Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2281/2022 20.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “ikinci dərəcəli əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “ikinci dərəcəli əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8630/2022 nömrəli qərardadı ilə, inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri iş materialları ilə birgə araşdırıb hesab edir ki, hazırkı işin icraatına xitam verilməlidir. İş materiallarında olan, İddiaçı şəxsi məlumatları ilə bağlı “AZEMİS”-dən çıxarışdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsinin xx.xx.2022-ci il tarixli xx/xx-2992 nömrəli məktubundan görünür ki, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR CM-nin 120.2.5 maddəsinə əsasən 11 il 3 ay müddətə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixli Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən həbsdə saxlandığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 3 il 11 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış məhkum İddiaçı xx.xx.2022-ci il tarixdə Müalicə müəssisəsində ölmüşdür. İddia tələbi ikinci dərəcəli əlilliyin təyin edilməsindən ibarətdir. Bu münasibətlərdə hüquq varisliyə yol verilmir. İddiaçının vəfat etməsi bu kimi hərəkətlərin edilməsini mümkünsüz edir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı vəfat etdiyindən, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən işin icraatının dayandırılmasına yol verilmir və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261- 262-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “ikinci dərəcəli əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2281/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2281/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver