Məhkəmə qərarları › İş №2-1(116)-2264/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2264/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2264/2023 25.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi Nümayəndə cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və əlavə olunan sənədlərə məhkəmənin binasında baxaraq,aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayonu X4 1998-ci il 28 dekabr tarixli 09 nömrəli qərarı əsasında altı nəfər ailə üzvü olmaqla onlara 0.47 hektar həyətyanı torpaq sahəsi verilmiş, bununla bağlı torpağın mülkiyyətinə verilməsinə dair JN-298A kod 40304018 saylı şəhadətnamə 2794 nömrə ilə kitabda qeydiyyata alınmışdır. Həmin həyətyanı torpaq sahəsində yaşayış evi vardır və ev 1970-ci illərdə tikilmişdir. Həmin vaxtdan hal-hazıradək yol kimi istifadə olunan əraziyə mərhum atası tərəfindən 40 ildən artıq müddət ərzində darvaza qoyulmuş və hal-hazıradək istifadə edilir. Atası xx.xx.2014cü il tarixdə vəfat etmişdir. Qalan beş nəfər ailə üzvü olmaqla sözügedən torpaq sahəsi onların mülkiyyətindədir. İş üzrə cavabdeh hazırda mövcud darvazanın götürülməsini tələb edir. Göstərir ki, həmin yol ərazisinə Çıxarış əldə etmişdir. Vəkil tərəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, sözügedən və hərkəs tərəfindən yol ərazisi kimi tanınan və istifadə edilən həmin əraziyə həqiqətən də ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Beləliklə, cavabdeh tərəfindən verilmiş həmin çıxarış onun və ailəsinin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda iddiaya münasibət bildirilərək iddiaçıya məxsus ),47 ha torpaq sahəsinin koordinatlarının yerdə müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. . Üçüncü şəxs tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir.Etirazda iddiaçının subyektiv hüquqa malik olmadığından və müddətin ötürülməsi əsasından iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçı və onun nümayəndəsinə şifahi qaydada hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hazırkı qərardadda ifadə olunan hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsindən və işin hallarından görünür ki,tərəflər arasında mübahisənin yaranma əsası 230 kv.m torpaq sahəsi ilə bağlıdır.İddiaçı üçüncü şəxsin adına verilmiş Çıxarışı mübahisələndirməklə həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasının əsassız olduğunu bildirmişdir. X1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun 0,89 ha torpaq sahəsi və orada yerləşən 126,6 kv.m fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınmışdır.Təqdim olunan xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki,sənəd üzrə sahə 0,89 ha,faktiki sahə isə 0,913 hadır.Yəni,iddiaçının mübahisələndirdiyi və əsassız olaraq qeydə alındığını iddia etdiyi 230 kv.m torpaq sahəsi üzərində üçüncü şəxsin ümumiyyətlə mülkiyyət hüququ qeydə alınmamışdır.Texniki pasportda əks olunan faktiki sahə üçüncü şəxsin həmin toprağa dair mülkiyyət hüququnun qeydə alınması əsası deyildir. İddia iki aspektdən mümkünlük şərtlərinə cavab vermir.Birincisi, iddiaçının üçüncü şəxsin adına verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışın ləğvinə dair iddia qaldırmaqda subyektiv hüququ mövcud deyildir.İkincisi, hazırkı iddia tələbi iddiaçının arzu etdiyi hüquqi nəticəyə uyğun deyildir. Belə ki,mübahisə predmeti 230 kv.m torpaq sahəsi ilə əlaqədar olduğundann və həmin toraq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınmadığından iddianın uğurlu olması nəticəsində belə iddiaçı arzu etdiyi nəticəyə nail olmayacaqdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2giyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar