Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2265/2023 02.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə və Qax rayonu Qax Bələdiyyəsinə qarşı "Qax şəhəri Səttar Bəhlulzadə küçəsində yerləşən iddiaçının qanuni isifadəsində olan 0.05 ha torpaq sahəsinin X1 dair Qax Bələdiyyəsinin 27 fevral 2020-ci il tarixli 04 saylı qərarının, həmçinin 20 fevral 2020-ci il tarixli 109 saylı 0.05 ha torpaq sahəsinin satılmasına dair hərracın nəticələrinin ləğv edilməsi və həmin torpaq sahələrinin iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəyə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə və Qax rayonu Qax Bələdiyyəsinə qarşı "Qax şəhəri Səttar Bəhlulzadə küçəsində yerləşən iddiaçının qanuni isifadəsində olan 0.05 ha torpaq sahəsinin X1 dair Qax Bələdiyyəsinin 27 fevral 2020-ci il tarixli 04 saylı qərarının, həmçinin 20 fevral 2020-ci il tarixli 109 saylı 0.05 ha torpaq sahəsinin satılmasına dair hərracın nəticələrinin ləğv edilməsi və həmin torpaq sahələrinin iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım barədə məktub təqdim olunaraq aşağıdakı qərardadda göstərilən hüquqi mövqeyi izah olunmuşdur. İddiaçı yardım məktubunu xx.xx.2023-cü il tarixdə almış, məktuba münasibət bildirməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsində iki cavabdeh göstərilməklə tələb iki hissədən ibarət olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 37-ci maddəsinə deyilir ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Tələbin birinci hissəsi Qax şəhəri Səttar Bəhlulzadə küçəsində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair Qax Bələdiyyəsinin 27 fevral 2020-ci il tarixli 04 saylı qərarının ləğv edilməsi, ikinci hissəsi həmin torpaq sahələrinin iddiaçıya satılması vəzifəsinin qoyulmasından ibarətdir. İddianın birinci hissəsi mübahisələndirmə haqqında iddia, ikinci hissəsi öhdəliyin icrası növündə iddiadır. İddiaçı tərəfindən isə iddia ərizəsi ilə Qax Bələdiyyəsinin 27 fevral 2020-ci il tarixli 04 saylı qərarının, həmçinin 20 fevral 2020-ci il tarixli 109 saylı 0.05 ha torpaq sahəsinin satılmasına dair hərracın nəticələrinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilməkdədir. İş materiallarına əsasən Qax Bələdiyyəsinin 27 fevral 2020-ci il tarixli 04 saylı əmrinin və 20 fevral 2020-ci il tarixli 109 saylı hərrac nəticələrinin mübahisələndirilməsi barədə iddia ərizəsi müddət keçdikdən sonra verilmiş, bununla da, iddia qaldırılması üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. İddia ərizəsindən də müəyyən edilir ki,iddiaçı torpaq sahəsinin digər şəxslərə satılmasından 2022-ci ilin may ayından məlumatlı olmuş,məhkəməyə iddia ərizəs ilə 2023-cü ilin iyun ayında müraciət etmişdir. Tələbin ikinci hissəsi birinci hissəsi ilə əlaqədardır. Tələbin birinci hissəsi uğurlu olacağı təqdirdə həmin iddia tələbi ilə inzibati orqana müraciət etmək hüququ vardır. İkinci hissə ilə əlaqədar bildirilmişdir ki, “Öhdəliyin icrası haqqında” iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. İş materiallarına əsasən hazırkı tələblə bağlı cavabdehin müraciətin təmin olunmasından imtina etməsi və ya müraciətin cavabsız saxlanılması müəyyən olunmur. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə və Qax rayonu Qax Bələdiyyəsinə qarşı "Qax şəhəri Səttar Bəhlulzadə küçəsində yerləşən iddiaçının qanuni isifadəsində olan 0.05 ha torpaq sahəsinin X1 dair Qax Bələdiyyəsinin 27 fevral 2020-ci il tarixli 04 saylı qərarının, həmçinin 20 fevral 2020-ci il tarixli 109 saylı 0.05 ha torpaq sahəsinin satılmasına dair hərracın nəticələrinin ləğv edilməsi və həmin torpaq sahələrinin iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-2265/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2265/2023
02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver