Məhkəmə qərarları › İş №2-1(116)-227/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-227/2020

30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-227/2020 30.01.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X4 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı “1975- 1981 və 1984-1991-ci illərdə Azad kolxozunda, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək Balakən rayon Təsərrüfatlararası Meliorasiya müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1954-cü il tarixdə Balakən rayon Hənifə kəndində anadan olmuşdur. Hazırda həmin kənddə yaşayır. O, 1975-ci ildən 1981-ci ilədək və 1984-cü ildən 1991-ci ilədək Hənifə kəndində yerləşən Azad kolxozunda, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək Balakən rayon Meliorasiya müəssisəsində işləmişdir. xx.xx.2017-ci ildə 63 yaşı tamam olduğundan sənədlərini yaşa görə əmək pensiyası üçün Fondun Balakən rayon şöbəsinə təqdim etmişdir. Lakin onun işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyinə görə ona yaşa görə əmək pensiyası təyin edilməkdən imtina edilmişdir. Bildirmişlər ki, işlədiyi illər əmək kitabçası olmadığına görə həmin müddətin sığorta stajına daxil edilməsi qanunauyğun deyil. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli arayışından görünür ki, iddiaçının təqdim etdiyi arxiv arayışlarına əsasən kolxozda iş stajı 9 il 7 ay, Meliorasiya müəssisəsində 5 ay 27 gün və hərbi xidmət dövrü 2 il 1 ay 6 gün olmaqla, cəmi 12 il 2 ay ümumi stajı var. İddiaçının xx.xx.2017-ci il tarixindən 63 yaşı və 12 il sığorta stajı tamam olduğuna görə yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli X2 surəti,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli 276 nömrəli məktubu, xx.xx.2019-cu il tarixli 196 nömrəli, xx.xx.2017-ci il tarixli 243 nömrəli arxiv arayışları, xx.xx.2019-cu il tarixli 843 nömrəli, xx.xx.2019-cu il tarixli **********1 nömrəli, xx.xx.2019-cu il tarixli 377 nömrəli arayışlar, xx.xx.2019-cu il tarixli akt aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1975-1981 və 1984- 1991-ci illərdə Hənifə kəndi “Azad” adına kolxozda, xx.xx.1996-cı il tarixindən xx.xx.1996cı il tarixədək Balakən rayonu X1 əmək fəaliyyəti ilə məşğul olmuş və bu faktlar Balakən rayon İcra Hakimiyyəti Balakən rayon X5 Arayışında qeyd edilmişdir. İddiaçının hazırki iddianı qaldırmaqda olan hüquqi marağı 63 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən pensiya hüququnu reallaşdırmağa yönəlmişdir. Belə ki, iddiaçının kolxozda və Meliorasiya müəssisəsində işlədiyi müddət sosial sığorta stajına daxil ediləcəyi təqdirdə hərbi xidmət illəri ilə birgə o, pensiya hüququnun yarandığı vaxt qüvvədə olan qanunla tələb olunan 12 il sosial sığorta stajına malik olacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 1975-1991-ci illərdə Hənifə kəndi “Azad” adına kolxozda xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixədək Balakən rayonu X1 işləməsi Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxivinin 07 oktyabr 2019cu il tarixli 196 nömrəli və 23 may 2017-ci il tarixli 243 nömrəli arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Həmin sənəd iddiaçının iş stajını təsdiq edir. «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin azı 12 il sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X3 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1975-1981 və 1984-1991-ci illərdə Hənifə kəndi “Azad” adına kolxozda işlədiyi 9 il 7 ayın, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixədək Balakən rayonu X1 işlədiyi 5 ay 27 günün sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon Şöbəsinin üzərinə İddiaçı oğlunun 1975-1981 və 1984- 1991-ci illərdə Hənifə kəndi “Azad” adına kolxozda, xx.xx.1996-cı il tarixindən xx.xx.1996cı il tarixədək Balakən rayonu X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar