Məhkəmə qərarları › İş №2-1(116)-2257/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2257/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2257/2025 10.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi ilə İddiaçı iştirakı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması, "xxxx" ASC tərəfindən vergilərin düzgün ödənilməməsinin araşdırılması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “pensiyanın yenidən hesablanması, "xxxx" ASC tərəfindən vergilərin düzgün ödənilməməsinin araşdırılması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, “iddiaçı xx.xx.1998-ci il tarixdən DİN- dən təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra xx.xx.2008-ci il tarixdən xx.xx.2014- cü il tarixinə kimi "xxxx" ASC-də 3-cü dərəcəli əl qaynaqçısı işləmişdir. Əmək pensiyasının yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdi. 18 dekabr 2024-cü il tarixində daxil olmuş müraciətinə aidiyyatı üzrə baxılmışdır. Əmək pensiyası yenidən hesablanaraq 574.48 manat məbləğində müəyyən edilib. Bununla bağlı bildirilir ki, 5 yanvar 1998-ci il tarixdən xidməti illərinə görə iddiaçıya pensiya təyin edilib. 2003-2007-ci illərdə "xxxx" ASC-də işləməyimə baxmayaraq müəssisə tərəfindən adına nə vergi ödənilib nə də əmək kitabçasında qeyd olunmayib. Bununla bağlı "xxxx" ASC-yə müraciət etsə də iddiaçıya bu barədə arayış verməyiblər”. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, “işin faktiki hallarına əsasən, İddiaçı 18 dekabr 2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona təyin olunmuş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən onun işdən azad olunduğu 03 aprel 2014-cü il tarixədək toplanmış pensiya kapitalına münasibətdə əmək pensiyası yenidən hesablanmış, 01 yanvar 2024-cü il tarixə münasibətdə indeksləşdirilərək 574,48 manat məbləğə çatdırılmışdır. Lakin bununla razılaşmayan İddiaçı məhkəməyə müraciət edərək, 2003-2007-ci illərdə “Azneftmash" ASC-də işləməyinə baxmayaraq müəssisə tərəfindən adına nə vergi ödənildiyini, nə də əmək kitabçasında qeydlər aparıldığını qeyd etmiş, həmin dövrün sığorta stajına hesablanmalı olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının tələbi əmək kitabçasında qeyd olunmayan, eləcə də Mərkəzləşdirilmiş elektron sistemin Sığortaolunan alt sistemində məcburi dövlət sosial sığorta haqqları nəzərə alınmayan dövrlərə münasibətdə həmin dövrün sığorta stajına nəzərə alınması, eləcə də müəssisə tərəfindən həmin dövrlərə münasibətdə zəruri hərəkətlərin edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3)lPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması; 4) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilməməsi; 5) prosessual həmiştirakçılığın yol verilənliyi; 6) tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasmda iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.ldrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM- in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMİn 38.1-ci maddəsi) əməl olunmalıdır. Belə olduğu halda cavabdeh qismində cəlb olunmuş Mərkəzi Filialın hazırki məsələyə münasibətdə iddiaçının subyektiv hüququna toxunan hər hansı hərəkətin edilməsi müşahidə olunmadığından, cavabdehə münasibətdə hər hansı hərəkətin edilməsinin tələb olunması və ya ona qarşı iddia tələbinin qaldırılması əsassız hesab olunur. Qeyd olunanlardan da göründüyü kimi, iddianın mümkünlük şərtlərinə əməl edilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, o “Azneftmash" ASC-də 2008-ci ildən 2013-cü ilə qədər işləmdiyinə baxmayaraq, bu illərdən 1 gün yazılıb ona. Hal-hazırda həmin müəssisə işləyir. Bu işlədiyi illərdə maaş almışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi.Həmçinin əlavə olaraq bildirdi ki, iddiaçının iddia etdiyi illərlə bağlı heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

2. İddiaçıya məxsus ИT ******* seriya nömrəli əmək kitabçasının surəti.

3. Cavabdehin xx.xx.2025-ci il tarixli ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti.

Əsaslandırma hissəsi:

İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçının hazırkı tələbdə hüquqi marağı ona təyin edilmiş əmək pensiyasında 2003-2007-ci illərdə "xxxx" ASC-də işlədiyi illərdə nəzərə alınmaqla təyin olunmuş hərbi qulluqçu kimi yaşa görə pensiyanın yenidən hesablanmasından ibarətdir. İddiaçının tələbdə göstərdiyi illərdə onun "xxxx" ASC-də işləməsi heç bir rəsmi sənəddə qeyd olumamaqla yanaşı, cəmiyyət tərəfindən məcburi dövlət sosial sığorta haqqlarının da ödənilmədiyi iş üzrə müəyyən edilir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının subyektiv hüququna toxunan hər hansı hərəkət edilmədiyindən iddiaya mahiyyəti üzrə baxılması mümkün deyil. İddiaçıya izah edilir ki, özünə münasibətdə sosial sığorta haqqlarının ödənilməsi ilə bağlı "xxxx" ASC-yə qarşı mülki məhkəmə icraatı çərçivəsində iddia qaldırmaq və yaxud iş stajının hüquqi əhəmiyyətli fakt kim müəyyən edilməsi ilə bağlı ərizə vermək hüququ mövcuddur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması, "xxxx" ASC tərəfindən vergilərin düzgün ödənilməməsinin araşdırılması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar