Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-23/2025 02.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “15 mart 2006-cı il tarixli JN-142F Kod 50508018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “15 mart 2006-cı il tarixli JN-142F Kod 50508018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-23/2025 nömrəli qərardadı ilə X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2- 1(116)-270/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “15 mart 2006-cı il tarixli JN-142F KOD 50508018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2- 1(116)-270/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-240/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2- 1(116)-270/20220-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi Vəkil kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-240/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2045/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 240/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-190/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2- 1(116)-270/2022 nömrəli qərardadı ləğv edilmiş və yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Oğuz rayonunda aqrar islahat aparılan zaman iddiaçıya və onun ailə üzvlərinə 2,04 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-163 kod 50508018 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Bundan başqa iddiaçıya məxsus evin həyətyanı torpaq sahəsinə mərhum atası Vahid Əbdürrəhimovun adına JN-142F kod 40508018 nömrəli şəhadətnamə hazırlanmışdır. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, həmin şəhadətnamə onun və ailə üzvlərinin əvəzinə qardaşı Rüstəm Əbdürrəhimov və ailə üzvlərinin adına tərtib olunmuşdur. Hazırda iddiaçının yaşadığı evin texniki pasportu və həmin evin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-142F nömrəlişəhadətnamənin əsli iddiaçıdadır. İddiaçı cavabdehə müraciət edərək JN-142F nömrəli Şəhadətnamənin ləğv edilməsini və 0.19 ha torpaq sahəsini onun adına dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, X10 və ailə üzvlərinin adına verilmiş 12 mart 1998-cı il tarixli, JN-142 F saylı Şəhadətnamənin ləğv edilməsi “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X26 9 saylı Qəbələ Ərazİ İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, torpaq sahəsinin faktiki X1 və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları olmaqla həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Faktiki istifadədə olan torpaq sahəsi 0.19 hektar təşkil edir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur. “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X26 9 saylı Qəbələ Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir.Hazırkı işə üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. JN-142F kod 40508018 nömrəli şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarı ilə 0,19 ha həyətyanı torpaq sahəsi X10, X12, X13, X3 və X5 verilmişdir.
3. JN-163 kod 40508018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarı ilə 2.04 ha həyətyanı torpaq sahəsi İddiaçı və ailə üzvlərinə verilmişdir.
4. Oğuz rayon İcra Hakimiyyəti Başçısının Xalxal İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 224 nömrəli arayışı.
5. 1921001704 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindın çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 0.133564 ha torpaq sahəsi X6 mülkiyyətindədir.
6. 1921003315 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindın çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 0.1427 ha torpaq sahəsi X2 mülkiyyətindədir.
7. 1921000348 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindın çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 0.2504 ha torpaq sahəsi X7 mülkiyyətindədir.
8. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarının surəti.
9. 1988-ci ilin oktyabr ayında tərtib olunmuş, 38 inventar nömrəli, Oğuz rayonunun Xalxal kəndində yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportdan görünür ki, həmin ev iddiaçının mülkiyyətindədir, evin yerləşdiyi faktiki torpaq sahəsi 1134,0 kv.m-dir.
10. Cavabdehin etiraz məktubuna əlavə olunmuş subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, 0,25 ha həyətyanı torpaq sahəsi X10, X13, X12, X3 və X5 verilmişdir.
11. İşin hallarının tədqiqi ilə müəyyən olunur ki, ləğv olunması tələb edilən JN- 142F nömrəli Şəhadətnamə Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı əsasında verilmişdir.
12. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2- 1(116)-270/2022 nömrəli qərardadı;
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-240/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2045/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı.
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-190/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı.
16. Oğuz rayon Xalxal İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024cü il tarixli məktubu.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6970/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsindən və iddiaçının izahatından müəyyən edilir ki,onun hüquqi marağı iki hissədən ibarətdir.
1. JN-142F Kod 50508018 nömrəli 15 mart 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi;
2. ünvan 1i ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir. Cavabdehin imtinasının əsasını müvafiq Şəhadətnamənin verilməsinin idərnin səlahiyyətində olmaması təşkil edir. Məhkəmə iddia tələbinin birinci hissəsini tam əsaslı hesab edir.Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki,oktyabr 1988-ci il tarixli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə dair JN-142F kod 40508018 nömrəli şəhadətnamə tərtib edilmiş, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarı ilə 0,19 ha həyətyanı torpaq sahəsi X10, X12, X13, X3 və X5 verilmişdir.Halbuki,araşdırma nəticəsində həmin şəxslərin istifadəsində olan 0,25 ha torpaq sahəsinə dair subyektlər siyahısında qeydiyyat aparılmışdır.Yəni,iddiaçıya məxsus olan fərdi yaşayış evi və torpaq sahəsi əslində onun və ailə üzvlərinin mülkiyyətinə verilməli olduğu halda aqrar islahatın mqəsdələrinə uyğun olmayan hazırkı mübahisələndirilən JN-142F kod 40508018 nömrəli şəhadətnamə tərtib edilmişdir. Həmin Şəhadətnamənin koordinatları ilə iddiaçının fərdi yaşayış evinin eyniliyi mütəxəssis rəyi əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6970/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, fərdi yaşayış evinin yerləşdiyi 0,1134 hektar olan torpaq sahəsinə dair Texniki pasportda məkan göstəriciləri olmadığına görə koordinantlarını müəyyən etmək mümkün deyildir. X8 adına tərtib edilmiş JN-142F KOD 40508018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,19 hektar torpaq sahəsi ünvan 1i ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Xalxal kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində kənd təsərrüfatı təyinatlı torpaqlarına aid, uqodiyası kolluqlar olan torpaq sahəsidir. X14 X17 (TEKUİS) əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası tikintialtı ərazi kimi göstərilmişdir. JN-142F KOD 40508018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0,1860 hektar olmaqla, kənarları kol çəpər və daş hasarla bərkidilmiş qapalı həyət daxilindədir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin üzərində fərdi yaşayış evi və təsərrüfat tikililəri mövcüdür. Fərdi yaşayış evinin yerləşdiyi 0,1134 hektar torpaq sahəsinə dair plan ölçü sənədi və koordinatlar olmadığına görə X8 adına tərtib edilmiş JN-142F KOD 40508018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,19 hektar torpaq sahəsi üzərində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı faktiki istifadəsində olan 0,1860 hektar torpaq sahəsi JN-142F KOD 40508018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. JN-142F KOD 40508018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi və İddiaçı faktiki istifadəsində olan 0,1860 hektar torpaq sahəsi digər subyektlərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Odur ki,yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,düzgün subyektlərə və torpaq sahəsinə münasibətdə tərtib edilməmiş JN-142F KOD 40508018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.Nəticə etibarı ilə həmin sənədin yaratmış olduğu hüquqi nəticə də aradan qalxmışdır. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edir ki, JN-142F KOD 40508018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi ilə onun yaratmış olduğu hüquqi nəticə də aradan qalxdığından 0,19 ha torpaq sahəsinə dair hüquqi əsas mövcud deyildir.Lakin,iddianı qismən əsaslı hesab edən məhkəmə vurğulayır ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə dair oktyabr 1988-ci il tarixli texniki pasporta əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1134 kv.m olaraq təsbit edilmişdir.Bu isə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə əsasən hüquqmüəyyənedici əsasdır. İddia olunan fərdi yaşayış evi və torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əsası kimi iki hüquqmüəyyənedici sənəd vardır :
1. Oğuz RİHB-in Xalxal KİƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı 1983-cü ildə inşa edilmiş fərdi yaşayış evi vardır.
2. 1988-ci il oktyabr tarixli İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə dair texniki pasport; İş materiallarında olan sənədlərə əsasən yuxarıda qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,12 ha dan ibarətdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, düzgün subyektlərə və torpaq sahəsinə münasibətdə tərtib edilməmiş JN-142F KOD 40508018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi, Oğuz rayon Xalxal kəndində yerləşən 1983-cü ildə inşa edilmiş fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi üzərində İddiaçı öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. JN-142F saylı KOD 40508018 Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi, Oğuz rayon Xalxal kəndində yerləşən 1983-cü ildə inşa edilmiş fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.