Məhkəmə qərarları › İş №2-1(116)-2314/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2314/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2314/2023 25.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şin bələdiyyəsinin mülkiyyətinə Şəki rayonu, Şin kəndi ərazisindən verilmiş 0,12 və 0,12 hektar həyətyanı torpaq sahələrinə dair 26 aprel 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli və 26 aprel 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli çıxarışlar üzrə koordinatların dəyişdirilərək faktiki olaraq həyətyanı torpaq sahələri ilə üst-üstə düşən koordinatlarla əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şin bələdiyyəsinin mülkiyyətinə Şəki rayonu, Şin kəndi ərazisindən verilmiş 0,12 və 0,12 hektar həyətyanı torpaq sahələrinə dair 26 aprel 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli və 26 aprel 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli çıxarışlar üzrə koordinatların dəyişdirilərək faktiki olaraq həyətyanı torpaq sahələri ilə üst-üstə düşən koordinatlarla əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 26 aprel 2014-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışa əsasən Şin Bələdiyyəsinin mülkiyyətinə Şəki rayonu, Şin kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 26 aprel 2014-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli çıxarışa əsasən Şin Bələdiyyəsinin mülkiyyətinə Şəki rayonu, Şin kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şin Bələdiyyəsi mülkiyyətində olan həmin torpaq sahələri ilə bağlı müəyyən alqısatqı əməliyyatları etmək istədikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi idarəsi müvafiq çıxarışlarda göstərilən həmin torpaq sahələrinin koordinantlarının faktiki olaraq örüş torpaq sahələri ilə üst- üstə düşdüyünü bildirərək tələbimizdən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Şin bələdiyyəsinin sədri Nümayəndə 12 iyun 2023-cü il tarixdə ərizə ilə (daxilolma №-si 3-21-3-39/1-2018/2023) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Şin bələdiyyəsinə məxsus hər birinin sahəsi 0,12 ha olan iki ədəd torpaq sahəsinə verilmiş **********39 və **********40 reyestr nömrəli çıxarışlarda göstərilmiş koordinatların dəyişdirilməsini xahiş etmişdir. Lakin, ərizəyə baxılması zamanı Şəki rayonu, Şin kəndində yerləşən 2 ədəd 0,12 ha torpaq sahəsinə verilmiş **********39 və **********40 reyestr nömrəli çıxarışlarda qeyd olunan məlumatlarla ərazi idarəsinin arxiv materiallarında sözügedən torpaq sahələrinə aid alt sənədlərdə göstərilən koordinatların uyğunluq təşkil etdiyi müəyyən olunduğu üçün həmin torpaq sahələrinin xx.xx.2014-cü il tarixdə tərtib edilmiş kadastr xəritəsindən çıxarışlar üzrə koordinatlarının dəyişdirilərək digər koordinatlarla əvəz edilməsi mümkün olmadığından ərizəçiyə 19 iyun 2023-cü il tarixli 3-21-3-39/2-2020/2023 №-li imtina məktubu verilmişdir. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* və RX ******* seriya və nömrəli çıxarışlarda Şin bələdiyyəsinin mülkiyyət hüququnun rəsmiləşdirilməsinə əsas olmuş hər birinin sahəsi 0,12 ha olan torpaq sahələri ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən tərtib edilərək X4 kitabında xx.xx.2014-cü il tarixdə 2545 və 2546 nömrələri ilə uçota alınmış A 478431 və A 478430 seriya və nömrəli torpaq sahəsinin plan və ölçü sənədlərində göstərilən əsas döngə nöqtələrinin koordinatları ilə həmin torpaq sahələrinə xx.xx.2014-cü il tarixdə tərtib edilmiş daşınmaz əmlakın kadastr xəritəsindən çıxarışlardakı koordinatlar eyni olmaqla TEKUİS məlumatlarına əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, ərazisi Şin kəndi, mülkiyyəti bələdiyyədir. xx.xx.2014-cü il qeydiyyat tarixli, **********, ********** qeydiyyat nömrəli, **********39, **********40 reyestr nömrəli, RX 0372235, RX ******* seriya və nömrəli Çıxarışların verilməsinə əsas olmuş İddiaçı 16 iyul 2013-cü il tarixli 07 saylı iclas qərarı, DTXK-nin Şəki rayon şöbəsinin müdiri və Şəki şəhər İH-nin Tikinti və memarlıq şöbəsinin müdiri - baş memar tərəfindən təsdiq edilmiş torpaq sahəsi yerləşən ərazinin sxematik planları, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən tərtib edilmiş A 478431 və A 478430 seriya və nömrəli torpaq sahəsinin plan və ölçü sənədlərində göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olduğundan daşınmaz əmlakın kadastr xəritəsindən çıxarışlarda düzəliş edilməsi məqsədəmüvafiq olmamaqla bərabər daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. xx.xx.2023-cü il tarixli, 2-1(116)-2314/2023 nömrəli sərəncamda cavabdeh orqan qarşısında qoyulmuş suallara cavab olaraq bildiririk ki, ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd edilmiş 0,12 ha həyətyanı torpaq sahələri iddiaçının ilkin olaraq mülkiyyət hüququnun qeydiyyata alınması üçün müraciət etdiyi torpaq sahələrinə aiddir. Koordinatlarının dəyişdirilməsi nəzərdə tutulan həyətyanı torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ********** və ********** qeydiyyat nömrəli çıxarışlar verilənədək və bundan sonra 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Şin bələdiyyəsinin mülkiyyətinə verilmiş hər birinin sahəsi 0,12 ha olan iki ədəd həyətyanı torpaq sahələrinə dair xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli və xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli Çıxarışlar üzrə koordinatların dəyişdirilərək faktiki olaraq həyətyanı torpaq sahələri ilə üst-üstə düşən koordinatlarla əvəz edilməsi qanunamüvafiq hesab olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Şin kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində Şəki bələdiyyəsinin mülkiyyət hüququ qeydə alınmış, kateqoriyası-yaşayış məntəqələrinin torpaqlar, məqsədli istifadə növü-həyətyanı qeyd edilmişdir. - xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Şin kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində Şəki bələdiyyəsinin mülkiyyət hüququ qeydə alınmış, kateqoriyası-yaşayış məntəqələrinin torpaqlar, məqsədli istifadə növü-həyətyanı qeyd edilmişdir. - İddiaçı xx.xx.2013-cü il tarixli ümumi yığıncağının 07 saylı protokolun qərar hissəsindən çıxarışdan görünür ki, ayrılması nəzərdə tutulan ayrı-ayrılıqda (0,12 ha, 0,12 ha, 0,12 ha) 0,36 ha həyətyanı torpaq sahəsinin hərraca çıxarılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması qərarı alınmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Şin bələdiyyəsinin mülkiyyətinə Şəki rayonu, Şin kəndi ərazisindən verilmiş 0,12 və 0,12 hektar həyətyanı torpaq sahələrinə dair 26 aprel 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli və 26 aprel 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli çıxarışlar üzrə koordinatların dəyişdirilməsinə nail olmaqdır. Belə ki, iddiaçı bildirir ki, cavabdeh orqan sözügedən torpaq sahələrinin faktiki olaraq örüş torpaq sahələri ilə üst-üstə düşdüyünü bildirir. Buna görə də, iddiaçı, hazırkı tələblə müraciət edərək həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərin koordinatlarını dəyişdirərək faktiki olaraq həyətyanı torpaq sahələri ilə üst-üstə düşən koordinatlarla əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə tərəfindən ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd edilmiş 0,12 ha həyətyanı torpaq sahələrinin, iddiaçının ilkin olaraq mülkiyyət hüququnun qeydiyyata alınması üçün müraciət etdiyi torpaq sahələrinə aid olub-olmaması və koordinatlarının dəyişdirilməsi nəzərdə tutulan həyətyanı torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ********** və ********** qeydiyyat nömrəli çıxarışlar verilənədək və bundan sonra müraciət edilibedilməməsi yoxlanılmışdır. Müəyyən edilmişdir ki, ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd edilmiş 0,12 ha həyətyanı torpaq sahələri iddiaçının ilkin olaraq mülkiyyət hüququnun qeydiyyata alınması üçün müraciət etdiyi torpaq sahələrinə aiddir. Koordinatlarının dəyişdirilməsi nəzərdə tutulan həyətyanı torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ********** və ********** qeydiyyat nömrəli çıxarışlar verilənədək və bundan sonra 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilməmişdir. Göründüyü kimi cavabdeh orqan iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müraciət etdiyi torpaq sahələrinin koordinatlarına münasibətdə çıxarışlar tərtib etmiş və həyata keçirdiyi fəaliyyətdə səhvə yol verməmişdir. Sözügedən torpaq sahələrinin “faktiki olaraq örüş torpaq sahələri ilə üst-üstə düşməsi” ilə iddiaçının bildirdiklərinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqan məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazda mübahisələndirilən çıxarışlarda qeyd edilmiş torpaq sahəsinin xüsusiyyətlərinə aydınlıq gətirərək qeyd etmişdir ki, sözügedən çıxarışlarda Şin bələdiyyəsinin mülkiyyət hüququnun rəsmiləşdirilməsinə əsas olmuş hər birinin sahəsi 0,12 ha olan torpaq sahələri ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən tərtib edilərək X4 kitabında xx.xx.2014-cü il tarixdə 2545 və 2546 nömrələri ilə uçota alınmış A 478431 və A 478430 seriya və nömrəli torpaq sahəsinin plan və ölçü sənədlərində göstərilən əsas döngə nöqtələrinin koordinatları ilə həmin torpaq sahələrinə xx.xx.2014-cü il tarixdə tərtib edilmiş daşınmaz əmlakın kadastr xəritəsindən çıxarışlardakı koordinatlar eynidir. TEKUİS məlumatlarına əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, ərazisi Şin kəndi, mülkiyyəti bələdiyyədir. Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərdə tutulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarında olan, koordinatlarının dəyişdirilməsi tələb edilən hər iki çıxarışda torpaq sahələrinin kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növühəyətyanı qeyd edilmişdir. Göründüyü kimi koordinatlarının dəyişdirilməsi tələb edilən hər iki çıxarışda torpaq sahələrinin örüş torpaq sahələrinə aid olmaması aşkar görünür və həmin çıxarışlar iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdiyi torpaq sahələrinə münasibətdə düzgün tərtib edilmişdir. Buna görə də məhkəmə hesba edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şin bələdiyyəsinin mülkiyyətinə Şəki rayonu, Şin kəndi ərazisindən verilmiş 0,12 və 0,12 hektar həyətyanı torpaq sahələrinə dair 26 aprel 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli və 26 aprel 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli çıxarışlar üzrə koordinatların dəyişdirilərək faktiki olaraq həyətyanı torpaq sahələri ilə üst-üstə düşən koordinatlarla əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar