Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2323/2023 07.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “İstehsalat qəzası nəticəsində aldığı xəsarətə görə aylıq müavinətin ödənilməsi öhdəliyinin (ödənilməmiş müddətlər daxil edilməklə) cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “İstehsalat qəzası nəticəsində aldığı xəsarətə görə aylıq müavinətin ödənilməsi öhdəliyinin (ödənilməmiş müddətlər daxil edilməklə) cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı 1961-1964-cü illər arası Ağcabədi rayonu Ü.Hacıbəyov adına kolxozda 4 il kolxozçu işləmişdir. 1967-ci ildə ailə həyatı qurmuş və Yevlax şəhərində yaşamağa başlamışdır. 1978-ci ildə Yevlax "X8" fabrikinə işə qəbul edilmişdir. 21 avqust 1980-cı il tarixində gecə saat 03 radələrində istehsalat qəzasına düşmüşdür. 3 ay ərzində, gecə və gündüz (evə gəlməməklə) xəstəxanada stasionar qaydada müalicə almışdır, daha sonra isə 2 ay, yalnız həftə içi qalmaqla stasionar müalicə almışdır. Xəstəxanadan çıxdıqdan sonra işləməmiş və ikinci qrup əlil kimi 120 manat pul vəsaiti almışdır. Əlavə olaraq 90 manat pul vəsaiti almışdır və həmin məbləğ istehsalat qəzası nəticəsində xəsarət aldığı üçün verilmişdir. 1996-cı ilədək 90 (doxsan) manat pul vəsaitini almışdır. 1996-cı ildən 2019-cu ilədək istehsalat qəzası nəticəsində aldığı məbləğ endirilərək 55 (əlli beş) manat almışdır. 2019-cu ilin sentyabr ayından sonra istehsalat qəzası nəticəsində aldığı xəsarətə görə ona heç bir məbləğ verilməmişdir. Bununla bağlı müraciətləri isə nəticəsiz qalmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1980-ci il tarixdə Yevlax “X8" Fabrikində işlədiyi dövrdə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində sol qolunu itirdiyini, xx.xx.1981-ci il tarixdən ona İİ qrup əlillik dərəcəsinin təyin edildiyini, həmçinin istehsalat qəzası nəticəsində aldığı xəsarətə görə ona 1996-cı ilədək 90 manat, 1996-cı ildən 2019cu ilin sentyabr ayınadək 55 manat məbləğində vəsait ödənildiyini qeyd etmişdir. İddiaçı qeyd olunanlara əsaslanaraq ona istehsalat qəzası ilə əlaqədar 2019-cu ilin sentyabr ayınadək aldığı müavinətin bərpa edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı istehsalat qəzası nəticəsində aldığı xəsarətə görə aylıq müavinətin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş, lakin ona həmin müavinətin ödənilməsindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-24834/2023 nömrəli məktubla imtina edilmişdir. İmtinanın əsasları kimi İddiaçı işlədiyi Yevlax "X8” Fabrikinin özəlləşdirilməsi basa çatdığı üçün iddiaçıya aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmadığı bildirilmişdir. İddiaçı cavabdehin imtina məktubu ilə razılaşmayaraq iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydatan"nın 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əmək haqqı məbləğində aylıq müavinət verilir. “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 2.18-ci yarımbəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya birdəfəlik müavinətin təyin edilməsi üçün istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və ya peşə xəstəliyinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y.Axundov adına X1 İnstitutunun arayışı, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarının surəti, aylıq ödəncin hansı tarixədək ödənilməsini təsdiq edən sənəd təqdim olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.1-ci, 5.2-ci və 5.3- cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi basa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin X6 Sisteminin “Əlillik” Alt bölməsində qevd edilən məlumatlara əsasən xx.xx.1949-cu il təvəllüdlü iddiaçı G.Allahverdivevava (FİN xxxxxxx) xx.xx.1981-ci il tarixdən əmək zədəsi üzrə İİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmiş, hazırki dövr üzrə iddiaçıya əlilliyə görə 327.21 manat məbləğində əmək pensiyası ödənilir. Həmçinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sosial Ödənişlər Alt Sistemində qeyd edilən məlumatlara və G.Allahverdivevamn müavinət işinə əsasən iddiaçı G.Allahverdivevava Dövlət Sosial X4 rayon şöbəsi tərəfindən “sağlamlığı pozulmuş işçisinə (peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə)” müavinət növü üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək (xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək 50 manat məbləğində, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 55 manat məbləğində olmaqla) özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət ödənilmişdir. Bildiririk ki. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli **********19 nömrəli məktubuna əsasən “Azəryun” İctimai Birliyinin (Yevlax “X8” Fabriki) özəlləşdirilməsi xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Qeyd edilənlərdən aydın olur ki, İddiaçıva "Azəryun” İctimai Birliyinin (X7 Emalı Fabriki) özəlləşdirilməsi basa çatan tarixədək sözügedən müavinət ödənildiyindən hazırda iddiaçının tələbi üzrə istehsalat qəzası nəticəsində aldığı xəsarətə görə aylıq müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxanda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il **********19 nömrəli məktubunda Azərbaycan Respublikası Prezidentinin “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuç işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında” 804 nömrəli xx.xx.2008-ci il tarixli Fərmanına uyğun olaraq müraciətdə qeyd edilən dövlət müəssisələrinin özəlləşdirmə vəziyyəti və idarəetməyə verilən dövlət müəssisələri ilə bağlı məlumatlar təqdim edilmiş, 24 sıra nömrəsinin qarşısında “Azəryun” İB (X7 emalı fabriki)-nin xx.xx.2019-cu ildən özəlləşdirilməsi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçı, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.1-ci, 5.2-ci və 5.3- cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi basa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. İş materiallarından görünür ki, iddiaçı, xx.xx.1980-ci il tarixdə Yevlax “X8" Fabrikində işlədiyi dövrdə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində sol qolunu itirmiş, ona xx.xx.1981-ci il tarixdən əmək zədəsi üzrə İİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. İddiaçıya xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək (xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək 50 manat məbləğində, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 55 manat məbləğində olmaqla) özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət ödənilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli **********19 nömrəli məktubuna əsasən “Azəryun” İctimai Birliyinin (Yevlax “X8” Fabriki) özəlləşdirilməsi xx.xx.2019-cu il tarixdə başa çatması müəyyən edildiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə cavabdehin yalnız özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət ödəmək öhdəliyi mövcud olmuş və cavabdeh Azəryun” İctimai Birliyinin (Yevlax “X8” Fabriki) özəlləşdirilməsi başa çatanadək üzərinə düşən öhdəliyi icra etmişdir. Hazırda sözügedən müəssisənin özəlləşdirilməsi başa çatdığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “İstehsalat qəzası nəticəsində aldığı xəsarətə görə aylıq müavinətin ödənilməsi öhdəliyinin (ödənilməmiş müddətlər daxil edilməklə) cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.