Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2281/2024 03.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi, həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyatyanı torpaq sahəsinin X5 adına qeydiyyatın ləğv edilməsi, həmin evin yerləşdiyi həyatyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi mərhum X2 adına qeydiyyata alınması, ev və yerləşdiyi həyatyanı torpaq sahəsi barədə onun adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən çıxarış və texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili 03 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi, həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum anası X6 17 mart 2023-cü il tarixində ölmüşdür. Ondan ünvan 1 ünvanında fərdi yaşayış evi miras qalmışdır. Anasının ölümündən sonra iddiaçı qanun üzrə vərəsə kimi Oğuz Rayon Notariat Ofisinə müraciət edərək vərəsəlik işi açdırmış, bu barədə notariat ofisindən xx.xx.2023-cü il tarixli 339 nömrəli vərəsəlik məktubu alaraq cavabdehə müraciət edərək anasının adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat, **********99-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həmin evin və yerləşdiyi həyətyanı torpaq sahəsinin texniki göstəricilərinə dair müvafiq texniki pasport almışdır. X6 qeyd edilən evi 23 iyun 2005-ci il tarixdə 243869 saylı müqavilə əsasında X8 adlı şəxsdən satın almışdır. Hazırda ünvan 2 ünvanında fərdi yaşayış evi mərhum X2 adına, evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsi isə evin əvvəlki sahibi olan X5 adına qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli ********** qeydiyyat, **********99-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və digər müvafiq sənədləri cavabdehə təqdim edərək mərhum X2 adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış ev inin yerləşdivi həyətyanı torpaq sahəsi barədə X8 adma olan qeydiyyatın ləğv edilməsini, qeyd edilən həyətyanı torpaq sahəsinin həmin torpaq sahəsindəki fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak kimi mərhum X2 adına qeydiyyata alınaraq müvafiq DƏDR-dən çıxarış hazırlanıb verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbinə imtina edilmişdir Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, X5 adına olan qeydiyyatın ləğv edilərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsinin mərhum X2 adına qeydiyyata alınması “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.
2. AZ-İİ 357913 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
3. xx.xx.2005-ci il tarixli, 243869 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X8 özünəməxsus ünvan 4 ünvanında fərdi yaşayış evini X1.
4. **********99-10301 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında fərdi yaşayış evi X2 adına qeydiyyata alınmışdır.
5. JN-1491A saylı, 40501004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunan sənədlər.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, X8 özünəməxsus ünvan 2 ünvanında fərdi yaşayış evini X1. Qeydə alınması iddia olunan torpaq sahəsində fərdi yaşayış evi yerləşir ki,həmin ev iddiaçının anası tərəfindən xx.xx.2005-ci il tarixli, 243869 nömrəli alqı-satqısı müqaviləsi əsasında əldə edilmişdir.Həmin torpaq sahəsində yerləşən ev üzərində X2 mülkiyyət hüququ qeydə alınmış, **********99-10301 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli arayış tərtib edilmişdir. Həmin çıxarışda fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüququ,torpaq sahəsi üzərində isə X8 mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarından görünür ki,JN-1491A saylı, 40501004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. X8 xx.xx.2005-ci il tarixli, 243869 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında özünəməxsus ünvan 1 ünvanında fərdi yaşayış evini X1. Məhkəmə xüsusilə qeyd edir ki, JN-1491A saylı, 40501004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə həmin fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin X7 məxsus olmasına dair hüquqmüəyyənedici sənəd olmaqla onun alqı-satqı müqaviləsi zamanı öz mülkiyyət hüququnun alıcıya ötütülməsinin əsası kimi çıxış edir.Bu baxımdan da satıcıya məxsus olmuş hüquqmüəyyənedici sənədin mövcudluğu (alqı-satqı müqaviləsindən sonra tərtib edilmiş olduğu halda belə) alıcının əldə etmiş olduğu hüququn məhdudlaşdırılmasına əsas yaratmır.Əksinə satıcının mülkiyyət və gözlənti hüququnun həmin müqavilə əsasında alıcıya ötürülməsi kimi başa düşülməlidir. Odur ki,yuxarıda qeyd olunanlara əsasən ilkin olaraq X5 adına aparılmış qeydiyyat ləğv edilməlidir. **********99-10301 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən mülkiyyət hüququnun X3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli 202 nömrəli Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə **********99-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli elektron arayışa əsasən mülkiyyət hüququ X3 məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsinə dair X5 adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə