunmuş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş iddiaçı X4 cavabdeh DƏDRX 9 saylı ərazi idarəsinə qarşı “JN-0714 kod 40601004 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X4 xüsusi mülkiyyətində olan Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsidnə yerləşən, ticarət obyekti tikmək təyinatlı 0,21 ha torpaq sahəsinin məhdudlaşdırılmasına və yüklülüyünə dair X4 adına (yəni “Forma 1”) arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(84)- 350/2019 nömrəli iş materiallarından surətləri əldə olunmuş Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 2/405/259 nömrəli məktubunda qeyd olunmuşdur ki, Qəbələ şəhərində, qeyd edilən torpaq sahəsi üzərində olan uşaq bağçası binası "xxxx" MMC-nin sifarişi ilə inşa edilmiş və hazırda həmin binanın balans saxlayıcısı "xxxx" MMCdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 1077 nömrəli rəyini nəzərə alaraq Qəbələ RİH-nin xx.xx.2015-ci il tarixli 59/359 nömrəli sərəncamı ilə icarə müqaviləsi əsasında 100 yerlik uşaq bağçasının tikintisi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin ərazidən X5 ayrılmış torpaq sahəsi Qəbələ bələdiyyəsi tərəfindən digər ərazidən həmin ölçüdə torpaq sahəsi ayrılmaqla əvəzlənmişdir. Əvəzlənmiş torpaq sahəsinin bir hissəsi Müsabir Gülməmmədov tərəfindən satılmış, bir hissəsində isə oğluna fərdi yaşayış evi inşa etmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 2/405/259 nömrəli məktubuna əlavə olunmuş: Qəbələ RİH 59/359 nömrəli xx.xx.2015-ci il tarixli sərəncamında qeyd olunur ki, Qəbələ RİH başçısının xx.xx.2015-ci il tarixli 41 nömrəli sərəncamına qismən dəyişiklik edilərək sərəncamın birinci bəndi aşağıdakı kimi qeyd edilsin: "xxxx" MMC-nin xx.xx.2015ci il tarixli 554 nömrəli məktubu və Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi Qəbələ rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 1077 nömrəli rəyi nəzərə alınsın və ünvan 1 ünvanındakı X15 aid torpaqlardan 100 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi üçün 0,4125 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilsin. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iddia tələbində arayışın verilməsi tələb olunan torpaq sahəsinə münasibətdə Qəblə Rayon İcra Hakimiyyətinin ləğv edilməmiş sərəncamı və İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış qüvvədə olan müqavilə mövcuddur. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Odur ki, o hüquqi marağına uyğun olaraq mübahisəli torpaq sahəsi üzərində hüququn mərhum həyat yoldaşına məxsus olması haqqında arayışı qeydiyyat orqanından əldə etməlidir. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Lakin hazırkı mərhələdə torpaq sahəsi üzərdində mübahisənin yaranmasına əsas olan sərəncam və müqavilə qüvvədə olduğundan iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iddiaçı ilk növbədə həmin sənədlərin ləğvinə nail olmalı, daha sonra hazırkı və ya hüquqi marağına uyğun digər iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmasını və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin hallarının araşdırılması zamanı, yuxarıda sadalanan sənədlərə əsasən müəyyən edilir ki, mübahisəli torpaq sahəsi Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2015ci il tarixli 59/359 nömrəli sərəncamı ilə DTXK-nın Qəbələ rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 1077 nömrəli rəyi nəzərə alınmaqla icarə müqaviləsi əsasında 100 yerlik uşaq bağçasının tikintisi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin ərazidən iddiaçının mərhum əri X5 ayrılmış torpaq sahəsi isə Qəbələ bələdiyyəsi tərəfindən digər ölçüdə torpaq sahəsi ayrılmaqla əvəzlənmişdir. Belə olan halda iddiaçı ilk növbədə Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 59/359 nömrəli sərəncamını və icarə müqaviləsini qanunamüvafiq qaydada mübahisələndirməli, daha sonra hazırkı tələblə məhkəməyə müraciət etməli, onların ləğvinə nail olduqdan sonra cavabdehə müraciət edərək hüquqi marağına uyğun arayışın verilməsini tələb etməli, müraciəti təmin edilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Həmçinin məhkəmə bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 713-İİQ nömrəli Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir... Göründüyü kimi, təlimat vərəsəlik haqqında şəhadətnaməsinin tərtib edilməsi üçün ayrıca əsas kimi təkcə yüklükük haqqında məlumatın deyil, həmçinin miras əmlakın hansı hüquqmüəyyənedici sənəd əsasında şəxsə məxsus olmasına dair məlumatların əks olunduğu arayışın verilməsini nəzərdə tutmuşdur. İddiaçının hüquqi marağı isə mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə olunmasına nail olmaqdan ibarətdir. Qeyd olunanlarla bağlı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinə İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, qanunvericiliyin tələbləri izah olunaraq dinlənilmə hüququ təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair” JN-0714 saylı (kod ********) Dövlət Aktına əsasən X3 mülkiyyətində olan miras əmlak, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində yerləşən ticarət obyekti tikmət təyinatlı 0,21 ha torpaq sahəsi üzərində məhdudiyyət və yüklülük haqqında dövlət reyestrindən arayışın (“Forma 1”) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-225/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-225/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver