Məhkəmə qərarları › İş №2-1(116)-232/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-232/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-232/2022 26.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Bayan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mərhum əri X6 mülkiyyət hüququnun qeydiyyata alınaraq adına Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayon Bayan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mərhum əri X6 mülkiyyət hüququnun qeydiyyata alınaraq adına Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 13.12.2021-ci il tarixli, 2-1(116)-1338/2021 nömrəli qərardadı ilə X12, 18.03.2022-ci il tarixli, 2-1(116)-232/2022 nömrəli qərardadı ilə X13, X17 və X15 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmiş, Məhkəmənin 26.04.2021-ci il tarixli, 2-1(116)-232/2022 qərardadı ilə yuxarıda adları qeyd edilən şəxslərin inzibati məhkəmə icraatında iştirakı adi cəlbetmədən zəruri cəlbetməyə dəyişdirilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Vartaşen XDS İK-nin 25.11.1988-ci il tarixli 12 №-li iclas protokoluna əsasən Bayan kənd sakini X9 5 №-li Tütünçülük sovxozunun 21.04.1983-cü il tarixli 59 №-li əmri ilə verilmiş 0.12 ha torpaq sahəsi ayrılmış, ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə vəziyyətini müəyyən etməyə imkan verən hər hansı sənəd (sxem, planı, təhkim aktı və s.) əlavə edilməmiş, eyni zamanda qərarın məzmununda da bu barədə hər hansı qeyd aparılmamışdır. X2 1990-cı ildə vəfat etmişdir. Eyni zamanda torpaq islahatı aparılan zaman iddiaçıya (oğlu ilə birlikdə) Oğuz rayon bayan kəndində 0.12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı Vartaşen XDS İK-nin 25.11.1988-ci il tarixli 12 №-li qərarına istinad etməklə 0.12 ha torpaq sahəsi üzərində mərhum ərinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, ərizəsinə 15.04.2015-ci il tarixli Oğuz rayon RİHB-nın Bayan İƏD-si üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş aktı əlavə etmiş, iddia olunan torpaq sahəsinin faktiki istifadəsində olduğunu, lakin indiyədək həmin torpaq sahəsinə sənəd ala bilməməsini qeyd etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia tələbinə münasibətində qeyd etmişdir ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, qeyd olunan 0.12 ha torpaq sahəsinin 0.081 hahissəsi JN-43B saylı İddiaçı adına verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 0.029 ha hissəsi isə JN-164 M saylı X3 adına verilmiş kənd təsərüfatı təyinatlı torpaq sahəsinin üzərinə düşür. Mübahisəli torpaq sahəsi faktiki olaraq 0.12 hektardır. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqdır. İddiaçı Oğuz şəhərində yerləşən 0.12 ha Oğuz şəhər XDS İK-nin 25.11.1988-ci il tarixli 12 saylı qərarına əsasən ayrılmış 0.12 ha torpaq sahəsinə JN-268 A saylı şəhadətnamə hazırlanmışdır. Buna görə də müraciətin icrası mümkün olmamışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə qeyd olunanlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs iddia tələbinə etirazda qeyd etmişdir ki, mərhum əri 09.07.2017-ci il tarixdə vəfat etmişdir. Ərindən qalan miras əmlakı özü qəbul etmişdir. Hazırda JN:0164 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən 164 M nömrəli sahəsi 0.11 hektar torpaq sahəsi iddiaçının istifadəsindədir. Buna səbəb isə onların öz aralarında razılaşaraq (torpaq sahələri qonşu olduğu üçün, 0,11 hektar olan torpaq sahəsində bağ saldığı üçün) 15 aprel 2015-ci il tarixdə müvafiq akt tərtib edərək torpaq sahələrinin dəyişdirilməsi olmuşdur. Belə ki, özünə məxsus Dövlət Aktında qonşu sərhədləri kimi 43 В ilə qeyd edilmiş iddiaçının adı vardır. Akt tərtib edilərkən iddiaçının mülkiyyət sənədi ilə maraqlanmamışdır. Hazırda məlum olur ki, onun həmin torpaq sahəsinə dair heç mülkiyyət sənədi belə yoxdur. O və ailə üzvləri, özlərinə məxsus olan JN:0164 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən, 164 M nömrəli, sahəsi 0.11 ha torpaq sahəsi ilə iddiaçıya məxsus sandığı (43 В kimi qeyd edilmiş) 0,083 hektar torpaq sahəsini o halda dəyişdirilməsinə razı olardı ki, faktiki istifadə etdiyi, iddiaçıya məxsus sandığı (43 В kimi qeyd edilmiş) 0,083 hektar torpaq sahəsinə münasibətdə torpağa dair hüquqmüəyyənedici sənədləri eldə etmiş olsun. JN:0164 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən 1,60 hektar torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı qanuni sənəddir. Həmin torpaq sahəsinə dair (dövlət aktı ilə bizə məxsus olan) iddiaçının adına mülkiyyət sənədinin hazırlanması onlara məxsus dövlət aktının ləğv olunması ilə nəticələnə bilər. Buna görə də o, üçüncü şəxsin vərəsəsi kimi, iddia tələbini əsassız hesab edir. Ancaq iddiaçıya faktiki özünün istifadə etdiyi 0,08 ha sənəd üzrə istifadə etmədiyi yerə dair torpaq sahəsinə dair mülkiyyət sənədi veriləcəyi təqdirdə etirazı yoxdur. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət sənədi alarsa o və ailə üzvləri, müvafiq notariat kontorunda torpaq sahələrinin dəyişdirilməsi barədə məhkəmədən kənar aralarında razılaşma əldə edə bilərlər. Əks halda o, iddianı qəbul etmədiyini bildirərək məhkəmədən qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - kod 40501028, JN-268A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli 65 saylı qərarı əsasında 0.12 ha torpaq sahəsi Oğuz rayon Bayan kənd sakini İddiaçı mülkiyyətinə verilmişdir. - kod 40501028, JN-0043 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli 65 saylı qərarı əsasında 0.80 ha torpaq sahəsi Oğuz rayon Bayan kənd sakini İddiaçı və X7 mülkiyyətinə verilmişdir. - Oğuz rayon Dövlət Arxivinin 03.06.2013-cü il tarixli 227 №-li məktubundan görünür ki, Vartaşen XDS İK-nin 25.11.1988-ci il tarixli 12 №-li iclas protokoluna əsasən Bayan kənd sakini X9 5 №-li Tütünçülük sovxozunun 21.04.1983-cü il tarixli 59 №-li əmri ilə verilmiş 0.12 ha torpaq sahəsi təsdiq edilmişdir. - Oğuz rayon Dövlət Arxivinin 09.08.2012-ci il tarixli 251 №-li arayışından görünür ki, Vartaşen rayon bayan kolxozunun 1992-ci il tarixli 01 №-li qaytanlanmış torpaq kitabında Ramazanov Rəhmanın 0.10 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. - 04.04.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, X4 vərəsəsi həyat yoldaşı X10r. - kod 40501028, JN-164 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli 65 saylı qərarı əsasında 1.60 ha torpaq sahəsi Oğuz rayon Bayan kənd sakini X3 mülkiyyətinə (3 nəfər ailə üzvü ilə birlikdə) kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmişdir. - cavabdehin 14.01.2022-ci l tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-268A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,12 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası həyətyanıdır. JN-268A nömrəli şəhadətnamədə göstərilən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birgə, vahid daşınmaz əmlak obyekti kimi 19.12.2019-cu il tarixli, **********83-10301 reyestr nömrəli çıxarışla iddiaçının adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. iddia olunan faktiki istifadə edilən 0,1124 ha torpaq sahəsinin 0.0834 ha torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair JN-0043 (KOD ********* saylı Dövlət Aktı əsasında İddiaçı və X7 xüsusi mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsidir, yerdə qalan 0,029 ha torpaq sahəsi isə JN 164 saylı Dövlət Aktı ilə başqa vətəndaşın mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. İddia olunan (faktiki istifadə edilən) torpaq sahəsi müvafiq şəhadətnamədə qey olunan 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin torpaq sahələri digər torpaq sahəsindən 36 metr məsafə fərqi ilə başqa ərazidə yerləşir, İddia olunan torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası çoxillik əkmələr, mülkiyyət növü xüsusidir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşlar. Lakin, iddia əsassızdır. İddia ərizəsində tələb “X2nun 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” şəklində ifadə edilsə də iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə iddiaçının məhkəməyə müraciət etməkdə hüquqi marağı Oğuz rayon Bayan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum əri X9 məxsus olması barədə arayışın cavabdeh tərəfindən ona verilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İşdə olan cavabdehin 19.05.2021-ci il tarixli imtina məktubundan da görünür ki, iddiaçının tələbi 0.12 ha torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olmuşdur. İddiaçı, Vartaşen XDS İK-nin 25.11.1988-ci il tarixli 12 №-li iclas protokoluna əsasən Bayan kənd sakini X9 0.12 ha torpaq sahəsinin verildiyini iddia edir. İş materiallarında olan müvafiq qərarla X2na 5 №-li Tütünçülük sovxozunun 21.04.1983-cü il tarixli 59 №-li əmri ilə verilmiş 0.12 ha torpaq sahəsinin təsdiq edilməsi müəyyən olunsa da, həmin torpaq sahəsinin yerləşdiyi yerlə bağlı hər hansı sənəd (sxem, plan, cizgi, ayrıc aktı və s.) mövcud deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin sxematik planı torpaq sahəsinin yerini müəyyən etmək üçün zəruri olan və qanunvericiliklə hüquqların qeydiyyatı barədə ərizəyə əlavə edilməli sənəddir ki, iddiaçı torpaq sahəsinin təhkim aktını, torpaq sahəsinin sxemini və ya torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən və torpaq sahəsini ona təhkim edən səlahiyyətli orqanın təsdiqlədiyi hər hansı sənədi nə cavabdehə, nə də ki məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının uzun müddət torpaq sahəsindən faktiki istifadə etməsini bildirməsi, ona verilmiş torpaq sahəsinin məhz həmin torpaq sahəsi olmasını iddia etmək üçün əsas vermir. Bunun üçün ən azı torpaq sahəsinin ölçülərinin əks olunduğu müvafiq yerquruluşu sənədləri də mövcud olmalı idi ki, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı da belə sənədlər aşkar edilməmişdir. İddia olunan torpaq sahəsinin yerləşmə sxemi mövcud olmadığından və təqdim edilmiş Vartaşen XDS İK-nin 25.11.1988-ci il tarixli 12 №-li qərarında torpaq sahəsinin koordinatları, coğrafi yerləşmə vəziyyəti barədə hər hansı məlumat olmadığından hansı torpaq sahəsi üzərində (yaxud nəyə görə məhz iddiaçının faktiki istifadə etdiyi həmin torpaq sahəsi üzərində) mülkiyyət hüququnun iddiaçının mərhum ərinə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən iddiaçının 15.04.2015-ci il tarixli aktın surətini iddia ərizəsinə əlavə edilməsi onu göstərir ki, iddiaçının mərhum ərinin mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi əslində özünə məxsus torpaqla mərhum X5 məxsus torpaq sahəsinin dəyişdirilməsindən sonra faktiki istifadəsinə keçmiş torpaq sahəsidir. Bu fakt üçüncü şəxs X8 24.02.2022-ci il tarixdə məhkəmə təqdim etdiyi ərizə və müvafiq aktla təsdiq olunur. Belə ki, üçüncü şəxs bildirir ki, 15.04.2015-ci il tarixli akt əsasında 0.11 ha torpaq sahəsinin iddiaçıya məxsus olduğunu hesab etdiyinə görə həmin vaxt dəyişdirilməsinə etiraz etməmişdir. Məhkəmə izah edir ki, iş materiallarına əlavə edilmiş, 15.04.2015-ci il tarixli Oğuz rayon RİHB-nın Bayan İƏD-si üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş həmin aktın heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçının Oğuz şəhər XDS İK-nin 25.11.1988-ci il tarixli 12 saylı qərarına istinad etməklə torpaq sahəsinin mərhum ərinin adına sənədləşdirilməsi tələbi əsassız olduğu kimi, Oğuz rayon RİHB-nın Bayan İƏD-si üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş, həmin qanunsuz akta əsasən də dəyişdirildiyini hesab etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum əri Rəhman Ramazanova məxsusluğunu iddia etməsi tamamilə əsassızdır. İş materiallarında olan mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-0164 nömrəli Dövlət Aktı ilə üst-üstə düşməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı öz mülkiyyətində olan torpaq sahəsi üzərində mərhum ərinin mülkiyyət hüququnun olmasını yox, dəyişdirildiyini hesab etdiyi torpaq sahəsi üzərində, həmin torpaq sahəsinin Oğuz şəhər XDS İK-nin 25.11.1988-ci il tarixli 12 saylı qərarı ilə (ayrıldığı yer bəlli olmayan) ayrıldığını iddia etməklə torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum ərinə məxsus olması ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılmasında maraqlıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hər bir halda iddiaçının mərhum ərinə ayrılmış torpaq sahəsinin yeri bəlli olmadığından, cavabdehin müraciətin təmin edilməsindən imtinasının əsasları qanuni olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.2 və 8.0.3-cü maddəsinin tələblərinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı, qanunvericiliklə müəyyən edilmiş digər sənədlər və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Bayan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mərhum əri X6 mülkiyyət hüququnun qeydiyyata alınaraq adına Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar