Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2329/2024 17.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 41 nömrəli və xx.xx.2015-ci il tarixli, 59/359 nömrəli Sərəncamlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə mümkünlük iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0714 (Kod ********) nömrəli Dövlət Aktına əsasən mərhum həyat yoldaşı X1 mülkiyyətində olan Qəbələ şəhəri, H.Əliyev (keçmiş İ.B.Qutqaşenli) küçəsində yerləşən, ticarət obyekti tikmək təyinatlı 0,21 ha torpaq sahəsinə dair Cavabdeh Başçısının xx.xx.2015-ci İl tarixli 41 nömrəli və Cavabdeh Başçısının 59/359 nömrəli xx.xx.2015-ci il tarixli Sərəncamlarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - "Torpağa Mülkiyyət Hüququna Dair" JN 0714 (Kod ********) nömrəli Dövlət Aktına əsasən Qəbələ şəhəri, H.Əliyev (keçmiş İ.B.Qutqaşenli) küçəsində yerləşən, ticarət obyekti tikmək təyinatlı 0,21 ha torpaq sahəsi mərhum həyat yoldaşı X1 mülkiyyətindədir. Həyat yoldaşı Müsabir Gülməmmədov 30 mart 2019-cu il tarixdə vəfat etdiyindən, müraciətlərinə əsasən, onun mirası üzrə Qəbələ Regional "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisində 16.01,2020-ci il tarixdə vərəsəlik işi açılmış və İddiaçı mərhum həyat yoldaşı Müsabir Gülməmmədovun vərəsəsi müəyyən edilmişdir. Mərhum həyat yoldaşı Müsabir Gülməmmədovdan miras qalmış, Qəbələ şəhəri, H.Əliyev (keçmiş İ.B.Qutqaşenli) küçəsində yerləşən 0,21 ha torpaq sahəsi üzərində öz vərəsəlik hüququnu rəsmiləşdirilib, adına "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"-nin verilməsi üçün, sözügedən torpaq sahəsi üzərində məhdudiyyət və yüklülük haqqında dövlət reyestrindən arayışın ona verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin həmin idarənin 8 aprel 2023-cü il tarixli məktubu ilə ona imtina cavabı verilmiş və bildirilmişdir ki, “təqdim etdiyi dövlət aktında qeyd olunan torpaq sahəsi üzərində başqa mülkiyyətçiyə məxsus qeyri-yaşayış binası mövcuddur. Torpaq sahəsi üzərində mübahisə var”. Həmin məsələ ilə bağlı, iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ona məlum olmuşdur ki, Torpağa Mülkiyyət Hüququna Dair JN 0714 (Kod ********) nömrəli Dövlət Aktına əsasən mərhum həyat yoldaşı X1 mülkiyyətində olan, Qəbələ şəhəri H.Əliyev (keçmiş İ.B.Qutqaşenli) küçəsində (faktiki 0,4170 hektar torpaq sahəsinin sərhədləri daxilində) yerləşən, 0,21 ha-dan ibarət, ticarət obyekti tikmək təyinatlı torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 41 nömrəli sərəncamı ilə X5 aid torpaq sahəsi kimi, 100 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi üçün 0,29 ha torpaq sahəsi Cavabdeh istifadəsinə verilmiş, daha sonra Cavabdeh 59/359 nömrəli xx.xx.2015-ci il tarixli sərəncamı ilə Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 41 nömrəli sərəncamına qismən dəyişiklik edilərək, Qəbələ şəhəri H.Əliyev küçəsində yerləşən 0,4125 ha torpaq sahəsi X5 aid torpaq sahəsi kimi, icarə müqaviləsi əsasında 100 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmçinin, həmin iş üzrə alınmış sənədlərdən DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinin "xxxx" MMC-yə ünvanladığı imtina məktubundan o da məlum olmuşdur ki, "xxxx" MMC ,Qəbələ şəhəri H.Əliyev küçəsində yerləşən həmin, 0,41 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin torpaq sahəsinin bir hissəsi (0,21 ha) mərhum həyat yoldaşı X1 adına tərtib edilmiş JN-714 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə üst-üstə düşdüyünündən "xxxx" MMC-nin müraciəti təmin olunmamışdır. Cavabdeh Başçısının yuxarıda qeyd edilən sərəncamları qüvvədə olması səbəbindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə onun DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iddia tələbi mümkün sayılmamışdır ki, həmin sərəncamlarla onun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə qorunan hüquq və mənafeləri kəskin pozulduğundan Cavabdeh Başçısının xx.xx.2015ci il tarixli 41 nömrəli və Cavabdeh Başçısının 59/359 nömrəli xx.xx.2015-ci il tarixli Sərəncamlarının ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə rəsmi ərizə ilə Cavabdehnə müraciət etsə də, hal-hazıra qədər cavabdeh tərəfindən həmin ərizəyə hər hansı bir cavab da verilməmişdir. Hesab edir ki, “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0714 (Kod ********) nömrəli Dövlət Aktına əsasən mərhum həyat yoldaşı Müsabir Gülməmmədovdan miras qalmış, Qəbələ şəhəri, H.Əliyev (keçmiş İ.B.Qutqaşenli) küçəsində yerləşən 0,21 ha torpaq sahəsinə dair onun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə qorunan hüquq və mənafeləri Qəblə Rayon İcra Hakimiyyəti Başçısının yuxarıda qeyd edilən sərəncamları ilə kəskin pozulduğundan həmin Sərəncamların ləğv edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Həmin miras əmlak, Qəbələ şəhəri, H.Əliyev (keçmiş İ.B.Qutqaşenli) küçəsində yerləşən 0,21 ha torpaq sahəsinə görə mərhum həyat yoldaşı Müsabir Gülməmmədov tərəfindən "Kapital Bank” vasitəsilə Qəbələ rayon Qəbələ bələdiyyəsinin hesabına 4.200 000 manat məbləğində pul vəsaiti ödənilmiş və onun adına “Torpaqların Alqı-Satqısına dair xx.xx.2005-ci il tarixli AKf, Qəbələ RİH Başçısının 18 mart 2005-ci il tarixli, 34 saylı sərəncamı ilə təyin edilmiş komissiyanın 31.08. 2005-ci il tarixli, “Tikinti altına X3 Barədə AKT”ı, “Ticarət və xidmət obyektinin tikintisi üçün seçilmiş sahənin sxematik planı, Qəbələ Bələdiyyə fonduna aid ərazidən Ticarət obyekti tikmək üçün Alqı-satqı əsasında ayrılmış torpaq sahəsinin planı”, həmçinin, Qəbələ RİH Başçısının “Tikintiyə icazə verilməsi barədə 09 sentyabr 2005-ci il tarixli, 190 saylı Sərəncamından çıxarış da verilmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, ilkin iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İşin hallarından göründüyü kimi iddiaçı, Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 41 nömrəli və xx.xx.2015-ci il tarixli, 59/359 nömrəli Sərəncamlarını mübahisələndirir və onların ləğv edilməsini xahiş edir. Cavabdehin xx.xx.2015-ci il tarixli, 41 nömrəli Sərəncamı ilə X5 aid torpaq sahəsi kimi, 100 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi üçün 0,29 ha torpaq sahəsi Cavabdeh istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdehin xx.xx.2015-ci il tarixli, 59/359 nömrəli Sərəncamı ilə Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 41 nömrəli sərəncamına qismən dəyişiklik edilərək, Qəbələ şəhəri H.Əliyev küçəsində yerləşən 0,4125 ha torpaq sahəsinin X5 aid torpaq sahəsi kimi, icarə müqaviləsi əsasında 100 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Daha sonra həmin torpaq sahəsində uşaq bağçası məqsədilə istifadə olunan qeyriyaşayış sahəsi inşa edilmişdir. X4 30 mart 2019-cu il tarixdə vəfat edənədək ona məxsus torpaq sahəsində aparılmış inşaat işlərini mübahisələndirməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi bunu onunla əsaslandırmışdır ki, mərhum atası rayonda inzibati vəzifə tutduğundan və onun özü də, "xxxx" MMC ilə əlaqəli olan bankda işlədiyindən tikinti işlərinin aparılması ilə bağlı mübahisə yaratmamışlar. Sonradan mərhum atası vəfat etdikdən, özü isə işdən çıxdıqdan sonra hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin sərəncamlarının mübahisələndirilməsi ilə bağlı iddia tələbi “mübahisələndirmə haqqında” iddia növünə aiddir. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. X4 özünə məxsus torpaq sahəsində müvafiq tikinti işləri aparılarkən o, "xxxx" MMCnin hərəkətlərini mübahisələndirməmişdir. İddiaçı, sözügedən sərəncamlardan məlumatsız olduğunu və məhkəmə proseslərinin gedişatı bildirsə də, X4 özünə məxsus torpaq sahəsinin hüquqi taleyi ilə bağlı tərtib edilmiş sənədlərdən və həmin sənədlərin tərtib edilməsinə əsas olmuş digər sənədlərin məzmunundan mübahisəli daşınmaz əmlakda aktiv tikinti işləri aparıldığına görə məlumatlı olmalı, qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etməli idi. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının mərhum atası həmin sərəncamı sağlığında mübahisələndirmək imkanını itirdiyindən, iddiaçının həmin sərəncamdan nə vaxt məlumatlı olmasının artıq iş üzrə heç bir əhəmiyyəti yoxdur və iddiaçıya münasibətdə də həmin sərəncamın mübahisələndirilməsi imkanı itirilmiş sayılır. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-nin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi İPM-nin 24.4-cü maddəsinin tələblərinə ziddir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmiş, iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 41 nömrəli və xx.xx.2015-ci il tarixli, 59/359 nömrəli Sərəncamlarının ləğv edilməsi” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2329/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2329/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver