Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-230/2023 18.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “2007-ci ildən istifadəsində olan çoxillik əkmə fındıq bağına xx.xx.2020-ci il tarixində verilmiş **********88 reyestr nömrəli ********** nömrəli çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “2007-ci ildən istifadəsində olan çoxillik əkmə fındıq bağına xx.xx.2020-ci il tarixində verilmiş **********88 reyestr nömrəli ********** nömrəli çıxarışın ləğvi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-230/2023 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçı, ləğvi tələb edilən çıxarışda qeyd edilmiş torpaq sahəsini 2007-ci ildən istifadə etdiyini və çoxillik fındıq kolları əkdiyini bildirir. Mübahisələndirilən xx.xx.2020ci il tarixində verilmiş **********88 reyestr nömrəli çıxarışdan görünür ki, Qax rayonu Marsan kəndində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X4 və X1 ümumibirgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tərəfindən mübahisələndirilən çıxarışın iddiaçının subyektiv hüquqlarına müdaxilə edib-etməməsinin və potensial təsirinin olub-olmamasının müəyyən edilməsi məqsədilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə sorğu verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə mütəxəssis rəyi təqdim edilmişdir. Təqdim edilmiş rəydən görünür ki, JN-218 nömrəli Dövlət Aktında qeyd edilmiş 2.72 ha torpaq sahələri TEKUİS məlumatlarında 0.74 ha göstərilmişdir. İddiaçı adına tərtib edilmiş A015680 №-li plan-ölçü sənədində qeyd edilmiş 13000 kv.m torpaq sahəsinin TEKUİS məlumatlarında X5 və ailə üzvlərinin adına tərtib edilmiş JN-218 nömrəli Dövlət Aktında qeyd edilmiş 2.72 ha torpaq sahəsinin yerləşmə vəziyyəti ilə üst-üstə düşməsi yoxdur. Nəzərə alınmalıdır ki, iddiaçının adına tərtib edilmiş ilkin plan-ölçü sənədi A015680 №-li sənəd olmuş və həmin sənədin tərtib edilməsinə əsas Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-sının xx.xx.2007-ci il tarixli, 2166/2007 nömrəli qətnaməsi olmuşdur. Həmin plan ölçü sənədində qeyd edilmiş 13000 kv.m torpaq sahəsi və xx.xx.2007-ci il tarixdə adınıza tərtib edilmiş, **********02-04301 reyestr nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1.3 ha torpaq sahəsi üst-üstə düşür. Hazırda sözügedən 1.30 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid, uqodiyası çoxillik əkmələr olmaqla iddiaçının istifadəsindədir, heç bir subyektin torpaq sahəsi ilə üst-üstə düşmür və Seriya MH ******* №-li çıxarışa əsasən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. Mübahisələndirilən, ********** qeydiyyat nömrəli **********88 reyestr nömrəli çıxarışda qeyd edilən 0.23 ha torpaq sahəsindən faktiki olaraq iddiaçı istifadə etsə də, həmin torpaq sahəsi, iddiaçının adına ilkin olaraq tərtib edilmiş A015680 №-li plan-ölçü sənədində qeyd edilmiş 13000 kv.m torpaq sahəsi ilə və xx.xx.2007-ci il tarixdə iddiaçının adına tərtib edilmiş **********02-04301 reyestr nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1.30 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Yəni, iddiaçı faktiki olaraq A015680 №-li və **********02-04301 reyestr nömrəli planölçü sənədində qeyd edilməyən və özünə aid olmayan digər subyektin mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə həmin torpaq sahəsindən qanunsuz istifadə edir. İddiaçıya izah edilmişdir ki, ləğvini tələb etdiyi ********** qeydiyyat nömrəli **********88 reyestr nömrəli çıxarışda qeyd edilən 0.23 ha torpaq sahəsi X5 və ailə üzvlərinin adına tərtib edilmiş JN-218 nömrəli Dövlət aktında göstərilən 1.94 ha torpaq sahəsinin cizgilərinin daxilində yerləşir. Göründüyü kimi mübahisələndirilən, ********** qeydiyyat nömrəli **********88 reyestr nömrəli çıxarışda mülkiyyətçi olaraq qeyd edilmiş X4 JN-218 nömrəli Dövlət Aktında qeyd edilən mülkiyyətçilərdən biridir və ona məxsus torpaq sahəsi ilkin sənəddə - JN-218 nömrəli Dövlət Aktında - qeyd edilmiş torpaq sahəsinin cizgiləri daxilindədir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisləndirilən ********** qeydiyyat nömrəli **********88 reyestr nömrəli çıxarışda qeyd edilmiş 0.23 ha torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti olmadığından, sözügedən çıxarışın ləğv edilməsi ilə bağlı tələb irəli sürmək üçün iddiaçının subyektiv hüququ yoxdur. İddiaçının həmin torpaq sahəsini əsassız olaraq zəbt etməsi və faktiki sahibliyi həyata keçirməsi torpaq sahəsinə dair tərtib edilmiş hüquqmüəyyənedici sənədləri mübahisələndirmək üçün subyektiv hüququn yaranmasına səbəb olmur. Bunun üçün iddia olunan torpaq sahəsinə iddiaçının aidiyyəti, hüquqi bağlılığı (yəni, faktiki istifadənin qanuni olması) da sübuta yetirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən çıxarışda qeyd edilmiş 0.23 ha torpaq sahəsini üzərində X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması iddiaçının hər hansı hüququna toxunmur. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. İddiaçının dinlənilmə hüququnun təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi diqqətinə çatdırılmış, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün 10 gün müddət təyin edilmişdir. İddiaçı, yardım məktubunu xx.xx.2023-cü il tarixdə qəbul etməsinə baxmayaraq, ötən müddət ərzində məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən aşağıdakı normalara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinin birinci cümləsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “2007-ci ildən istifadəsində olan çoxillik əkmə fındıq bağına xx.xx.2020-ci il tarixində verilmiş **********88 reyestr nömrəli ********** nömrəli çıxarışın ləğvi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-230/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-230/2023
18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver