Məhkəmə qərarları › İş №2-1(116)-2274/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2274/2025

18.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2274/2025 18.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: İsmayıllı rayonu, Tircan kəndi) cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (yerləşdiyi yer: Bakı şəhəri, X11 küçəsi 143) qarşı «iddiaçıya ahıllara qulluqetmə müddəti sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı xx xxxx 1959-cu il tarixdə doğulmuşdur. Əmək kitabçasına əsasən 23 il 4 ay 9 gün əmək stajına malikdir. X3 10 fevral 1926-cı il tarixdə doğulmuş və 26 avqust 2013-cü il tarixdə vəfat etmişdir. X1 isə 10 may 1933-cü il tarixdə doğulmuş, 3 mart 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı valideynləri ilə birgə yaşadığını və onlara vəfat edən günədək qulluq etdiyini bildirməklə, həmin qulluq illəri «Əmək pensiyaları haqqında» Qanunun 21.2.4-cü maddəsinə əsasən sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh 21 yanvar 2025-ci il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinaya səbəb kimi onun pensiya hüququnun yaranmamasını gətirmişdir. İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «ahıllara qulluqetmə müddətinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçıya ahıllara qulluqetmə müddəti sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, əmək kitabçasındakı əmək fəaliyyəti və ali təhsil illəri ümumilikdə 23 il 4 ay 9 gün sığorta stajı təşkil edir. Bundan başqa o, 2005-ci ildən valideynləri ilə birlikdə yaşamış və vafat etdikləri günədək onlara 22 il qulluq etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 21.2.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Həmin qulluq illəri onun sığorta stajına daxil edilməlidir. Bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı olmalıdır. Cavabdeh iddiaya etiraz edir və mövqeyi belədir ki, iddiaçı ona əmək pensiyası təyinatı ilə bağlı 27 dekabr 2024-cü il tarixli ərizə ilə inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. İnzibati orqan onun sosial sığorta stajının 23 il 4 ay 9 gün, yəni qanunla müəyyən edilmiş stajdan – 25 ildən az toplandığını bildirmiş və pensiya təyinatından imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyasının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 4.1.6-cı yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə: 1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 2. “Orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; 3) qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Lakin iddiaçı tərəfindən mərhum atasına və mərhum anasına qulluq etməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı təqdim edilməmişdir. Sosial sığorta stajı 25 ildən az toplandığından, iddiaçıya əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, kənd icra nümayəndəsinin və kənd sakinlərinin təsdiqi ilə akt mövcuddur. Aktda İddiaçı valideynlərinə 70 yaşdan sonra qulluq etməsi əksini tapmışdır. Onun valideynlərinə qulluq stajı sosial sığorta stajına əlavə edilməlidir. Cavabdeh təşkilat Nazirlər Kabinetinin müvafiq qərarına istinad edərək məsələnin həllindən imtina etmişdir. Nazirlər Kabinetinin qərarında göstərilir ki, həmin faktın nəzərə alınması üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi lazımdır. Buna görə də məhkəməyə müraciət olunmuşdur. Təqdim olunmuş arayış və akt həqiqətən də iddiaçının valideynləri ilə birlikdə, eyni təsərrüfatda yaşadığını və onlara qulluq etməsini təsdiqləyir. İddiaçı onların vəfatından sonra dəfn xərcini də almışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, cavabdehin iddiaya etirazının hüquqi əsasını Nazirlər Kabinetinin «Əmək pensiyasının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın təsdiqi barədə 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı təşkil edir. Qərarda qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi üçün 3 şərt qoyulmuşdur. Birincisi notarial qaydada təsdiqlənmiş ərizə, ikincisi altsistemdə əks olunmuş məlumatlar, üçüncüsü isə sadalanan sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi tələb olunur. Üç sənədin heç biri təqdim edilmədiyindən, qeyd olunan dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Cavabdehin imtinası 21 yanvar 2025-ci il tarixə, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi isə 18 fevral 2025-ci il tarixə, yəni 28 gün sonrakı vaxta təsadüf etdiyindən, hazırkı iş üzrə cavabdehin imtinasına münasibətdə iddiaçının məcburetmə haqqında iddiası ilə bağlı iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən İsmayıllı rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, İddiaçı yaşayış yeri İsmayıllı rayonunun Tircan kəndidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı mərhum valideynlərinə vaxtilə qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərəfindən müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyasının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: - (4.1.8-ci yarımbənd) ahıllara qulluqetmə müddəti üzrə:

1. patronajın təyin edilməsi barədə qərara əsasən;

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Göründüyü kimi, qüvvədə olan qanunvericilik normaları nəzərdə tutur ki, 25 il ümumi iş stajına və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, yaxud 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış, 1959-cu il təvəllüdlü kişilərin 65 yaşına çatdıqda onların yaşa görə əmək pensiyası hüququ yaranır. Bundan başqa, əmək qanunvericiliyi ahıllara qulluqetmə müddətinin müvafiq sənədlərlə təsdiqlənməsi şərti ilə sosial sığorta stajına daxil olunmasını da nəzərdə tutur. Hazırkı işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxx 1959-cu il tarixdə doğulduğunu, 2005-ci ildən etibarən vəfat etdikləri günədək ahıl şəxslər kimi mərhum atasına və mərhum anasına uzun müddət qulluq etdiyini, həmin müddətdən başqa 23 il 4 ay 9 gün əmək stajının olmasını və ümumilikdə 25 il sığorta stajına malik olduğunu əsas gətirərək 65 yaşdan yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını «Əmək pensiyaları haqqında» Qanunu 7, 21.2.4 və 22-1.1-ci maddələrinə, habelə «Əmək pensiyasının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 4.1.8-ci yarımbəndinə istinadən müvafiq təsdiqedici sənədlərin olmaması səbəbi ilə onun yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il sığorta stajını toplanmaması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə tərəflərin dəlil və sübutlarına qanunvericiliyin tələbləri baxımından qiymət verərək iddiaçının dəlillərini əsaslı saymır, cavabdehin mövqeyi ilə razılaşır. Belə ki, İddiaçı əmək kitabçası üzrə 23 il 4 ay 9 gün sığorta stajının toplanması, eləcə də 1 yanvar 2016-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək işləməməsi və bu səbəbdən də fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması işin mübahisə olunmayan hallarına aiddir. Lakin iddiaçı tərəfindən 2005-ci ildən sonrakı dövrdə ahıl şəxslər kimi valideynlərinə, yəni atası 1929-cu il təvəllüdlü X7 26 avqust 2013-cü il tarixədək və anası 1933-cü il təvəllüdlü X5 3 mart 2021-ci il tarixədək qulluq etdiyi bəyan edilsə də, mövcud qanunvericiliklə belə qulluğun təsdiqi kimi nəzərdə tutulan sənədlər – patronajın təyin edilməsi barədə qərar, qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələri, habelə qulluqolunanlar vəfat etdiyindən və sadalanan sənədlər olmadığından məhkəmənin qanuni qüvvəyə minmiş qərarı inzibati icraat zamanı, habelə hazırkı məhkəmə icraatında təqdim edilməmiş, onların mövcudluğu bildirilməmişdir. İddiaçı tərəfin məhkəmə icraatında dəlili həm də ondan ibarətdir ki, «Əmək pensiyasının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 4.1.8-ci yarımbəndinin 3-cü abzasında nəzərdə tutulmuş “məhkəmə qərarı”nın əldə olunması üçün məhz inzibati məhkəməyə müraciət olunmuşdur. Lakin məhkəmə bu dəlillə razılaşmır və vurğulayır ki, sözügedən Qaydanın həmin müddəasındakı “məhkəmə qərarı” dedikdə, pensiya təyinatı aparmaq səlahiyyəti olan inzibati orqanla inzibati mübahisə üzrə məhkəmə aktını deyil, ayrıca mülki məhkəmə icraatı qaydasında qəbul olunmuş məhkəmə qətnaməsi nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, qanunvericinin (Nazirlər Kabinetinin müvafiq qaydanı təsdiq etməsi «Əmək pensiyaları haqqında» Qanunun 5.3-cü maddəsindən irəli gəlir) əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında müvafiq sənədlərin təqdim olunmasını şərt kimi qoymaqda məqsədi qulluqedənin həqiqətən də qulluqolunana təmənnasız qulluğu halının müəyyənləşdirilməsi və bununla bağlı itirdiyi gəlirinin kompensasiyası kimi ona əmək pensiyasının təyin olunmasıdır. Lakin hazırkı icraatda iddiaçı tərəfindən onun ahıl yaşlı qulluqolunanlara qulluqetməni təsdiqləyən müvafiq sənədlər (qərar, ərizələr və məhkəmə qərarı) təqdim olunmamışdır. Bununla da «Əmək pensiyaları haqqında» Qanunun müddəalarına müvafiq olaraq mərhum valideynlərinə ahıl şəxslər kimi qulluq müddətinin iddiaçının sığorta stajına əlavə olunması üçün əsas yoxdur və onun 25 il sığorta stajı toplanmır. Bu isə belə nəticə yaradır ki, onun «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 65 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranmır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya ahıllara qulluqetmə müddəti sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya ahıllara qulluqetmə müddəti sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar