Məhkəmə qərarları › İş №2-1(116)-228/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-228/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-228/2020 04.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə qarşı “1971-ci ildən 1973-cü ilədək Ağdaş Ərəbşəki kəndinin Nizami kolxozunda, 22.12.1975-ci ildən 22.08.1977-ci ilədək X2 xidməti kombinatında, 13.01.1978-ci ildən 04.08.1981-ci ilədək X2 xidməti kombinatında, 02.12.1981-ci il tarixdən 18.11.1982-ci il tarixədək Xəzər quraşdırma idarəsində, 21.12.1982-ci il tarixdən 12.07.1984-cü ilədək Yexlax Traktor mühərrikləri təmiri zavodunda, 13.07.1984-cü ildən 03.12.1984-cü ilədək Yevlax Rabitə avtobazasında 15.10.1986-cı ildən 02.09.1987-ci ilədək Yevlax avia dəstədə, 10.09.1987ci il tarixdən 27.05.1988-ci il tarixdək X1 Damazlıq birliyində, 27.06.1988-ci ildən 02.01.1990-cı ilədək Yexlax Qarışıq mallar ticarəti idarəsində, 18.01.1990-cı ildən 18.04.1990-cı ilədək Yevlax NEQM-də, 18.04.1990-cı ildən 01.08.1992-ci ilədək Yevlax NEM-də 25.04.1994-cü ildən 01.08.1994-cü ilədək SMNU Azərnaviqasiya quraşdırma idarəsində, 02.01.1997-ci ildən 29.06.1999-cu ilədək “Azal” SKB-nin Yevlax flialında, 01.07.1999-cu ildən 01.09.1999-cu ilədək SMNU Azərnaviqasiya quraşdırma idarəsində, 01.03.2000-ci ildən 29.03.2001-ci ilədək Yevlax 4 nömrəli Yol tikinti idarəsində və 27.01.1999-cu ildən 05.01.2006-cı ilədək Yevlax 4 nömrəli Quraşdırma sahəsində işlədiyi illərin sosial sığorta stajına qəbul edilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yevlax Rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1971-ci ildən 1973-cü ilədək Ağdaş Ərəbşəki kəndinin Nizami kolxozunda, 22.12.1975-ci ildən 22.08.1977-ci ilədək X2 xidməti kombinatında, 13.01.1978-ci ildən 04.08.1981-ci ilədək” X2 xidməti kombinatında, 02.12.1981-ci il tarixdən 18.11.1982-ci il tarixədək Xəzər quraşdırma idarəsində, 21.12.1982-ci il tarixdən 12.07.1984-cü ilədək Yexlax Traktor mühərrikləri təmiri zavodunda, 13.07.1984-cü ildən 03.12.1984-cü ilədək Yevlax Rabitə avtobazasında 15.10.1986-cı ildən 02.09.1987-ci ilədək Yevlax avia dəstədə, 10.09.1987-ci il tarixdən 27.05.1988-ci il tarixdək X1 Damazlıq birliyində, 27.06.1988-ci ildən 02.01.1990-cı ilədək Yexlax Qarışıq mallar ticarəti idarəsində, 18.01.1990-cı ildən 18.04.1990-cı ilədək Yevlax NEQM-də, 18.04.1990-cı ildən 01.08.1992-ci ilədək Yevlax NEM-də 25.04.1994-cü ildən 01.08.1994-cü ilədək SMNU Azərnaviqasiya quraşdırma idarəsində, 02.01.1997-ci ildən 29.06.1999-cu ilədək “Azal” SKB-nin Yevlax flialında, 01.07.1999-cu ildən 01.09.1999-cu ilədək SMNU Azərnaviqasiya quraşdırma idarəsində, 01.03.2000-ci ildən 29.03.2001-ci ilədək Yevlax 4 nömrəli Yol tikinti idarəsində və 27.01.1999-cu ildən 05.01.2006-cı ilədək Yevlax 4 nömrəli Quraşdırma sahəsində işlədiyi illərin sosial sığorta stajına qəbul edilməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən (17.10.2019-cu il) icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri iş materiallarını araşdırıb hesab edir ki, hazırkı işin icraatına xitam verilməlidir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi tərəfindən daxil olan **********9 nömrəli 14.11.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı vəfat etmişdir. Bundan sonra məhkəmə öz təşəbbüsü ilə Yevlax Rayon Qeydiyyat şöbəsinə sorğu göndərərək İddiaçı ölümü haqqında arayış verilməsini tələb etmişdir. Yevlax Rayon Qeydiyyat Şöbəsindən alınmış 08.02.2020-ci il tarixli 92 nömrəli ölüm haqqında arayışdan görünür ki, İddiaçı 07.11.2019-cu il tarixdə ölmüşdür və bu barədə 20.11.2019-cu il tarixində 464 nömrəli akt qeydi tərtib olunmuşdur. İddia tələbi iddiaçının işlədiyi illərinin onun sosial sığorta stajına daxil edilməsindən ibarətdir. Bu münasibətlərdə hüquq varisliyə yol verilmir. İddiaçının vəfat etməsi bu kimi hərəkətlərin edilməsini mümkünsüz edir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən işin icraatının dayandırılmasına yol verilmir və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 80-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə qarşı “1971-ci ildən 1973-cü ilədək Ağdaş Ərəbşəki kəndinin Nizami kolxozunda, 22.12.1975-ci ildən 22.08.1977-ci ilədək X2 xidməti kombinatında, 13.01.1978-ci ildən 04.08.1981-ci ilədək” X2 xidməti kombinatında, 02.12.1981-ci il tarixdən 18.11.1982-ci il tarixədək Xəzər quraşdırma idarəsində, 21.12.1982-ci il tarixdən 12.07.1984-cü ilədək Yexlax Traktor mühərrikləri təmiri zavodunda, 13.07.1984-cü ildən 03.12.1984-cü ilədək Yevlax Rabitə avtobazasında 15.10.1986-cı ildən 02.09.1987-ci ilədək Yevlax avia dəstədə, 10.09.1987ci il tarixdən 27.05.1988-ci il tarixdək X1 Damazlıq birliyində, 27.06.1988-ci ildən 02.01.1990-cı ilədək Yexlax Qarışıq mallar ticarəti idarəsində, 18.01.1990-cı ildən 18.04.1990-cı ilədək Yevlax NEQM-də, 18.04.1990-cı ildən 01.08.1992-ci ilədək Yevlax NEM-də 25.04.1994-cü ildən 01.08.1994-cü ilədək SMNU Azərnaviqasiya quraşdırma idarəsində, 02.01.1997-ci ildən 29.06.1999-cu ilədək “Azal” SKB-nin Yevlax flialında, 01.07.1999-cu ildən 01.09.1999-cu ilədək SMNU Azərnaviqasiya quraşdırma idarəsində, 01.03.2000-ci ildən 29.03.2001-ci ilədək Yevlax 4 nömrəli Yol tikinti idarəsində və 27.01.1999-cu ildən 05.01.2006-cı ilədək Yevlax 4 nömrəli Quraşdırma sahəsində işlədiyi illərin sosial sığorta stajına qəbul edilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar