Məhkəmə qərarları › İş №2-1(116)-2305/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2305/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2305/2022 09.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdehlər X2 və ARƏM üzrə DƏDRX 9 saylı ərazi idarəsinə qarşı "AR Əmlak məsələləri üzrə DƏDRX Qəbələ ərazi idarəsinə mənzil hüququnun tanınması öhdəliyinin qoyulması və cavabdeh X1 İsmayıllı şəhəri Nizami küçəsi bina 1 mənzil 12-dən çıxarılması, onun qeyri-qanuni yaşayış yerinə xitam verilməsi" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X2 və ARƏM üzrə DƏDRX 9 saylı ərazi idarəsinə qarşı "AR Əmlak məsələləri üzrə DƏDRX Qəbələ ərazi idarəsinə mənzil hüququnun tanınması öhdəliyinin qoyulması və cavabdeh X1 İsmayıllı şəhəri Nizami küçəsi bina 1 mənzil 12-dən çıxarılması, onun qeyri-qanuni yaşayış yerinə xitam verilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 3.1-ci bəndində deyilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Göründüyü kimi, cavabdeh X1 İsmayıllı şəhəri Nizami küçəsi bina 1 mənzil 12-dən çıxarılması, onun qeyri-qanuni yaşayış yerinə xitam verilməsi barədə İddiaçı tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Ona görə də hazırkı iddianın həmin hissəsi mümkün sayılmamalıdır. İddiaçı həmin tələblə İsmayıllı Rayon Məhkəməsinə müraciət edə bilər. İddianın digər hissəsi ilə əlaqədar isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Lakin müəyyən edildi ki, hazırkı iddia ərizəsində cavabdeh kimi göstərilmiş "ARƏM üzrə DƏDRX 9 saylı ərazi idarəsi" adlı orqan mövcud deyil. Əgər İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsini nəzərdə tutmuşdursa, iddia ərizəsində həmin orqanın adını və ünvanını düzgün yazmalıdır. Bundan başqa, həmin orqana qarşı İddiaçı tələbi "AR Əmlak məsələləri üzrə DƏDRX Qəbələ ərazi idarəsinə mənzil hüququmun tanınması öhdəliyi qoyulsun" kimi anlaşılmaz şəkildə ifadə edilmişdir. İddiaçı həmin tələbini dəqiqləşdirərək aydın şəkildə ifadə etməlidir. İddiaçı iddia ərizəsinin təsviri hissəsində İsmayıllı şəhəri Nizami küçəsi bina 1 mənzil 12-nin ona ayrıldığını, lakin sonradan X1 həmin mənzili özgəniləşdirdiyini bildirmişdir. Əvvəla, Azərbaycan dilində "özgəniləşdirmək" sözü mövcud olmadığına görə İddiaçı bu sözlə "özəlləşdirmək", yaxud "özgəninkiləşdirmək" sözünü nəzərdə tutması aydın olmur. Hər bir halda, mənzil özəlləşdirilmişdirsə, yaxud özgəninkiləşdirilmişdirsə, İddiaçı ilk növbədə həmin hərəkətlərə dair sənədlərin ləğvinə nail olmalıdır. Yalnız bundan sonra mənzilə öz hüquqlarının qeydiyyata alınmasını tələb edə bilər. Göstərilən tələb öhdəliyin icrası haqqında iddialara aid olduğuna görə onun mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etdiyini və bu müraciətin müsbət nəticə vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının inzibati orqana etdiyi müraciətdə və iddia ərizəsində olan tələblər eyni olmalıdır. Əks təqdirdə, iddianın şərh olunan hissəsi də mümkün sayıla bilməz. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə həmin çatışmazlıqlar İddiaçı diqqətinə çatdırılmış, onların aradan qaldırılması, bu təkliflə razılaşmadığı halda isə, fikrini yazılı şəkildə məhkəməyə bildirməsi üçün 20 gün müddət təyin edilmiş, lakin təyin olunmuş müddətdə və ondan sonra ötən günlərdə iddiaçı məhkəmənin təklifinə yazılı münasibət bildirməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X2 və ARƏM üzrə DƏDRX 9 saylı ərazi idarəsinə qarşı "AR Əmlak məsələləri üzrə DƏDRX Qəbələ ərazi idarəsinə mənzil hüququnun tanınması öhdəliyinin qoyulması və cavabdeh X1 İsmayıllı şəhəri Nizami küçəsi bina 1 mənzil 12-dən çıxarılması, onun qeyri-qanuni yaşayış yerinə xitam verilməsi" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar