Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2346/2025 04.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-2-16/2-2236/2024 saylı qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 12277,44 manat vergi borcunun silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “Dövlət Vergİ Xidmətinin 10 saylı Ərazi Vergi İdarəsi 14 avqust 2024-cü il tarixli, 3-21-2-16/2-2236/2024 saylı qərarıyla kameral yoxlama yolu ilə ‘'Vahelcom” MMC-yə 12277.44 AZN (on iki min iki yüz yetmiş yeddi manat qırx dörd qəpik) əlavə vergi hesablanmışdır. Cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergi İdarəsi vergi qanunvericiliyinin pozulması ilə əlaqədar İddiaçı MMC-yə qanunsuz hesablanmış əlavə vergi aşağıda göstərilənlərə görə ləğv edilməlidir. Belə ki, cavabdeh aparılan araşdırmalar zamanı guya riskli vergi ödəyicilərindən olan elektron qaimə fakturalar əldə edildiyi müəyyən edilmiş, yaranmış kənarlaşma üzrə 12277.44 AZN əlavə dəyər vergisi hesablanması nəzərdə tutulmuşdur. Cavabdeh riskli vergi ödəyicilərinin müəyyən edilməsi məqsədi ilə AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı “Riskli vergi ödəyicisinin” o cümlədən riskli əməliyyatların meyarlarının təsdiq edilməsi haqqında qərarına istinad edərək cəmiyyətə əsassız olaraq əlavə vergi tətbiq etmişdir. İddiaçı məhkəməyə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-hissəsində nəzərdə tutulanlar istisna olmaqla mülki qanunvericiliyin müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətlərini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Cavabdeh tərəfindən əlavə vergi hesablanarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49, 59-cu maddələrinin tələbləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı qərarının tələbləri kobudcasına pozulmuşdur. Belə ki, İddiaçı MMC Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Daxili Qoşunlar Baş İdarəsi ilə müqavilə bağlayaraq öhədliklər götürmüşdür. Həmin öhdəlikləri yerinə yetirmək üçün PTX-yə silah yağlamaq üçün yağ, DİN DQBİ üçün isə yanacaqpaylayıcı kalonka təşkil etməli idi. İddia ərizəsinə əlavə edilən sənədlərdən göründüyü kimi İddiaçı MMC "xxxx" MMC-yə ödəniş etmiş, həmin malları təhviltəslim aktı əsasında almış və aidiyyəti qurumlara təhvil-təslim aktı ilə təhvil vermişdir, "xxxx" MMC əməliyyatlardan sonra riskli müəssisə kimi qeydiyyata alınmışsa İddiaçı MMC-nin bundan heç cür xəbəri ola bilməzdi və qanunvericilikdə əvvəlcədən bilib bunun qarşısını almaq kimi bir tədbir növü də mövcud deyildir.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “İddiaçı (VÖEN: **********) cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 avqust 2024-cü il tarixli 3-21- 2-16/2-2236 /2024 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 12277.44 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin iyun ayı üçün 12 277,44 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3- 21-2-16/2-2236/2024 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Belə ki, Cəmiyyət tərəfindən 2021-ci ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda qeyd olunan 68 208,00 manat (ƏDV-si 12 277,44 manat) məbləğ üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. “Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.Hesablanmış əlavə vergi məbləği ilə əlaqədar vergi ödəyicisinin təqdim etdiyi dəlillər, toplanmış materiallar (sənədlər) və şikayət üzrə işin faktiki halları əsas götürülməklə belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin müraciəti təmin edilməməlidir. Uçot-baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən Cəmiyyət tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) 68 208,00 manat (ƏDV-si 12 277,44 manat) məbləğində malların (silah sürkü yağı, yanacaq paylayıcı kalonka) əldə edilməsi ilə bağlı elektron qaimə- fakturaların əldə edildiyini, "xxxx" MMC üzrə aparılan araşdırma zamanı təqdim edilən malların əmtəəsiz əməliyyatlar çərçivəsində təqdim edildiyinin müəyyən edildiyini, bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, Vergi Məcələsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, habelə "xxxx" MMC üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun qəbul olunmuş qərarın qüvvədə olduğunu, vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməməli və 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2- 16/2-2236/2024 nömrəli Qərar dəyişdirilmədən saxlanılmalıdır”. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. 2517130001036000 İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surəti.
2. İddiaçıya məxsus Vergi ödəyicisinin uçota alınmasl haqqında Şəhadətnamənin surəti.
3. 15.11.2021-ci il tarixli aktın surəti.
4. 14.11.2021-ci tarixli Təhvil-təslim aktının surəti.
5. xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktının surəti.
6. 10.12.2021-ci il tarixli Satınalma müqaviləsinin tam yerinə yetirilməsi haqqında Aktın surəti.
7. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-ci il tarixli 3-21-2-16/2-2236/2024 nömrəli qərar;
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; Maddə 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Maddə 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş və 29 iyul 2020-ci il tarixdən qüvvəyə minmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyətkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə24.2.İnzibatiorqanmaraqlışəxslərinxeyrinəolanhallarınaraşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki vəhüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildəəsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiqvə ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan,subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçınınhüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Əsaslandırma hissə:
Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanmasına” dair xx.xx.2024-cü il tarixli 3-21-2-16/2-2236/2024 nömrəli qərarını mübahisələndirmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixində verildiyindən və Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş müddət buraxılmamışdır. Məhkəmə iddia müddətinin ötürülməsinə dair cavabdehin vəsatəini əsassız hesab edərək qeyd edir ki,iddia mümkün iddiadır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia mahiyyət etibarı ilə əsaslıdır. Qanunvericilik kameral vergi yoxlamasının keçirilməsi müddətini vergi bəyannaməsinin təqdim edilməsi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən 2023-cü il üçün vergi bəyannaməsinin təqdim edilməməsi işin mübahisəsiz halıdır.Cavabdeh iddiaçı barəsində mübahisələndirilən qərarı qəbul edilməsini əlaqəli məlumatlara əsasən qəbul etdiyini bildirmişdir. Məhkəmə hsab edir ki,cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-21-2-16/2- 2236/2024 nömrəli qərarı prosessual və maddi baxımdan qanunvericiliyin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, iddiaçı hüquqi şəxs xx.xx.2007-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2008-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış, əsasən əsas fəaliyyət növünün "yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri'’dən ibarətdir. İddiaçı MMC Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Daxili Qoşunlar Baş İdarəsi ilə müqavilə bağlayaraq Xidmətə silah yağlamaq üçün yağ, DİN Baş İdarəyə isə yanacaqpaylayıcı kalonka ilə təmin etməsi öhdəsinə götürmüş, bununla əlaqədar "xxxx" MMC-yə ödəniş etmiş, həmin malları xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı təhvil vermişdir. Cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBO seriyalı 406000 nömrəli və EBBO seriyalı 547428 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə ümumilikdə 12 277,44 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, 2024-cü ilin iyun ayı üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Buna görədə iddiaçı barəsində Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin iyun ayı üçün 12 277,44 manat əlavə vergi məbləği hesablanmış və 'Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-16/2-2236/2024 nömrəli Qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. Belə ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar : kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə əməl etməlidir. Anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2060/2023 nömrəli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarət olmuşdur ki, “...29. Göründüyü kimi, cavabdeh riskli vergi ödəyicisi və riskli əməliyyatla bağlı hüquqi tənzimləmənin mövcud olmadığı dövrdə aparılmış əməliyyatları, bununla bağlı sonradan qəbul edilmiş normalara istinadən riskli əməliyyat hesab etmişdir. Başqa sözlə, cavabdeh iddiaçı tərəfindən aparılmış əməliyyata münasibətdə həmin dövrdə qanunvericilikdə təsbit olunmamış davranış tətbiq etmiş və bununla da hər hansı hüquqi əsas olmadan iddiaçının qanunla qorunan iqtisadi maraqları və hüquqları sferasına müdaxiləyə yol vermişdir. 30. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, hüquqi təhlükəsizlik prinsipinin tələbləri baxımından şəxsin hüquqları və qanunla qorunan maraqları sferasına yalnız qanun əsasında və ya ən azından qanunda nəzərdə tutulmuş göndərici normaya uyğun olaraq qəbul edilmiş institusional əsas üzərindən müdaxilə edilə bilər. Hazırkı mübahisəyə münasibətdə cavabdehin davranışının qanuni və ya institusional əsasının mövcud olduğu müəyyən olunmur.”. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarların qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, cəmiyyət tərəfindən 2021-ci ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda qeyd olunan 68 208,00 manat (ƏDVsi 12 277,44 manat) məbləğ üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Lakin iş üzrə müəyyən edilir ki, iddiaçı ilə "Aranlı-M” MMC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində 80 485,44 manat dəyərində "Yanacaq paylayıcı kalonka, Silah sürkü yağı təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalı zamanı "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********483900 nömrəli qərar xx.xx.2022-ci ildə qəbul edilmişdir. Belə olan halda iddiaçının riskli əməliyyatlar aparan şəxs olması ilə bağlı cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz. Odur ki, iddia təmin edilməlidir. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə: Qərara aldı: İddia təmin edilir. Cavabdehin 08.2024-cü il tarixli 3-21-2-16/2-2236/2024 saylı qərarı ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 12277,44 manat vergi borcunun silinməsi öhdəliyi Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: ünvan 4