Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2298/2025 25.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən 5 fevral 2025-ci il tarixli məktubla İddiaçınə (bundan sonra – Mingəçevir ŞİH) müraciət edilərək, ŞPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 13 fevral 1990-cı il təvəllüdlü X3 təqsirləndirildiyi, lakin istintaq zamanı həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin əldə edilməsinin mümkün olmadığı bildirilmiş və Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi üçün Qəyyumluq və Himayəçilik qismində Mingəçevir Şəhər Məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. Mingəçevir ŞİH-in “doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə” müraciətinə cavab olaraq Cavabdeh 11 fevral 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notarial qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlər nəzərə alınaraq bildirilir ki, şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadığından, doğum haqqında təkrar şəhadətnamənin verilməsi imkan xaricindədir. Bundan sonra iddiaçı Mingəçevir ŞİH cavabdeh Mingəçevir rayon qeydiyyat şöbəsinə qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində aparılan müvafiq cinayət işi üzrə təqsirləndirilən şəxsin ad, soyad və ata adının müəyyənləşdirilməsi üçün ŞİH tərəfindən Cavabdehnə müraciət olunmuşdur. Cavabdehndən daxil olmuş 23 yanvar 2025-ci il tarixli məktub və ona əlavə edilmiş 305 nömrəli doğum akt qeydinin surətindən aydın olur ki, təqsirləndirilən şəxsin adı “Nihad”, ata adı “Asim”, soyadı “Ərəbov”, doğum tarixi 13 fevral 1990-cı il, doğulduğu yer Mingəçevir şəhəri kimi qeyd edilmişdir. Sorğuya cavab olaraq yalnız doğum akt qeydi olduğu göstərilmiş, şəxsiyyət vəsiqəsi almaq üçün təkrar şəhadətnamə təqdim edilməmişdir. Mingəçevir şəhərində doğulmuş X4 barəsində təkrar doğum haqqında şəhadətnamənin verilməsi şəxsiyyət vəsiqəsinin alınması üçün zəruridir. Cavabdeh iddia ilə bağlı məhkəməyə ünvanlanmış 15 may 2025-ci il tarixli məktubu ilə X3 14 fevral 1990-cı il tarixli 305 nömrəli doğum akt qeydinin surəti təqdim edilmiş və bildirilmişdir ki, həmin doğum akt qeydi ilə bağlı qeydiyyat şöbəsinə Mingəçevir Şəhər Polis Şöbəsinin sorğusu daxil olmuşdur. Sorğuya cavab olaraq qeydiyyat şöbəsi tərəfindən akt qeydinin surəti Mingəçevir ŞPŞ-yə göndərilmişdir. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notarial qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Məhkəmə işin hazırlıq icraatı üzrə iclas təyin etmiş və bu barədə tərəflərə məlumat vermişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iş materiallarına cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 bildirdi ki, iddiaçı Mingəçevir ŞİH-nin hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququ var, çünki cinayət işi üzrə təqsirləndirilən şəxsin on səkkiz yaşı tamam olmuşdur, onun şəxsiyyət vəsiqəsi yoxdur. İddia mümkün hesab olunur, bu işə məhkəmədə baxılmalıdır. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. Belə ki, İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.3-cü maddəsinə görə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri, eləcə də Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları inzibati orqan kimi müəyyən edilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə İPM-in müddəalarında (25-ci maddə) dövlət orqanları inzibati məhkəmə icraaatında proses iştirakçısı qismində nəzərdə tutulsa da, həmin Məcəllənin 2.1-ci maddəsinə və «İnzibati icraat haqqında» Qanunun 4.3-cü maddəsinə əsasən iddiaçı Mingəçevir ŞİH-lə Cavabdeh arasındakı bu mübahisəyə iki inzibati orqan arasındakı səlahiyyətlə bağlı mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında deyil, müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən baxıla bilər. Bundan başqa, məhkəmə diqqətə çəkir ki, «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, doğumu müvafiq qaydada qeydə alınmış və yetkinlik yaşına çatmış hər hansı şəxsin doğumu haqqında təkrar şəhadətnamənin alınması tələbini irəli sürməkdə hazırkı iddiaçı Mingəçevir ŞİH-nin subyektiv hüququ mövcud deyil. Yuxarıda qeyd olunanlara əsasən belə nəticə yaranır ki, hazırkı iddia üzrə inzibati mübahisəyə baxılması mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №2-1(116)-2298/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2298/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver