Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-233/2022 25.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “**********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “**********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verildiyi andan etibarsızlığının tanınmasına dair” qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar tələbi dəqiqləşdirərək **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(116)-233/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X20 və X24 üçüncü şəxs qismində məhkəmə icraatına adi cəlb edilmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı2 ilə X20 14 avqust 1996-cı ildə rəsmi şəkildə ailə qurmuşlar, onların bu nikahdan 14 avqust 1998-ci il tarixli qızları - İddiaçı1 doğulmuşdur. 18 fevral 2009-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bağışlanma müqaviləsi ilə X9 mülkiyyətindən X10 mülkiyyətinə keçmişdir. Göyçay RİHB-nın şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni nömrələnmədən sonra Ə. Kərim küçəsi, dalan 5 ev 4 ünvanı verilmişdir. Göyçay RİHB-nın şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışından görünür ki, X13 ünvan 3 ünvanına çıxış qapısı açmasına etiraz edilmir. Bundan sonra İddiaçı2, İddiaçı1 qızə və X15 da Göyçay şəhəri Ə. Kərim küçəsi dalan 5 ev 4A saylı ünvanına qeydiyyata düşmüşlər. Bir müddət keçdikdən sonra İddiaçı2 ilə Qalib Hüseynov arasında olan münasibətlər pisləşmiş və onlar arasında bağlanmış nikah Göyçay Rayon Məhkəməsinin 2(046)- 191/2015 saylı qətnaməsi ilə ləğv edilmiş, bu nikahdan doğulmuş İddiaçı1 İddiaçı2 himayəsində saxlanmışdır. Göyçay Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçıların ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, həmin fərdi yaşayış evinə maneəsiz daxil olmaları və orada yaşamalarının təmin edilməsi qət edilmişdir (həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-674/2017 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bu işdə Qalib Hüseynovun məhkəmə nümayəndəsi X24 olmuşdur). X20 məhkəmənin bu qərarı ilə razılaşmamış və keçmiş həyat yoldaşı ilə öz qızının həmin fərdi evdə yaşamaq hüquqlarına xitam verilməsi üçün məhkəməyə müraciət etmiş və son olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2112/2018 saylı qətnaməsi ilə Qalib Hüseynovun iddiası rədd edilmişdir. bundan sonra Qalib Hüseynov keçmiş həyat yoldaşının və öz qızının həmin fərdi yaşayış evində yaşamaq hüququna xitam verilməsi üçün bir sıra manevrlər etməyə başlamışdır. Bu manevrlərdən biri də ünvan 5 ünvanını dəyişdirərək, evə daşınmaz əmlakın dövlət reyestrindən yeni ünvan üçün yeni çıxarış almaq, bununla da elektron sistemdə gerçək məlumatları “sıfırlayaraq”, dövlət orqanlarından əsl göstəriciləri gizlədib evi süni şəkildə öz mülkiyyətindən çıxartmaq idi ki, evin mülkiyyətçisi dəyişdikdə də Qalib Hüseynovun qızına və keçmiş həyat yoldaşına evdə yaşamaq mümkünsüz hala gəlmiş olacaqdır. Elektron sistemdə məlumatları “sıfırlayaraq”, Qalib Hüseynov həm də, evin alqı-satqısı zamanı həmin evdə qeydiyyatda olan öz doğma qızının qanunvericilikdə nəzərdə tutulmuş icazəsini də almamışdır. Hüseynov Qalib bu cür manevri edə bilməsinə əsas səbəb, onun qanunvericiliyin tələblərindən yayınaraq xx.xx.2018-ci il tarixdə X13 verilmiş **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışı ala bilməsi olmuşdur. Belə ki, Qalib Hüseynov həmin fərdi yaşayış evini əvvəlki məhkəmə proseslərində öz nümayəndəsi olmuş Taleh Rəfiyevə məhz **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışı ilə satmışdır. Göyçay RİHB-nin Göyçay şəhər ərazi dairəsi nümayəndəliyi vəkil sorğusuna cavab olaraq bildiriblər ki, ünvan 6 ünvanı olan hazırda Göyçay şəhəri Əli Kərim küçəsi dalan 5 ev 5 kimi nömrələnmiş ünvanda X20, İddiaçı2 və İddiaçı1 qeydiyyatdadılar. Göyçay RPŞ-i vəkil sorğusuna cavab olaraq bildirmişdir ki,X29 şəhəri Əli Kərim küçəsi dalan 5, ev 4A ünvanında qeydiyyatdadır. Göyçay Rayon Notariat Ofisi vəkil sorğusuna cavab olaraq bildiriblər ki, elektron çıxarışa əsasən ünvan 9 ünvanında X5 adı göstərilir. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsində həm İddiaçı2, həm də İddiaçı1 qeydiyyat yeri olaraq ünvan 9 ünvanı göstərilib. Göyçay RPŞ-İ vəkil sorğusuna cavab olaraq bildirmişdir ki, X23 şəhəri Əli Kərim küçəsi dalan 5, ev 5 ünvanında qeydiyyatdadır. Buradan da aydın şəkildə görünür ki, iki fərqli məkanda yerləşən fərdi yaşayış evlərinə eyni ünvan verilmişdir. Göründüyü kimi eyni məğzli vəkil sorğularına müxtəlif orqanlar müxtəlif cür cavablar veriblər. Buradan da aydın şəkildə görünür ki, bəyan edilən hüquqlar arasında əvvəldən ziddiyyətlər olmuş və dövlət qeydiyyatının aparılması üçün daxil edilmiş sənədlərlə dövlət reyestrindəki məlumatlar identik olmamışlar. Bütün bu fərqlərə baxmayaraq, ƏMDK-nin yanında DƏDRX-nin Ucar Ərazi İdarəsinin əməkdaşları qanunvericilik tələbi kimi göstərilən vəzifələrini icra etməmiş və zəruri yoxlamaları aparmadan, barəsində məhkəməyə müraciət edilmiş çıxarışı vermişlər. İddiaçı2 və İddiaçı1 yeni ünvan üzrə yeni şəxsiyyət vəsiqəsi alarkən heç bir hüquqi problemlə qarşılaşmadıqları üçün ümumiyyətlə gələcəkdə hər hansı bir problemin çıxacağına dair bir gözləntiləri olmamışdır. Sonradan İddiaçı2 və İddiaçı1 hüquqları pozularaq evin alqı-satqı müqavilə keçirilsə də, sənədlərin qüsurlu tərtib edilmələrinə görə onların hüquqlarının pozulması gizli qalmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh, məhkəməyə ünvanladığı iddia tələbinə münasibətində qeyd etmişdir ki, Ucar rayon DNK-nın notariusu tərəfindən xx.xx.2008-ci il tarixdə, 4Ə-74 reyestr nömrəsilə təsdiq edilmiş bağışlama müqaviləsi və Göyçay RİHB-nın Göyçay şəhəri üzrə nümayəndəliyinin arayışı əsasında X10 ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 2008-ci il tarixdə, **********31-10301 reyestr nömrəsilə qeydiyyata alınmışdır. Göyçay RİHB-nın Göyçay şəhəri üzrə nümayəndəliyinin xx.xx.2018ci il tarixli, 244 saylı arayışı əsasında sözügedən fərdi yaşayış evinin ünvanına düzəliş olunaraq, ünvan Göyçay şəhəri, Ə.Kərim küçəsi döngə 5 ev 5 kimi qeyd olunmuş və X10 adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X3 rayon Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-969 reyestr nömrəsilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evini X1. X24 mülkiyyət hüququnun qeydiyyatı üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. İventarlaşmaya şərait yaratmadığı üçün ərizəsinin icrasından imtina olunmuşdur. İmtinadan narazı qalan X24 Daşınmaz Əmlakın Dövlət Reyestri İ Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı qeydiyyatın aparılması öhdəliyinin qoyulması tələbi ilə Şəki İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-527/2019 saylı qərarı ilə X14 hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şəki İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-527/2019 saylı qərarı və Göyçay rayon Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-969 reyestr nomrəsilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi üzərində X14 mülkiyyət hüququ xx.xx.2020-ci ildə **********31-10301 reyestr nömrəsilə qeydiyyata alınmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, X10 mülkiyyətində olan **********31-10301 reyestr nömrəli fərdi yaşayış evinin ünvanı, Göyçay rayon RİHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı, Ünvan reyestri informasiya Sistemində (URİS) sözügedən ünvanın qeydiyyatının aparılması (əmlakın köhnə ünvanı ünvan 16m küçəsi 135 kimi qeyd olunması) və ünvanın dəqiqləşməsi ilə bağlı mühəndis tərəfindən fərdi yaşayış evinə baxış keçirilərək tərtib edilmiş ünvan müayinəsi əsasında carı dəyişiklik edilərək vətəndaşa sənəd təqdim edilmişdir. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirməmişlər. Məhkəmə iclasında iddiaçılar, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Seriya MH ******* nömrəli (270702201 qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Göyçay şəhəri Əli Kərim küçəsi 5-ci dalanda 0.00522 ha torpaq sahəsində yerləşən 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, X4 şəhəri Ə.Kərim küçəsi dalan 5 ev 2 ünvanında yerləşən yaşayış evini X13 bağışlamışdır. - Seriya MH ******* nömrəli (********** qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Göyçay şəhəri Əli Kərim küçəsi 5-ci dalanda 0.00522 ha torpaq sahəsində yerləşən 4A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Göyçay şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2018-ci il tarixli, 244 nömrəli arayışında qeyd edilmişdir ki, şəhər ərazisində təsərrüfatların artması ilə əlaqədar DƏDRX-nin nəzdində olan ünvan reyestri xidməti tərəfindən ünvanda artan yekun üzrə nömrələrin dəyişdirilməsi işi aparılarkən ünvan 19 ünvan hal-hazırda Ə.Kərim küçəsi dalan 5 ev 5 saylı ünvandır. ünvan 20larının uçotu kitabında X10 ünvanı Ə.Kərim küçəsi dalan 5 ev 5 saylı ünvan kimi qeyd olunmuşdur. - Seriya RX ******* nömrəli (********** qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, ünvan 11 ünvanında 0.00522 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 şəhəri Əli Kərim küçəsi dalan 5, ev 5 ünvanında yerləşən fərdi yaşayış evini X1. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-527/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cavabdeh DƏDRX-nin 16 saylı ünvan 21 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X14 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulmuş, qətnamədən verilmiş apelyyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-566/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. - ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 11 ünvanında 0.00522 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Göyçay şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 07 nömrəli məktubunda qeyd edilmişdir ki, DƏDRX-nin nəzdində olan ünvan reyestri xidməti tərəfindən Göyçay şəhəri ərazisində, o cümlədən şəhərin Ə.Kərim küçəsində ünvanlarda artan yekun üzrə nömrələrin dəyişdirilməsi ilə bağlı işlər aparılarkən nümayəndəliyə heç bir sənəd və akt təqdim edilməmişdir. Lakin 2014 və 2018-ci illərdə nümayəndəlikdə vətəndaşların ev təsərrüfatlarının uçotu kitabları (əvvəlki və sonrakı) işlənərkən şəhərin Ə.Kərim küçəsində yerləşən, vətəndaşlar X20, İddiaçı2 və İddiaçı1 qeydiyyatda olduğu, əvvəllər Ə.Kərim küçəsi dalan 5 ev 4A ünvanlı (əsas vətəndaşlara məxsus şəxsiyyət vəsiqəsində aparılmış qeyd) təsərrüfatın sonradan dalan 5 ev 5 ünvanı kimi nömrələndiyi qeydə alınmış və kitablara sonuncu ünvan kimi işlənildiyi müəyyən edilmişdir. Bu fakt nümayəndəliyin əməkdaşları və ərazidəki qonşular tərəfindən yerində təsbit edilmiş və aktlaşdırılmışdır. Daha sonra həmin ünvanda qeydiyyatda olan şəxslərin müraciətləri əsasında onlara məxsus şəxsiyyət vəsiqələrində qeydiyyat ünvanı ilə bağlı dəyişikliyin edilməsi üçün müvafiq arayışlar verilmişdir. - Göyçay şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 2018-2022-ci illər üzrə Ə.Kərim küçəsi dalan 5 ev ünvanı ilə bağlı 683 nömrəli təsərrüfatın şəxsi hesabında X20, İddiaçı2 və İddiaçı1 adları qeyd edilmişdir. - Göyçay Rayon Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(046)-2163/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X7 və İddiaçı1 cavabdeh X10 xüsusi mülkiyyətində olan və ünvan 24 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddiaçılar X2 və İddiaçı1 cavabdeh X10 xüsusi mülkiyyətində olan və ünvan 24 ünvanda yerləşən fərdi yaşayış evinə maneəsiz daxil olmaları və orada yaşamalarının təmin edilməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(107)- 674/2017 nömrəli qətnaməsindən görünür ki, Göyçay Rayon Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(046)-2163/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)- 2112/2018 nömrəli qətnaməsindən görünür ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-1104/2018 nömrəli qətnaməsi ilə iddiaçı X12 cavabdeh X6 qarşı 3600 manat kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbi təmin edilməmiş, qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Göyçay rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1199/2021 nömrəli qərarından görünür ki, X8 və digərlərinin cavabdehlər X24 və digərlərinə və ünvan 25 ünvanda yerləşən fərdi yaşayış evinin alğı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələbi təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, X14, mülkiyyətində olan Göyçay şəhəri Əli Kərim küçəsi dalan 5 ev 5 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-1680/2020 nömrəli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıların ilkin müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər və cavabdeh orqanın nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşlar. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, mübahisləndirilən çıxarışda qeyd edilmiş fərdi yaşayış evini xx.xx.2008-ci il tarixdə X21 - X13 bağışlamış, bundan sonra Göyçay şəhəri Əli Kərim küçəsi 5-ci dalan ev 4A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına Seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra həmin fərdi yaşayış evinin yerləşdiyi ünvanda artan yekun üzrə nömrələrin dəyişdirilməsi işi aparılarkən ünvan 19 ünvan - Ə.Kərim küçəsi dalan 5 ev 5 saylı ünvana dəyişdirilmiş və bunun nəticəsi olaraq Seriya RX ******* nömrəli çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar tərəfindən **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, cavabdeh orqan tərəfindən ünvan dəyişikliyi ilə əlaqədar həyata keçirilmiş faktiki xarakterli hərəkətlərin qanunsuz olması əsası ilə mübahisələndirilmişdir. İddiaçılar həmin çıxarışın ləğvi tələbini onunla əsaslandırırlar ki, Qalib Hüseynov həmin yaşayış sahəsini özgəninkiləşdirərəkən həmin ünvanda qeydiyyatda olan və faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvünün razılığının alınmasından yan keçmək üçün cavabdeh orqanın və ərazi icra nümayəndəliyinin iştirakı ilə qanunsuz olaraq ünvan dəyişikliyinin həyata keçirilməsinə nail olmuş və bundan sonra həmin yaşayış sahəsini özgəninkiləşdirmişdir. Belə ki, yaşayış sahəsinin yeni ünvanı Ə.Kərim küçəsi dalan 5 ev 5 olduğundan alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının icazəsinin alınması tələb olunmamışdır. Lakin, məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir. Belə ki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-1680/2020 nömrəli qətnaməsinin (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1199/2021 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır) məzmunundan görünür ki, iddiaçıların “xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə” iddia tələbinə hüquqi qiymət verilərkən məhkəmə öz hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: ... «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Lakin bununla bağlı qeyd оlunmаlıdır ki, həmin Təlimаtdаn dаhа üstün hüquqi qüvvəyə mаlik оlаn nоrmаtiv hüquqi аktlаrın tələblərinə görə mülkiyyətçi öz əmlаkı üzərində tаm sərəncаm vermək hüququnа mаlik оlduğunа görə, Təlimаtın qeyd оlunаn bəndi əsаs götürülərək müqаvilənin təsdiq edilməsindən imtinа edilməsi iddiаçının mülkiyyət hüquqlаrının pоzulmаsınа səbəb оla bilər. Göründüyü kimi mülkiyyətçinin üstün hüquqlarının müdafiəsi baxımından sözügedən fərdi yaşayış evinin özgəninkiləşdirilməsi zamanı iddiaçının razılığının alınmasının zəruri olmaması yuxarıda istinad olunan məhkəmə qərarında aydın və birmənalı şəkildə qeyd edilmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, sözügedən fərdi yaşayış evinin ünvanının dəyişməsinə səbəb şəhərin Ə.Kərim küçəsində yerləşən, əvvəllər Ə.Kərim küçəsi dalan 5 ev 4A ünvanlı təsərrüfatın sonradan dalan 5 ev 5 ünvanı kimi nömrələnməsinin qeydə alınması və kitablara sonuncu ünvan kimi işlənilməsinin müəyyən edilməsi olmuşdur ki, cavabdeh orqan da məhz həmin icraatın nəticəsi olaraq mübahisələndirilən çıxarışda qeyd olunmuş ünvanı dəyişməklə Qalib Hüseynovun adına yeni çıxarış tərtib etmişdir. Nəzərə alınmalıdır ki, həm əvvəlki Ə.Kərim küçəsi dalan 5 ev 4A ünvanı, həm də Ə.Kərim küçəsi dalan 5 ev 5 ünvanı üzrə mülkiyyətçi Qalib Hüseynov qeyd edilmiş və hər iki ünvanın eyni fərdi yaşayış evinə münasibətdə verilməsi mübahisəsizdir. İddiaçılar özləri də həmin fərdi yaşayış evinin əvvəllər Qalib Hüseynovun mülkiyyətində olması faktını qəbul edirlər. İddiaçı, sözügedən Qanunun 9-cu maddəsinin müvafiq bəndlərinə istinad edərək cavabdeh orqanın, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi ilə bağlı zəruri şərtlərlə əməl etmədiyini bildirir. Məhkəmə iddiaçının həmin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh orqan Göyçay rayon RİHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən sözügedən fərdi yaşayış evi üzrə ünvan dəyişikliyi məlumatlarını nəzərə almış, həmin ünvanla bağlı mülkiyyət hüququnun Qalib Hüseynova məxsus olmasını və hüquq sahibinin iradəsini nəzərə alaraq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyət aşkar etməmişdir. Yəni, hazırda mübahisələndirilən çıxarışı Qalib Hüseynovun adına tərtib etməklə cavabdeh orqan yeni hüquqlar qeydə almamış, əvvəllər qeydə alınmış hüquq üzrə daşınmaz əmlak obyektinin ünvan dəyişikliyini həyata keçirmişdir. Bu isə sözügedən çıxarışın ləğvi üçün əsas kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. https://e-qanun.az/framework/5456 9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “**********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.