Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-229/2021 15.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun, Məhkəmə iclası katibi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Göyçay rayon filialı) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx xxxx 2020-ci il tarixli **********5 nömrəli xidməti məruzəsinə uyğun olaraq əlillik müayinələrinin nazirliyin mərkəzi elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız edilməsi ilə əlaqədar olaraq ona xx.xx.2017-ci ildən təyin edilmiş 2-ci qrup Əlillik pensiya ödənişlərinin xx.xx.2020-ci il tarixdən dayandırılmasının qanunsuz hesab edilməsi və əlillik pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlük iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx xxxx 2020-ci il tarixli **********5 nömrəli xidməti məruzəsinə uyğun olaraq əlillik müayinələrinin nazirliyin mərkəzi elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız edilməsi ilə əlaqədar olaraq ona xx.xx.2017-ci ildən təyin edilmiş 2-ci qrup Əlillik pensiya ödənişlərinin xx.xx.2020-ci il tarixdən dayandırılmasının qanunsuz hesab edilməsi və əlillik pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında iddiaçıya iddia ərizəsində yol verilən nöqsanların aradan qaldırılaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. İddiaçı həmin tarixli məhkəmə iclasında dəqiqləşdirmə barədə ərizəni qısa müddətdə təqdim edəcəyini bildirmiş və iclas ərizə təqdim edilənədək təxirə salınmışdır. Həmçinin bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli yardım məktubu ünvanlanmış və məktubda qeyd edilmişdir ki, işə baxılarkən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən əlillik təyin olunması barədə qərarın ləğv edilməsinin xahiş edildiyi müəyyən olunmuşdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X7 şəxsin Göyçay rayon filialının xx xxxxxxx 2020-ci il tarixli **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx xxxx 2020-ci il tarixli **********5 nömrəli məktubuna əsasən İddiaçı əlilliyi Tibbi-Sosial Ekspertiza və X2 etibarsız hesab edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxs tərəfindən Göyçay rayon filialına ünvanlanan xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktuba əsasən iddiaçının əlilliyə görə əmək pensiyası xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçının nəzərinə çatdırılmışdır ki, əlillik pensiyasının bərpa edilməsi üçün ilk öncə əlilliyinin ləğv olunması barədə qərar ləğv edilməlidir. Bununla bağlı o, əlilliyin ləğv edilməsi barədə qərarı mübahisələndirməli və qərarı qəbul etmiş inzibati orqana qarşı müvafiq tələblə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Yardım məktubu xx.xx.2020-ci il tarixdə imza edilərək qəbul edilmişdir. İddiaçı tərəfindən yardım məktubuna münasibət bildirilməmişdir. Bu səbəblə iddiaçıya yenidən eyni məzmunlu xx.xx.2021-ci il tarixdə yardım məktubu ünvanlanmışdır. Məktub xx.xx.2021-ci il tarixdə imza edilərək qəbul edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olan ərizəsinə əlavə etdiyi ərizədə cavabdeh orqan qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini, üçüncü şəxs qismində Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsini qeyd edərək, “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin əlillik müayinələrinin nazirliyin mərkəzi elektron informasiya sisteminin “əlillik” altsistemində etibarsız edilməsi ilə əlaqədar olaraq ona xx.xx.2017-ci ildən təyin edilmiş 2-ci qrup əlillik pensiya ödənişlərinin xx.xx.2020-ci il tarixdən dayandırılması barədə qərarının ləğv edilməsi və əlillik pensiyasının bərpa edilərək ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəmənin dəftərxanasına xx.xx.2021-ci il tarixdə də ərizə daxil olmuşdur. Ərizəsində iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini, üçüncü şəxs qismində Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsini və DSMF publik hüquqi şəxsinin Göyçay rayon filialını qeyd edərək, “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin əlillik müayinələrinin nazirliyin mərkəzi elektron informasiya sisteminin “əlillik” altsistemində etibarsız edilməsi ilə əlaqədar olaraq ona xx.xx.2017-ci ildən təyin edilmiş 2-ci qrup əlillik pensiya ödənişlərinin xx.xx.2020-ci il tarixdən dayandırılması barədə qərarının ləğv edilməsi və əlillik pensiyasının bərpa edilərək ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və iddiaçının məhkəməyə ünvanladığı yuxarıda qeyd olunan ərizələri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ünvanlanan yardım məktublarında aradan qaldırılması təklif edilən nöqsanların iddiaçı tərəfindən məhkəməyə ünvanlanan ərizələrdə aradan qaldırılmadığını müəyyənləşdirən məhkəmə xx.xx.2021-ci il tarixə saat 11:30-a iddiaçının iddia tələbinin mümkünlük məsələsinə baxılması üçün iclas təyin etmiş və tərəflərə lazımi qaydada bildiriş göndərilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə AZ2300/********** nömrəli teleqram göndərərək, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının günün ikinci yarısına, saat 15:00-a təyin edilməsini xahiş etmişdir. Məhkəmə 11:30-da başlanan iclasında iddiaçının teleqramını nəzərə alaraq fasilə elan etmiş və iclas 15:00-da başlamışdır. Prosesdə cavabdeh orqanın nümayəndəsi iştirak etsə də, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə iddiaçının nəzərinə çatdırmışdır ki, onun əlilliyə görə pensiyasının dayandırılmasının səbəbi, onun əlilliyinin etibarsız hesab olunması olmuşdur ki, bununla bağlı da ona yardım edilərək, əlilliyin ləğv edilməsi barədə qərarı mübahisələndirməsi və qərarı qəbul etmiş inzibati orqana qarşı müvafiq tələblə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. İddiaçı məhkəmənin yardımında qeyd olunanlara əməl etməmiş, nöqsanları aradan qaldırmamış, cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini qeyd etsə də, axır nəticədə həmin orqanın qəbul etmədiyi və həmin orqana aid olmayan tələblə məhkəməyə ərizələr ilə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Göyçay rayon filialı) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx xxxx 2020-ci il tarixli **********5 nömrəli xidməti məruzəsinə uyğun olaraq əlillik müayinələrinin nazirliyin mərkəzi elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız edilməsi ilə əlaqədar olaraq ona xx.xx.2017-ci ildən təyin edilmiş 2-ci qrup Əlillik pensiya ödənişlərinin xx.xx.2020-ci il tarixdən dayandırılmasının qanunsuz hesab edilməsi və əlillik pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-229/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-229/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver