Məhkəmə qərarları › İş №2-1(116)-232/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-232/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-232/2024 22.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı X2 (mərhum İddiaçı prossesual hüquqi varisi) cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “Şəki şəhəri, Bağbanlar küçəsi, ev 49A, mənzil 12 (yeni qaydalarla: ünvan 1 ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxslər X6, X3, X4, X5 və X1 iddiaçının mülkiyyətində olan Şəki şəhəri, Bağbanlar küçəsi, ev 49A, mənzil 12 (yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. “AZEMİS” Elektron Məhkəmə informasiya portalından çıxarışdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-232/2024 saylı qərardadı ilə İddiaçı prosessual hüquq varisi X6 ilə əvəz edil Məhkəməyə İddiaçı hüquqi varisi - qızı X6 tərəfindən xx.xx.2024-ci il tarixdə ərizə daxil olmuşdur. Ərizədə mərhumun hüquqi varisi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Hazırkı iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddiaçının hüquqi varislərinin ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçının hüquqi varisi öz aktiv hərəkətləri ilə, iradələrinə uyğun olaraq təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmək istəyir. Yəni, iddiaçının hüquqi varisi hazırkı iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçının hüquqi varislərinə izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı hüquqi varisi X2 “iddia ərizəsinin geri götürülməsi barədə” ərizəsi icraata qəbul edilir. 2-1(116)-232/2024 saylı inzibati iş üzrə (mərhum İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “Şəki şəhəri, Bağbanlar küçəsi, ev 49A, mənzil 12 (yeni qaydalarla: ünvan 1 ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair) iddia ərizəsi geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar