Məhkəmə qərarları › İş №2-1(116)-231/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-231/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-231/2023 03.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Hüquqmüəyyənedici sənədlər olan 15 may 1970-ci ildə qeydə alınmış 830 saylı Torpaq Qeydi (Zemelnaya Zapis) və iyul 1973-cü ildə tərtib edilmiş 2166 saylı Texniki Pasport əsasında ünvan 1 ünvanında yerləşən faktiki olaraq 1200,0 kv.m olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində vahid əmlak kimi dövlət qeydiyyatına alınaraq atası X1 adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı Hüquqmüəyyənedici sənədlər olan 15 may 1970-ci ildə qeydə alınmış 830 saylı Torpaq Qeydi (Zemelnaya Zapis) və iyul 1973-cü ildə tərtib edilmiş 2166 saylı Texniki Pasport əsasında ünvan 1 ünvanında yerləşən faktiki olaraq 1200,0 kv.m olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində vahid əmlak kimi dövlət qeydiyyatına alınaraq atası X1 adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-231/2023 nömrəli qərardadı ilə Ağdaş Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir İşin qısa məzmunu ondan ibarətdir ki, 15 may 1970-ci il tarixli 830 saylı Torpaq Qeydinə əsasən May 1969-cu il tarixli 422/m-65u saylı qərarla Ağdaş şəhəri M.İsayev küçəsi 5/3 ünvanında yerləşən tikinti altı sahəsi 137.7 kv.m həyətyanı torpaq sahəsi X8 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və onun adına 15 may 1970-ci il tarixdə Torpaq Qeydi yazılmışdır. Bundan əlavə həmin torpaq sahəsində tikilmiş evə dair iyul 1973-cü ildə tərtib edilmiş 2166 saylı Texniki Pasportda evin tikintialtı sahəsinin 139,6 kvm, həyətyanı sahəsinin 1674 1 kv m olduğu qeyd edilmiş, həmin evin yerləşdiyi torpaq sahəsinin 1831 7 kv.m (43 2 x 42 40) olduğu Texniki Pasport tərtib edilərkən evın və həyətyanı torpağın sxematik planında göstərilmişdir. Xaleddin Salehov iddiaçının atasıdır. O, xx.xx.2003-cü ildə anası X9 isə xx.xx.2006-cı ilde vəfat etmişlər. Hazırda həmin fərdi yaşayış evinin yerləşdiyi və Texniki Pasportda 1831.7 kv.m olaraq gösterilən torpaq sahəsinin yerində faktiki olaraq 1200,0 kv.m torpaq sahəsi olmaqla mənim ve ailəmin istifadəsində və sahibliyimdədir. Lakin həmin torpaq sahəsinə şahadətnamə verilərkən torpaq sahəsinin ölçüsünün 0,06 ha olaraq yazıldığı notariat orqanında miras işlərini həyata keçirərkən məlum olmuşdur. İddiaçı torpaq sahəsi və üzərində inşa etdirdiyi fərdi yaşayış evinə çıxarış verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 07 iyul 2022-ci il tarixli **********14 saylı məktubla ilkin müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olur ki, ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına istinad edərək bildiririk ki, həyətdaxili torpaq sahəsinə Ağdas rayon Aqar islahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarı ilə 0.06 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Eyni zamanda bildiririk ki, iddia tələbi Azərbaycan Respublikasının İnzibati prosessual Mecəlləsinə əsasən mümkünsüzdür. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 2006cı il tarixdən iddiaçıya təqdim olunmuşdur. Həmin tarixdən mübahisələndirməyə dair müddət axımı hesablanmaqdadır. Belə olan halda iddia tələbinin rədd olunması üçün kifayət qədər sübut vardır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək üçüncü şəxsin iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan : - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 19,01,2023-cü il tarixli məktubuna əlavə edilmiş 2005-ci il tarixli Ağdaş rayonu Ağdaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiqlənmiş surətindən görünür ki, X6, X9, X11, X3, X10 və X4 adları qeyd edilmişdir. - JN-1579A seriyalı kod ********* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə X6 və onun ailə üzvlərinə 0.06 ha torpaq sahəsi verilmişdir. - xx.xx.2003-cü il tarixli “Ölüm haqqında” Şəhadətnamədən görünür ki, X6 xx.xx.2003-cü il tarixində vəfat etmişdir. - xx.xx.2006-cı il tarixli “Ölüm haqqında” Şəhadətnamədən görünür ki, X9 xx.xx.2006-cı il tarixində vəfat etmişdir. - ИЕ seriyalı 278004 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X9 arasında xx.xx.1956-ci il tarixdə nikah bağlanmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-2191/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Xaladdin oğlunun naturada gösteriyi torpaq sahasi X2 adına verilmiş JN-1579 kodlu şəhadətnamədə göstərilən 0.06 ha ve 2166 inventar nömrəli texniki pasportda göstərilən 1200 kv.m torpaq sahəsi ilə üst üste düşür. X2 adına verilmiş JN-1579A kodlu şəhadətnamədə gösterilən 0.06 ha torpaq sahasi 2166 inventar nömrəli texniki pasportda göstərilən 1200.0 kv.m torpaq sahəsi ila əhatə olunur. İddia olunan torpaq sahəsinin (naturada istifadə olunan, JN-1579A kodlu şahadətnaməyə əsasən verilən və Texniki pasportda göstərilən torpaq sahəsi) sahəsi 0.1305 ha, təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. Sözügedən 0.1305 ha torpaq sahəsinin 0.06 ha hissəsinin mülkiyətçisi X7 (JN-1579A şahadətnaməyə əsasən), 0.0705 hissəsinin mülkiyyətçisi Ağdaş rayonu, Ağdaş bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək ərazi İdarəsinin səlahiyyətina aid deyil. İddiaçının naturada göstərdiyi va iddia etdiyi torpaq sahəsinin döngə nöqtalari, koordinatları va yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahasi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7ci hissəsi yeni redaksiyada verilmişdir: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. Qeyd olunanlara əsasən iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən faktiki olaraq 1200,0 kv.m olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində X1, 15 may 1970-ci ildə qeydə alınmış 830 saylı Torpaq Qeydi (Zemelnaya Zapis) və iyul 1973-cü ildə tərtib edilmiş 2166 saylı Texniki Pasporta əsasən verilmiş 1200,0 kv.m olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin X1 mülkiyyət hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (arayışın) verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi və fərdi yaşayış evinin üzərində mərhum X1 mülkiyyət hüququnun qeydiyyata alınaraq elektron arayışın (çıxarışın) verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar