Məhkəmə qərarları › İş №2-1(116)-23/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-23/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-23/2022 06.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxslər X15 və X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Ağdaş şəhəri Su 18 qəsəbəsində yerləşən, hazırkı ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş Rayon Məhkəməsinin 2(014)-910/2020 saylı, 04.08.2020-ci il tarixli qətnaməsi ilə onun X15 ilə birgə nikahından anadan olmuş uşaqları 21.10.2011-ci il təvəllüdlü X9 və 14.12.2017-ci il təvəllüdlü X12 ilə birlikdə mənzilin yaşayış sahəsindən və kommunal sahələrindən istifadə hüququ tanınmış və onlarla birlikdə faktiki yaşadığı üçüncü şəxslər X15, X16, X5 yaşadıqları, orderlə üçüncü şəxs X13 məxsus olub, Ağdaş şəhəri, SU-18 qəsəbəsində yerləşən mənzilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini təqiqləşdirərək “Ağdaş şəhəri SU-18 qəsəbəsində yerləşən, hazırkı ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 06.05.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)-23/2022 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmiş, X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmiş, X16 və X5 (X6 28.02.1963) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsindən imtina edilmişdir. İddiaçı tələb hüququnu Ağdaş rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2(014)- 910/2020 nömrəli qətnaməsi ilə sözügedən yaşayış sahəsindən istifadə hüququnun tanınması və özünün faktiki olaraq həmin ünvanda yaşaması ilə əsaslandırmışdır. İddiaçı, məhkəmə iclasında iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı və onun iki azyaşlı övladlarının Ağdaş şəhəri SU-18 qəsəbəsinə X13 məxsus olan evinə qeydiyyata alınması - daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və ev sahibinin razılıq ərizəsi olduqdan sonra mümkündür. Üçüncü şəxs X15 iddia tələbinə etirazında qeyd etmişdir ki, Ağdaş rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2(014)-910/2020 nömrəli qətnaməsi ilə iddiaçıya övladları ilə birlikdə mərhum atası X13 məxsus ünvan 3 ünvanında yaşamaq hüququ verilmişdir. İddiaçı illərdir ki, orada yaşayır və onun yaşamasına heç kim maneçilik törətmir. İddiaçının əsl niyyəti həmin əmlakı ələ keçirməkdir. Qeyd olunan daşınmaz əmlak hazırda dayısı X1 mülkiyyətindədir. Buna görə də o, iddiaçının həmin ünvana qeydiyyata alınmasına razı deyil. Həmçinin hesab edir ki, iddiaçının ümumiyyətlə hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmə iclasında üçüncü şəxs X15 iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş etdi. Üçüncü şəxs X3 iddia tələbinə etirazında qeyd etmişdir ki, mərhum X10 vəfatından sonra sözügedən daşınmaz əmlaka vərəsəlik işi açılmış, vərəsəlik əsasında mərhuma məxsus daşınmaz əmlak, qızı X4 adına rəsmiləşdirilmişdir. Bundan sonra Gülnar İbrahimova tərəfindən ona bağışlanmışdır. Hazırda həmin daşınmaz əmlak onun mülkiyyətindədir. Şəxsi mülkiyyət toxunulmazdır və iddiaçının hər hansı şəkildə şəxsi mülkiyyətinə qeydiyyata düşməsinə razı deyil. Məhkəmə iclasında üçüncü şəxs X3 iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ********** qeydiyyat nömrəli, 20.10.2020-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi X10 tam xüsusi mülkiyyətində olmuşdur. - Ağdaş rayon Mənzil Təsərrüfatı İstehsal İstismar Təmir Müəssisəsinin 19.02.2021ci il tarixli 12 №-li məktubunda qeyd edilmişdir ki, X10 müraciəti əsasında sənədləşmə aparılmış, keçmiş SU-18 qəsəbəsində yerləşən kommunal mənzilin yeni ünvanı ünvan 420-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir. - Ağdaş rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2(014)-910/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X15 ilə birgə nikahlarından anadan olmuş uşaqları 21.10.2011-ci il təvəllüdlü X9 və 14.12.2017-ci il təvəllüdlü X12 ilə birlikdə cavabdehlərin yaşadıqları, cavabdeh X13 məxsus olub, Ağdaş şəhəri SU-18 qəsəbəsində yerləşən mənzilin yaşayış sahəsindən və kommunal sahələrindən istifadə hüququ tanınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.06.2021-ci il tarixli, 2(107)-292/2021 nömrəli qətnaməsindən çıxarışdan və Şəki Apellyasiya Məhkəməsinin aparatının 27.09.2021-ci il tarixli 21/1065 №-li məktubundan görünür ki, X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2(014)-910/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 02.06.2021-ci il tarixli, 2(107)-292/2021 nömrəli qətnamə 16.08.2021-ci il tarixdə qanuni qüvvəsini almış və həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. - Ağdaş rayon Qeydiyyat şöbəsinin 24.09.2021-ci il tarixli məktubundan görünür ki, X10 ölümü (12.04.2021) Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən 15.04.2021-ci il tarixli 269 №-li aktla qeydə alınmışdır. - Ağdaş rayon Notariat Ofisinin 21.10.2021-ci il tarixli 634 №-li məktubunda qeyd edilmişdir ki, 13.10.2021-ci il tarixdə ünvan 5 ünvanında yaşayan X4 ərizəsi əsasında Ağdaş rayon notariat ofisində 12.04.2021-ci il tarixdə vəfat etmiş X10 adına vərəsəlik işi açılmaqla miras əmlakı üzrə tam hissədə qızı X7 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - “AZEMİS” Elektron Məhkəmə informasiya portalından çıxarışdan görünür ki, 28.02.1963-cü il təvəllüdlü X6 20.10.2011-ci il tarixdə vəfat etmişdir. - “AZEMİS” Elektron Məhkəmə informasiya portalından çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi X1 mülkiyyətindədir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqan şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Cavabdehin imtina dəlili - daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və ev sahibinin razılıq ərizəsinin olmaması ilə bağlı olmuşdur. Məhkəmə cavabdehin hər iki dəlilini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi əvvəllər X10 mülkiyyətində olmuş, onun vəfatından sonra isə qızı X7 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Gülnar İbrahimova tərəfindən həmin mənzil özgəninkiləşdirilmiş və hazırda mübahisəli mənzilin mülkiyyətçisi X2r. Həmçinin müəyyən olunur ki, Ağdaş rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2(014)-910/2020 nömrəli qətnaməsi ilə iddiaçının sözügedən mənzildən istifadə hüququ tanınmışdır ki, mənzilin mülkiyyətçisinin dəyişməsi həmin hüququnun itirilməsinə səbəb olmur. Belə ki, Mülki Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu isə o deməkdir ki, iddiaçının həmin mənzilə münasibətdə əmlak hüquqları mövcudur və mənzilin digər şəxsin mülkiyyətinə keçməsi iddiaçının əmlak hüquqlarının xitamı kimi qiymətləndirilə bilməz. Digər tərəfdən iddiaçı həmin mənzildə faktiki olaraq yaşayır və bunu məhkəmə iclasında iştirak edən üçüncü şəxslər də təsdiq edirlər. Qanunvericiliyin tələbinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən iddiaçıların tələbdə qeyd olunan ünvanda qeydiyyatı üçün zəruri olan şərtlər: daimi və ya daha çox yaşaması şərti mövcuddur. Buna baxmayaraq iddiaçı ünvan 7 ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda istinad olunan qərarında yaşayış sahəsində faktiki yaşama və ya istifadə hüququ olmanı zəruri şərtlər olaraq müəyyən etmişdir ki, hazırkı tələbə münasibətdə hər iki şərt yerinə yetirilir. Buna görə də digər üçüncü şəxslərin, iddiaçının həmin mənzilə qeydiyyata alınmasına razılıq verib-verməməsinin və iddiaçıın adına DƏDR-dən çıxarışın olubolmamasının heç bir əhəmiyyəti qalmır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür... Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar