Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2315/2025 02.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: ünvan N) cavabdeh – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Parlament prospekti N) qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» iddia tələbi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı N75-ci il təvəllüdlüdür, NN-cü ilin may ayında Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Həmin ərəfədən başlayaraq Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə, o cümlədən N saylı hərbi hissədə (baş atıcı vəzifəsində) xidmət keçmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı döyüşlərlə müvafiq dövrdə iştirak etdiyini əsas gətirərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı hazırkı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən həmin məsələnin həllindən imtina olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasını mübahisələndirməklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini belə əsaslandırır ki, 6 may NN-cü il tarixdə Oğuz RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Həmin tarixdən 9 iyul NN-cü il tarixədək Salyan rayonunun Çuxanlı kəndində N saylı hərbi hissədə xidmət keçmişdir. N iyul NN-cü il tarixdən N avqust NN-cü il tarixədək Goran poliqonunda hərbi təlimdə olmuş, N avqust NN-cü il tarixdən 25 noyabr NN-cü il tarixədək Füzuli rayonunda N saylı hərbi hissədə, N noyabr NN-cü il tarixdən N yanvar N4-cü il tarixədək Pirəküşküldə N saylı hərbi hissədə xidmət etmişdir. N yanvar N4-cü il tarixdə həmin rayonun Alxanlı kəndinə aparılmışdır. N0 fevral N4-cü il tarixdən 2N dekabr N4-cü il tarixədək Kəlbəcər rayonunda N saylı hərbi hissədə xidmətdə olmuş, atəşkəs elan olunanadək hərbi xidmət keçdiyi döyüşən hərbi hissələrin tərkibində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən alınmış cavab məktubunda onun barəsində 2 avqust NN-cü il tarixdən sonrakı dövrdə heç bir məlumatın olmadığı qeyd edilmişdir. İddiaçının ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə müraciətinin müsbət həllindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunmuşdur. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin NN yanvar 2024-cü il tarixli arayışına əsasən İddiaçı 2 avqust NN-cü il tarixdən sonrakı hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığından, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Müharibə veteranı adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, xidmət dövründə hərbi hissəni özbaşına tərk etməməsi, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə “qeyd” hissə əlavə edilmişdir. Ona əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərinə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N7-ci il tarixli N8N-İQR nömrəli qərarının 9-cu bəndinə əsasən “. . . Qərarın qüvvəyə minənədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmalıdır.”. Həmin qərarda göstərilmişdir ki, törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı və onun vəkili gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.N-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N5.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in N8.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan N0 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 4.N-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Cavabdeh inzibati orqanın imtina barədə məktubunun tarixi N5 yanvar 2025-ci il tarixə, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün poçt xidmətinə verilməsi isə N6 fevral 2025-ci il tarixə təsadüf etdiyindən, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə məcburetmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.N.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Oğuz rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri ünvan N ünvanıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.N.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun NN.N-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun NN.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Veteranlar haqqında» Qanunun N-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş AR CM-in 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 nömrəli 22 sentyabr N5-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin Nci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və XN Xidməti, X2 Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 20 may 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin N may NN-cü il tarixli N nömrəli əmrində hərbi hissəyə gəlmiş hesab edilərək hissənin siyahısına salınmış, bütün növ təminatlardan istifadə hüququ verilmiş və xidmət etmək üçün 2-ci motoatıcı batalyona göndərilmiş çağırışçıların siyahısında X4 adı yazılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul NN-cü il tarixli N27 nömrəli əmrində Goran təlim mərkəzinə yola düşmüş hesab edilərək hərbi hissənin siyahısından çıxarılan N-ci motoatıcı batalyonun əsgərlərinin siyahısında N75-ci il təvəllüdlü XNnun adı yazılmışdır. N nömrəli hərbi hissə komandirinin N avqust NN-cü il tarixli N nömrəli əmrində (əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən bağlanmamışdır) Cəbhə Komandirinin 2 avqust NN-cü il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, XNnun hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq “baş atıcı” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N avqust – NN avqust NN-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin NN-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyat kitablarında Saleh (Salehov) Zaur Qüdrət oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin 2N yanvar N4-cü il tarixli N8 nömrəli əmrində bütün növ təminatlardan çıxarılaraq xidmətlərini davam etdirmək üçün N72 nömrəli hərbi hissənin sərəncamına göndərilən N-cü motoatıcı taborun əsgərlərinin siyahısında Oğuz RHK-nın çağırışçısı, N75-ci il təvəllüdlü X5 adı qeyd olunmuşdur. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi X6 N72 nömrəli hərbi hissə komandirinin 2N yanvar N4-cü il tarixli N nömrəli əmri ilə 2N yanvar N4-cü il tarixdən N-cü motoatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq sanitar atıcı vəzifəsinə təyin edilmişdir. XN hərbi hissəni özbaşına tərk etdiyinə görə N72 nömrəli hərbi hissə komandirinin N5 mart N4-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyat sənədləri RHK-ya göndərilmişdir. N72 nömrəli hərbi hissə komandirinin N6 mart – NN yanvar N4-cü il tarixli nizami hissə üzrə əmrlərində Saleh (Salehov) Zaur Qüdrət oğlunun xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun Oğuz Rayon Hərbi Komissarlığına ünvanlanmış 22 may 2004-cü il tarixli N7/84-C-0N nömrəli məktubunda qeyd olunmuşdur ki, N saylı hərbi hissənin sabiq əsgəri X4 barəsində toplanmış materiallar üzrə Azərbaycan Respublikası CPM-in 40-2.N-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, İddiaçıovun hərbi qeydiyyatının aparılması məsələsi həll edilməsi üçün qərarın surəti Sizə göndərilir (qərar əlavə edilir). İddiaçıova bildirilir ki, qəbul edilmiş qərardan razı olmadığı halda, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ vardır. Göründüyü kimi, müvafiq arxiv materiallarında hazırkı İddiaçı NN – N4-cü illərdə Müdafiə Nazirliyinin tabeliyindəki müvafiq hərbi hissələrdə, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə xidməti ilə bağlı xüsusatları qismən təsdiqləyən sübutlar mövcud olsa da, Silahlı Qüvvələrdən qanuni əsaslarla tərxis olunması ilə bağlı əmr və ya arxiv arayışı aşkar olunmur, əksinə hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat mövcuddur. Lakin nəzərə alınmalıdır ki, mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq təsdiqedici sənədlər əsasında hərbi qulluqçulara “müharibə veteranı” adının verilməsini onların döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, o cümlədən qanuni əsaslarla tərxis olunması ilə şərtləndirir. Belə olan halda məhkəmənin qənaətinə görə müvafiq arxiv materiallarında İddiaçı NN – N4-cü illərdə döyüş əməliyyatları aparılan zonalarda xidmət keçməsinə dair sənədlər aşkar olunsa da, onun xidmətdən qanuni əsaslarla tərxis olunması, habelə əlil olmasını (müvafiq əlillik dərəcəsinin verilməsi) təsdiqləyən hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə tərəflərin dəlil və sübutlarına mövcud qanunvericiliyin tələbləri baxımından qiymət verərək cavabdehin imtinası ilə razılaşır və iddiaçının dəlillərini əsassız sayır. İPM-in 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq, İPM-in N4, 69, 7N, 8N.N, 85.N-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən N0 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, NN8) şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №2-1(116)-2315/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2315/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver