Məhkəmə qərarları › İş №2-1(116)-2273/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2273/2023

30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2273/2023 30.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi iddiaçılar İddiaçı1 və İddiaçı2, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Regional “Asan Xidmət” X1rşı “xx.xx.2022-ci il təvəllüdlü oğlu Asif barəsində tərib edilmiş 08 yanvar 2023-cü il tarixli 25 nömrəli doğum akt qeydində ata adının “Ehsan” deyil “Asim” kimi və ata qrafasında isə “X7” deyil, “İddiaçı2” kimi dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Regional “Asan Xidmət” X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2022-ci il təvəllüdlü oğlu Asifin 08 yanvar 2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsində ata adının “Ehsan” deyil “Asim” kimi və ata qrafasında isə “X7” deyil, “İddiaçı2” kimi dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2273/2023 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, “xx.xx.2022-ci il təvəllüdlü oğlu Asif barəsində tərtib edilmiş 08 yanvar 2023-cü il tarixli 25 nömrəli doğum akt qeydində ata adının “Ehsan” deyil “Asim” kimi və ata qrafasında isə “X7” deyil, “İddiaçı2” kimi dəyişiklik edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı1 ilə üçüncü şəxs X7 arasında 14 iyul 2018-ci il tarixdə nikah bağlanmış, birgə nikahlarından onların 11 fevral 2019-cu il tarixdə Sevgi adında övladı doğulmuşdur. Münasibətlərimiz pisləşdiyindən İddiaçı1 nikahımızın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etmiş və üçüncü şəxsdən ayrı yaşamışdır. Nikahları pozulanadək o, İddiaçı2 ilə qeyri-rəsmi olaraq münasibətdə olmuşdur. Onunla münasibətindən xx.xx.2022ci il tarixdə Asif adlı övladı doğulmuşdur. X3 ilə aralarında olan nikah isə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(075)- 1733/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Yəni, uşaq nikahın pozulması vaxtından iki ay sonra doğulmuşdur, ikinci əri ilə yeni doğulmuş uşağına doğum haqqında şəhadətnamə almaq istədikdə cavabdeh tərəfindən verilmiş şəhadətnamədə uşağın atası İddiaçı2 deyil, X7 göstərilmişdir. Buna görə də düzəlişin edilməsi üçün cavabdeh orqana müraciət edilmiş, lakin, cavabdeh orqan nikahın pozulması günündən 10 ay keçməməsi əsası ilə düzəlişin aparılmasından imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olduğundan xx.xx.2022-ci ildə anadan olmuş uşağın doğumunun qeydə alınması üçün heç bir maneə olmamışdır. İddiaçı1 xx.xx.2018-ci il tarixdə X7 ilə Şəki şəhər İHB-nın X13 lƏD-si üzrə nümayəndəliyində nikah bağlamaqla ailə qurmuşdur. Həmin nikah xx.xx.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində pozulmuşdur. İddiaçı1 övladı X8 isə xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2.-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" -nın 2.15-ci bəndinə əsasən Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Odur ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdə anadan olmuş övladı X5 doğumu qeydə alınarkən uşağın atası kimi İddiaçı2 deyil, X7 yazılmış və vətəndaşa övladının doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnaməsində uşağın atası kimi İddiaçı2 qeyd edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs izahat verərək iddianın təmin edilməsinə etiraz etmədiyini və uşağın faktiki atasının özünün olmadığını bildirdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - xx.xx.2018-ci il tarixli 24 nömrəli nikah haqqında akt qeydindən görünür ki, X7 ilə X6 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. - Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(075)-1733/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X7 ilə cavabdeh İddiaçı1 arasında 14 iyul 2018-ci il tarixdə Şəki şəhər İHB-nin X13 İƏD-si üzrə nümyəndəliyində bağlanmış 24 nömrəli nikah pozulmuşdur. - AZ-İ 419848 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”dən və nikahın pozulması haqqında akt qeydindən görünür ki, X7 və İddiaçı1 arasında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 127 nömrə ilə qeydiyyat aparılmışdır. - AZ-İV 823006 nömrəli doğum haqqında şəhadətnamədən və xx.xx.2023-cü il tarixli, ********* nömrəli doğum haqqında akt qeydindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə anadan olmuş, “ata” qrafasında - X7, “ana” qrafasında – İddiaçı1 qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2.-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" -nın 2.15-ci bəndinə əsasən Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. İş materiallarından görünür ki, İddiaçı1 ilə üçüncü şəxs X7 arasında 14 iyul 2018-ci il tarixdə nikah bağlanmış, tərəflər arasında bağlanmış nikah qeydi Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(075)-1733/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Nikah məhkəmə qaydasında pozulduqdan 79 gün sonra - xx.xx.2022-ci il tarixdə İddiaçı1 “Asif” adlı övladı doğulmuşdur. xx.xx.2022-ci il tarixdə doğulmuş uşağın İddiaçı1 ilə Ehsan Məmmədovun nikahı dövründə ana bətninə düşməsi, lakin, nikah pozulduqdan sonra doğulması işin mübahisəsiz halıdır. İstinad olunan “Qaydalar”ın tələbləri baxımından bu halda uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Göründüyü kimi xx.xx.2022-ci il tarixdə doğulmuş uşaq nikahın pozulması vaxtından 300 gün ərzində doğulduğundan və iddiaçılar tərəfindən uşağın bioloji atasının İddiaçı2 olmasına dair hər hansı sübut təqdim edilmədiyindən, cavabdeh orqan Ailə Məcəlləsinin 44.2.-ci maddəsinə istinad etməklə uşağın atası qrafasına ananın keçmiş ərinin – X4 adını qeyd etmişdir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçıların xx.xx.2022-ci il tarixdə doğulmuş Asifin atasının - İddiaçı2 olmasını iddia etmələri iddianın təmin olunması üçün yetərli sayıla bilməz. İddiaçılar həm də bununla bağlı mötəbər sübut təqdim etməlidirlər. İnzibati işin məhkəmə araşdırması zamanı iddiaçılar, xx.xx.2022-ci il tarixdə doğulmuş Asifin biloji atasının İddiaçı2 olmasına dair hər hansı sübut təqdim edə bilməmiş, uşağın atasının İddiaçı2 olmasını faktiki birgə yaşamaları və digər subyektiv mülahizələrlə əsaslandırmışlar. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan 08 yanvar 2023-cü il tarixli 25 nömrəli doğum akt qeydində ata qrafasına düzəliş edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Regional “Asan Xidmət” X1rşı “xx.xx.2022-ci il təvəllüdlü Asif barəsində tərib edilmiş 08 yanvar 2023-cü il tarixli 25 nömrəli doğum akt qeydində ata adının “Ehsan” deyil “Asim” kimi və ata qrafasında “X7” deyil, “İddiaçı2” kimi dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar