Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-233/2021 31.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X3 nümayəndəsi Qanuni nümayəndə, üçüncü şəxsin vəkili Vəkil2, üçüncü şəxs Yevlax rayonu Aran bələdiyyəsinin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X17, Yevlax rayonu Aran bələdiyyəsi) “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən 21.08.2019-cu il tarixində verilmiş ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, Yevlax rayonu Aran qəsəbəsində yerləşən X3 icarəsinə verilmiş 13 ha icarə torpaq sahəsinin, o cümlədən 21.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli Yevlax rayonu Aran qəsəbəsində yerləşən X10 icarəsinə verilmiş 37 ha icarə torpaq sahəsinin plan-ölçüsü sxemində düzəliş edilməsi və icarə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən 21.08.2019-cu il tarixində verilmiş ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, Yevlax rayonu Aran qəsəbəsində yerləşən X3 icarəsinə verilmiş 13 ha icarə torpaq sahəsinin, o cümlədən 21.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli Yevlax rayonu Aran qəsəbəsində yerləşən X10 icarəsinə verilmiş 37 ha icarə torpaq sahəsinin plan-ölçüsü sxemində düzəliş edilməsi və icarə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 15.09.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəli şəxsləri tərəfindən üçüncü şəxsin icarəsində olan torpaq sahəsi sürüşdürülərək iddiaçının mülkiyyətinə adi olan torpaq sahəsinin üzərinə yerləşdirilmişdir. Bütün bunları aidiyyatı dövlət qurumu etmişdir. Bütün bu prosseslər Aran Bələdiyyəsinə aid olan torpaq sənədlərində baş vermişdir. DƏDRX-nin ******* saylı çıxarışı ilə 37,0 ha, ******* saylı çıxarışı ilə 13.0 ha torpaq sahəsi X4 icarəsinə verilmiş, onun vəfatından sonra 21.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə X5 adına icarəyə verilmişdir. Bu torpaq sahəsi 2002-2017-ci ilədək icarəyə verilərkən torpaq sahəsinin sxem və kartası ilə həmin torpaq sahəsinin yeri müəyyən edilmişdir. X21 qərarı əsasında həmin ərazi icarə əsasında müəyyən edilmişdir. Sonradan 17 saylı Ərazi İdarəsi tərəfindən həmin icarə torpaq sahəsi 2017-ci il tarixində süni qaydada icarə torpağı mövcud sənədlərin ziddinə gedilərək sürüşdürülüb. Bu da müəssisənin rəhbəri X19 Cəfərovun yerliliyi sayəsində həyata keçirilib. Nəticədə bu sürüşdürülmüş torpaq sahəsi iddiaçının pay və icarə torpağının üzərinə düşmüşdür. İddiaçı bu səbəblə həmin torpaq sahələrinə dair plan-ölçü sənədlərində düzəliş edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti cavabsız saxlanılmışdır. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı 15.01.2021-ci il tarixli məktubda qeyd edilir ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 50 ha (13 ha və 37 ha) torpaq sahəsi Aran Bələdiyyəsinin 03.01.2002-ci il tarixli 03 nömrəli qərarı və 06.01.2002-ci il tarixli, 02 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi əsasında X14 30 il müddətinə icarəyə verilmişdir. 2 konturdan ibarət olan 13 ha və 37 ha iorpaq sahələri üzərində icarə hüququ Yevlax rayon Aran Bələdiyyəsinin mülkiyyətində olmaqla X11 adına ********** və ********** qeydiyyat nömrələri ilə dövlət reyestrində qeydə alınaraq müvafiq “Çıxarışlar” və “Torpaq sahəsinin planı və ölçüsü” texniki sənədləri verilmişdir. Hüquqlar qeydə alınarkən heç bir hüquq pozuntusu olmamışdır. Belə ki, Yevlax rayonu, Aran bələdiyyəsinin ərazisində İncə çayının şərq tərəfində yerləşən torpaq sahələri Aran bələdiyyəsi və DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən imza və möhürlə təsdiqlənmiş yerquruluşu planı və Torpaq sahəsinin planı və ölçüsünə əsasən texniki sənədlər tərtib olunmuşdur. İdarənin mütəxəssisi tərəfindən təkrarən yerində müayinə baxışı aparılarkən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları texniki sənədlərdə, həmçinin DT və XKnin Yevlax rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş döngə nöqtələrinin koordinatları ilə eynidir. Yevlax rayon Aran Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi tələbi ilə 2018-ci il tarixində Yevlax rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 16.11.2018-ci il tarixli, qətnaməsinə əsasən tələb təmin edilsə də, qətnamə Şəki Apellyasiya Məhkəməsinin 28.01.2019-cu il tarixli, 2(107)-454/2019 nömrəli qətnaməsi ilə ləğv edilərək yeni qətnamə çıxarılmış və Yevlax rayon Aran Bələdiyyəsinin iddia tələbi təmin edilməmişdir. Yevlax rayon Aran Bələdiyyəsi yenidən Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verməsinə baxmayaraq, onun şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin 28.01.2019-cu il tarixli, 2(107)-454/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Odur ki, idddiaçı İddiaçı torpaq sahəsinin plan-ölçü sxemində düzəliş edilməsi tələbi əsassızdır. İş üzrə üçüncü şəxs X17 iddia tələbinə dair etiraz olaraq məhkəməyə ünvanladığı 25.04.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı hazırkı iddia tələbi qanunsuz, əsassız və ədalətsiz olmaqla yanaşı, tam cəfəngiyyatdır. Onun ailəsi sadə, zəhmətkeş, imkansız və Ermənistan Respublikasından qaçqın düşmüş bir ailədir. 2002-ci ildə anası X11 icarəsinə verilmiş torpaq sahəsi, anası X20 28 may 2011-ci il tarixdə vəfat etdikdən sonra, icarə müqaviləsi ilə bağlı hüquq münasibətlərinə hüquq varisliyinə yol verildiyindən, icarəçi D.Cəfərov olmuş və icarəsi altında olan torpaq sahələrinə dair Çixarışlar əldə etmiş və bununla bağlı ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Yüklülüyün müddəti 19.08.2019-cu tarixdən 06.01.2032-ci il tarixə qədərdir və bu da özlüyündə 13 (on üç) il müddət edir. Belə ki, icarəçi olduğu torpaq sahələri 50 ha olmaqla iki ərazidə 37 ha və 13 ha ərazilərdə yerləşir (torpaq sahələrinin arasından qov keçdiyi üçün). O da xüsusi Məhkəmənin nəzərinə çatdırılır ki, D.Cəfərovun mərhum anası çoxuşaqlı ana olmuş və o, qəhrəman ana hesab edilmişdir. İddiaçı D.Cəfərovun icarəsi altında olan torpaq sahəsini zəbt etməsi ilə bağlı Yevlax Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə mütəxəssis rəyi alınmış və həmin mülki işə İddiaçı şikayəti əsasında apellyasiya qaydasında baxılarkən ekspert rəyi alınmışdır. Həm mütəxəssis rəyində, həm də ekspert rəyində hər hansı sürüşmə halı olması müəyyən edilməmişdir. İddiaçı iddia tələbini qarışıq və dolaşıq hala salmaqla, guya ki, iddia tələbinə qanuni don geyindirmək istəyir və o, son anda özünün başçısı olduğu Yevlax rayonu “Fəqan” kəndli fermer təsərrüfatına aid olan torpaq sahələri ilə bağlı hüquqlarının pozulmasını iddia edir və bildirir ki, sürüşmə məhz sahələrlər bağlı olmuşdur. Qeyd edir ki, “Fəqan” kəndli fermer təsərrüfatı da Yevlax rayonu Aran bələdiyyəsinin, İddiaçı və Yevlax RİH-nin əməkdaşı Allahverdi müəllimin “iş birliyidir”. Hansı səbəbdənsə, İddiaçı rəhbəri olduğu “Fəqan” kəndli fermer təsərrüfatı kiril əlifbası ilə yazılsa da, möhür son günlərdə vurulmuş və latın əlifbası ilə yazılar vardır. Yuxarıda qeyd etdiklərinə əsasən etiraz məktubunda üçüncü şəxs D.Cəfərov iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili iddianın mümkün hesab edilməsi və mahiyyəti üzrə baxılıb qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X3 və onun nümayəndəsinin vəkili iddiaçının subyektiv hüququ olmadığı üçün iddia tələbinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Yevlax rayon Aran bələdiyyəsinin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Aran bələdiyyəsinin 03.01.2002-ci il tarixli, 03 saylı qərarından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6, 10, 11 və 18-ci maddələrinə əsasən Aran bələdiyyəsinin mülkiyyət predmeti olan torpaqlarından 50 hektar icarə müqaviləsi əsasında 30 il müddətinə Aran qəsəbə sakini, Ermənistan Respublikası Göyçə mahalından gəlmiş məcburi köçkün X11 istifadəsinə verilmişdir. İş materiallarında olan 06.01.2002-ci il tarixli, 02 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə ilə Aran bələdiyyəsinin 03.01.2002-ci il tarixli, 03 saylı qərarı əsasında 50 ha örüş torpaq sahəsi 30 (otuz) il müddətinə X11 istifadəsinə verilmişdir. İş materiallarında olan A seriyalı 312645 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Yevlax rayonu Aran bələdiyyəsinin 03.01.2002-ci il tarixli 03 saylı qərarı ilə 50 ha torpaq sahəsi heyvandarlıq məqsədilə 30 il müddətinə X11 istifadəsinə verilmişdir. İş materiallarında olan A seriyalı 183882 nömrəli 03.10.2017-ci il tarixli və A seriyalı 183883 nömrəli 03.10.2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, müvafiq olaraq kənd təsərrüfatı təyinatlı 13.0 ha və 37.0 ha torpaq sahələri X11 istifadəsinə verilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Aran bələdiyyəsinin mülkiyyətində olan 37.0 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi 06.01.2002-ci il tarixli 02 saylı müqavilə əsasında 06.01.2002-ci il tarixdən 06.01.2032-ci il tarixədək X11 icarəsinə verilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Aran bələdiyyəsinin mülkiyyətində olan 13.0 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi 06.01.2002-ci il tarixli 02 saylı müqavilə əsasında 06.01.2002-ci il tarixdən 06.01.2032-ci il tarixədək X11 icarəsinə verilmişdir. İş materiallarında olan 2V-960 və 2V-961 nömrəli, 19.08.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrinin təsdiq edilmiş surətindən görünür ki, 02.06.2011-ci il tarixdə ölmüş X11 vərəsəsi oğlu X12r və miras əmlak 06.01.2002-ci il tarixli, 02 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş 37.0 ha və 13.0 ha torpaq sahələrindən ibarətdir. İş materiallarında olan A seriyalı 464335 nömrəli 28.12.2019-cu il tarixli və A seriyalı 464337 nömrəli 28.12.2019-cu il tarixli “Torpaq sahsinin planı və ölçüsü” sənədlərinin, həmçinin ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli 21.08.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli çıxarışların təsdiq edilmiş surətindən görünür ki, 2V-960 və 2V-961 nömrəli, 19.08.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən 13.0 ha və 37.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri icarə hüququnun vərəsəliyi ilə 19.08.2019-cu il tarixdən 06.01.2032-ci il tarixədək X3 istifadəsinə verilmişdir. İş materiallarında olan A seriyalı 536105 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Aran bələdiyyəsinin 21.09.2007-ci il tarixli 42 saylı qərarı ilə 100 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədilə İddiaçı icarəsinə verilmişdir. İş materiallarında olan JN-660 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Yevlax rayon AİK-nın 24.04.2001-ci il tarixli 57 saylı qərarı ilə 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X13, X15 və X16 verilmişdir. İş materiallarında olan JN-661 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Yevlax rayon AİK-nın 24.04.2001-ci il tarixli 57 saylı qərarı ilə 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X18, X6, X2 verilmişdir. İş materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin məhkəməyə ünvanladığı 18.05.2021-ci il tarixli məktubda qeyd edilir ki, Yevlax rayon Aran qəsəbə sakini X7 aidiyyəti üzrə İdarəyə daxil olmuş müraciətinin araşdırılması zamanı X14 Aran Bələdiyyəsinin 03.01.2002-ci il tarixli 03 nömrəli qərarı və 06.01.2002-ci il tarixli 02 nömrəli icarə müqaviləsi əsasında ümumilikdə 50,0 ha örüş torpaq sahəsinin müddət pozuntusu ilə, yəni 15 deyil 30 il müddətinə icarəyə verilməsi müəyyən edilərək, sözügedən qərarın və icarə müqaviləsinin ləğvi, habelə hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə bələdiyyəyə 31.03.2021-ci il tarixli 5-M-54/1.2 nömrəli təklif məktubu göndərilmişdir. Həmin təklif məktubu bələdiyyənin 05.04.2021-ci il tarixli 08 nömrəli iclasında təmin edilərək, 03.01.2002-ci il tarixli 03 nömrəli qərarı ləğv edilmiş və digər sənədlərə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.11.2020-ci il tarixli 2(107)-1330/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X17 cavabdeh İddiaçı qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı icarəsi altında olan 50 ha torpaq sahəsinin zəbt etdiyi 40 ha hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tаrixli, 2(039)-160/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X3 icarəsi altında olan 50 ha torpaq sahəsinin 23.21 ha hissəsindən İddiaçı çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Kollegiya qətnaməsində qeyd etmişdir ki, bundan əlavə cavabdeh apelyasiya şikayətində mübahisəli torpaq sahəsinin onlara məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəmər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspert rəyləri onların dəlilini təkzib etmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi icarə hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da iddiaçının qanunla qorunan mülkiyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.11.2020-ci il tarixli 2(107)- 1330/2020 saylı qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tаrixli, 2(039)-160/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən də göründüyü kimi iddiaçı hazırki tələbi irəli sürə bilməsi üçün hüqunun pozulmasını əsaslandırmalıdır. Mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələr tərəfindən onun mübahisəli torpaq sahəsinə heç bir hüququnun omadığı müəyyən olunmuşdur. Hazırda onun plan-ölçü sənədlərinə düzəliş edilməsi tələbi irəli sürə bilməsi üçün 3-cü şəxsin plan-ölçü sənədində qeyd olunan torpaq sahəsinin onun mülkiyyətində və ya icarəsində olan torpaq sahələri ilə üst-üstə düşməsi halı olmalıdır ki, belə bir halın olması mülki məhkəmə icraatı qaydasında X3 iddiasının rədd olunmasına səbəb olardı. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilən və yuxarıda qeyd olunan sənədlərdən görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı iş üzrə üçüncü şəxs X3 miras əmlak olaraq qəbul etdiyi və icarəsinə verilmiş olan 13.0 ha və 37.0 ha torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədində düzəlişin edilməsindən ibarətdir. İş materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin məktubuna əsasən müəyyən edilir ki, Aran bələdiyyəsinin 05.04.2021-ci il tarixli, 08 nömrəli iclasında üçüncü şəxs X3 mərhum X8 miras qəbul etdiyi ümumilikdə 50.0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair Aran bələdiyyəsinin 03.01.2002-ci il tarixli, 03 nömrəli qərarı ləğv edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində düzəliş edilməsinə nail olmaq istədiyi planölçü sənədlərinin verilməsinə əsas olan Aran bələdiyyəsinin 03.01.2002-ci il tarixli, 03 nömrəli qərarı bələdiyyənin 05.04.2021-ci il tarixli, 08 nömrəli qərarı ilə ləğv edildiyi üçün 03.01.2002-ci il tarixli, 03 nömrəli qərara əsasən tərtib edilən digər texniki sənədlərin düzgünlüyünün araşdırılması əhəmiyyətini itirdiyi üçün hazırkı iddia tələbinə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmasına da zərurət qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X17, Yevlax rayonu Aran bələdiyyəsi) “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən 21.08.2019-cu il tarixində verilmiş ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, Yevlax rayonu Aran qəsəbəsində yerləşən X3 icarəsinə verilmiş 13 ha icarə torpaq sahəsinin, o cümlədən 21.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli Yevlax rayonu Aran qəsəbəsində yerləşən X10 icarəsinə verilmiş 37 ha icarə torpaq sahəsinin plan-ölçüsü sxemində düzəliş edilməsi və icarə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-233/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-233/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver